Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2982/2021 02.04.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə hər ay uşağa görə 103 manat təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il t əvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1888/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx xxxxxx 2020-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1888/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edi lərək iddianın təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxx 2012-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləğinin artırılması və adı çəkilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat alimentin tutularaq X2 ödənilməsi barədə yeni qətnamə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hesab edirəm ki, hazırkı iş üzrə tələb müəyyən edilmiş hər ay uşaq üçün 103 manat aliment məbləğinin artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat tutulmasından ibarətdir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 67 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (67 x 12 ay = 804 manat) 2000 manatdan, az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2982/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2982/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver