Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2973/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İX cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 iyul 2017- ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14.02.2014-cü il tarixli 22-M-1-0-212-14 saylı kredit müqaviləsi üzrə 2250,86 ABŞ dolları əsas borcun və 100 ABŞ dolları cərimə borcunun, cəmi 2350,86 ABŞ dolları pulun (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışinski, hakimlər R.Eyvazov və S.Hacıyev) Xətai rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 02 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Ə.Nurməmmədov, hakimlər M.Əhmədova və Ə.Rüstəmov) Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsi iddia tələbinin faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər V.Baxışova və N.Cəfərov) Xətai rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi qismən iddianın faiz borcunun tutulması ilə bağlı təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14.02. 2014-cü il tarixli kredit müqaviləsi üzrə 54,92 ABŞ dolları pulun (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı) faiz borcunun tutulması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hü quqi məsələlər: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, 14.02.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn 26.04.2017-ci il tarixədək hesablanmış 2250,86 ABŞ dolları əsas borc və 835,73 ABŞ dolları faiz borcu və 976,46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4063,05 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxanlmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanan 14.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 9000 ABŞ dolları məbləğində illik 28% olmaqla 24 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 və Cavabdeh3 ilə 14.02.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin təmamilə icra edilməsi üçün öz üzərlərinə öhdəlikt götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu Cavabdeh1 verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş m üddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icr a edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birg ə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilm ədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2973/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2973/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver