Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2981/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli 2(103)4076/2018 saylı qətnaməsindən iddiaçı “xxxx” İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş № 2(003)-5861/2017) iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredi t borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” İKB ASC-nin xeyrinə 4195,55 ABŞ dolları məbləğində əsas borc, 1107,28 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 5322,83 ABŞ dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulması qət edilmiş, iddia qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.N.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qətn aməsi cavabdehlərdən 1107,28 ABŞ dolları faiz borcunun tutulması hisəssində dəyişdirilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” İKB ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun 814,47 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə, yəni Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4195,55 ABŞ dolları əsas və 20 ABŞ dolları məbləğində cərimə borcunun, habelə 30 manat dövlət rüsumunun əvəzinin “xxxx” İKB ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “xxxx” İKB ilə N qızı arasında bağlanmış 28.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faiz olmaq la 24 ay müddətinə 7650 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında bağlanmış 28.08.2014-cü il tarixli zaminlik müqaviləsinə əsas sonuncu borcalan N qızı bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2017-ci ilin oktyabr ayında iddiaçı “xxxx” İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ümumilikdə 6269,91 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” İK B ASC qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmal ıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanarkən kreditdən istifadəyə görə illik faiz dərəcəsinin 21 % olması barədə ümumi razılıq olmuş və Cavabdeh1 müqaviləni imzalamaqla həmin faizlərin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. 28.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 28.09.2014-cü il tarixdən 28.08.2016-cı il tarixə qədər olan dövr ərzində əsas borca görə 7650 ABŞ dolları, faiz borcuna görə 1874,84 ABŞ dolları, cəmi 9524,84 ABŞ dolları məbləğində borcu qaytarmağı öhdəsinə götür müşdür. İş materiallarına əlavə olunmuş “xxxx” İKB ASC-nin 28.05.2017-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1 28.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4304,37 ABŞ dolları əsas borcu, 1107,37 ABŞ dolları məbləğində faiz borcu və 433,19 ABŞ dolları məbləğində dəbbə pulu borcu vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinə faizlər pulun verilmə müddəti bitənədək hesablana bilərdi. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş 05.11.2018-ci il tarixli məhkəmə - mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 28.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən aparılan bütün ödənişlər nəzərə alınmaqla, 28.05.2018-ci il tarixə banka olan əsas borcu 4275,55 ABŞ dolları, faiz borcu is ə 973,29 ABŞ dolları təşkil etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixədək olan dövrdə 158,82 ABŞ dolları ödənişin həyata keçirildiyi və beləliklə də, 814,47 ABŞ dolları faiz borcunun qaldığı müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələ b edə bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iş üzrə keçirilmiş 05.11.2018-ci il tarixli ekspertiza rəyi ilə razılaşmayaraq rəydə göstərilən faiz məbləğini qəbul etməsə də, bu halı əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edildiy indən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2981/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2981/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver