Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2975/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar söz: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; öhdəliklərin icra edilməməsi; borc müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(1 03)-3295/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-iddiaçı) ilə cavabdeh Zeynalov Ədalət Əliabbas oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 27 faiz olmaqla 12700 (on iki min yeddi yüz) ABŞ dollar məbləğində kredit verilmişdir. 2. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətinə əsasən, Cavabdeh2 iddiaçı ilə cavabdeh Zeynalov Ədalət Əliabbas oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 390008820/ZM nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri tamamilə və ya hissə-hissə icra edilməsi üçün öz üzərin ə götürərək zamin durmuşdur. 3. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişin surətinə əsasən, kredit müqaviləsi üzrə kreditin qalığı üzrə 9318 manat retruktirzasiya edilmiş və həmin restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci ilədək təşkil edir. 4. xx.xx.2014-cü il tarixli 390008820/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə sazişin surətinə əsasən, kredit müqaviləsi üzrə kreditin qalığı olan 9318.58 manat konvertasiya edilməklə 2766.49 manat müəyyən edilmiş və kreditin ödənilməsinin son müddəti xx.xx.2020-ci ilədək müəyyən edilmişdir.
5. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətinə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Zeynalov Ədalət Əliaba s oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dır və o miras əmlakdan ¼ hissədə pay almışdır. 6. **********907 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Zeynalov Ədalət Əliabas oğlunun xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 7156 manat əsas, 4463.86 manat manat faiz, 10667 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 993.96 manat faiz borcu, cəmi 23282.44 (iyirmi üç min iki yüz səksən iki manat, qırx dörd qəpik) manat təşkil edir.
7. İddiaçı **********73 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişə əsasən, borcalan Zeynalov Ədalət Əliabas oğlunun vərəsəsi Cavabdeh1 Zeynalov Ədalət Əliabas oğlunun kredit borclun ödənməsini tələb etmişdir.
8. Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27.12.217-ci il tarixli 2- 1(103)-3194/2017 nömrəli qərarına əsasən, iddiaçının müflis elan edilərək ləğv prosesi başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 23282.44 manat bundan 7156.86 manat əsas, 4463.86 manat faiz, 10667.76 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 993.96 manat faiz borcu və iş üzrə ödənilmiş 159.85 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Nizami filialı ilə cavabdeh Zeynalov Ədalət Əliabbas oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas vəsaitin artırılması məqsadilə cavabdehə 18 ay müddətinə illik 27% dərəcəsi ilə ödəmək şərtilə 12.700 min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Zeynalov Ədalət Əliabbas oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 390008820/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD=1.40 AZN) 9318.58 (doqquz min üç yüz on səkkiz manat, 58 qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması məqsədilə" verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsində fiziki şəxslər üzrə ada görə "Z eynalov Ədalət Əliabas" vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Banka daxil olmuş xx.xx.2022-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından məlum olmuşdur ki, Zeynalov Ədalət Əliabas oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bank tərəfindən Bakı şəhəri 17 saylı Notariat ofisinə mərhum Zeynalov Ədalət Əliabas oğlunun vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, 21.04.22-ci il tarixdə vəfat etmiş Zeynalov Ədalət Əliabas oğlunun vərəsəsi Cavabdeh1 xx.xx.2022-ci il tarixdə V- 124/2022 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********352 saylı, xx.xx.2022ci il və **********073 saylı, 09 iyun 2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə cavabdeh Zeynalov Ədalət Əliabas oğlunun kredit üzrə cəmi borcu 23282.44 (iyirmi üç min iki yüz səksən iki manat, 44 qəpik) manat təşkil edir. Bundan 7156.86 (yeddi min yüz əlli altı manat, 86 qəpik) manat əsas, 4463.86 (dörd min dörd yüz altmış üç manat, 86 qəpik) manat faiz, 10667.76 (on minaltı yüz altmış yeddi manat, 76 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndənsonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 993.96 (doqquz yüz doxsan üç manat, 96 qəpik) manat faiz borcu təşkil edir.
11. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1009/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim: N.A. Cəfərli), iddianın qismən təmin edilməsi, Cavabdeh1 7156.86 manat əsas, 4463.86 manat faiz, 100 manat cərimə borcu olmaqla cəmi 11720.72 manat borc və iş üzrə ödənilmiş 125.14 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə cavabdehlər tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının iddiasının 10667.76 manatı məbləğində dəbbənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlib ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində pul tutulmalıdır.
13. Hesablanmış 993.96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun Cavabdeh1 tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edib ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti başa çatmamış müflis elan edilmişdir. Beləliklə məlum olur ki, iddiaçı kredit müqaviləi müddəti başa çatdıqdan sonra müqavilə üzrə har hansı bir gəlir əldə edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
14. Beləliklə, məhkəmə hesab edib ki, xx.xx.2014-c ü il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2015-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
15. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranm ış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmayıb və hesab edib ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 445.7, 449.1, 462.1, 465.2, 467, 471, 472.1, 472.2, 477.0.4, 739.1, 739.2, 741, 1151.1, 1306.1, 1038maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrə istinadla əsaslandırmşdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərə k, birinci instansiya məhkəməsinin e-2(008)-1009/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-3295/2024 saylı, 31 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov, E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(008)-1009/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit verən İddiaçı ASC ilə kredit alan Ədalət Zeynalovun arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi ba ğlanıb. Müqaviləyə əsasən 12.700 ABŞ dolları illik 27 faiz dərəcəsi ilə 18 ay müddətinə kredit verilib. Borcun qaytarılmasının təminatı üçün eyni tarixdə bank ilə zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanıb. xx.xx.2017-ci ildə bank, kreditalan və zamin arasında bağlanmış əlavə sazişlə kredit restrukturizasiya edilib, kredit müddət xx.xx.2020-ci ilədək uzadılıb.
20. Daha sonra qeyd olunmuşdur ki, kredit alan xx.xx.2022-ci ildə ölüb. Onun qızı Cavabdeh1 atasından qalmış mirası qəbul edib, bu barədə xx.xx.2022-ci il tarixli V124/2022 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib. Miras əmlak Maştağa qəsəbəsi, Y.Musayev küçəsi, 1A ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsindən ibarətdir. Vərəsə miras qoyanın (atasının) kreditorunun (İddiaçı ASC- nin) mənafeyini alınmış aktivdə öz payına mütənasib surətdə tam ödəməyə borcludur. Borcu tam ödəməkdən azad olunmaq üçün o, atasının borcunun mirasdan çox olduğunu sübut etməlidir, lakin bu barədə sübut təqdim edilməyib, ümumiyyətlə, borcun məbləğinin mirasdan çox olduğu iddia edilməyib. Odur ki, vərəsə borcu tam ödəməlidir.
21. Məhkəmənin mövqeyinə əsasən, borcun məbləği birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən olunub. Bu zaman bankın təqdim etdiyi sübutlar əsas götürülüb, çünki Cavabdeh1 hazırlıq iclasında iştirak edərkən sübut təqdim etməyib və ya sübutun tələb edilməsi barədə vəsatət qaldırmayıb, məhkəmə baxışı iclasına isə gəlməyib. O cümlədən apellyasiya şikayətində borcun məbləğinə etiraz bildirilməyib, şikayət yalnız iddia müddətinin keçməsi ilə əsaslandırılıb.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 448, 739, 740 və 1306-cı maddələrinə, AR MPM-in 14.2, 77.1, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 Ədalət qızı (onun vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3295/2024 nömrəli qərarının tamamilə ləğv edilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı **********73 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişlə əsas borclu Zeynalov Ədalət Əliabbas oğlunun vərəsəsi Cavabdeh1 müraciət edərə k ondan atasının Banka olan borcunun qaytarılmasını tələb etmişdir. Halbuki xx.xx.2017-ci il tarixdə tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsi Əlavə sazişə əsasən restrukturizasiya edilmişdir. Əlavə Sazişə əsasən borcun qaytarılması müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İşin hallarından da görünür ki, iddiaçı borcun qaytarılması müddətinin başa çatması tarixindən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək susmuş və 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh1 qanunun ona verdiyi bu hüquqdan məhrum edilmişdir. Bank tərəfindən tərəflərin razılaşması ilə əlaqədar əlavə olaraq təyin olunmuş borcun qaytarılması vaxtı başa çatdıqdan sonra da Bank uzun müddət təxminən 3 ildən artıq bir müddət keçməsinə baxmayaraq borcu tələb etməmiş, nəticədə hə m iddia müddətini ötürmüş və həm də borcluya külli miqdarda əlavə faiz məbləğinin (4463,86 faiz borcu) hesablanmasına şərait yaratmışdır. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə bu fakta diqqət yetirməmiş, iş üzrə tətbiq olunmalı qanun normasını tətbiq etməmişlər. Bundan başqa, işin məhkəmə baxışı iclası Cavabdeh1 iştirakı olmadan baxılmışdır. Ona məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində xəbərdarlıq olunmamış və bu barədə ona bildiriş göndərilməmişdir. Yəni Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində bildiriş göndərilməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Qüvvədə olan qanunvericiliyə zidd olaraq cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq olunmamış və bu barədə ona prosessual hüquq və vəzifələrini izah edilməsi, görüləc ək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə xəbərdarlıq da daxil olmaqla məhkəmə bildiriş (poşt göndərişi,mobil telefonuna sms vasitəsilə və ya elektron məhkəmə sistemindəki şəxsi kabinetinə bildiriş vasitəsilə) göndərilməmişdir. Apellyasiya instansiya məhkəməsi hazırlıq iclasında cavabdeh tərəfindən imzalanan qəbzi qətnamədə əsas kimi qeyd emişdir. Cavabdehi həmin boş vərəqi (apellyasiya məhkəməsinin qətnamədə “sübut” kimi göstərdiyi sənədi) imzaladıqda elə hesab etmişdir ki, hazırlıq iclasında iştirakını təsdiq edir. Habelə, bununla bağlı qeyd etməyi vacib hesab etmişlər ki, qanunvericilikdə belə bir qəbzin məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq olunması əsasıdır müddəası mövcud deyildir. Məhkəmə tərəfindən Cavabdeh1 “prosessual hüquq və vəz ifələrini izah edilməsi, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə ona xəbərdar edlməsi, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərilməsi”ni təsdiq edəcək hər hansı bir sənəd, fakt iş materiallarında yoxdur. Yəqin ki, belə bir köməklik göstərilmiş olsa idi, cavabdeh bu köməkdən imtina etməzdi.
25. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2, 375.2, 446.2, 446.3 və 458.1-ci maddəsinə və AR MPM-in 14.1, 134.1, 138.1, 138.2, 138.3 və 387.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Cavabdeh2 nümayandasi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz verərək qətnamənin bütövlükdə ləğv edilməsinə razı olmadığını, birinci və apellyasiya instansiya məhkəmələrinin ədalət li araşdırma apararaq Cavabdeh2 münasibətdə iddianı təmin etmədiyini bildirərək, qətnamənin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. İddiaçının vəkili Əsgərova Vüsalə Elçin qızı kassasiya şikayətinə etiraz verərək Cavabdeh1 birinci instansiya məhkəməsindən və baş tutmuş məhkəmə iclaslarından əvvəlcədən xəbərdar olduğunu, lakin həmin məhkəmə iclaslarında iştirak etmədiyini və iştirak etməməsi barədə məhkəməyə qabacadan məlumat vermədiyini, beləliklə Cavabdeh1 birinci instansiya məhkəməsində ona verilən hüquqlardan istifadə etmədiyini və məhkəmə iclasında iddia müddətini mübahisələndirmədiyini bildirmişdir. Etiraza əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməməklə düzgün mövqedə olduğunu, kassasiya şikayətinin verilməsinin kassatorun açıq-aşkar məhkəmə prosesini süni şəkildə yubatmasına, ödənişdən yayınmasına dəlalət etdiyini vurğulamış, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədin ə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
30. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqların ı müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcal anın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.
31. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəy ə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun veril diyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 40.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna mal ik şəxs tərəfindən həyata keçirilə bilər.
32. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun ə saslandırılmalıdır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3295/2024 saylı, 31 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.