Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2976/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-378/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə X11 08 may 1999-cu il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahından 23 fevral 2005-ci il təvəllüdlü Fidan, 29 mart 2006-cı il təvəllüdlü Türkan adı qızları olmuşdur.
2. Yevlax Rayon Məhkəməsinin 2(039)-256/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X1 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılması və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X3; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-329/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli qətnaməsi iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 4. 13 mart 2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsi ilə Tağıyeva X4 Regional Asan Xidmət mər kəzində notariat ofisində verilmiş 13 mart 2022-ci il tarixli 2V298 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin ona çatası cəmi 1/3 hissə olan payını vərəsə sırasında olan və öz növbəsində 1/3 hissə payları olan övladları X7 və X6 bağışlamışdır.
5. Mingəçevir şəhər MKT İB-nin 02 mart 2022-ci il tarixli 249 nömrəli arayışına görə, Tağıyeva X4 şəhəri Ərəş küçəsi 44 nömrəli evdə yaşayır və aşağıdakı qaydada ailə üzvləri vardır: Cavabdeh3 (1988-ci il təvəllüdlü), X10 (2006-cı il təvəllüdlü) və X12 (2005-ci il təvəllüdlü).
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışına görə, ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsinin 8/80 hissəsinin üzərində İddiaçı (iddiaçı), 11/80 hissəsinin üzərində X5 (iddiaçının qızı), 11/80 hissəsinin üzərində X3 (iddiaçının qızı), 50/80 hissəsinin üzərində X8 mülkiyyət hüququ; ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 3/40 hissəsinin üzərində X5 (iddiaçının qızı), 3/40 hissəsinin üzərində X3 (iddiaçının qızı), 34/40 hissəsinin üzərində isə Cavabdeh1 (cavabdeh) mülkiyyət hüququ qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 nömrəli evə istifadə hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Yevlax Rayon Məhkəməsinin 2(039)-4/2022 nömrəli iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçının mübahisəli evə mülkiyyət hüququ olmuşdur, lakin o, həmin evdə özünə məxsus payını övladlarına bağışlamışdır. Mülkiyyət hüququ sahiblik, sərəncam vermək və ondan istifadə etmək hüququdur. İddiaçı hazırda istifadə hüququnun tanınmasını tələb edir. Lakin şəxsin istifadə hüququndan da üstün olan mülkiyyət hüququ olsa da, həmin hüquqdan istifadə edərək, evdə olan payını (mülkiyyət hüququnu) bağışlamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icr aat
10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-378/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş et mişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı ünvan 1 nömrəli evə 1999-cu ildə gəlin köçdüyündən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək mənzilə istifadə hüququnun müəyyən olunması barədə iddia qaldırmışdır. Məhkəmə isə onun istinad etdiyi maddi normaya hansı səbəbdən istinad etmədiyi barədə əsaslandırma aparmadan hesab etmişdir ki, o, öz cüzi mülkiyyət payını bağışladığından iddia tələbi təmin oluna bilməz. Halbuki, yuxarı instansiya məhkəməsinin də mövqeyi bundan ibarət olmuşdur ki, həmin evə mülkiyyət payı 1/20 hissə ilə bağlı olduğundan, qalan hissə ilə bağlı məsələ açıq qalmışdır. Bundan əlavə, yaşayış evinin mülkiyyətçisi və iddia tələbi üzrə Cavabdeh1 hüquqi varisi olduğu, yəni əsl cavabdeh də onun ünvan 1 nömr əli evə yaşayış yeri üzrə qeydiyyata düşməyinə dair notarial qaydada razılıq ərizəsi də vermişdir. Digər tərəfdən, mənzilə 1999-cu ildən yaranan istifadə hüququnmun 2021-ci ildə yaranan miras payı hüququ ilə eyniləşdirilməsi doğru deyil. 1999-cu ildən yaranan hüquq münasibətləri ilə 2021-ci ilin hüquq münasibətləri fərqli olduğundan məhkəmənin bu şəkildə dəyərləndirmə aparması qanunsuzdur. Məhkəmə 1999-cu ildə yaranmış hüquq münasibəti üzrə iddianın maddi əsası olan maddi norma üzrə deyil, sonradan qəbul edilmiş Mülki Məcəllənin normaları əsasında hüquqi dəyərləndirmə aparmaqda haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və aza dlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçi rmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir; Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakl a birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin va hidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş ü çün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həd di ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnam əni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, işə məhkəmə iclasında baxılması barədə iddiaçının vəsatəti ilə razılaşmamış və kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
28. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən mübahis əsiz hallarına görə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 100,4 kv.m. olan fərdi yaşayış evinin 3/40 hissəsi X5, 3/40 hissəsi isə X3 mülkiyyətindədir, işə birinci instansiya məhkəməsində baxılan vaxt hər iki şəxs yetkinlik yaşına çatmamışdı, apellyasiya instansiyası məhkəməsində araşdırma gedən dövrdə isə Fidan Tağıyevanın 18 yaşı tamam olmuşdur.
29. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılan vaxt iddiaçının istifadə hüququnun müəyyən edilməsini tələb etdiyi evin paylı mülkiyyətçilərindən ikisi onun valideyn (anası) olduğu şəxslər olmuşdur.
30. Bundan əlavə, işin məhkəmələr tərəfindən müəyyən edilən digər mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 100,4 kv.m. olan fərdi yaşayış evinin özünün yerləşdiyi 0.084 hektar torpaq sahəsinin 8/8 0 hissəsi iddiaçının mülkiyyətindədir, iddiaçı və onun qızları hazırda mübahisəli evdə yaşayırlar.
31. Lakin işdən məlum olur ki, aşağı instansiya məhkəmələri tərəfindən, fərdi yaşayış evinin mülkiyyətçiləri F.Tağıyeva və T.Tağıyeva, baxmayaraq ki, iddia təmin edilsə idi hazırkı iş üzrə onların da hüquq və vəzifələrinə dair məhkəmə aktı qəbul oluna bilərdi, işdə iştirak etməyə cəlb edilməmişlər (MPM-in 418.4.6-cı maddəsi, §20). Məhz bundan sonra mübahisəli yaşayış evinin həmin mülkiyyətçilərinin iddiaya, o cümlədən analarının onlarla birlikdə yaşamasına münasibətləri dəqiqləşdirilə bilərdi.
32. Həmçinin, məhkəmələr tərəfindən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsinin onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti olduğuna (§19), bu müstəvidə isə iddiaç ının ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsinin 8/80 hissəsinin mülkiyyətçisi kimi həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaq hüququna malik olub-olmamasına hüquqi qiymət verməmişlər.
33. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçı ünvan 1 nömrəli evə 1999-cu ildə gəlin köçdüyündən həmin vaxt qüvvədə olan qanunvericiliyə istinadən istifadə hüququnun müəyyən olunması barədə dəlilinə də münasibət bildirməmişdir.
34. Halbuki, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarı (§22) ilə apellyasiya instansiya məhkəmələrindən tələb olunmuşdur ki, aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət versinlər.
35. Məhkəmə kollegiyası bildir ir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını y etərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X13rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üz rə xx.xx.2005-ci il tarixli Qərar, §67).
36. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
37. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin q ətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
38. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§27-31) şərh edilən hallar və bildirilən hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməli, mötəbər sübutlara istinad olunub, qiymət verilməklə, həmin hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
39. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlid ir.
40. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-378/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.