Məhkəmə qərarları › İş №2(102)-297/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-297/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-297/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4596/2023 nömrəli, 6 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı ar asında bağlanmış 2019-cu il 16 dekabr tarixli borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh iddiaçıya 50.000 manat borcunun olduğunu etiraf etmiş, həmin borcu isə 16 mart 2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 46.350 AZN məbləğində borc pulun, məhkəmədə iddianın verilməsinə görə 229 AZN məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcun qaytarılması üçün razılaşdırılmış 16 mart 2020-ci il tarixindən 2 il 7 ay keçsə də, cavabdeh ümumilikdə hissə-hissə 3.650 manat ödəniş etmişdir. Hazırda cavabdehin 46.350 manat borcu qalmışdır. Cavabdehdən borcu tələb etdikdə, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan boyun qaçırmış və bu səbəbdən hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-497/2023 saylı qətnaməsi (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarına əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehə 50000 manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2020-ci il tarixinədə k qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini tam yerinə yetirməmişdir.

6. Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh borcun olduğunu etiraf etdiyini, habelə onun tərəfindən borcun ödənilməsi barədə qəbz və s. sübutlar təqdim olunmadığı üçün iddia tələbi təmin edilməli, Cavabdeh 46350 (qırx altı min üç yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

7. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir

8. Birinci instansiya məhkəməsi mövqeyini Mülli Məcəllənin 324.1, 324.2,331.1, 385.1, 442 739.1, 740.1, 740.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14, 77, 119.1 və 217.3, 217.4-cü maddələrinə ist inadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin borc üzrə iddiaçıya 3.650 manat yox, 8.500 manat məbləğində pul qaytarmışdır. Məhkəmə işə baxarkən bunu nəzərə almamış düzgün araşdırma aparmamışdır. Məhkəmə işə baxarkən onun iştirakını lazımi qaydada təmin etməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4596/23 nömrəli, 6 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.M.Həsənov və X.A.Mərdanova ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia edir ki, cavabdehə 50000 manat borc vermiş, cavabdeh həmin məbləğdən hissə-hissə 3.650 manat qaytarmış, 46.350 manat borcu qalmışdır. Cavabdeh isə 8.500 manat borc qaytardığını bildirərək iddiaya etiraz etmişdir.

13. Birinci instansiya məhkəməsi isə cavabdehin borcun olduğunu etiraf etdiyini, habelə onun tərəfindən borcun ödənilməsi barədə qəbz və s. sübutlar təqdim olunmadığı üçün iddianı təmin etmişdir.

14. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və aşağıdakıları qeyd etmişdir.

15. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı cavabdehə 50000 manat borc vermiş və borcun verildiyi cavabdeh tərəfindən də etiraf edilmiş, mübahisələndirilməmişdir. İddiaçı cavabdehin həmin məblə ğdən 3650 manat qaytardığını, cavabdeh isə 8.500 manat qaytardığını, bildirir. Lakin hazırki halda sözügedən məbləğdən cavabdeh tərəf 8500 manat məbləğində pul qaytardığını qeyd etsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

16. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

17. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə 2019-cu ildə 50.000 manat pul verdiyini sübut etmişdir. Eyni zamanda iddiaçı həmin pulun 3650 manatının cavabdeh tərəfin dən ona qaytarıldığını etiraf etmişdir. Lakin cavabdeh iddiaçıya daha artıq məbləğ qaytarması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

20. Eyni zamanda apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki,məhkəmə bildirişləri cavabdehin məhkəməyə məlum olan qeydiyyat ünva nı üzrə göndərilmiş, lakin “köçüb” qeydi ilə geri qaytarılmışdır. Həmçinin, cavabdehin mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş də göndərilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1,324.2, 331.1, 385.1, 442, 739.1, 740.1 və 882-ci maddələri, Mülki Prosessual Məcəllənin 14 və 72-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya məhkəməsinin 2(103)-4596/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə nin ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Apellyasiya məhkəməsi qətnamənin 30-cu abzasında qeyd edib ki, işdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı cavabdehə 50000 manat borc vermiş və borcun verildiyi cavabdeh tərəfindən də etiraf edilmiş, mübahisələndirilməmişdir. İddiaçı cavabdehin həmin məbləğdən 3650 manat qaytardığını, cavab deh isə 8.500 manat qaytardığını, bildirir. Lakin haızki halda sözügedən məbləğdən cavabdeh tərəf 8500 manat məbləğində pul qaytardığını qeyd etsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçı cavabdehə 50000 manat borc verdiyini Mülki Məcəllənin 882.1-ci maddəsinə istinad edərək müəyyən etmiş və bununla da yanlışlığa yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının sübut kimi əsaslandığı borcun etirafı haqqında müqavilənin borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsəydi qüvvəsi ola bilərdi. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi isə tərəflər arasında bunda n əvvəl yazılı şəkildə bağlanmış hər hansı borc müqaviləsi mövcud deyil. Həmin səbəbdən də borcun edirafı haqqında tərəflər arasında bağlanmış müqavilənin qüvvəsi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

27. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

28. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlan malıdır.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 739.1.(hüquq münasibəti yarandığı vaxt qüvvədə olan redaksiya) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) ke çirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 740.1(hüquq münasibəti yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

33. Maddə 740.2 (hüquq münasibəti yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

34. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnı z o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehə 50000 manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2020-ci il tarixinədək qaytarmağı öz üzərinə öhdəlik götürmüşdür.Borcun məbləği üç min manatdan çox olduğuna görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyasına müvafiq olaraq borc verilən məbləğə dair borc müqaviləsinin yazılı formada olması tələb olunurdu.Buna müvafiq olaraq da həmin məbləğə dair borcun etirafı müqaviləsi də yazılı formada bağlanmalıdır.Belə ki, Azərbaycan Respublikasının Mülkli Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

46. Məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi də borc öhdəliyinin yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması müəyyənləşdirilmiş forma üzrə verildiyini nəzərə almaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə istinad etmişlər.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası ape llyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 sentyabr 2023-cü il tarixli 2(103)-4596/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar