Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2980/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Əmrahov Vüqar Rasim oğlunun iştirakı ilə, cavabdeh x3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11546/2015 saylı, 28 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 10593,47 ABŞ doll ar əsas borcun, 1312,82 ABŞ dolları faiz borcunun, 310 ABŞ dolları dəbbə pulunun, cəmi 12216,29 ABŞ dollarının ödəniş gününə manat ekvivalentinin iddiaçının xeyrinə tutulması, tələbin x2 mülkiyyətində olan “Mercedes C180” markalı, 06-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçiyə qaytarılması, avtomobilin dəyəri banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 19 sentyabr 2018-ci il tarixli, 2(103)10317/2018 saylı qətnaməsi ilə (hakimlər A.İmanov, E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11546/2015 saylı, 28 oktyabr 2 015-ci il tarixli qətnaməsi kredit borcunun (əsas və faiz borcunun, dəbbə pulunun təmin olunmuş hissəsinin) müştərək qaydada, həmçinin x3 tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 19 sentyabr 2018-ci il tarixli, 2(103)-10317/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın baxılmamış saxlanılması və cavabdeh x2 aid hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 x2, x3 və x4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.10.2014-cü il tarixli, 019CASA142960001 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 10593,47 ABŞ dolları məbləğində əsas, 1312,82 ABŞ dolları faiz borcunun, 1552,19 ABŞ dolları penyanın, qətnamənin icr a olunduğu günə olan cəmi 13458,48 ABŞ dollarının manata olan məzənnəsi ilə, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdeh x2 məxsus olan "Mercedes C180" markalı, 06-BE-*** dövlət nişanlı minik avtomobilinə tutma yönəldilməsi, açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Banka olan borcun ödənilməsi, artıq qalan vəsaitin cavabdehə verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 19 sentyabr 2018-ci il tarixli, 2(103)-10317/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın baxılmamış saxlanılması və cavabdeh x2 aid hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Əmrahov Vüqar Rasim oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilin i dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh x2 bank qarşısında öhdəliyi üzrə zamin durmuş cavabdeh x3 münasibətdə tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi həmin şəxs zaminlik müqavilələrini imzalamış, müqavilələrdə zaminlər birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ndə işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2980/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2980/2019
02.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver