Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-298/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Niyazov Xalid Qüdrət oğluna, Cavabdeh3 Ziyatxan oğluna və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və girov predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, vəkili X2, Cavabdeh və Cavabdeh1 hüquqi varisi Niyazov Xalid Qüdrət oğlunun, vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-38/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il t arixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Niyazov Xalid Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 05 iyun 2007-ci il tarixli 632 saylı kredit müqaviləsinə əsasən, 18 ay müddətinə 75.000 ABŞ dolları, 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 150.000 ABŞ dolları, 13 noyabr 2007-ci il tarixli 1245 A saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 55.000 ABŞ dolları, 26 fevral 2008-ci il tarixli 144 A saylı kredit müqaviləsinə əsasən 2 ay müddətinə 90.000 ABŞ dolları, 29 mart 20 08-ci il tarixli 319A saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 50.000 ABŞ dolları, 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsinə əsasən 3 ay müddətinə 70.000 ABŞ dolları, 08 avqust 2008-ci il tarixli 746 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 56.600 ABŞ dolları və 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 27.000 ABŞ dolları məbləğində kreditlər vermişdir. Borc alan müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür (Müqavilələrin 2.3-cü bəndi). Cavabdeh Niyazov Xalid Qüdrət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzil və digər Cavabdeh3 Ziyatxan oğlunun mülkiyyətində olan Bakı şəhə ri Nərimanov rayonu X12 prospektindəki 120/23 saylı evin 18 saylı mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq 07 noyabr 2007-ci il tarixli «17.01.2006-cı il 04 №-li və 03.08.2006-cı il 54№-li ipoteka müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə» müqaviləyə əsasən ipotekaya qoyulmuşdur. Cavabdeh X5 05 iyun 2007-ci il tarixli 632 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış 05 iyun 2007-ci il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi tam mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Ağa Neymətulla küçəsindəki 47A saylı evin 13 saylı mənzili ipotekaya qoymuşdur. Digər kredit müqavil ələri üzrə nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh1 müxtəlif növdə ləl-cəvariyət (qızıl-zinət) məmulatlarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinin saxlancına vermişdir. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin 10.1-ci və girov saxlanc müqavilələrinin 9.1-ci bəndlərinə əsasən ipoteka (girov) saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
2. İddiaçı müqavilələr üzrə öhdəliklərin pozulmasına istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Niyazov Xalid Qüdrət oğlu, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 98.256 ABŞ dolları əsas kredit, 31.496,6 4 ABŞ dolları faiz olmaqla, cəmi 129.752,64ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Niyazov Xalid Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzilinə və Cavabdeh3 Ziyatxan oğluna məxsus Bakı şəhəri Nərimanov rayonu X12 prospektindəki 120/23 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərracda satılması, bankın kredit tələbinin mənzillərin hesabına ödənilməsi, həmçinin Cavabdeh1 91.060 ABŞ dolları əsas kredit, 28.717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119.777,49 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın X4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Ağa Neymətulla küçəsindəki 47A saylı evin 13 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərracda satılması, bankın kredit tələbi nin satılmış mənzilin hesabına ödənilməsi, həmçinin Cavabdeh1 52.788 ABŞ dolları əsas kredit, 15.145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67.933,99 ABŞ dolları məbləğində borcun tutulması, həmçinin Cavabdeh1 37.000 ABŞ dolları əsas kredit, 10.629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47.629,25 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilliant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, həmçinin Cavabdeh1 37.890 ABŞ dolları əsas kredit, 10.682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48.572,58 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyə, bir ədəd sapfirli sırğaya, bir ədəd təkqaş sırğaya, bir ədəd «Şahzadə» sırğaya, bir ədəd üzüyə mirvari ilə, 4,5 karatlıq sırğaya və «zaponki»yə yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, həmçinin Cavabdeh1 46.505 ABŞ dolları əsas kredit, 14.716,03 ABŞ dolları faiz olmaqla, cəmi 61.221,03 ABŞ məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilliant sırğalara, bir ədəd «Ürək» kulonu, bir ədəd dörd qaşdan ibarət «Dorojka» sırğasına, bir ədəd beş qaşdan ibarət «Dorojka» üzüyə, bir ədəd «Slezka» üzük, mirvari kulon məmulartlarına, bir ədəd «Gül» manterovka brillianta, bir ədəd brilliyant aqat kulona, bi r cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəstinə yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, həmçinin Cavabdeh1 49.475 ABŞ dolları əsas kredit, 14.847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64.322,71 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilliant qolbağa, bir ədəd brilliant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirli üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, həmçinin Cavabdeh1 28.823 ABŞ dolları əsas kredi t, 7.302,75 ABŞ dolları faiz olmaqla, cəmi 36.125,75 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı «Gül» üzüyə 4,31 karat, bir ədəd cəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd «Ürək» brilliant üzüyə 3 karat, bir cüt «Oval» brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilliantla «Bantik» sırğalarına yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması barədə ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 17 yanvar 2006-cı il tarixli 04 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 12 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 20-si tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün 17.01.2006-cı il tarixli 04 nömrəli ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Niyazov Xalid Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa 06 sentyabr 2006-cı il tarixli 60 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 12 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 20-si tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün 17.01.2006-cı il tarixli 04 nömrəli ipoteka müqaviləsinə əlavə və dəyişiklərin edilməsi barədə 06.09.2006-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə Niyazov Xalid Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa 03 avqust 2006-cı il tarixli 54 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 18 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilm işdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 20-si tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün 03.08.2006-cı il tarixli 54 nömrəli ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh3 Ziyatxan oğluna məxsus Bakı şəhəri Nərimanov rayonu X12 prospektindəki 120/23 saylı evin 18 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik dərəcəsi 18% olmaqla 12 ay müddətinə 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 20-si tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyini n təmin edilməsi üçün 07.11.2007-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh3 Ziyatxan oğluna məxsus Bakı şəhəri Nərimanov rayonu X12 prospektindəki 120/23 saylı evin 18 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa 05 iyun 2007-ci il tarixli 632 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 18 ay müddətinə 75.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 25-i tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün 05.06.2007-ci il tarixli 632 saylı ipoteka müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə X4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Ağa Neymətulla küçəsindəki 47A saylı evin 13 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa 13 noyabr 2007-ci il tarixli 1245A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 12 ay müddətinə 55.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 25-i tarixindən gec olmayaraq banka ödəməli idi. Bundan başqa 26 fevral 2008-ci il tarixli 144A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik dərəcəsi 18% olmaqla 2 ay müddətinə 90.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 25-i tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün 26.02.2008-ci il tarixli 144A saylı saxlanc girov müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh1 məxsus olan bir cüt brilliant sırğa (9 qram qızıl, 14 ədəd daş, 20 karat) İddiaçı-nin Səbail filialının saxlancına verilmişdir. Bundan başqa 29 mart 2008-ci il tarixli 319A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 18 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 25-i tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün 29.03.2008-ci il tarixli 319A saylı saxlanc girov müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh1 məxsus olan bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirli sırğa, bir ədəd təkqaş sırğa, bir ədəd «Şahzadə» sırğa, bir ədəd üzük mirvari ilə, 4,5 karatlıq sırğa və «zaponki» İddiaçı-nin Səbail filialının saxlancına verilmişdir. Bundan başqa Cavabdeh1 09 iyun 2008-ci il tarixli ərizəsinə əsasən «X11» tipli kartına iddiaçı tərəfindən 10.000 manat məbləğində kredit xətti açılmış, cavabdeh kredit xəttindən istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq əsas kredit borcunu və hesablanmış faizləri ödəməmişdir. Bundan başqa 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 3 ay müddətinə 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 25-i tarixindən gec olmayaraq banka ödəməli i di. Kredit öhdəliyinin təmin edilməsi üçün 24.07.2008-ci il tarixli 723 saylı saxlanc girov müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh1 məxsus olan 31,1 qram çəkisi olan bir ədəd qolbaq, 5,86 karat brilliant sırğalar, bir ədəd «Ürək» kulonu, bir ədəd dörd qaşdan ibarət «Dorojka» sırğası, bir ədəd beş qaşdan ibarət «Dorojka» üzük, bir ədəd «Slezka» üzük, mirvari kulon məmulartları, bir ədəd «Gül» manterovka brilliant, bir ədəd brilliyant aqat kulon, bir cüt sapfir sırğa mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəsti İddiaçı-nin Səbail filialının saxlancına verilmişdir. Bundan başqa 08 avqust 2008-ci il tarixli 746 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 12 ay müddətinə 56.600 ABŞ dolları mə bləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 25-i tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün Cavabdeh1 məxsus olan bir ədəd 9,5 karat brilliant qolbaq, bir ədəd brilliant dəsti, bir ədəd mirvari ilə üzük, bir ədəd sapfirlə üzük, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulon, 3,04 karat boyunbağı və sırğalar, 4,96 karat kulon və sırğalar İddiaçı-nin Səbail filialının saxlancına verilmişdir. Bundan başqa 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18% olmaqla 18 ay müddətinə 27.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış borcunu hər ayın 20-si tarixindən gec olmayaraq banka ödəməli idi. Kredit öhdəliyinin təmin edilməsi üçün Cavabdeh1 məxsus olan bir ədəd üç qaşlı «Gül» üzük 4,31 karat, bir ədəd cəhrayı qızılla brilliant üzük 3 karat, bir cüt sırğa firuzə ilə, bir ədəd «Ürək» brilliant üzük 3 karat, bir cüt «Oval» brilliant sırğalar 2 karat, Rusiya istehsalı asma sırğalar və bir cüt qara brilliantla «Bantik» sırğalar İddiaçı-nin Səbail filialının saxlancına verilmişdir. Qeyd olunan kredit müqavilələri ilə əlaqədar borclu dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq üzərin götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir.
5. Cavabdeh1 və digər cavabdehlərin nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsinin iclasında bildirmişlər ki, iddia tələbində göstərilən vəsaitlərə hesablanmış faiz məbləğləri şişdirilməklə həqiqəti əks etdirmir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Hacıyev) 20 iyun 2012-ci il tarixli, 2(005)-307/2012 nömrəli qətnaməsi ilə Cavabdeh1 98.256 ABŞ dolları əsas kredit, 31.496,64 ABŞ dolları faiz olmaqla, cəmi 129.752,64 ABŞ dolları borc tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Niyazov Xalid Qüdrət oğluna məxsus olan Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsindəki 38B nömrəli evin 40 nömrəli mənzilinə və Cavabdeh3 Ziyatxan oğluna məxsus Bakı şəhəri Nərimanov rayonu X12 prospekti 120/23 nömrəli evin 18 nömrəli mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 129.752,64 ABŞ dolları İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Niyazov Xalid Qüdrət oğlu və Cavabdeh3 Ziyatxan oğluna verilm əsi; Cavabdeh1 91.060 ABŞ dolları əsas kredit, 28.717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119.777,49 ABŞ dolları borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin X4 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsindəki 47A nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 119.777,49 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin X4 verilməsi; Cavabdeh1 52.788 ABŞ dolları əsas kredit, 15.145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67.933,99 ABŞ dolları borcun tutularaq İddiaçı-yə ödənilməsi; Cavabdeh1 37.000 ABŞ dolları əsas kredit, 10.629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47.629,25 ABŞ dolları borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlan ca verilmiş bir cüt brilyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilməsi, bir cüt sırğanın açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 47.629,25 ABŞ dolları İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi; Cavabdeh1 37.890 ABŞ dolları əsas kredit, 10.682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48.572,58 ABŞ dolları borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyünə, bir ədəd sapfirlə sırğaya, bir ədəd təkqaş sırğaya, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və “zaponki”yə yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 48.572,58 ABŞ dolları İddiaçı-nin hesabına ödənilməsi, qalan m əbləğin Cavabdeh1 verilməsi; Cavabdeh1 46.505 ABŞ dolları əsas kredit, 14.716,03 ABŞ dolları faiz olmaqla, cəmi 61.221,03 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət “Dorojka” sırğasına, bir ədəd beş qaşdan ibarət Dorojka üzüyə, bir ədəd Slezka üzük, mirvari kulon məmulartlarına, bir ədəd «Gül» manterovka brilyanta, bir ədəd brilyantl aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilyant dəstinə yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 61.221,03 ABŞ do lları İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi; Cavabdeh1 49.475 ABŞ dolları əsas kredit, 14.847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64.322,71 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 64.322,71 ABŞ dolları İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğ Cavabdeh1 verilməsi; Cavabdeh1 28.823 ABŞ dolları əsas kredit, 7.302,75 ABŞ dolları faiz olmaqla, cəmi 36.125,75 ABŞ dolları borc tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilyant üzüyə 3 karat, bir cüt sırğya firuzə ilə, bir ədəd Ürək” brilyant üzüyə 3 karat, bir cüt “Oval” brilyant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” sırğalara yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 36.125,75 ABŞ dolları İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 müddəti başa çatmış kred it müqavilələri ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilələrdə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi üçün qanunvericilikə müəyyən edilmiş prosedura riayət edildiyindən, öhdəliyini icra edilməsi təminatı olaraq mənzillər ipotekaya, qızıl-zinət əşyaları isə saxlanca qoyulduğundan borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka və girov sa xlanc müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka və girov predmetlərinə yönəldilməli, cavabdehlər Niyazov Xalid Qüdrət oğlu, Cavabdeh3 Ziyatxan oğlu və X3 mülkiyyətində olan mənzillər açıq hərracda satılmalı, mənzillər və qızıl-zinət əşyaları satıldıqdan sonra əldə olunmuş vəsait hesabına kredit müqavilələrinə müvafiq qaydada iddiaçıya olan borc ödənilməli qalan məbləğlərin isə cavabdehlərə qaytarılması müəyyən edilməlidir. Mənzillərin boşaldılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbində göstərilən mənzillərdə qeydiyyatda olan şəxslər barəsində müvafiq məlumatlar əlavə edilmədiyindən, bu hissədə tələbin qeyri-müəyyən olması səbəbi ilə iddia rədd edilməldir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının (hakimlər-E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov) 04 dekabr 2017-ci il tarixli, 2(103)-1543/17 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Niyazov Xalid Qüdrət oğlu, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20.06.2012-ci il tarixli 2(005)-307/2012 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçınin iddiası qismən təmin edilmiş, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 632 saylı 05.06.2007-ci il tarixli kredit müqaviləsi üzrə 75.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub, İddiaçı-yə ödənilməsi, tutmanın həmin kredit müqaviləsinin təminatı kimi 632 saylı 05.06.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi 47a nömrəli evin iki otaqlı 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərracdan ilkin 87.000 manat qiymətilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 55 saylı 07.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 1245 A saylı 13.11.2007- ci il tarixli kredit müqaviləsi üzrə 52.788 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən e tdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 144 A saylı 26.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilməsi, həmin girov predmetinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 319 A saylı 29.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və “zaponki”yə yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 723 saylı 24.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları nın Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət “Dorojka” sırğasına, bir ədəd beş qaşdan ibarət Dorojka üzüyə, bir ədəd Slezka üzük, mirvari kulon məmulatlarına, bir ədəd Gül manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 746 saylı 0 8.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49.475 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 47 saylı 20.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 27.000 ABŞ d olları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilyant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd Ürək brilyant üzüyə 3 karat, bir cüt “Oval” brilyant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” sırğalara yönəldilməsi, qızılzinət əşyaları açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması i lə bağlı ödənilmiş 90 manat olmaqla, cəmi 110 manat vəsaitin Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi kredit müqavilələrini, işdə olan və İddiaçı tərəfindən təqdim edilmiş sənədləri tədqiq edərək hesab etmişdir ki, Cavabdeh1 05.06.2007-ci il tarixli 632 saylı kredit müqaviləsi üzrə 75.000 ABŞ dolları, 07.11.2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları, 13.11.2007-ci il tarixli 1245A saylı kredit müqaviləsi üzrə 52.788 ABŞ dolları, 26.02.2008-ci il tarixli 144A saylı kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları, 29.03.2008ci il tarixli 319 A saylı kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları, 24.07.2008-ci il tarixli 723 saylı kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları, 08.08.20 08-ci il tarixli 746 saylı kredit müqaviləsi üzrə 49.475 ABŞ dolları və 20.05.2009-cu il tarixli 47 saylı kredit müqaviləsi üzrə 27.000 ABŞ dolları əsas borcu, cəmi 423.914 ABŞ dolları əsas borc məbləği müəyyən edərək, həmin məbləğdə borcun Cavabdeh1 tutulub, İddiaçı-yə ödənilməli olması, qeyd olunan kredit müqavilələri üzrə faiz borcuna dair sübutları isə iddiaçı təqdim edə bilmədiyinə görə iddianın faiz borclarının tutulmasına dair hissədə iddia tələbini rədd edilməsi nəticəsinə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.Kalbalıyev) 2(102)-4781/2018 nömrəli iş üzrə 02 iyul 2018ci il tarixli qərarı ilə İddiaçı-nin, həmçinin cavabdehlər Cavabdeh1, Niyazov Xalid Qüdrət oğlu, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2017-ci il tarixli 2(103)-1543/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, verilmiş kreditlər üzrə müqavilədə şərtləşdirilmiş faiz məbləğinin ödənilməsini tələb etmək bankın hüquqdur, lakin bu faizlər Konstitusiya Məhkəməsinin Plenum qərarında müəyyən edildiyi kimi, müqavilələrin qüvvədə olduğu müddət üçün hesablanmalıdır. Məhkəmə kredit müqavilələri üzrə bank tərəfindən tələb edilən əsas borc məbləğlərini təmin edərkən iş üzrə Cavabdeh1 iddiaçıya ödədiyi məbləğləri nəzərə almamış, hər bir kredit müqaviləsi üzrə verilmiş bor c məbləğlərinin Cavabdeh1 ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin əslilərini iddiaçıdan tələb edərək, iş materiallarına əlavə edilməsini təmin etməmiş, həmçinin borcun Cavabdeh1 tərəfindən ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin məhkəməyə təqdim edilməsini Cavabdeh1 təklif etməmiş, hər bir müqavilə üzrə ödənilmiş və qalıq borcun və hesablanmış faizlərin (müqavilənin müddətinə) dəqiq məbləğini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, ekspertizanın keçirilməsini təmin etməmiş, sübutların iddiaçı və cavabdehlərdən alınması üçün prosessual tədbirlər görməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, borcun və faizlərin hesablanması hissəsində səhvə yol vermiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun olaraq düzgün həll etməmiş, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutlar yeni apellyasiya baxışı zamanı ekspertlərin sərəncamına təqdim edilməklə, həmin ödənişlər nəzərə alınmaqla hesablama aparılmalı, hər bir müqavilə üzrə müqavilənin qüvvədə olduğu müddət üçün ödənilməli olan əsas və faiz borcu müəyyən edilməklə, ödənilmiş əsas və faiz borcunun məbləği müəyyən edilməli, müqavilələrin bitmə tarixinə ödənilməmiş qalan əsas borc və ona hesablanmış faizin dəqiq məbləğləri müəyyən edilməklə, iddiaçının tələbinə və cavabdehlərin etirazına düzgün hüquqi qiymət verilməlidir Məhkəmə kollegiyası iddia tələbinin ipoteka və girov predmetlərinə yönəldilməsinə dair hissədə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 2(006)258/2014 saylı 02.04.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 17 yanvar 2006-cı il 04 saylı və 03 avqust 2006-cı il tarixli 54 saylı ipoteka müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə 07 noyabr 2007-ci il tarixli müqavilə və Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 1245A saylı 13 noyabr 2007-ci il tarixli kredit müqaviləsinin 4.1 bəndi etibarsız hesab edilmişdir. Buna görə də, məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 150.000 ABŞ dolları məbləğində 55 saylı 07.11.2007-ci il tarixli və 55.000 ABŞ dolları məbləğində 1245A saylı 13.11.2007-ci il tarixli kredit müqavilələri üzrə borcun ipoteka predmetlərinə yönəldilə bilməməsi hissəsində apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır. Lakin iddianın predmeti bölünməz olduğundan, ipoteka və girov predmetilərinə tutma yönəldilməsi borcalanın bank qarşısında öhdəliyinin həcmi müəyyən edildikdən sonra həll edildiyindən və bu hissədə girov predmetləri ilə bağlı cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri məhkəmə tərəfindən tam araşdırılmadığından, məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə tam ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) 15 iyul 2021-ci il tarixli, 2(103)-38/21 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Niyazov Xalid Qüdrət oğlu, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı-nin Cavabdeh1 və digərlərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 632 saylı 05.06.2007-ci il tarixli kredit müqaviləsi üzrə 19.425,78 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub, İddiaçı-yə ödənilməsi, İddiaçı-nin Binəqədi filialı ilə Cava bdeh1 arasında bağlanmış 55 saylı 07.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçıyə ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 1245 A saylı 13.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə 39.568,20 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilsin. İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 144 A saylı 26.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olar aq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutma Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilsin, həmin girov predmeti açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 319 A saylı 29.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutma Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və “zaponki”yə yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilməsi, İddiaçınin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 723 saylı 24.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçıyə ödənilməsi, tutma Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət “Dorojka” sırğasına, bir ədəd beş qaşdan ibarət Dorojka üzüyə, bir ədəd Slezka üzük, mirvari kulon məmulatlarına, bir ədəd Gül manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 746 saylı 08.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49.475 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutma Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapf irlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızılzinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 47 saylı 20.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 22.436,84 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutma Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilyant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd Ürək brilyant üzüyə 3 karat, bir cüt “Oval” brilyant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” sırğalara yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 90 manat olmaqla cəmi 110 manat vəsaitin Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 250 manatın 50 manat İddiaçıdən, 200 manat cavabdehlər Cavabdeh1, Niyazov Xalid Qüdrət oğlu, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsas landırmışdır ki, verilmiş kreditlər üzrə müqavilədə şərtləşdirilmiş faiz məbləğinin ödənilməsini tələb etmək bankın hüquqdur, lakin bu faizlər Konstitusiya Məhkəməsinin Plenum qərarında müəyyən edildiyi kimi, müqavilələrin qüvvədə olduğu müddət üçün hesablanmalıdır. Məhkəmə kredit müqavilələri üzrə bank tərəfindən tələb edilən əsas borc məbləğlərini təmin edərkən iş üzrə Cavabdeh1 iddiaçıya ödədiyi məbləğləri nəzərə almamış, hər bir kredit müqaviləsi üzrə verilmiş borc məbləğlərinin Cavabdeh1 ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin əslilərini iddiaçıdan tələb edərək, iş materiallarına əlavə edilməsini təmin etməmiş, həmçinin borcun Cavabdeh1 tərəfindən ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin məhkəməyə təqdim edilməsini Cavabdeh1 təklif etməmiş, hər bir müqavilə üzrə ödənilmiş və qalıq borcun və hesablanmış faizlərin (müqavilənin müddətinə) dəqiq məbləğini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, ekspertizanın keçirilməsini təmin etməmiş, sübutların iddiaçı və cavabdehlərdən alınması üçün prosessual tədbirlər görməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, borcun və faizlərin hesablanması hissəsində səhvə yol vermiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun olaraq düzgün həll etməmiş, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Kollegiya Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/103 saylı və 29 yanvar 2020-ci il tarixli 9/2758 saylı 21 may 2021-ci il tarixli ekspert rəylərin nəticələri eyni olduğundan, həmin rəyləri sübut kimi qəbul etmişdi r. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
14. Cavabdehlər Cavabdeh1 və Niyazov Xalid Qüdrət oğlu kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissələrdə ləğv, iddianın tamamilə rədd edilməsini xahiş etmişlər.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə cavabdehin nümayəndəsinin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyən nümayəndəsi və vəkilinin iştirakı olmadan baxmışdır. Belə ki, 12.07.2021-ci il tarixdə Vəkil1 Bakı Apellyasiya məhkəməsinə (sədrlik edən T.Səmədov) müraciət edərək Qaradağ rayon məhkəməsində baxılan cinayət işinə vəkil kimi çıxdığını bildirmiş, prosesin təxirə salınmasını, həmçinin iş üzrə rəy vermiş ekspertin dəvət olunmasını xahiş etmişdir. Məhkəmə iclasının təxirə salınması barədə ərizəyə Qaradağ Rayon Məhkəməsinin bildirişi də əlavə olunmuşdur. Lakin məhkəmə, həmin ərizəyə məhəl qoymamış, işə cavabdehin nümayəndəsi və vəkilinin üzrlü səbəbdən iştirak etmədiyi məhkəmə iclasında apellyasiya şikayətinə mahiyyəti üzrə baxaraq, hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Apellyasiya məhkəməsi isə öz qətnaməsinin giriş hissəsində guya, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 “iştirakı ilə” baxıldığını, təsviri hissəsində isə guya, “şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdeh tərəfi” dinlədyini qeyd etmişdir. Qeyd edilən pozuntu prosessual normanın kobud pozuntusu olmaqla, qətnamənin ləğv edilməsi əsaslarına aiddir. Bundan əlavə, apellyasiya məhkəməsi, iddianın təmin olunmu ş hissələrinə münasibətdə Mülki Prosessual Məcəllənin 76, 80, 88, 217-ci maddələrinin tələblərinə də riayət etməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə 170 ədəd kassa-mədaxil qəbzinin əsilləri təqdim edilmişdi və həmin qəbzlərdə göstərilən məbləğlərin ödənilməsi, həmin qəbzlərin həqiqiliyi iddiaçı bank tərəfindən də mübahisələndirilməmisdir. Lakin həmin qəbzlərdən 110 ədədi üzrə iddiaçı banka ödənilmiş 563.734 ABŞ dolları məbləğində vəsaitin taleyi sual altındadır. Bu məsələdə məhkəmə, sübutların qiymətləndirilməsi baxımından Mülki Prosessual Məcəllənin 76, 80 və 88ci maddələrinin tələblərini pozmuşdur. Cavabdehin təqdim etdiyi həmin möhürlü-imzalı bank sənədləri (bankın kassa mədaxil qəbzləri) sübut edir ki, qeyd edilən məbləğlər ABB-nin Binəqədi və Səbayel filiallarına mədaxil edi lmişdir. Lakin bank müvafiq sənədləri ekspertizaya təqdim etmədiyindən Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri araşdırmanı sona çatdıra bilməmiş, məhkəmə isə sübutları qiymətləndirərkən bu hala lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, bank bağladığı kredit müqavilələri üzrə müəyyən faiz ödənilməsi şərti ilə borcluya kredit vermişdir. Həmin kredit məbləğləri və kredit müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə ilə şərtləşdirilmiş faiz məbləği müqabilində hansı məbləğdə borcun qaytarıldığını sübut etmək isə borcalanın vəzifəsidir. Cavabdehlər banka kredit borcunun məbləğini aşan külli miqdarda vəsait ödədikləri imzalı-möhürlü bank sənədləri ilə sübut etmişlər. 110 ədəd qəbzin orijinallığını mübahisələndirmək, əksini iddia etmək isə artıq bankın h üququdur. Lakin bank müdrikcəsinə” susur. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxu d rədd edilmiş hesab edə bilər. Belə olan halda, həm prosessual qanunvericilik, həm qanun, həm də ədalət və reallıq onu deyir ki, bank sübutları təqdim etməkdən yayındığı üçün iddiası ləğv edilməli, bütün girov və mənimsənilmiş vəsait geri qaytarılmalıdır. Ekspertiza mərkəzinin təqdim etdiyi 07 noyabr 2019-cü il tarixli rəydən görünür ki, iş materiallarında olan 11 qəbz üzrə ödənilmiş 94.678 dollar vəsaitin bank yalnız 20.250 dollarını mədaxil etmişdir. Fərq nə az, nə çox düz 74.428 dollardır. Yəni, bankın yalnız bu 11 qəbz üzrə mənimsədiyi məbləğ 74.428 dollardır. Deməli, ABB həmin məbləğləri qəbul etmiş, lakin borcdan silməmiş və bəmin məbləğləri də iddia tələbinə daxil etmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
17. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(103)-38/2021 nömrəli qətnaməsinə əsasən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 20.06.2012-ci il tarixli, 2(005)307/2012 saylı qətnaməsi ləğv edilmiş, kredit müqaviləsi üzrə borc məbləğləri qismən 07.11.2019-cu il tarixli, 29581 nömrəli ekspertiza rəyinə uyğunlaşdırılmışdır. Ekspertin məhkəməyə təqdim etdiyi raydəki rəqəmlərlə Nərimanov Rayon Məhkəməsinin qətnaməsində əks olunan məbləğlər arasında kəskin fərq olmasına baxmayaraq məhkəmə bu halı araşdırmamışdır. Belə ki, 05.06.2007-ci il tarixli, 632 saylı kredit müqaviləsi üzrə birinci instansiya məhkəməsi 91 060 ABŞ dolları əsas, 28 717,49 ABŞ dolları faiz borcu təmin etmiş, ek spert rəyində 19 082,3 ABŞ dolları əsas, 343,48 ABŞ dolları faiz borcu hesablamışdır. 07.11.2007-ci il tarixli, 55 saylı kredit müqaviləsi üzrə birinci instansiya məhkəməsi tərəfindən 98 256 ABŞ dolları əsas, 31 496,64 ABŞ dolları faiz borcu təmin edilmiş, ekspert rəyinə əsasən 106 500,3 ABŞ dolları əsas, 585,75 ABŞ dolları faiz borcu hesablanmış və apellyasiya məhkəməsi tərəfindən yalnız rəyə uyğun əsas borc təmin edilmişdir. Digər 26.02.2008-ci il tarixli, 144A saylı kredit müqaviləsi üzrə isə əsas borc əksinə olaraq Bankın iddia tələbindən 8000 manat artmış, əvəzində faiz borcu 10 600 manat azaldılsa da, ekspert tərəfindən səbəbi əsaslandırılmamış və məhkəmə həmin hissədə də araşdırma aparmamış, ekspert rəyini əsas götürərək qətnamə qəbul etmişdir. Bundan başqa ekspert rəyinə əsasən 0 7.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə 585,75 ABŞ dolları, 26.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 22,50 ABŞ dolları, 29.03.2008ci il tarixli kredit müqaviləsi üzrə 1062,64 ABŞ dolları və 24.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə 101,98 ABŞ dolları məbləğində faiz borcu müəyyən edilməsinə baxmayaraq məhkəmə həmin məbləğlərin tutulmasını təmin etməmiş, eyni zamanda rədd edilməsi də əsaslandırılmamışdır. Ümumilikdə ekspert tərəfindən 07.11.2007-ci il tarixli, 55 saylı, 26.02.2008-ci il tarixli 144A saylı, 29.03.2008-ci il tarixli 319A saylı, 24.07.2008-ci il tarixli 723 saylı və 08.08.2008-ci il tarixli 746 saylı kredit müqavilələri üzrə əsas borclar qismən artırılmış, faiz borcları isə kəskin surətdə azaldılaraq hesablama aparılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X6 və vəkili X7 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, qarşı tərəfin verdikləri kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh1 hüquqi varisi Niyazov Xalid Qüdrət oğlunun, vəkili Vəkil1 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, qarşı tərəfin verdiyi kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkə mə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
23. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
24. Maddə
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu h əcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
25. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
26. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
27. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın ge cikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çata nadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin hədləri və dəlilləri ilə bağlıdır. Başqa sözlə, yazılı şikayətlərdə irəli sürülməmiş dəlillər kassasiya baxışının predm etini təşkil etmir.
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
36. İddiaçı və Cavabdeh1 arasında 11 kredit müqaviləsi bağlanmış və kassa məxaric orderləri, ödəniş qəbzləri, ödəniş tapşırıqları və pul köçürmələrinə dair qəbzlərin sürətlərindən müəyyən edilir ki, İddiaçı 24.01.2006-cı il tarixdə 24.750 ABŞ dolları, 04.08.2006-cı il tarixdə 49.500 ABŞ dolları, 14.03.2007-ci il tarixdə 24.750 ABŞ dolları, 05.06.2007-ci il tarixdə 14.850 ABŞ dolları, 06.06.2007-ci il tarixdə 74.250 ABŞ dolları, 06.06.2007-ci il tarixdə 9.900 ABŞ dolları, 14. 11.2007-ci il tarixdə 54.450 ABŞ dolları, 15.11.2007-ci il tarixdə 30.194 ABŞ dolları, 26.02.2008-ci il tarixdə 89.100 ABŞ dolları, 29.03.2008-ci il tarixdə 49.500 ABŞ dolları, 24.07.2008-ci il tarixdə 53.210 ABŞ dolları, 04.08.2008-ci il tarixdə 29.680 ABŞ dolları, 21.05.2009-cu il tarixdə 1.988 və 25.000 ABŞ dolları olmaqla, ümumilikdə 415.034 ABŞ dolları (531.122 ABŞ dolları) vəsaiti Cavabdeh1 ödəmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 17.03.2011-ci il tarixli SAB-535 nömrəli maliyyə arayışında göstərilir ki, krediti müqavilələri üzrə borc alan Cavabdeh1 17.01.2006-cı il tarixli 04 saylı, 06.09.2006-cı il tarixli 60 saylı və 07.11.2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 98.256 ABŞ dolları, faiz borcu 31.496,64 ABŞ dolları, 05.06.2007-ci il tarixli 632 sayl ı kredit müqaviləsi üzrə əsas kredit borcu 91.060 ABŞ dolları, faiz borcu 28.717,49 ABŞ dolları, 13.11.2007-ci il tarixli 1245a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 52.788 ABŞ dolları, faiz borcu 15.145,99 ABŞ dolları, 26.02.2008-ci il tarixli 144a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.000 ABŞ dolları, faiz borcu 10.629,25 ABŞ dolları, 29.03.2008-ci il tarixli 319A saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.890 ABŞ dolları, faiz borcu 10.682,58 ABŞ dolları, 20.05.2009-cu il tarixli 47 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 28.823 ABŞ dolları, faiz borcu 7.302,75 ABŞ dolları, 24.07.2008-ci il tarixli 723 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 46.505 ABŞ dolları, faiz borcu 14.716,03 ABŞ dolları və 08.08.2008-ci il tarixli 746 saylı kredit müqav iləsi üzrə əsas kredit borcu 49.475 ABŞ dolları, faiz borcu 14.847,71 ABŞ dolları olmaqla, cəmi 575.335,44 ABŞ dolları (441.797 ABŞ dolları əsas və 133.238,24 ABŞ dolları faiz borcu) təşkil etmişdir.
37. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 17.03.2011-ci il tarixli SAB-535 nömrəli maliyyə arayışında göstərilir ki, krediti müqavilələri üzrə borc alan Cavabdeh1 17.01.2006-cı il tarixli 04 saylı, 06.09.2006-cı il tarixli 60 saylı və 07.11.2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 98.256 ABŞ dolları, faiz borcu 31.496,64 ABŞ dolları, 05.06.2007-ci il tarixli 632 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 91.060 ABŞ dolları, faiz borcu 28.717,49 ABŞ dolları, 13.11.2007-ci il tarixli 1245a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 52.788 ABŞ dolları, faiz borcu 1 5.145,99 ABŞ dolları, 26.02.2008-ci il tarixli 144a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.000 ABŞ dolları, faiz borcu 10.629,25 ABŞ dolları, 29.03.2008-ci il tarixli 319A saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.890 ABŞ dolları, faiz borcu 10.682,58 ABŞ dolları, 20.05.2009-cu il tarixli 47 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 28.823 ABŞ dolları, faiz borcu 7.302,75 ABŞ dolları, 24.07.2008-ci il tarixli 723 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 46.505 ABŞ dolları, faiz borcu 14.716,03 ABŞ dolları və 08.08.2008-ci il tarixli 746 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 49.475 ABŞ dolları, faiz borcu 14.847,71 ABŞ dolları olmaqla, cəmi 575.335,44 ABŞ dolları (441.797 ABŞ dolları əsas və 133.238,24 ABŞ dolları faiz borcu) təşkil etmişdir. 38. “Azər baycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24.12.2014-cü il tarixli qərarında qeyd etmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin M əcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
39. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, verilmiş kreditlər üzrə müqavilədə şərtləşdirilmiş faiz məbləğinin ödənilməsini tələb etmək bankın hüquqdur, lakin bu faizlər Konstitusiya Məhkəməsinin Plenum qərarında müəyyən edildiyi kimi, müqavilələrin qüvvədə olduğu müddət üçün hesablanmalıdır. Məhkəmə kredit müqavilələri üzrə bank tərəfindən tələb edilən əsas borc məbləğlərini təmin edərkən iş üzrə Cavabdeh1 iddiaçıya ödədiyi məbləğləri nəzərə almamış, hər bir kredit müq aviləsi üzrə verilmiş borc məbləğlərinin Cavabdeh1 ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin əsllərini iddiaçıdan tələb edərək, iş materiallarına əlavə edilməsini təmin etməmiş, həmçinin borcun Cavabdeh1 tərəfindən ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin məhkəməyə təqdim edilməsini Cavabdeh1 təklif etməmiş, hər bir müqavilə üzrə ödənilmiş və qalıq borcun və hesablanmış faizlərin (müqavilənin müddətinə) dəqiq məbləğini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, ekspertizanın keçirilməsini təmin etməmiş, sübutların iddiaçı və cavabdehlərdən alınması üçün prosessual tədbirlər görməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, borcun və faizlərin hesablanması hissəsində səhvə yol vermiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun olaraq düzgü n həll etməmiş, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollagiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 07 noyabr 2019-u il tarixli 29581 saylı ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Qeyd olunan ekspert rəyi ilə tərəflər razılaşmadığından, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2758 saylı 21 may 2021-ci il tarixli rəyinə əsasən: İş materiallarında 17 yanvar 2006-cı il tarixli, 04 saylı kredit müqaviləsi üzrə heş abdan kassa məxariç, mədaxil orderləri və hesabdan çıxarış məlumatları təqdim olunmadığı üçün həmin müqavilə üzrə borc qalığını müəyyəfi etmək mümkün olmadı; İş materiallarında 06 sentyabr 2006-cı il tarixli 60 saylı kredit müqaviləsi üzrə kassa məxariç, mədaxil orderləri və hesabdan çıxarış məlumatları təqdim olunmadığı üçün bu müqavilə üzrə borc qalığını müəyyən etmək mümkün olmadı; 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 13.12.2008-ci il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 107.086.05 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 13.12.2 008-ci il tarixə: əsas borc üzrə 106500,29 ABŞ dolları; faiz borcu üzrə 585.75 ABŞ dolları; 05 iyun 2007-ci il tarixli 632 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 05 iyun 2007-ci il tarixli 632 saylı saylı kredit müqaviləsi şərtlərini əsas götürülməklə Cavabdeh1 05.12.2008-ci il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 19.425,78 ABŞ dollar məbləğində müəyyən olunur, o cümlədən: 05.12.2008-ci il tarixə: əsas borc üzrə 19.082.30 ABŞ dolları, faiz borcu üzrə 343,48 ABŞ dolları; 13 noyabr 2007-cı il tarixli 1245A saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 13 noyabr 2007-ci il tarixli 1245A s aylı Kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 13.11.2008-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 39.568.20 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 13.11.2008-ci il tarixə: əsas borc üzrə 38327,77 ABŞ dolları; faiz borcu üzrə 1240.44 ABŞ dolları; 26 fevral 2008-ci il tarixli 144A saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 26 fevral 2008-ci il tarixli 144A saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 26.04.2008-ci il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 45.022.50 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 26.04.2008-ci il tarixə: əsas borc üzrə 45.000 ABŞ dolları; faiz borcu üzrə 22.50 ABŞ dolları; 29 mart 2 008-cı il tarixli 319A saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 29 mart 2008-ci il tarixli 319A saylı kredit İ müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 29.09.2009-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 40.419.53 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 29.09.2009-ci il tarixə əsas borc üzrə 39.356.89 ABŞ dolları; faiz borcu üzrə 1.062.64 ABŞ dolları; 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 24.10.2008-ci il tarixə (müqavilə müddətinin bitdiyi t arixə) banka olan borcu 51.739.23 ABŞ dollar məbləğində müəyyən olunur, o cümlədən: 24.10.2008-ci il tarixə: əsas borc üzrə 51.637.25 ABŞ dolları; faiz borcu üzrə 101.98 ABŞ dolları; 08 avqust 2008-cı il tarixli 746 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 08 avqust 2008-ci il tarixli 746 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 01,08.2009-cu il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 54.815.16 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 01.08.2009-cu il tarixə: əsas borc üzrə 52635.76 ABŞ dolları; faiz borcu üzrə 2179,39 ABŞ dolları; 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ö dəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 20.11,2010-cu il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 22.436.84 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 20.11.2010-cu il tarixə: əsas borc üzrə 20.842,20 ABŞ dolları: faiz borcu üzrə 1.594,64 ABŞ dolları müəyyən edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 9/103 saylı və 29 yanvar 2020-ci il tarixli 9/2758 saylı 21 may 2021-ci il tarixli ekspert rəylərinin nəticələri eyni olduğundan, həmin rəylər məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir.
42. Kollegiya kassasiya şikayətlərinin dəlilləri ilə bağlı bildirir ki, işin faktiki halları kassasiya instansiyası məhk əməsinin araşdırma predmetini təşkil etmir. Bu halların araşdırlması və sübut olunması, habelə məhkəmə qətnaməsindəki nəticənin işin faktiki hallarına uyğun olmaması kassasiya instansiyası məhkəməsinin səlahiyyət və araşdırma predmetinə daxil deyil.
43. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Hazırkı işə baxmış məhkəmələr işin düzgün həlli məqsədilə əhəmiyyət kəsb edən faktiki halların araşdırlması üçün tərəflərə lazımi şəraiti yaratmışlar. Belə ki, tərəflərin izahatları alınmış, müvafiq sənədlər toplanılmış, vəsatətlərin verilməsi imkanı təmin edilmiş, iş materialları əsasında ekspertizalar keçirilmiş və rəylər alınmışdır.
46. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Göründüyü kimi, məhkəmələr işin faktiki hallarının araşdırılması məqsədilə tərəflərə uzun müddət ərzində lazımi şə raitin yaradılmasını təmin etdikləri üçün kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürə bilməz. Kassasiya instansiyası məhkəməsi mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim e tdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
49. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-38/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov