Məhkəmə qərarları › İş №2(102)-2984/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2984/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2984/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı kredit borcunun tutulması və kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxar aq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) xx xxxxxxx 2019-cu il tarixliqətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka olan 35335,76 manat (otuz beş min üç yüz otuz beş manat 76 qəpik) əsas borc, 1000 (min) manat cərimə, ümumilikdə 36335,76 manat (otuz altı min üç yüz otuz beş manat 76 qəpik) məbləğində borc pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 tutularaq iddiaçı "İddiaçı xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus mənzilə yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməklə açıq hərracda satılması və yuxarıda qeyd olunan tutulmalı məbləğ onun açıq hərracda satışında n əldə olunan vəsait hesabına iddiaçı xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra ipoteka qoyan Cavabdeh mənzildən məcburi qaydada çıxarılsın və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) iddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya in stansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi və digər tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixə banka olan 35.335,76 manat (otuz beş min üç yüz otuz beş manat 76 qəpik) əsas borc, 1826,50 manat (min səkkiz yüz iyimi altı manat 50 qəpik) məbləğində cərimə, ümumilikdə 37162,26 manat (otuz yeddi min yüz altmış iki manat 26 qəpik) məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 iddiaçı "İddiaçı xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini müstəqil ekspertiza rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçınə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldikdən və satıldıqdam sonra ipoteka qoyan Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxs in mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşin mübahisə edilməyən hallarına görə xx xxxxxx 2013-cü il tarixli kommersiya krediti müqaviləsi ilə Cavabdeh illik 16 faiz hesablanma şərti ilə 60 ay müddətinə 188.000 min manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi ilə, kreditin təminatı olaraq Cavabdeh məxsus olan mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa ilə kreditalan arasında xx.xx.2013-cü il tarixli, 119713-1-9934 saylı Baş Kredit Razılaşmasından və qeyd olunan razılaşmanın ayrılmaz hissəsi olan "Kredit müqaviləsi”, "Bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən bərpa olun(may)an kredit xətti və onlara əlavə edilmiş və ediləcək əl avələrdən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Zamin3 arasında xx xxxx 2016-cı il tarixli, Zamin2 arasında xx xxxxxx 2016-cı il tarixli, Zamin1 arasında xx xxxxxx 2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 45,3 kv.m ümümu, 23,2 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət olan evin hazırda bazar qiyməti 116400 (yüz on altı min dörd yüz) manat müəyyən olunur. İddiaçının nümayəndəsi bildirir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.x x.2013-cü il tarixli kredit razılaşması əsasında bank tərəfindən kreditalana 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə uyğun olaraq bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kommeriya krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 16 faiz hesablanması şərti ilə 60 ay müddətinə 188.000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və kredit razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh ozünə məxsus olan mənzil xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni anda kredit razılaşması üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zamin1 xx.xx.201 3-cü il tarixli zaminlik müqaviləsi əsasında, Zamin2 xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi əsasında, Zamin3 xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi əsasında Cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Lakin borclu Cavabdeh öhdəlikərini xx xxxx 2017-ci il tarixdən icra etməmiş və nəticədə xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh banka 35335,76 manat məbləğində əsas borc, 1826,50 manat məbləğində cərimə, ümumilikdə 37162,26 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərə edilmiş xəbərdarlıqlar nəticə verməmiş, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə i zahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən Cavabdeh məxsus mənzil 140.000 manat məbləğində qiymətləndirilmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun qiyməti ilə bağlı ekspert rəyi alınmış, həmin rəy əsasında mənzilin ilkin satış qiyməti müəyyən olunmuş, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı apelyator mənzilin qiymətinin fərqli olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ümumilikdə ləğv edilməsini tələb etsə də kassasiya şikayətinin dəlilləri a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğvinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hissədə izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi Cavabdeh məxsus mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi Cavabdeh məxsus mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublika sı MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya k ollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi Cavabdeh məxsus mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının p ozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi Cavabdeh məxsus mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar