Məhkəmə qərarları › İş №2(102)-2974/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2974/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2974/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti nə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 22350 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat Cavabdeh1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov) qətnaməsi ilə İddiaçı apelyasi ya şikayəti təmin edilməmiş, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən – Cavabdeh1 tutulması qət edilmiş 22350 manat pul məbləğinin 6350 manatına dair hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməmiş «xx.xx.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsinə dair» hissədə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə çıxarılmaqla, ilkin iddia tələbinin 22000 manat pulun tutulmasına dair hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə xx.xx.2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi hissəsində təmin edilməsi, Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi, qətnamənin qalan - Cavabdeh1 16000 manat məbləğində p ulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi, həmçinin məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin “qətnamənin qalan - Cavabdeh 1 16000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi, həmçinin məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılması” hissəsi saxlanılmaqla, qalan hissədə ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh1kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdı rmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən “qətnamənin qalan - Cavabdeh1 16000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi, həmçinin məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılması” hissədə ləğv edilməsini və ilkin iddia ərizəsinin təmin olunan hissələrində yəni Cavabdeh1 16000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi hissəsində də təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin olunmayan hissələrində yəni Cavabdeh1 ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində də təmin edilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 38000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixində tərəfindən imzalanmış ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana 16000 manat məbləğində bo rc pul verir, borc verən nəzərdə tutulan pul məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16000 manat məbləğində pulu təhvil vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 bildirir ki, o, İddiaçı 22000 manat pul almışdır. Aldığı borc pul olan 22000 manat pulu 44 aya ödəyəcəyinə vəd verir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X2 barəsində aparılmış 32 C-19 saylı materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edil mişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh1 adlarından olan 3M-102 saylı reyestrlə qeydiyyatdan keçmiş xx.xx.2019- cu il tarixli kredit müqaviləsində borc alan qrafasındakı imza və “Cavabdeh1” yazıları – Cavabdeh1 tərəfindən icra olunması, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh1 adlarından olan 3M-102 saylı reyestrlə qeydiyyatdan keçmiş xx.xx.2019- cu il tarixli kredit müqaviləsində borc alan qrafasındakı imzada və “Cavabdeh1” yazılarında əlyazmanın və imzanın qeyri-adi psixofizioloji vəziyyətdə (qorxu, həyəcanlı, stress vəziyyətində və.s) icra olunmasını xarakterizə edən əlamətlərin müşahidə olunmadığı müəyyən edilmişdir. İddiaçı bildirir ki, o, Cavabdeh1 qonşusu Cavabdeh2 vasitəsi ilə tanımışdır. onunla 4-5 ildir qonşudur və 2018-ci ilin avqustunda ona şirniyyat sexi açmağı və birlikdə işlətməyi bildirmiş, aralarında bu barədə bir neçə dəfə danışıqlar olduğundan münasibətləri daha da yaxşılaşmışdır. O zaman Lalə münasib obyekt götürmək məqsədi ilə ondan pul istəmiş, ona görə ilkin olaraq 1000 manat, daha sonra (bir həftə müddətində) isə 500 manat pul vermişdir. Bir müddət sonra isə ona bildirmişdir ki, yaxşı yer tapa bilmir və adlı rəfiqəsi var, bağça işi ilə məşğul olur, təklif etmişdir ki, bağça açıb şərikinə işləsinlər. sözünə inanmış və razılıq vermişdir. 2018-ci ilin sentyabr ayında birlikdə onların evinə gəlmiş və ona təqdim etmişdir. Bir müddət sonra onların arasında münasibət yaranmış və o, birlikdə onun işlətdiyi bağçaya baxmış və inanmışdır. 2018-ci ilin senty abrında bildirmişdir ki, yeni “Bağça” açmağa görə 30.000 manatdan çox pul lazımdır. Həmin vaxtı artıq onun həyat yoldaşı da danışıqlarda iştirak etmişdir. İlkin olaraq 5000 manat pulu Laləyə, daha sonra isə 4000 manatı isə vermişdir. Bir neçə gündən sonra yeni açılacaq “Bağçanın” sənədlərini gətirərək ona və yoldaşına göstərmiş və ona inamları daha da artmışdır. Ona görə də o və yoldaşı hissə-hissə olmaqla xx.xx.2019-cu ilə kimi Cavabdeh1 ümumilikdə 22.000 manat pul vermişlər. 2019-cu ilin yanvar ayının əvvəllərində Cavabdeh1 ilə birlikdə Binə qəsəbəsi ərazisində icarəyə götürdüyü “Bağçaya” baxmışlar. Həmin vaxtı orada tezliklə “Bağçaya“ mebel alacağını və bunun üçün əlavə pul verməyi bildirmişdir. Lakin o, pulu olmadığını və pulu yanvar ayının sonuna kimi tapıb toplayacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə onlar birlikdə 9 saylı Notarial Kontoruna getmişlər və orada Cavabdeh1 ilə Kredit Müqaviləsi bağlamış, lakin Notarius bildirmişdir ki, bu vaxta kimi verilmiş pula görə müqaviləni təsdiq edə bilməyəcək, hazırda onların verdiyi 16.000 manat pul barədə Kredit Müqaviləsi bağlaya bilər. Notariusun təklifi ilə onlar X4 ərizə almışdır. İki gündən sonra, yəni xx.xx.2019-cu il tarixində qonşu Lalənin evinin qarşısında Polis avtomaşınlarının və Təcili Tibb avtomaşının dayandığını görmüş və qonşu olduğu üçün yaşadığı evə getmiş və orada polis əməkdaşlarından eşitmişdir ki, Lalə ilə birləşmişmiş və çoxsaylı insanları aldatmışlar. Həmin vaxt o da və böyük məbləğdə pul verdiyini və onların onu da aldatdığını başa düşmüşdür. Ona görə də yaşadığı evə getmiş və verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. dayısı kimi özünü təqdim edən şəxs özünü Ekologiya Nazirliyində işlədiyini, əli hər yerə çatdığını deyən şəxs onun üstünə qışqıraraq Notariusa gedib müqaviləni ləğv etməsə başının çox bəlalar çəkəcəyini, onu tutduracağını bildirmişdir. onu aldatması ilə əlaqədar Suraxanı rayon Prokurorluğuna müraciət etmiş və hazırda prokurorluqda və polis orqanlarında araşdırmalar davam edir. Hesab edir ki, cavabdehlərin onunla ərizə (qəbz) yazaraq və müqavilə bağlayaraq borca götürdükləri pulu müqavilə başa çatmadan qaytarmalıdır. Belə ki, cavabdehlər ondan aldığı pulu qaytarmayacağı barədə bildirdikləri onda şübhə yaratmış və ona görə, məcbur olub, cavabdehə verdiyi pulu müqavilə müddətinin başa çatmadan alınıb ona qaytarılmasını istəyir. Cavabdeh1 bildirir ki, İddiaçı ilə arasında olan borc münasibətləri təxminən 2 il əvvəl yaranmış, aralarında 38000 manat pulun verilməsi ilə bağlı heç bir borc münasibəti olmamışdır. 2 il müddətində Cavabdeh2 İddiaçı cəmi 6350 manat məbləğində sələmə faizlə borc pul almış və həmin pulu artıqlaması ilə faizlərlə birlikdə geri qaytarmışdır. Belə ki, 6350 manat pulu hissə-hissə vaxtaşırı Lalə İddiaçı alaraq ona vermişdir. İddiaçı sələmə pul verən şəxsdir və hər dəfə Cavabdeh2 pul verdikcə həmin pul məbləğlərinə özündən faiz hesablamışdır. Həmin 6350 manat borca görə 14000 manat məbləğində faizi İddiaçı qaytarmışdır. Lakin İddiaçı 14000 manat məbləğlə kifayətlənməmiş və həmin 14000 manat pulun faizə hesablanmasını bildirirək əsas borcu ödəməyi tələb etmişdir. (Lalə daha sonra borcun əvəzinə İddiaçıva 2 dəst qızıl komplekt (24 qramlıq brilyant qarnitur 2800 manat dəyərində, 9 qramlıq sırqa və üzük komplekti 1200 manat dəyərində), 1 ədəd iphone telefon, 1 ədəd LG telefon, 280 manat dəyərində məişət əşyaları (soba, qab-qaşıq) vermişdir. Bu faktları şahidlər də təsdiq edə bilər. İddiaçıiddia ərizəsində qeyd etdiyi 2019cu ilin yanvar ayına qədər ona 22000 manat, xx.xx.2019-cu il tarixində isə 16000 manat məbləğində borc pul verməsi həqiqət deyil. Əgər həqiqətən də onun İddiaçıva 22000 manat məbləğində borcu var idisə və həmin borcu ödəməkdən yayınırdısa nəyə görə İddiaçı yenidən 16000 manat məbləğində borc pul vermişdir. Hazırda onun İddiaçıva heç bir borcu yoxdur. İddia ərizəsinə əlavə olunan 22000 manat məbləğində pulun verilməsi barədə xx.xx.2019-cu il tarixli ərizə isə onun tərəfindən deyil, adlı şəxs tərəfind ən yazılmışdır. Həmin ərizə və müqaviləyə hədə-qorxu ilə imza edilmişdir. Ümumiyyətlə həmin ərizənin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən 3000 manatdan çox borc məbləği üçün yazılı şəkildə müqavilə imzalanmalıdır. Bu qanunvericiliyin imperativ tələbidir. xx.xx.2019-cu il tarixində heç bir pul vəsaiti verilməmişdir. Həmin gün nə bank, nə də notarius vasitəsi ilə, nə də əlbəəl ona heç bir pul vəsaiti verilməmişdir. İddiaçı əvvəllər Cavabdeh2 verdiyi və ona qaytarılmış 6350 manat pulun faizləri kimi həmin müqaviləyə hədə-qorxu ilə imza etdirmişdir. Digər tərəfdən, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilə və xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 22000 manat borcun 44 aya, 16000 manat borcun isə 3 il müddətində qaytarılm ası nəzərdə tutulmuşdur. Lakin İddiaçı müqavilənin müddətini gözləmədən borcu vaxtından əvvəl tələb edərək qanunvericiliyin tələblərini pozmuşdur, borcun dərhal qaytarılmasına əsas olmuş halları sübut edə bilməmişdir. Digər tərəfdən isə həmin müqavilə və ərizə hədə-qorxu altında imzalandığı və qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız hesab edilməlidir Cavabdeh2 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən borc verən borc alan a 16000 manat məbləğində borc pul vermiş, borc verən nəzərdə tutulan pul məbləğini borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Lakin borc alan müqavilənin şərtlərinə əməl etməmiş, beləliklə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməmiş və tərəflər arasındakı gərgin münasibətlər borcun qaytarılması üçün əhəmiyyətli dərəcədə təhlükəli vəziyyət yaratmışdır. Bundan başqa İddiaçı Cavabdeh1 22000 manat pul verdiyini iddia etsə də, həmin pulun verilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Yalnız xx.xx.2019-cu il tarixli ərizəyə istinad etmişdir. Həmin ərizə isə etibarsız ədq hesab edilir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 kasasiya şikayəti təmin edilməməli İddiaçı kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissələrində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqavil əsinə əsasən borc verən borc alana 16000 manat məbləğində borc pul vermiş, borc verən nəzərdə tutulan pul məbləğini borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ola raq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Görünür ki, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməklə müqavilə predmeti olan pulu müqavilədə gös tərilən müddətdə borc alana vermiş, lakin borc alan müqavilənin şərtlərinə əməl etməmiş, beləliklə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməmiş və tərəflər arasındakı gərgin münasibətlər borcun qaytarılması üçün əhəmiyyətli dərəcədə təhlükəli vəziyyət yaratmış, yaranmış fikir ayrılıqlarından sonra tərəflər müqavilə üzrə nəzərdə tutulmuş vəzifə və öhdəliklərinin şərtinə əməl etməkdən imtina etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Kollegiya eyni zamanda qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbi sözügedən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə əsassızdır. Yuxarıda sadalananlara əsasən müəyyən edilir ki, həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Cavabdeh1 həmin kredit müqaviləsinin hədə-qorxu altında bağlandığını, əslində pul məbləğinin verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hal təkzib olunur. Belə ki, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh1 adlarından olan 3M-102 saylı reyestrlə qeydiyyatdan keçmiş xx.xx.2019- cu il tarixl i kredit müqaviləsində borc alan qrafasındakı imza və “Cavabdeh1” yazıları – Cavabdeh1 tərəfindən icra olunması, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh1 adlarından olan 3M-102 saylı reyestrlə qeydiyyatdan keçmiş xx.xx.2019- cu il tarixli kredit müqaviləsində borc alan qrafasındakı imzada və “Cavabdeh1” yazılarında əlyazmanın və imzanın qeyri-adi psixofizioloji vəziyyətdə (qorxu, həyəcanlı, stress vəziyyətində və.s) icra olunmasını xarakterizə edən əlamətlərin müşahidə olunmadığı müəyyən edilmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası lkin iddia tələbi üzrə 22000 manat pulun tutulması ilə bağlı hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Be lə ki, Mülki Prossesual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi iddiaçı 22000 manat pulun borc verilməsi ilə bağlı Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli ərizəni məhkəməyə təqdim etməklə öz üzərinə düşən sübut etmə vəzifəsini icra etmişdir. Belə olan halda Cavabdeh1 həmin sübutu təkzib edən sübutları təqdim etmək vəzifəsi daşıyır. Lakin iş materiallarından göründüyü kimi Cavabdeh1 22000 manat pulun verilməsini təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyi halda apelyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa apelyasiya instansyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 22000 manat məbləğində pulu 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayınadək olan müddətdə verdiyini bildirdiyi halda, Cavabdeh1 6350 manatı 2017-ci ildə aldığını, iddiaçının göstərdiyi dövrdə isə hər hansı məbləğdə borc almadığını göstərmişdir. Belə olan halda isə cavabdehin göstərdiklə ri iddianın qismən (6350 manat) etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Lakin işin halları ilə tərəflər arasında 2018-ci ildən əvvəlki tarixdə hər hansı bir borc münasibətlərinin olması sübut olunmur. Ona görə də apelyasiya instansiyası məhkəməsi göstərilən tarixdən asılı olmayaraq Cavabdeh1 iddiaçıdan aldığını bildirdiyi 6350 manat pulun mübahisə predmeti olan borca aid olub-olmamasını araşdırmalı və müvafiq araşdırmanın nəticəsi əsasında mübahisəyə hüquqi qiymət verməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin mə zmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar