Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-298/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-298/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1347/2020 saylı qətnaməsindən İddiaçı QSC-nin verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 19R000004012 saylı kredit razılaşması üzrə 21.310,58 ABŞ dolları, 1.1129,93 ABŞ dolları faiz borcunun, 29.938,04 ABŞ dolları cərimə olmaqla, cəmi 62.378,55 ABŞ dolları kredit borcunun; 019R********** saylı kredit razılaşması üzrə 2.079,25 ABŞ dolları əsas, 1.583,87 ABŞ dolları faiz borcunun, 2.790,38 ABŞ dolları cərimə olmaqla, cəmi 6.453,50 ABŞ dolları kredit borcunun; ümumilikdə 68.832,05 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.metr, yaşayış sahəsi 66.2 kv.metr, yardımçı sahəsi 41.9 kv.metr, tikintialtı sahəsinin cəmi 202.1 kv.metr, B-literli təsərrüfat tikilisi 38.7 kv.metr, C-literli talvartikintialtı sahəsi 9.6 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və ümumilikdə cəmi 68.832,05 ABŞ dolları məbləğində kredit borcunun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; həmin evə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evdən istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsind ə icraat Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim E.H.Məmmədov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 19R000004012 saylı kredit razılaşması üzrə 21.310,58 ABŞ dolları əsas, 11.129,93 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 32.940,51 ABŞ dolları kredit borcunun, 019R********** saylı kredit razılaşması üzrə 2.079,25 ABŞ dolları əsas, 1.583,87 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 3.713,12 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 108.1 kv.metr, yaşayış sahəsi 66.2 kv.metr, yardımçı sahə si 41.9 kv.metr, cəmi 202.1 kv.metr, B-literli tikintialtı sahəsi 38.7 kv.metr, C-literli tikintialtı sahəsi 9.6 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə edilmiş vəsait hesabına iddiaçıya olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, həmin evə tutma yönəldildikdən və ev satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evdən istifadə hüquqlarının itirilməklə onların həmin evdən çıxarılması və iddia tələbinin qalan hissədə rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsa slandırıb ki, cavabdehlər kredit və ipoteka müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyiblər və onların sözügedən kredit müqavilələri üzrə iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcları vardır. Eyni zamanda kredit borcunun ipoteka predmetinə yönəldilməsi üçün əsaslar vardır. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatalı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apely asiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianın qismən təmin edilməsi üçün əsaslar vardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əs aslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC, Cavabdeh1, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiy i nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385.1, 739.1, 445.2.1, 449.1, 472.1 və 465-ci maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 9, 36.1, 36.2, 36.3, 36.4, 59.3 və 59.4-cü maddələrinin tələblərinə əsaslanaraq qeyd etmişdir ki, apelyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya insta nsiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi k asasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılıb. xx xxxx 2014-cü il tarixli sazişə əsasən, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilib və kredit xətti müqaviləsinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilib. Eyni zamanda tərəflər arasında xx xxxx 2014-cü il tari xli kredit razılaşması bağlanıb və həmin razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,8333 faiz ödəmək şərti ilə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28.000 ABŞ dolları kredit verilib. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il və xx xxxxxxx 2015-ci il, xx xxxxxx 2016-cı il tarixli sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişikliklər edilib. Bundan əlavə tərəflər arasında xx xxxxxx 2015-ci il tarixdə kredit razılaşması bağlanıb və həmin razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 1.8333 faiz ödəmək şərti ilə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 ABŞ dolları kredit verilib. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli sazişlə sözügedən razılaşmaya və ödəniş planına dəyişiklik edilib. Hə r iki borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanılıb. Həmçinin öhdəliklərin təminatı olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4 və Babək Kərimovla iddiaçı arasında xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılıb və həmin müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.metr, yaşayış sahəsi 66.2 kv.metr, yardımçı sahəsi 41.9 kv.metr, cəmi 202.1 kv.metr, həmçinin B-literli təsərrüfat tikilisi 38.7 kv.metr, C-literli talvar-tikintialtı sahəsi 9.6 kv.metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, cavabdehlər həmin müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməyiblər və nəticədə onların iddiaçıya sözügedən kredit razılaşması üzrə 21.310,58 ABŞ dolları əsas, 11.129,93 ABŞ dolları faiz borcu, 29.938,04 ABŞ dolları cərimə olmaqla, cəmi 62.378,55 ABŞ dolları, 019R********** saylı kredit razılaşması üzrə isə 2.079,25 ABŞ dolları əsas, 1.583,87 ABŞ dolları faiz borcu, 2.790,38 ABŞ dolları cərimə olmaqla, cəmi 6.453,50 ABŞ dolları kredit borcu yaranıb. Daha sonra apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq hər iki kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək olan dəbbə pulunu 29.938,04 ABŞ dollarından 500 ABŞ dollarına, 2.790,38 ABŞ dollarını 50 ABŞ dollarına azaldıb və tənasübü müəyyələşdirərkən iddiaçının həm əmlak mənafeyini, həm də işin bütün əsaslı mənafelərini nəzərə alıb. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğu üçün həmin dəlillərlə razılaşmaq olmaz. Belə ki, Cavabdeh1 apelyasiya şikayətində ipoteka predmetinin dəyərinin real bazar qiymətinə uyğun olmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, işə əlavə edilmiş “xxxx” MMC-nin qiymətləndirici rəyindən görünür ki, ipoteka predmetinin hazırki vəziyyətdə orta bazar qiyməti 50.000 manat təşkil edir və işdə, bunun əksinə təsdiq edən başqa sübutlar olmadığı üçün, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən məhz həmin qiyməti əsas tutaraq iddianı qismən təmin edib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya i nstansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyindən, kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1347/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-298/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-298/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver