Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2982/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh və vəkili xxx oğlunun iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)4508/2019 nömrəli qərardadından Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)479/2019 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) İddiaçı iddiası təmin edilərək, Cavabdeh 30000 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 30030 manatın tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-4508/2019 nömrəli qətnaməsi ilə (A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-479/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx oğlu qətnaməd ən kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4508/2019 nömrəli qərardadı ilə (A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)4508/2019 saylı qətnaməsindən ilk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4508/2019 nömrəli qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin surəti cavabdehə xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada verilmiş və xx xxxxxx 2020-ci il tarixdə o, poçt vasitəsi ilə kassasiya şikayətini göndərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi prosessual qanun normasını düzgün tətbiq etməyərək, şikayət etmə müddətinin ötürülmüş kimi hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və vəkili məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-4508/2019 saylı qətnaməsi cavabdehin iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan olunmuş və qətnamənin surəti cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, xx xxxx 2019-cu il tarixdə “xxx” soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmişd ir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən q anunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsi “Pirəli Orucov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarında göstərmişdir ki, “Ərizəçinin müraciət etməyə cəhd göstərdiyi hüquqi müdafiə vasitəsinin açıq-aydın səmərəsiz olduğunu nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, ərizəçi həmin vasitənin səmərəsiz olmasından müəyyən bir məqamda xəbərdar tutmalı idi. Əgər ərizəçinin bildirdiyi kimi, o, açıq-aydın mövcud olan hüquqi müdafiə vasitəsindən istifadə etməyə çalışıbsa və yalnız bundan sonra həmin vasitəni səmərəsiz edən hallardan xəbər tutubsa, 35-ci maddənin 1-ci bəndinin məqsədləri üçün altı aylıq müddətin axımının ərizəçinin həmin hallardan ilk dəfə xəbər tutduğu və y a xəbər tutmağa borclu olduğu tarixdən başladığını hesab etmək münasib olar. Hazırkı işdə ərizəçi birinci instansiya məhkəməsinin qərarından xx xxxxxx 2005-ci ildə şikayət vermişdi. Lakin şikayətinə heç bir cavab almadı. Bundan başqa, belə görünür ki, o, şikayət ərizəsinin vəziyyəti barədə, yaxud ona baxılıb-baxılmadığı barədə Apellyasiya Məhkəməsinə sonradan hər hansı sorğu göndərməyib. Başqa sözlə, şikayət ərizəsini verdikdən sonra apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayətlərinə baxılması üçün ərizəçinin lazımi səy göstərdiyi sübuta yetirilməyib. Apelyasiya instansiyası məhkəməsinin bu növ şikayətə alındığı gündən sonra üç gün ərzində baxmalı olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin bilavasitə şikayəti verdikdən bir neçə ay sonra, başqa sözlə, ən azı 2005-ci ilin sonundan şikayətinə səmərəli şəkildə baxılmayacağından xəbərdar olduğunu hesab etmək olar, baxmayaraq ki, o, xx xxxxxx 2005-ci ildən bəri şikayətinə heç bir cavab almamışdı. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçi xx xxxxxx 2007-ci ildə Məhkəməyə bu şikayətini təqdim etməzdən xeyli əvvəl bu vəziyyətdən xəbərdar olmalı idi.” “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X1 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apelyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Avropa Məhkəməsi “Ryabıx Rusiya ya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət v erilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini xx xxxx 2019-cu il tarixdə almış və kassasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddət buraxılmaqla, 6 ay 16 gündən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə qətnaməsini göstərilən tarixdə almamasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində mü əyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə veri lir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Hə min Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarına əsasən qətnamə cavabdehin məhkəməyə məlum olan və onun rəsmi qeydə alındığı ünvana göndərilmiş və cavabdehlə eyni soyadda olan şəxs tərəfindən qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə sənədi cavabdehin yaşadığı ünvana çatdırılıbsa, yuxarıda qeyd olunan prosessual normalarına uyğun o, tərəfə təqdim olunmuş hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamənin cavabdehin göstərdiyi kimi xx xxxxxx 2019-cu il tarixdə ona rəsmi qaydada verilməsinə dair sənədlər iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası məhkəmə qətnaməsinin cavabd ehə rəsmi qaydada verilməsi qənaətinə gələrkən həmçinin o halı da nəzərə alır ki, həmin məhkəmə aktı cavabdehin iştirakı ilə elan olunmuş və o, qətnaməni almadığını bildirsə də, Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda irəli sürülmüş mövqeyinə əsasən, ağlabatan müddətdə qətnaməni mübahisələndirilməsi üçün müvafiq addımlar atmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki,cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 41 9, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4508/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2982/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2982/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver