Məhkəmə qərarları › İş №2(102)-2975/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2975/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2975/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı ilk, Cavabdeh2 Əmanətlərin Sığortalanması Fonduna qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9 və X15) qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin üçüncü şəxs tərəfindən icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 v ə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı kredit tələbinə dair ilk, Cavabdeh2 Əmanətlərin Sığortalanması Fonduna qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9 və X15) öhdəliklərin üçüncü şəxsə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2737/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80%-dən artıq olmayan hissəsinin illik 12 %-lə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. 2. "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-382/14 nömrəli kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” kompleksində mənzil alınması məqsədi ilə bank kredit alana 120 ay müddətinə, illik 12% olmaqla 147465 manat məbləğində kredit vermişdir. Birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

3. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişlərə əsasən xx.xx.2014-cü il tarixli, YH-382/14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur.

4. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) xx.xx.2016-cı il tarixli sazişə əsasən Cavabdeh1 MTK tərəfindən X6, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X9 tərəfindən X10, xx.xx.2019-cu il tarixli dəyişmə müqaviləsinə əsasən X15 tərəfindən X14 Ebrahim Mirhosseinin, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X14 Ebrahim Mirhossein tərəfindən X11, xx.xx.2023-cü il tarixli alğısatqı müqaviləsinə əsasən X16 tərəfindən X8 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) cavabdehlər Cavabdeh1 MTK-ya (bundan sonra - MTK) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 və MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 saylı kredit müqaviləsinin ləğv edilərək, cəmi 313382.99 manat - bundan 136123.54 manat əsas, 67372.5 manat faiz və 109886.95 manat cərimə borcu və iş üzrə ödənilmiş 603.38 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və MTK-dan Fondun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə MTK arasında ünvan 1 ünvanında MTK tərə findən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra, "xxxx" ASC-nin Yeni Həyat filialı ilə Cavabdeh2 və MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12% dərəcəsi ilə 147465 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən MTK və müştəri birgə borcalanlar hesab edilirlər. Kredit müqaviləsinin 2.3cü maddəsində qeyd edilmişdir ki, birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizlə ri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 3.8-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, birgə borcalanlar üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi təqdirdə bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini və öhdəliklərinin icrasını təmin edəyəcəyini vəd edir. Həmçinin xx.xx.2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Həmin müqavilənin 7.2-c i maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu müqavilənin 4cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********724 nömrəli xx.xx.2023-cü il tarixli, **********415 nömrəli xx.xx.2023-cü il tarixli xəbərdarlıq və **********595 nömrəli xx.xx.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişlər.

7. Cavabdeh2, X9 və X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Fonda qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC və MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi X7 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi onun adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının ondan tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC-nin “Yeni həyat” filialı ilə Cavabdeh1 kompleksində mənzil almaq məqsədilə 120 ay müddətinə, illik 12% olmaqla 147465 manat məbləğində kreditin götürülməsi barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Eyni zamanda, "xxxx" ASC ilə MTK arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli kompleksində müştərilərə satılmış mənzillərin dəy ərinin bank tərəfindən kreditləşməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən də MTK tərəfindən kreditlə satılan mənzillər bank tərəfindən götürülmüş kreditin təminatı olaraq girov kimi götürülürdü. Həmin vaxt ona satılmış bu mənzil də bank tərəfindən girov götürülmüşdür. Həmin bu müqavilə bağlanandan bir müddət sonra maliyyə vəziyyətində yaranan çətinliklərlə əlaqədar bu kredit müqaviləsi üzrə ödənişlərdə problemlər yarandı. Ona görə də MTK-nın rəhbərliyinə müraciət edərək, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu mənzilin geri qaytarılmasını xahiş etmişdir. MTK-nın rəhbərliyi "xxxx" ASC-nin rəhbərliyi ilə danışıb razılaşaraq, onun müraciətinə müsbət cavab verilmiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı il ə bu mənzil X6 adına keçirilmişdir. Həmin vaxtdan da bu mənzil onun tərəfindən MTK-ya təhvil verilmişdir. Artıq bu prosesdən 8 ilə yaxın vaxt keçmişdir və bu müddət ərzində nə bank tərəfindən, nə də MTK tərəfindən bu mənzillə əlaqədar onu heç kim narahat etməmişdir. Yalnız bu günlərdə ona məxsus olan avtomobilləri satmaq istəyərkən, həmin avtomobillərin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulduğundan xəbərdar olmuşdur. Yalnız bundan sonra belə bir məhkəmə mübahisəsinin olduğundan məlumatlanmış və hal-hazırkı qarşılıqlı iddia ərizəsi ilə də məhkəməyə müraciət etməli olmuşdur.

9. Fond qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında mənzilin çıxarışı olmadığından ipoteka müqaviləsi bağlanmamışdır. Yəni, bankın və ya Fondun sözügedən mənzil üzərində hər han sı tələb hüququ yoxdur. Fond iddia ərizəsində xx.xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsi üzrə borclulardan kredit borcunun qaytarılması tələb edir. Yəni sözügedən mənzilin başqalarına satılması ilə iddia tələbi arasında heç bir əlaqə mövcud deyildir. Mənzilin başqa şəxslərə satılması borc öhdəliklərinin onlara ötürülməsi mənasına gəlmir. Cavabdeh2 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 həmin müqavilənin bağlanmasını qarşılıqlı iddia ərizəsində etiraf edir. Borclu Cavabdeh2 xx.xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərindən kənar hüquq münasibətləri kreditorun iddia tələbi ilə əlaqələndirilə bilməz. Cavabdeh2 borcun ötürülməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, borcun ötürülməsi ilə bağlı "xxxx" ASC-dən və ya Fonddan razılıq almamışdır.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 9/2719 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2023-cü il tarixə banka ödənilməli olan kredit borcu - əsas borc üzrə 136001.44 manat, faiz borcu üzrə 66787.58 manat müəyyən olunmuşdur.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-29/2025 nömrəli 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ilk id dianın qismən təmin edilməsi, cavabdehlər MTK-dan və Cavabdeh2 müştərək qaydada iddiaçı Fondun xeyrinə 136001.44 manat əsas, 66787.58 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 203789.02 manat borcun və ödənilmiş dövlət rüsumunun 493.79 manat hissəsinin tutulması, iddianın qalan hissədə və Cavabdeh2 qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir (hakim Rəna Qafarova).

13. Birinci instansiya məhkəməsinin mövqeyi ilk iddia tələbinə münasibətdə ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına d air hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər cavabdeh MTK iddiaçı ilə arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

14. Lakin məhkəmə cavabdehlər MTK-nın və Cavabdeh2 əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibətdə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 136001.44 manat, faiz borcu üzrə 66787.58 manat müəyyə n olunmuşdur.

15. Məhkəmə ekspert rəyini əsas borca və faiz borcuna aid hissədə sübut növü kimi qiymətləndirmiş və hesab etmişdir ki, əsas borc üzrə 136001.44 manat, faiz borcu üzrə 66787.58 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

16. İddia ərizəsinin “109886.95 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə işin hallarını və müqavilə üzrə ödənilməli olan əsas və faiz borcunun məbləğini nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 109886.95 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunun azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsinin cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.

17. Məhkəmə Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmiş dir ki, kredit müqaviləsində müqavilənin tərəfi Cavabdeh2 olduğundan, kredit öhdəliklərinin digər şəxslərə ötürülməsi barədə hər hansı bir razılaşma olmadığından, razılaşma olsa belə, buna kreditorun razılığı olmadığından xx.xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi X7 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi X6 adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının X5 tələb edilməsi barədə qarşılıqlı iddia təmin edilə bilməz.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 467, 522, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətinin bir sıra dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, bu iddia ərizəsinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2017-ci il tarixində həmin bu mənzili X4. Yəni bütün bu proseslər həm MTK-nın, həm də Fondun razılığı ilə icra olunmuşdur. Məhkəmə tərəfindən bu evə dair sənədlərin alınması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrinə sorğu verildikdən sonra bu mənzilə dair bütün sənədlər əldə edilmiş və həmin sənədlərdə də Fondun razılığı olduğu öz təsdiqini tapmışdır. Yəni, iddiaçı bu mənzillərin satılarkən onun razılığının və məlumatlı olmasını məhkəmə zalında təsdiq etməsə də, mülki işin sənədləri içərisində olan sübutlar bunun əksini göstərmişdir. Mübahisə predmeti olan mənzil onda olmadığı halda və həmin mənzillərin bir neçə dəfə satılması ilə əlaqədar müxtəlif şəxslər gəlir əldə etdikləri halda Fond bu iddia ilə əsassız olaraq ona qarşı müraciət etmişdir. Həmçinin aralarında bağlanmış üçtərəfli müqaviləyə görə əgər o, bank qarşısında öhdəliyini icra etməzsə, onda MTK həmin kredit müqaviləsi üzrə borcun tutulmasını üzərinə götürmüşdür. Belə bir halda məhkəmə işin faktiki hallarına və qanunvericiliyə əsasən onun qarşılıqlı iddiasını təmin etməli və ona maddi ziyan vurmuş həmin şəxsdən bu pulun tutulması barədə qətnamə çıxarmalı idi. Mülki işin sənədlərindən də görünür ki, ilkin olaraq bu mənzil xx.xx.2014-cü il tarixli müqavilə ilə ona satılmış, lakin sonradan o, maddi çətinliyi ilə əlaqədar bu mənzildən imtina etdiyi üçün həmin mənzil ondan sonra X1. xx.xx.2017-ci il tarixində isə X9 da X3. Hal-hazırkı iddiaçı bu mənzilin onun adından başqa şəxslərin adına keçirilməsinə razılıq verməklə birmənalı şəkildə öhdəliyin də başqa şəxslərə keçməsinə öz razılığını bildirmişdir. Məhkəmə tərəfindən işin bütün bu halları düzgün araşdırılmamış və bununla da Mülki Məcəllənin 522-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Hal-hazırda bu ev onun yox, digər şəxslərin faktiki sahibliyindədir. Belə olan halda da həm qanuni baxımdan, həm də haqq ədalət baxımından bu kredit müqaviləsi üzrə öhdəlikləri də həmin şəxslər icra etməlidirlər. Lakin iddiaçının buna qarşı etirazını bildirməsi və məhkəmənin də bu etirazla razılaşaraq belə bir qətnamə qəbul etməsi nə qanuni, nə də ədalətli ola bilməz. Belə ki, 10 ildən çoxdur ki, həmin mənzil ondan alınmış və başqa şəxslər tərəfindən istifadə olunur. Bu halda ondan əlavə pulun da tələb edilməsi haqq və ədalət prinsiplərinə zidd bir əməldir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-2737/2025 nömrəli 27 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Səadət Səlimova (sədrlik edən və məruzəçi), Mirzə Tağızadə və Məhəmməd Rüstəmli).

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 onunla "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx. xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi üçüncü şəxs X7 verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi X6 göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının üçüncü şəxsdən tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, xx.xx.2014-cü il tarixli YH-382/14 nömrəli kredit müqaviləsi üzrə borclu olaraq öhdəliyinin X2, öhdəliyin ötürülməsində kreditorun razılığının olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir.

23. Kollegiya qeyd etmişdir ki, ilkin iddiaçı Fondun birgə borcluları olan cavabdehlərdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə vaxtında və lazımı qaydada icra edilməyən öhdəliklərinin icrasını tələb edir. Bu öhdəliyin icrasının təmin edilməsi üçün yüklü edilməyən mənzilin digər bir şəxsə satılması halı isə öhdəliyin üçüncü şəxsə ötürülməsi üçün əsas ola bilməz. Belə ki, mülki qanunvericiliyin imperativ xarakterli normasının tələblərinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Araşdırma zamanı isə, nə vaxtsa belə icazənin verilməsi müəyyən edilməmişdir.

24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 390, 425, 442, 467, 522-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti ver ərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Ərizədə kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələ blərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bu nun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

35. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

36. Maddə 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.

37. Maddə 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.

38. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kr editoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hü quq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıq iddia tələbi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, ilk və qrşılıqlı iddia tələblərinin düzgün həlli üçün işin halları tam araşdırılmamışdır.

48. İlk iddiaya cavabdehin etirazı və qarşılıqlı iddianın dəlilləri, öhdəliklərin verilməsi əsasları və qaydasını tənzimləyən Mülki Məcəllənin 522-ci maddəsinin müddəaları əsasında təhlil olunmalıdır.

49. Ümumi qaydaya görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

50. Lakin borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşmanın qüvvəyə minməsi, yəni öhdəliyin üçüncü şəxsə keçməsinin tanınması, müəyyən şərtlərə bağlıdır.

51. Öhdəliyin verilməsi barədə borclu ilə üçüncü şəxs arasında olan razılaşma, yalnız kreditorun icazəsi ilə etibarlı olur (MM 522.2-ci maddə).

52. İşə baxmış apellyasiya instansiyası məhkəməsi bu normaya istinadən, kredit müqaviləsi üzrə borclu olaraq öhdəliyin İ.Həsənova ötürülməsində kreditorun razılığının olmasına dair hər hansı bir sübut təqdim edilmədiyini bildirmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə, işin hallarının tam və hərtərəfli araşdırılmasına əsaslanmır.

54. Nəzərə alınmalıdır ki, işdən göründüyü kimi kredit mənzilin alınması üçün verilmişdir və Cavabdeh2 kredit maliyyələşməsi, "xxxx" ASC ilə MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli kreditləşmə müqaviləsi çərçivəsində həyata keçirilmişdir. xx.xx.2013-cü il tarixli kreditləşmə müqaviləsində MTK həmin müqavilənin tələblərinin vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilədə həmçinin göstərilir ki, MTK müştəriyə verilmiş kredit ödənişləri 90 gündən artıq gecikdirilərsə, MTK gecikdirilmiş məbləğin tam ödənilməsini öhdəsinə götürür.

55. İş materiallarından görünür ki, mənzil xx.xx.2016-cı il tarixli sazişə əsasən MTK tərəfindən X6, x x.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X9 tərəfindən X10, xx.xx.2019-cu il tarixli dəyişmə müqaviləsinə əsasən X15 tərəfindən X14 Ebrahim Mirhosseinin, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X14 Ebrahim Mirhossein tərəfindən X11, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X16 tərəfindən X8 mülkiyyətinə verilmişdir.

56. Cavabdeh bu əməliyyatların MTK tərəfindən Bankla hər dəfəsində razılaşdırıldığını bildirir. Mübahisənin həlli üçün bu dəlil əhəmiyyətlidir və doğru olub olmamasının ətraflı araşdırılmasını tələb edir. Bunun üçün kreditorla yanaşı MTK-nın mövqeyinin də öyrənilməsi zəruridir. Çünki kreditorun uzun müddət borcu tələb etməməsi, MTK-nın kredit müqaviləsi üzrə zamin kimi riskləri olduğu halda, davamlı olaraq mənzilin əl dəyişməsinə imk an verməsi baxımından, cavabdehin dəlili açıq aşkar əsassız deyildi. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, kredit müqaviləsinin 4.1-ci bəndində təsbit olunmuş şərtə əsasən, kredit öhdəliyinin icrasının təminat üsulu borcalan tərəfindən alınacaq mənzilin ipotekasıdır.

57. Həmçinin nəzər alınmalıdır ki, Mülki Məcəllənin 522-ci maddəsi kreditorun icazəsini öhdəliyin üçüncü şəxsə verilməsinin hüquqi qüvvə kəsb etməsi üçün əsas şərt kimi müəyyən eməsinə baxmayaraq, bu icazənin hansı formada verilməli olduğu - yazılı, şifahi və ya konkludent (davranışla ifadə olunması) - barədə hər hansı qayda nəzərdə tutmamışdır. Buradan belə nəticə hasil olur ki, borcun üçüncü şəxsə verilməsi barədə əqd borclu, üçüncü şəxs və kreditor arasında üçtərəfli münasibətlər yaratdığından, icazənin forması sırf təsd iq xarakterlidir. Bu da onu deməyə əsas verir ki, icazənin forması Mülki Məcəllənin 329-332-ci maddələrində göstərilmiş əqdlərin forması ilə eyni qaydalara tabe tutulur. Yəni, əgər qanun və ya müqavilə konkret forma tələb etmirsə, əqd istənilən formada (şifahi, yazılı və əqdi bağlamaq iradəsinin rəftardan məlum olması (konkludent)) bağlana bilər.

58. Mülki Məcəllənin 522-ci maddəsində bəhs olunan kreditorun icazəsinin mahiyyəti ondan ibarətdir ki, bu icazə hüquqi baxımdan bir iradə bəyanıdır. Kreditorun öhdəliyin verilməsinə razılığı kimi qəbul edilə bilən davranışları - borcu artıq üçüncü şəxsdən qəbul etməsi, üçüncü şəxslə öhdəliyin icrası barədə razılaşdırılmış hərəkətlər etməsi, öhdəliyin dəyişdirildiyini bilə-bilə etiraz etməməsi, kreditor üçüncü şəxslə borcun icrası haqqında yazışmas ı və ya danışqılar aparması və s. kimi hərəkətlərində ifadə oluna bilər.

59. Bu baxımdan, mülki işin 1-ci cildinin 125-ci səhifəsində olan 2 dekabr 2016-cı il tarixli 48 nömrəli saziş xüsusilə diqqəti cəlb edir. Belə ki, həmin saziş 3 şəxs – "xxxx" ASC, MTK və müştəri qismində X6 arasında bağlanmışdır. Müqavilədə deyilir ki, tərəflər müştəri arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 06/416 saylı müqavilənin (mənzil müqaviləsi) mənzilə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasını nəzərə tutan 11.3-cü maddəsini və Bank, müştəri və MTK arasında bağlanmış xx.xx.2014cü il tarixli YH-382/14 saylı kredit müqaviləsinin kredit üzrə ödəliklərin icrasının təminatını nəzərdə tutan 4-cü bəndinin və öhdəliyin təminat üsulunun əvəz edilməsini nəzərdə tutan 11.2-ci maddəsinin şərtlərinin tam icrasını təmin etmək üçün bu müqavilə üzrə razılaşıblar. Bank razılıq verir ki, bu sazişlə nəzərdə tutulan münasibətin predmeti olan ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksi, blok 1, mərtəbə 6, 6 saylı mənzilə dair müştəriyə məxsus qanunvericiliklə müəyyən edilmiş hüquqların DƏDRX Bakı Ərazi İdarəsində dövlət qeydiyyatına alınması üçün müvafiq ilkin sənədinin əldə edilməsi üçün MTK zəruri sənədlərlə təmin edir. Müştəri mənzilə dair hüquqlarını dövlət qeydiyyatına alındıqdan sonra həmin mənzili kredit müqaviləsinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilməsi üçün bütün lazımi hərəkətləri həyata keçirir.

60. Göründüyü kimi bank Cavabdeh2 borcunun təminatı üçün mənzilin başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına razılıq vermişdir. İşə baxmış məhkəmələr bu razılaşmanı Mülki Məcəllənin 522-ci maddəsində bəhs olunan kreditorun icazəsini ehtiva edib etməməsi baxımından təhlil etməmiş, MTK ilə İ.Həsənov arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 06/416 saylı müqaviləni tələb edib onun məzmunu ilə işin hallarını tutuşdurmamışdır.

61. Həmçinin üçüncü şəxs Ramin Quliyev öhdəliyin tərəfi kimi onun tanınmasını xahiş etmiş və bildirmişdir ki, mənzilin tam dəyərini almaqla mənzili satmışdır.

62. MPM-in 14-cü maddəsinin işin hallarının tam, hərtərəfli obyektiv araşdırılması tələbləri baxımından qeyd olunan hallar üzrə araşdırma aparılmalı, MTK-nın nümayəndəsinin baxılan məsələ ilə bağlı münasibəti öyrənilməli və məcmu halda MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qimətləndirilməli idi.

63. Məh kəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

64. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi d igər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

66. Həmin Məhkəmə “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.

67. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, y axud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

70. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 27 may tarixli 2(103)2737/2025 nömrəli qətnaməsi Cavabdeh2 müştərək qaydada iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 136001.44 manat əsas, 66787.58 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 203789.02 manat borcun və ödənilmiş dövlət rüsumunun 493.79 manat hissəsinin tutulması, habelə qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar