Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2972/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçılar «xxxx» MMC və İddiaçı1 vəkili Vəkil2, cavabdeh QSC Cavabdeh KB-nin nümayəndəsi Vəkil1 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)5028/2018 saylı qətnaməsindən cavabdeh QSC Ləğv prosesində olan Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə ba xaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar «xxxx» MMC və İddiaçı1 cavabdeh QSC Cavabdeh KB-yə qarşı 30.04.2013-cü il tarixli kredit müqaviləsinin və 18.03.2008-ci il tarixli ipoteka müqaviləsinə bağlanmış 02.05.2013-cü il tarixli əlavə sazişin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.04.2013-cü il tarixli kredit müqaviləsinin, o cümlədən də həmin kredit müqaviləsinin təminatı qismində 18.03.2008-ci il tarixli ipoteka müqaviləsinə bağlanmış 02.05.2013-cü il tarixli əlavə sazişin ləğv edilməsi, qeyd edilən əlavə saziş əsasında ipoteka ilə əlavə yüklü edilmiş iddiaçı İddiaçı1 məxsus və onun mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksinin (Şamot tozu istehsal sahəsinin) əlavə yüklülükdən azad edilməsi və ödənilmiş 10 AZN məb ləğində dövlət rüsumunun cavabdeh QSC Cavabdeh KB-dən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC-nin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 ilə cavabdeh arasında 30.04.2013-cü il tarixdə 36 ay müddətinə kreditin verilməsi məqsədilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində İddiaçı1 ilə bank arasında bağlanmış 18.03.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən 06 saylı, 02.05.2013-cü il tarixli əlavə Sazişə əsasən İddiaçı1 məxsus və onun mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipoteka qoyulmuşdur. Cavabdehlə aralarında bağlanmış 30.04.2013-cü il tarixli, 170/03/27 42/13 saylı kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən xxxx borcalana 445600 manat məbləğində kredit açır. Müqavilənin 2.5-ci maddəsinə əsasən borcalana kredit üzrə pul vəsaitləri borcalanın yazılı müraciəti əsasında verilir. Hər bir yazılı müraciətdə kredit üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir. Müqavilənin 5.2.1-ci maddəsinə əsasən xxxx bu müqavilənin 2.1-ci maddəsində göstərilən məbləğdə krediti müqavilə ilə müəyyən edilmiş qaydada Borcalana vermək vəzifəsi, müqavilənin 5.3.3-cü maddəsinə əsasən isə Borcalanın müqavilədə göstərilən məbləğdə krediti almaq hüququ vardır. Qeyd etmişdir ki, kredit müqaviləsi ilə müəyyən edilmiş məbləğdə kredit vəsaitindən onlara vəsaitin ayrılması üçün dəfələrlə yazılı şəkildə cavabdeh Banka müraciətlər etmələrinə baxmayaraq, müraciət ləri cavabsız qalmış və kredit müqaviləsinin bağlandığı tarixdən bu günədək onlara hər hansı bir vəsait ayrılmamışdır ki, bu da bağlanmış müqavilə üzrə tərəflərdən biri olan cavabdeh Bank tərəfındən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulmasıdır. Belə ki, cavabdeh Bank tərəfindən müqavilə ilə müəyyən edilmiş öhdəliklərin pozulması-müqavilə ilə müəyyən edilmiş kredit məbləğinin onlara verilməməsi müqavilənin açıq-aşkar formada əhəmiyyətli dərəcədə pozulması olub, bu pozuntu onları müqavilə üzrə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Digər tərəfdən, cavabdeh bank tərəfindən icra edilməyən müqavilənin şərtlərinə və tələblərinə əsasən kredit müqaviləsinin əsası olan müqavilənin predmetini təşkil edən kreditin təyinatı istehsal olduğu halda, kreditdən təyinatına uyğun istifadə edilmə si cavabdeh bank tərəfındən təmin edilməmiş, başqa sözlə cavabdeh bank sözügedən vəsaiti kredit müqaviləsinin təyinatına uyğun istifadə etmək üçün onlara nağd və ya nağdsız formada (nağdsız yazılı sərəncam verməklə təyinatına uyğun istifadə etmək üçün) verməmişdir. Bir sözlə cavabdeh bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ümumiyyətlə icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış 30.04.2013-cü il tarixli kredit müqaviləsinin 3.2-ci maddəsinə əsasən kredit üzrə kredit məbləğinin ödənilməsi məsələsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq xxxx tərəfındən sərəncam qəbul edilməsi qaydasında həll edilir. O cümlədən də, kredit müqaviləsinin 3.4-cü maddəsinə əsasən kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə borcalanın yazı lı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.4-cü maddəsinə əsasən xxxx bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalana vurulan zərər görə məsuliyyət daşıyır. Cavabdehlə aralarında bağlanmış 30.04.2013-cü il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinə əlavə Sazişin ləğv edilməsi üçün mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Banka təklif göndərilmiş, lakin təklifdə müəyyən edilmiş müddət ərzində cavabdeh Bankdan təkliflərinə heç bir cavab almadıqlarından iş üzrə məhkəmə də iddia qaldırmaq məcburiyyətində qalmışlar. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərindən və qanunvericiliyin tələblərindən də göründüyü kimi, müqavilənin digər tərəfi olan cavabdeh Bank müqavilə üzrə vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə və öhdəliyin şərtlərinə müvafıq surətdə hərəkət etməmiş, bununla da müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmaqla xxxx tərəfindən öhdəliyin icra edilməməsi səbəbindən müqavilənin ləğv edilməsi üçün zəmin yaratmışdır. Həmçinin sözügedən kredit müqaviləsi bağlanarkən həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində cavabdehlə İddiaçı1 arasında 18.03.2008-ci il tarixli ipoteka müqaviləsinə 02.05.2013-cü il tarixli 06 saylı əlavə Saziş bağlanmış və iddiaçıya məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. Bu məs ələyə münasibətdə qeyd edirlər ki, «İpoteka haqqında» AR Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə bağlanır. Yuxarıda qeyd edilənlərdən də, göründüyü kimi tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə xxxxun üzərinə düşən öhdəliklər (müqavilə üzrə kredit məbləğinin istehsal təyinatı üçün verilməməsi) cavabdeh bank tərəfindən icra edilmədiyindən iddiaçının əsas öhdəliyi yaranmamışdır. Beləliklə də, əsas öhdəlikdən, başqa sözlə kredit müqaviləsindən kənar mövcud olmayan - müstəqil xarakter daşımayan ipoteka müqaviləsinə əlavə Sazişin heç bir hüquqi qüvvəsi yoxdur. Belə olduğu təqdirdə mövcud olmayan əsas öhdəliklə bağlı imzalanmış ipoteka müqaviləsinə əlavə Saziş də ləğv edilməlidir. Bakı şəhəri Sə bail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 2(009)4339/2016 saylı iş üzrə 06 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə «xxxx» qismində QSC Cavabdeh Kommersiya Bankının «Elm» fılialı ilə «Borc alan» qismində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında bağlanılmış 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı Kredit Müqaviləsinin ləğv edilməsi, «xxxx» qismində QSCCavabdeh Kommersiya Bankının «Elm» filialı ilə «İpoteka qoyan» qismində İddiaçı1 və «Borc alan» qismində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında bağlanılmış, 18.03.2008-ci il tarixli ********** saylı İpoteka Müqaviləsinə 06 saylı 02.05.2013-cü il tarixli Əlavə Sazişin ləğv edilməsi, 18.03.2008-ci il tarixli ********** saylı İpoteka Müqaviləsinə 02.05.2013-cü il tarixli 06 saylı Əlavə Saziş əsasında ipoteka ilə əlavə yüklü edilmiş İddiaçı1 məxsus və onun mülkiyyətində olan Sumqayıt şəhəri, BakıRostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsinin) 6 saylı Əlavə Saziş üzrə əlavə yüklülükdən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Mədinə Bağırova, Məmməd Məmmədov, Saqi Məmmədov) 01 fevral 2017-ci il tarixli, 2(103)-804/2017-saylı qətnaməsi ilə QSC Ləğv prosesində olan Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali M əhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Nurməmmədov, Akif İsgəndərov, Ənvər Şadiyev) 23 may 2017-ci il tarixli, 2(102)4024/2017 saylı qərarı ilə QSC Ləğv prosesində olan Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov, İkram Şirinov, Elşən Kazımov) həmin iş üzrə 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə QSC Ləğv prosesində olan Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov, Mehparə Əhmədova, İlqar Dəmirov) 23 fevral 2018-ci il tarixli, qərarı ilə QSC Ləğv prosesində olan Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Azad İmanov, Etibar Nəbiyev, Səriyyə Seyidova) həmin iş üzrə 25 iyul 2018-ci il tarixli 2(103)-5028/2018 saylı qətnaməsi ilə QSC Ləğv prosesində olan Cavabdeh KB-nin ləğvedicisi Ə manətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qətnaməsi QSC Cavabdeh KB-na münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)-5028/2018 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan QSC Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Vəkil1 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA DAİR ETİRAZİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi baxımdan maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu isə Bankın kommersiya maraqlarının və hüquqlarının pozul masına gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsinin səhv olaraq bu nəticəyə gəlmişdir ki, Bank borcalanın müraciətlərinə əsasən pul məbləğinin verilməsi ilə bağlı hər hansı sərəncam vermədiyindən və kredit müqaviləsi üzrə pulun ayrılmasını təsdiq edən hər hansı mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bu hal kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi və pozulması kimi qiymətləndirilməlidir. Əslində isə məhkəmə kollegiyası qanunvericiliyin tələblərini aşkar surətdə pozmasaydı və Bankın əlavə edilmiş mötəbər sübutlarını araşdırsaydı, Ali Məhkəmənin qeyd etdiyi nöqsanlara hüquqi qiymət versəydi, apellyasiya şikayətinin əsaslı olduğunun fərqinə varardı. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hala diqqət yetirməmiş, sözügedən kredit müqaviləsinin şərtlərinin məhz iddiaçılar tərəfindən pozulmasına əhəmiyyət verməmiş, müqavilənin şərtlərinə görə iddiaçıların sərəncamı olmadan kredit müqaviləsinə xitam vermək, onların hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri silmək ləğv prosesində olan QSC Cavabdeh KBnin vəzifəsi deyil, hüququ sayılmasını nəzərə almamış və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etməməsini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiya məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdiril diyini göstərməyə borcludur. Mübahisələndirilən kredit müqaviləsi üzrə ayrılan 445.600 (dörd yüz qırx beş min altı yüz) manat məbləğində vəsait “xxxx" MMC-nin digər kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri üzrə silinmişdir. Bundan başqa, qeyd olunan kredit müqaviləsi 30 aprel 2013-cü il tarixində bağlanmışdır, lakin iddiaçılar 3 ildən sonra, yəni 2016-cı il tarixində məhkəməyə müraciət edərək kredit müqaviləsinin ləğv edilməsini xahiş edir. Burada yaranan suala məhkəmə iclaslarında heç bir qiymət verilməmişdir. Hansı səbəbdən iddiaçılar 3 il müddətində məhkəməyə müraciət etməmişlər sualına məhkəmə qiymət verməmişdir. Eyni zamanda, 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçılar 28 yanvar 2015- ci il tarixli 28010115 saylı məktubla Banka müraciət edərək həmin kredit müqavil əsinin müddətinin uzadılmasını xahiş etmişlər (“xxxx” MMC-nin məktubu iş materiallarına əlavə edilmişdir). Burada yenə məhkəmə tərəfindən münasibət bildirilməyən sual yaranır. İddiaçılar 28 yanvar 2015-ci il tarixdə mübahisələndirilən kredit müqaviləsinin müddətinin uzadılmasını hansı səbəbdən xahiş ediblər? İddiaçıların 2 il sonra Banka müraciət edərək guya xəbərləri olmadığı kredit məbləği üzrə yaranan öhdəliklərinin icrasına dair möhlət istəməklərini məhkəmə görməzdən gəlmişdir. 30 aprel 2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsinin təminatı olaraq 02 may 2013-cü il tarixində 06 saylı əlavə saziş bağlanmışdır. Yəni iki gün sonra kredit müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Yenə də apellyasiya instansiyası məhkəməsi tərəfindən Bank sübutlarına qiymət verilməmişdir. Hes ab edirlər ki, təkcə yuxarıda göstərilənlər iddiaçının Bank qarşısında borclu olduğunu sübut edir və iddia ərizəsinin rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iddiaçıların iddiasının rədd olunması üçün əsaslar mövcuddur, lakin məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, araşdırılmalar tam və obyektiv aparılmadığından ədalətli qərar qəbul edilməmişdir. Bildirmək istəyirik ki, iddiaçıların məhkəməyə hansısa bir sübut təqdim etmək əvəzinə kredit müqaviləsində texniki nöqsanları göstərərək məhkəmənin diqqətini yayındırmağa çalışırlar. Kredit müqavilələrində və ya istənilən başqa bir müqavilədə texniki səhvlər ola bilər, amma bu o demək deyil ki, belə bir nöqsanlar müqavilənin ləğvi üçün əsasdır. 02 may 2013-cü il tarixli 06 saylı əlavə saziş əsasında 30 aprel 2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsinin təminatı olan Bakı-Rostov şossesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi 18 mart 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinin təminatı qismində də bank qarşısında yüklüdür və həmin əmlak kompleksi 5 sayda əlavə sazişlərlə də Bank qarşısında yüklü edilmişdir. Nəzərinizə çatdırırıq ki, 18 mart 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin bugünə qədər Bank qarşısında icra olunmayan öhdəlikləri mövcud dur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)- 5028/2018 saylı qətnaməsini tamamilə ləğv edib mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında cavabdeh QSC Cavabdeh KB-nin nümayəndəsi Vəkil1 kassasiya şikayətin müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçıların vəkili Vəkil2 və İddiaçı1 kassasiya şikayətinə dair verdikləri etirazın məzmununa uyğun izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, «xxxx» qismində QSC Cavabdeh Kommersiya Bankının «Elm» filialı ilə «Borc alan» qismində «xxxx» MMC-nin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında bağlanmış, 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən «xxxx» «Borc alan»a 445.600 manat məbləğində kredit açmağı, «Borc alan» bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edərək kreditə görə hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşlər. Kredit 36 ay müddətinə verilmişdir. Tərəflər arasında bağlanmış sözügedən Müqavilənin şərtlərinə əsasən: - 2.4. kredit istehsal üçün verilir. - 2.5. «Borc alan»a kredit üzrə pul vəsaitləri «Borc alan»ın yazılı müraciəti əsasında verilir. Hər bir yazılı müraciətdə kredit üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir. - 3.1. kredit bu müqavilə qüvvəyə mindikdən sonra müqavilənin şərtləri nəzərə alınmaqla «Borc alan»nın yazılı müraciəti daxil olduğu tarixdən 3 gündən gec olmayaraq, «xxxx» tərəfındən «Borc alan»ın hesabına köçürülür. - 3.2. kredit üzrə kredit məbləğinin ödənilməsi məsələsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq «xxxx» tərəfindən sərəncam qəbul edilməsi qaydasında həll edilir. - 3.4. kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə «Borc alan»ın yazılı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. - 3.6. kreditdən istifadə müddətinin başlanğıcı kreditin «Borc alan »nın hesabına köçürüldüyü təqvim günündən hesablanır. Həmçinin, iş materiallarında olan «xxxx» qismində QSC Cavabdeh Kommersiya Bankı ilə «İpoteka qoyan» qismində İddiaçı1 və «Borc alan» qismində «xxxx» MMC-nin şəxsində nizamnamə əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında bağlanılmış 18.03.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə 02.05.2013-ci il tarixli 06 saylı Əlavə Sazişə əsasən müqavilənin 1.1, 1.3 bəndləri aşağıdakı redaksiyada verilmişdir: -1.1. «xxxx»la «Borc alan» arasında bağlanmış 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsinə müvafiq olaraq «xxxx» «Borc alan»na 36 ay müddətinə 30.04.2016-cı il tarixədək kreditdən istifadəyə görə 12% ödəməsi şərti ilə 445.600 manat məbləğində kredit verməyi və «Borc alan» kreditdən istifadəyə görə f aizləri hər ay kredit müqaviləsi və ona əlavələrdə müəyyən edilmiş qaydada xxxxa ödəyir. - 1.3. kredit müqaviləsi üzrə «Borc alan»nın öhdəliklərinin təmin etmək məqsədilə «İpoteka qoyan» Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi «xxxx» qarşısında ipoteka ilə yüklü edir. İddiaçılar 04.08.2016-cı il tarixdə mübahisəli kredit və ipoteka müqaviləsinə Əlavə Sazişin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərmiş və 5 gün müddətində onlara məlumat verməsini xahiş etmişlər. Həmin təklif 04.08.2016-cı il tarixdə rəsmi qaydada bank tərəfindən qəbul edilmiş, lakin göstərilən müddət ərzində bank tərəfindən iddiaçıların təklifinə dair hər hansı cavab verilməmişdir. Bank tərəfindən iddiaçıların bu təklifinə hər hansı cavab verilmədiyindən, id diaçılar 10.08.2016-cı il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavbadehlə bağlanılmış 30.04.2013-cü il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinə 02.05.2013-ci il tarixli Əlavə Sazişin ləğv edilməsini xahiş etmiş, tələbin əsası kimi cavabdeh bankın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmədiyini və iddiaçı "xxxx" MMC-yə müqavilə ilə ayrılmalı olan 445600 manat məbləğində kreditin verilmədiyini göstərmişlər. Cavabdeh isə iddianı qəbul etməyərək, 30.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 445600 manat məbləğində kreditin borcalanın bank hesabına köçürüldüyünü və həmin məbləğin kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən «xxxx» MMC-nin digər kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri üzrə silindiyini bildirmiş, məhkəməyə həmin müqavilə üzrə 16 6.010,01 manat əsas borc, 7187,24 manat faiz borcunun mövcud olması barədə maliyyə arayışı təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəlləsinin 152.1, 385, 423.1, 423.2, 425.1, 425.2, 442, 443.1, 443.5, "İpoteka haqqında" AR Qanununun 10.1, 33, 34, "Banklar haqqında" AR Qanununun 36.7-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, tərəflər azad surətdə müqavilə bağlamaqla və şərtləri müəyyən etməklə hər biri üzərinə öhdəliklər götürmüşlər və həmin müqavilə üzrə şərtlərin yerinə yetirilməməsi müqavilə üzrə öhdəliyin pozulması deməkdir. Cavabdeh bank kredit müqaviləsi üzrə üzərinə 445.600 manat məbləğində kredit açması və kreditin istehsal üçün verilməsi ilə bağlı öhdəlik götürsə də, onun tərəfindən bu öhdəliklər yerinə yetirilməmiş, müqavilə qüvvəyə mindikdən sonra "xxxx" MMC-nin müraciətlərinə əsasən pul məbləğinin verilməsi ilə bağlı hər hansı sərəncam verməmiş və kredit müqaviləsi üzrə pulun ayrılmasını təsdiq edən hər hansı mötəbər sübutlar (kassa məxaric orderi, pulun iddiaçının hesabına köçürülməsini və iddiaçı tərəfindən həmin vəsaitə sərəncam verilməsini təsdiq edən mötəbər sübutlar) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi, yəni şərtləşdirilmiş pul məbləğinin verilməməsi, borcalan "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada yerinə yetirilməsinə mane olmuş və mümkünsüz etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə şərtləşdirilmiş pul məbləğinin iddiaçı "xxxx" MMC-yə verilməməsi, müqavilənin şərtinin əhəmiyyətli dərəcədə pozulması kimi qəbul edilərək 30.04.2013-cii il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi və onun təminatı kimi bağlanmış 18.03.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə 06 saylı 02.05.2013-cü il tarixli Əlavə Saziş ləğv edilməsi, ipoteka predmeti olan İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsinin) əlavə yüklülükdən azad edilməsi ilə bağlı iddia tələbinin təmin edilməsi əsaslı hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən məcburi göstərişlərə tam əməl etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində göstərilir ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Kon stitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiy a məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir”. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarlarında göstərilmişdir ki, “xxxx” MMC ilə cavabdeh təşkilat arasında sözügedən kredit müqaviləsi bağlanmazdan əvvəl bank hesab müqaviləsi bağlanmış və bundan sonra “xxxx” MMC tərəfindən aparılan bütün əməliyyatlar həmin hesab üzərində öz əksini tapmışdır. “xxxx” MMC-nin bank hesabından çıxarış işə əlavə edilməsinə və həmin hesabdan çıxarışda Cəmiyyətin hesabına daxil olan kredit məbləğləri, məxaricləri, mədaxilləri və bütün silinmələr göstərilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin yazılı sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. İddiaçı2 MMC-nin işə əlavə edilmiş hesabından çıxarışdan görünür ki, bank tərəfindən onun hesabına 445.600 manat kredit məbləği ayrılmış və həmin məbləği “xxxx” MMC-nin cavabdeh təşkilata olan digər kredit borclarına görə silinmişdir. İşə əlavə edilmiş 30 aprel 2013-cü il tarixli kredit müqaviləsinin 5.1.10-cu bəndinə görə, “borc alan” tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək v ə “borc alan”ın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri “borc alan”ın sərəncamı olmadan silmək cavabdeh təşkilatın hüququdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hala diqqət yetirməmiş, sözügedən kredit müqaviləsinin şərtlərinin məhz iddiaçılar tərəfindən pozulmasına əhəmiyyət verməmiş, müqavilənin şərtlərinə görə iddiaçıların sərəncamı olmadan kredit müqaviləsinə xitam vermək, onların hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri silmək cavabdeh təşkilatın vəzifəsi deyil, hüququ sayılmasını nəzərə almamış və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etməməsini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddə sinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsinin qərarlarında həmçinin göstərilmişdir ki, iş materiallarına əsasən tərəflər arasında sözügedən kredit müqaviləsi 30 aprel 2013-cü il tarixdə bağlandığı halda, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 avqust 2016-cı il tarixdə, yəni 3 ildən sonra müraciət etmişlər. Eyni zamanda iddiaçılar sözügedən kredit müqaviləsi üzrə 28 yanvar 2015-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edərək kredit müqaviləsinin müddətinin uzadılmasını xahış etmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan ha llara əhəmiyyət verməmiş, iddiaçıların kredit müqaviləsinin bağlanmasından 3 ildən sonra nəyə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin, həmçinin sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, onların nəyə görə 28 yanvar 2015-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etmələrinin səbəblərini araşdırmamış və nəticədə işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Daha sonra işdən görünür ki, 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçılar tərəfindən müəyyən ödənişlər həyata keçirilmiş və bununla bağlı cavabdeh təşkilat tərəfindən məhkəməyə maliyyə arayışları təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş maliy yə arayışlarının mötəbərliyini nəyə görə şübhə altına almasını qətnamədə əsaslandırmamış, həmin arayışların bilavasitə cavabdeh təşkilatın nəzarəti altında hazırlanmaqla, həmin təşkilat tərəfindən ləğv prosesində olan sözügedən bankın bütün maliyyə işləri barəsində mütəmadi olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat verilməsini nəzərə almamışdır. Kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında daha sonra göstərilmişdir ki, cavabdeh QSC "Bank Standart" KB iddiaçılar "xxxx" MMC-nə və İddiaçı1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair” qarşılıqlı iddia qaldıraraq Bankla iddiaçı “xxxx” MMC arasında bağlanmış 30.04.2013-cii il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə ayrılan 4456 00 manat məbləğində vəsaitin müqavilənin 5.1.10-cu bəndinə əsasən digər kredit müqavilələri üzrə yaranmış borclara görə silindiyini, 30.04.2013-ci il tarixli kredit müqaviləsi üzrə banka qaytarılmamış 166.010,01 manat əsas borc, 7187,24 manat faiz borcu və 39802,07 manat cərimə borcu, cəmi 212999,32 manat borcu olduğunu göstərmiş, bu halları təsdiq edən sübutları qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Birinci instansiyada işə baxan Səbail rayon məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsa da, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş və iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.04.2013-ci il tarixli kredit müqaviləsi üzrə banka kredit borcunun olması barədə sənədlərə məhkəmə hüquqi qiymət verməmişdir. İş ə təkrar baxan apellyasiya instansiya məhkəməsi verilən göstərişlərlə bağlı qeyd etmişdir ki, hazırda mübahisələndirilən işə əlavə edilmiş 30 aprel 2013-cü il tarixli kredit müqaviləsinin 5.1.10-cu bəndinə görə “borc alan” tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və “borc alan”ın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri “borc alan”ın sərəncamı olmadan silməyin cavabdeh təşkilatın hüququnun olması qeyd edilsə də, iddiaçı tərəfindən məhz həmin kredit müqaviləsi üzrə hər hansı şərtin pozulması müəyyən edilmir. Bundan əlavə, iddiaçının cavabdeh təşkilatla bağladığı və bu işə aidiyyəti olmayan digər kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi hazırki mübahisələndirilən müqavilə üzrə hər hansı şərtin pozulması kimi qəbul edilməməklə ha zırki iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Həmçinin tərəflər arasında sözügedən kredit müqaviləsi 30 aprel 2013-cü il tarixdə bağlandığı halda, həmin müqavilə üzrə iddiaçının 2015-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edərək kredit müddətinin uzadılmasının xahiş etməsi, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 avqust 2016-cı il tarixdə, yəni 3 ildən sonra müraciət etməsi barədə xüsusatlar iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdeh tərəfindən iddia ərizəsinə əlavə edilmiş kserosurətlərdən də məhz sonuncu müqavilə üzrə ödənişlərin həyata keçirilməsinin müəyyən edilməsi mümkünsüz olmaqla, həmin kserosurətlər mübahisələndirilən müqavilədən öncəki müqavilələrə aiddir ki, qeyd edilən çıxarışlar qəbul edildiyi halda belə, hazırki iddia tələ binin rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərlə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsi işin faktik hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirməməklə maddi və prossesual hüquq normalarının tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-c i maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddia ərizəsindən görünür ki, iddiaçı bağlanmış 30.04.2013-ci il tarixli kredit müqaviləsi üzrə dəfələrlə banka pulun ayrılması ilə bağlı müraciət etdiyini, lakin bank tərəfindən ona pul verilmədiyini bildirir. Bank isə həmin müqavilə üzrə pulu iddiaçı hüquqi şəxsin mövcud olan bank hesabına köçürüldüyünü və hesabda olan vəsaitin bankla iddiaçı hüquqi şəxs arasında əvvəllər bağlanmış müqavilələr üzrə yaranmış borcların silinməsinə yönəldiyini bildirir. Həqiqətən də, birinci instansiya məhkəməsində işə baxılarkən bank tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, tərəflər arasında hazırki iddianın predmetini təşkil edən 30.04.2013-ci il tarixli kredit müqaviləsindən əvvəl daha iki müqavilə bağlanmış və hər üç müqavilə üzrə cavabdehdən ödənilməmiş qalan borc tələb edilmişdir. Həmin müqavilələrin də 5.1.10-cu bəndində “borc alan” tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və “borc alan”ın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri “borc alan”ın sərəncamı olmadan silməyin cavabdeh təşkilatın hüququnun olması əks olunmuşdur. Belə olan təqdirdə, məhz 30.04.2013-ci il tarixli kredit müqaviləsi üzrə borcalan tərəfindən hər hansı şərtin pozulmaması buna görə də, bank tərəfindən müqavilənin 5.1.10-cu bəndinə istinad edilməsinin əsass ız olması barədə iddiaçının kassasiya şikayətinə etirazının dəlili və apellyasiya məhkəməsinin bu barədə mövqeyi əsaslı hesab edilə bilməz. Cavabdeh bank iddiaya etirazının əsası kimi tərəflər arasında mövcud olmuş həqiqi münasibətlərə istinad edərək, əvvəlki kredit müqavilələri üzrə borca görə sonuncu kredit məbləğinin silindiyini bildirdiyindən, məhkəmə bu dəlilin yoxlanması üçün tərəflər arasında bağlanmış əvvəlki iki kredit müqavilələri üzrə 30.04.2013-ci il tarixə borcun olubolmaması, həqiqətən həmin məbləğin borca görə silinib-silinməməsini bank hesabından təqdim edilmiş çıxarışlara əsasən araşdırmalı idi. Çünki mülki prossesual qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərə flərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən işə baxılarkən müştərinin (iddiaçının) bank hesabından çıxarış təqdim edilmiş və həmin hesabdan çıxarışda müştərinin hesabına daxil olan kredit məbləğləri, məxariclər, mədaxillər və bütün silinmələr göstərilmişdir. Bankın iş materiallarına əlavə etdiyi çıxarışlardan mübahisələndirilən kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənişlərin həyata keçirilməsini apellyasiya instansiyası məhkəməsi müəyyən edə bilməmişdirsə, bunun üçün məhkəmə-mühasibatlıq eks pertizasının keçirilməsinin zəruriliyinə diqqət yetirməyərək, tərəflərin həm yazılı, həm də şifahi olaraq məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlərini heç bir əsas göstərmədən təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlu matların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də kollegiyanın qənaətinə görə apellyasiya instansiya məhkəməsi ödənişlərin hansı kredit müqaviləsi üzrə həyata keçirilməsini, əvvəllər götürülmüş iki kredit müqaviləsi üzrə borcların həqiqətən olması, olduğu təqdirdə hansı məbləğdə borcun qalması, mübahisələndirilən kredit müqaviləsindəki məbləğin əvvəlki kredit müqavilələri üzrə borcların silinməsinə istifadə edilib-edilməməsi müəyyən etmək üçün məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə zəruri olmasına dair tərəflərin vəsatətlərinə düzgün qiymət verməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin müddəti bitdikdən sonra həmin müqavilə üzrə kreditin verilməməsi əsası ilə kredit müqaviləsinin ləğv edil məsi tələbinin mümkünlüyünə MM-nin 399-cu maddəsi baxımından qiymət verməmiş, sözügedən kredit müqaviləsi üzrə kredit ayrılmadığı halda, müqavilənin ləğvinin iddiaçının nəyə görə 28 yanvar 2015-ci il tarixdə ərizə ilə ləğv prosesində olan QSC Cavabdeh KB-yə müraciət edib kredit müqaviləsinin müddətinin uzadılmasını xahiş etməsinin səbəblərini araşdırmamış və nəticədə işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Halbuki, kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq olun a bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh QSC Cavabdeh KB-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)-5028/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2972/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2972/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver