Məhkəmə qərarları › İş №2(102)-2982/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2982/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2982/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin qaytarılması ) 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-589/2022 nömrəli, 18 may 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “Mersedes Benz ML 230” markalı **-BM-*** nömrəli qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh alınıb ona verilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir.

2. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx.xx.2020-ci il tarixli, 2(039)1254/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh “Mersedes Benz ML 230” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 iyul 2020-ci il tarixli, 1762 saylı məktuba əsasən Sumqayıt 4 saylı notariat ofisində İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində 7E/33107 reyestrlə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh adına daşınar əmlaka dair etibarnamə rəsmiləşdirilmişdir. Həmin etibarnamə 3 il müddətinə rəsmiləşdirmişdir və 14 avqust 2019-cu il tarixdə etibarlılıq müddəti bitdiyi üçün qüvvədən düşmüşdür

4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh avtomobilin onun istifadəsində olduğunu, lakin onu Samid adlı şəxsə qaytardığını bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh “Mersedes Benz ML230” markalı **-BM-*** dövlət qeydiyyat ni şanlı avtomobil alınaraq İddiaçı qaytarılmalıdır.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qəntamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və A.A.Mahmudov) 2(107)-589/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh Şəki Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-589/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət və kassasiya şikayəti ilə müraciət etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-589/2022 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022ci il tarixli, 2(107)-589/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verilmişdir, müddətin üzrlü səbə blərdən ötürülməsi isə müəyyən edilmir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-589/2022 saylı qətnaməsi Cavabdeh ünvan 2 ünvanına göndərilmiş, lakin zərf “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa, həmin qətnamə Cavabdeh ünvan 3 ünvanına da göndərilmişdir və 4 iyul 2022-ci il tarixdə Rüstəmov” soyadlı şəxs tərəfindən imza edilərək alınmışdır.

11. Cavabdeh həmin qətnaməni xx.xx.2022-ci il tarixdə aldığından 9 ay ötdükdən sonra, yəni 18 aprel 2023-cü il tarixdə kassasiya şikayəti məhkəməyə təqdim etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 133, 135, 400, 402, 405.0.1, 408.1.1-ci maddələrinə istinadla əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və kassasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 2(107)-589/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi barədə məlumatı icraçıdan əldə etmişdir. Qətnamənin surətini özü şəxsən xx.xx.2023-cü il tarixdə icraçıdan əldə etmişdir. Daha sonra Yevlax Rayon Məhkəməsində iş materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, məhkəmə qətnaməsinin qəbul edilməsi ilə bağlı ona məlum olmayan xx.xx.2022-ci il tarixli poçt xəbərnaməsi mövcuddur. Xəbərnaməni o və ailə üzvləri qəbul etməmişlər. Orada çəkilən imza tam fərqli imzadır. Bunu digər sənədlərdə olan imzalarla müqayisə etdikdə görmək mümkündür. Xəbərnamədə qeyd olunan ünvan 3 ünvanı cavabdehin nə qeydiyyatda olduğu, nə də faktiki yaşadığı ünvandır. Cavabdeh yalnız həmin ünvanda 3 aya yaxın qısa müddətdə kirayədə qalsa da, 2022-ci ilin may ayında həmin ünvandan çıxmışdır. Əsas yaşayış yeri:Sumqayıt şəhəri, Kristal ünvan 4vanıdır. Məhkəmədən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi xahiş edilsə də, məhkəmə bunu əhəmiyyətsiz hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri et mək hüququ keçmiş olur.

17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

26. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yux arı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

27. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin iş üzrə məlum olan ünvanlarına göndərilmiş, bir ünvan üzrə «qapı bağlıdır» qeydi ilə geri q aytarılmış, digər ünvan üzrə isə qətnamənin surəti məhz cavabdehin soyadı yazılmaqla rəsmi olaraq qəbul edilmişdir.

29. Cavabdeh kassasiya şikayətində həmin ünvanda yaşamadığı, orada olan imzanın ona məxsus olmadığını göstərmiş olsa da, ünvanı barədə işə baxan məhkəməyə məlumat verilməsi, onun soyadı göstərilməklə xəbərnaməyə imza edilməsinə dair əhəmiyyətli dəlillər irəli sürməmiş, yalnız imzanın ona məxsus olmasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olmasına baxmayaraq məhkəmə tərəfindən belə qərardadın qəbul edilmədiyini göstərmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, həqiqətən məhkəmə ona məlum olan ünvan üzrə qətnamənin surətini göndərmiş və qətnamənin qəbul olunmasında 9 aydan artıq müddət keç dikdən sonra apellyasiya şikayəti verilmişdir. Cavabdehin göstərdiyi dəlillər müddətin bərpa edilməsi əsasları kimi qəbul oluna bilməz.

31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-589/2022 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar