Məhkəmə qərarları › İş №2(102)-2984/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2984/2025

06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2984/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X5 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ Açar sözlər: deliktdən irəli gələn mübahisələr; maddi ziyanın tələbi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X5 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1186/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) İddiaçı mülkiyyətindədir. 2. “Nərimanov-31” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli məktuba əsasən, ünvan 1 ünvanında olan mənzil tam payla, ********** qeydiyyat nömrəsi və 22 iyul 2021 qeydiyyat tarixi ilə Cavabdeh məxsusdur.

3. Bakı şəhəri Nərimanov rayon Poli s İdarəsinin İŞ-nin müstəntiqi İlkin İmanovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, X2 yaşadığı 679 nömrəli mənzildə yanğının baş verməsi və nəticədə binada yaşayan şəxslərə ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin material üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, 8 iyul 2021-ci il tarixdə saat 03:09-da Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, Rəhim Məhərrəmovun kirayədə yaşadığı 679 nömrəli mənzildə yanğın baş vermiş, nəticədə mənzilin yataq otağı içərisindəki əşyaları ilə birlikdə və Rəhim Məhərrəmova məxsus əşyalar və 10.000 ABŞ dol ları yanaraq yararsız vəziyyətə düşmüş, İddiaçı məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə, X6 məxsus 669 nömrəli mənzilin qonaq otağının tavanı yanğın söndürülməsi zamanı istifadə olunan suyun təsirinə məruz qalmışdır.

4. Həmin material üzrə araşdırma aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 sentyabr 2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində, həmin otağa girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə iki hissədə müstəqil və əlaqəsiz zonada olmuşdur. Onlardan biri çarp ayının ayaq hissəsi ilə üzbəüz divarın arasında olan keçid hissədə döşəmə səviyyəsində, digəri isə həmin zonanın yaxınlığında çarpayının bir qədər alt hissəsində olmuşdur. Yanğın kənardan gətirilmiş alışma mənbəyinin təsiri ilə otağın daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş vermişdir. 5. "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) mənzilə və əşyalarına dəymiş ziyanın dəyəri 59.314 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq ona məxsus mənzilə və içərisində yerləşən məişət əşyalarının yararsız hala salınması nəticəsində dəymiş maddi zərərə görə 59.314 manat, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 268 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi və tələbin cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 3 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, 8 iyul 2021-ci il tarixdə, saat 03:09-da köhnə ünvan Bakı şəhər i, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 679, X13 ilə ünvan 5ında yerləşən cavabdehə məxsus mənzildə yanğın baş vermiş, əraziyə FHN-nin əməkdaşları cəlb olunmuş, yanğının söndürülməsi zamanı ona məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə yanğın və suyun təsirinə məruz qalmış və yararsız vəziyyətə düşmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzil qanunsuz olaraq başqa şəxsə kirayə verilmiş, hər hansı kirayə müqaviləsi imzalanmamış, cavabdeh tərəfindən mülki qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və nəticədə iddiaçı 50.000 manatdan artıq maddi ziyanla qarşı-qarşıya qalmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda birmənalı olaraq müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus ünvan 6 ünvanın da yerləşən 679 nömrəli mənzili Rəhim Məhərrəmovun kirayəyə vermiş və onunla mənzilin kirayəyə verilməsi barədə hər hansı kirayə müqaviləsi imzalanmamışdır. Cavabdeh əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Qanunlarına hörmətsizlik etmiş, vergidən yayınmış və bu qanunsuz əməli nəticəsində yəni ona məxsus 674 nömrəli mənzilə 50.000 manatdan artıq maddi zərər vurmuşdur.

8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehə məxsus mənzildə baş vermiş yanğın onun təqsiri üzündən baş verməmişdir. Belə ki, Odina milli voleybol komandasının üzvü olmaqla demək olar ki, respublika ərazisində yaşamır. Hal-hazırda da İndoneziyanın “Çakarta” klubunda oynayır. Bakı şəhərindəki mənzili boş qalmasın de yə onu X1 vermişdir, mənzildə Rəhim və onun arvadı yaşamışlar. Yanğın da onların qəsdən etdikləri hərəkətlərdən baş vermişdir. Lakin, Nərimanov RPİ İŞ hansısa maraqdansa başlanılmış cinayət işini xitam etmişdir. Hətta, istintaq orqanının qəbul etdiyi qərarı iki dəfə məhkəməyə müraciət etmək yolu ilə ləğv etdirib yeni istintaq araşdırmasına göndərilsə də, müstəntiq heç bir araşdırma aparmayaraq eyni qərarı qüvvədə saxlamışdır. İki dəfə cinayət işləri üzrə ixtisaslı hakimlər qərarı ləğv etmişlər. Onlar işi oxuyanda orada cinayət hadisəsi görür, bu əsasla qərarı ləğv edir, iş istintaqa çatan kimi müstəntiq elə həmin günü öz qərarını qəbul edir. Müstəntiqin qəbul etdiyi qərar onların zərərinə olsa belə hazırda yenə də ona istinadın edilməsi zəruridir. Qərarda tam təsdiq olunur ki, mənzil yanar kən Rəhim Məhərrəmovun sahibliyində və istifadəsində olmuşdur. Belə ki, Rəhim Məhərrəmov istintaqa verdiyi ifadəsində Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 679 saylı mənzildə kirayədə yaşamasını, 8 iyul 2021-ci il tarixdə, saat 03.09 radələrində mənzilin qonaq otağında olarkən yanıq qoxusu hiss etdiyini, mənzilə baxış keçirərkən yataq otağında televizorun olduğu sahədə yanğın baş verdiyini görməsini etiraf və təsdiq etmişdir. İstintaq orqanının qəbul etdiyi qərar “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında olsa belə, həmin qərarda mənzilin yanarkən Cavabdeh deyil, Rəhim Məhərrəmovun sahiblik və istifadəsində olmasını təsdiq edir. Ona görə də hesab edirik ki, mübahisə üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad edilməli, iddia Cavabdeh qarşı rəd d edilməlidir. Hazırkı iş üzrə zərərçəkən şəxs təkcə hazırkı iş üzrə iddiaçı deyil, həm də Cavabdehdır. Mənzilin yanması, sonradan FH əməkdaşları tərəfindən söndürülməsi zamanı Odinaya külli miqdarda ziyan dəymişdir. Ona görə də Cavabdeh həmin şəxslərin məsuliyyətə cəlb olunmasını israrla tələb edir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(005)1437/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı (X5 və Arzu Məhərrəmova mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzin in 21 dekabr 2022-ci il tarixli, 10/5293-9/6122 nömrəli rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6 M-19, 3 saylı mənzilinə vurulmuş ziyan mənzilin yuxarı mərtəbəsində yerləşən 679 saylı mənzildə baş vermiş yanğın hadisəsi zamanı yanğının söndürülməsində köpüklü sudan istifadə olunduğunu və həmin suyun 674 saylı mənzilə suyun axıdılmasının mümkün olunmasını nəzərə alaraq, ünvan 7 ünvanda yerləşən mənzilə (evin təmiri və əşyaları ilə birgə) su sızma nəticəsində ziyanın dəydiyi müəyyən olunur. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci il məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M-19,3 say lı (İddiaçı mənzilində) əmələ gəlmiş qüsurların, eyni zamanda mənzilin mebel və əşyalarına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri nəzəri qaydada təxminən 59314 manat məbləğində olduğu müəyyən edilmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) iddia qismən təmin olunmuş, cavabdehdən 59.314 manat məbləğində maddi ziyan, ödənilmiş 268 manat və müvəqqəti təminat tədbiri üçün ərizəyə əlavə olunmuş 50 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirərək belə qənaətə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır.

13. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiy i müəyyən olunduğundan məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.

14. Məhkəmə iddia tələbinin “tələbin cavabdehə məxsus X13 ilə ünvan 5da yerləşən mənzilə (çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-05301-093589, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2021, ümumi sahəsi 115.20 kv.m.) yönəldilməsi” hissəni münasibətdə qeyd etmişdir ki, cavabdehin əmlakına tələbin yönəldilməsi üçün əsas yoxdur. Qətnamə ilə tutulması qət edilmiş pul məbləğinin cavabdehin əmlakına yönəldilməsi məcburi icra tədbirləri olmaqla, icra mərhələsində həyata keçirilir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir.

15. Cavabdeh tərəfin etirazının əsası kimi dəymiş zərərin ondan deyil, özünün mənzilində yaşayan ki rəyəçilərdən tutulmalı olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, yanğın baş verən zaman mənzilin Rəhim Məhərrəmov və Arzu Məhərrəmovanın sahibliyində və istifadəsində olması cavabdehin mülkiyyətçi olaraq dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. İlk öncə, cavabdeh mənzilin mülkiyyətçisi olmaqla, Rəhim Məhərrəmov və Arzu Məhərrəmovaya qanuni əsaslarla verilməmişdir (əmlak kirayə müqaviləsi cavabdeh tərəfindən təqdim olunmamışdır).

16. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin onun mənzilində yaşamış Rəhim Məhərrəmov və Arzu Məhərrəmovaya qarşı zərərin məbləği miqdarında geriyə tələb (reqress) hüququ vardır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 170.2, 226.1, 226.2, 1096.1, 1097.1, 1098.2 və 1111.2-ci, Mən zil Məcəlləsinin 15 və 29.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

18. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda qeyd olunan xüsusatlara uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənzilin cavabdehin sahibliyindən çıxması iş və istintaq materialları ilə tam sübuta yetir. Ona görə də mübahisəyə tətbiq olunacaq maddi hüquq norması Mülki Məcəllənin 1108.2-ci maddəsidir. Əgər qonşunun mənzili su sızması nəticəsində yararsız hala düşmüşdürsə məhkəmə həmin gün FHN əməkdaşlarının ərazi yə kim tərəfindən çağırılmasını araşdırıb tapmalı idi. Odinanın mənzili qəsdən yandırılmışdır. Bunu yandıran şəxslər yanmalarını bəhanə edib külli miqdarda pul toplamışlar. Məhkəmə mübahisənin əsl mahiyyətini anlamaq üçün həmin şəxsləri də çağırıb dindirməli idi.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-201/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə (kirayə) müqaviləsi üzrə münasibətləri tənzimləyən normalarında, nə də “İcarə h aqqında” Azərbaycan Respublikasının Qanununda icarə obyektindən istifadə nəticəsində delikt törədildiyi təqdirdə kirayəçinin və ya kirayəyə verənin məsuliyyətini müəyyən edən hər hansı bir norma mövcud deyildir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh 2 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verərək ləğv olunmasını və kirayədə yaşamış şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmiş, məhkəmənin qərarı ilə qərar ləğv edilsə də, yenidən cinayət işinin başlanması rədd edilmişdir. Yəni, hal-hazırda yanğının törədilməsində kirayədə yaşamış şəxsin təqsiri sübuta yetirilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əgər yanğın hadisəsinin kirayədə yaşayan şəxsin qəsdi və ya ehtiyatsızlığı üzündən baş verdiyi təsdiq olunsa id i, bu zaman həmin şəxs müvafiq olaraq Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və ya 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə məsuliyyətə cəlb edilməli idi. Cinayət işinin materiallarından görünür ki, baş vermiş hadisə nəticəsində hazırkı İddiaçı 59.300 manat, iddiaçı isə 70.000 manat zərər vurulduğunu iddia edir. Belə olduğu təqdirdə kirayəçinin təqsiri üzündən baş verdiyi sübuta yetirilərsə, bu zaman kirayəçinin məsuliyyəti xeyli miqdarda deyil, külli miqdarda zərər vurulmasına görə, yəni, həmin maddələrin 2-ci hissəsi ilə yaranır.

24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, istintaq orqanının qərarı ilə yanğının baş verdiyi vaxt orada yaşayaq şəxsin təqsiri müəyyən olunmadığından hazırkı vəziyyətdə iddianın məhz mülkiyyətçi nin təqsiri olmaması əsası ilə rədd olunması zərərçəkmiş şəxsi – iddiaçını zərəri tələb etmək üçün bütün hüquqi müdafiə imkanlarından məhrum edir. Əgər gələcəkdə cinayət təqibini həyata keçirən orqanın qərarı ilə həmin vaxt mənzildə yaşamış şəxslərin təqsirinin olması təsdiqini taparsa, mülkiyyətçinin həmin şəxslərə qarşı reqres qaydada iddia qaldırmaq hüququ da istisna edilmir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yanğın cavabdehin mülkiyyətində olan mənzildə baş vermişdir, suyun axıdılması isə məhz həmin yanğının söndürülməsinin nəticəsidir. Mübahisə mülki qanunvericiliyin son zərurətlə bağlı münasibətləri tənzimləyən normaları baxımından qiymətləndirilsə belə, məsuliyyət yenə də mülkiyyətçinin üzərinə düşür. Mülki Məcəllənin 564.3-cü maddəsinə əsasən son zərurət vəz iyyətində ziyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər. Hazırkı vəziyyətdə də ziyanın vurulması məhz cavabdehin mülkiyyətində olan evin tam yanmasının qarşısının alınması nəticəsində baş verdiyindən hərəkət onun mənafeyi üçün edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 152.1, 152.5, 564.1, 564.3, 682, 700.1, 700.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2, 1115-ci, Mənzil Məcəlləsinin 29.2, 29.3, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3628/2024 tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Z.Babayev (sədrlik edən) Z.Əliyev və Ə.Xıdırov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 201/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi qərara alın mışdır.

29. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin normanın tələbinə əsasən məsuliyyətdən azad olunmaq üçün otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. Apellyasiya instansiya məhkəməsi isə iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlasa da, iddia tələbinin qanuni əsası kimi ətrafdakıl ar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etməklə səhvə yol vermiş, gəldiyi nəticəni əsaslandırarkən - nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə (kirayə) müqaviləsi üzrə münasibətləri tənzimləyən normalarında, nə də “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda icarə obyektindən istifadə nəticəsində delikt törədildiyi təqdirdə kirayəçinin və ya kirayəyə verənin məsuliyyətini müəyyən edən hər hansı bir normanın mövcud olmadığını qeyd etmiş, lakin iddiaçının tələblərinin qanuni əsası kimi, suyun axıdılması nəticəsində vurulmuş ziyana görə məsuliyyəti müvafiq otağı tutan şəxsin daşımasını nəzərdə tutan Mülki Məcəllənin 1111.2ci maddəsinin tətbiq olunmasını nəzərdən keçirməmiş, eyni z amanda həmin normanın cavabdehə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən düzgün təfsir edilməməsinə diqqət yetirməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin iddia tələbinin qanuni əsası kimi son zərurətlə bağlı Mülki Məcəllənin 564-cü maddəsinə də istinad etsə də, həmin normanı işin faktiki hallarına uyğun düzgün təfsir etməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi cavabdehin 2 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verərək qərarın ləğv olunmasını və kirayədə yaşamış şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etməsini, məhkəmənin qərarı ilə qərarın ləğv edilməsinə baxmayaraq yenidən cinayət işinin başlanması rədd edilməsini, hal-hazırda yanğının törədilməsində kirayədə yaşamış şəxsin təqsirinin sübuta yetirilmədiyini, yanğının ba ş verdiyi vaxt orada yaşayaq şəxsin təqsiri müəyyən olunmadığından hazırkı vəziyyətdə iddianın məhz mülkiyyətçinin təqsiri olmaması əsası ilə rədd olunmasını qeyd edərək, zərərçəkmiş şəxsi – iddiaçını zərəri tələb etmək üçün bütün hüquqi müdafiə imkanlarından məhrum etdiyini göstərmişdir. Bununla belə apellyasiya instansiya məhkəməsi bu halda cinayət işi başlanmasının rədd edilməsi barədə qərarları lazımı qaydada tədqiq etməmiş, həmin qərarın qəbul edilməsinə əsas olmuş HK-1-936 nömrəli materialın apellyasiya məhkəməsinə təqdim edilməsi üçün 27 may 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞ-nə sorğu ünvanlasa da (2-ci cild, 1.v. 75), həmin müraciətin cavabını gözləmədən və material üzrə qəbul edilmiş yekun qərarı nəzərdən keçirmədən iş üzrə yekun qərar qəbul etmiş dir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq bildirmişdir ki, o hadisədən xeyli müddət sonra rəhmətə getmiş bir şəxsin üzərinə atılmasını düzgün qəbul etmir. Ev yaxşı təmir edilməmişdi. İlk dəfə Rəhimi o, dindirmədə görmüşdür. Orada onun adından səhv izahata imza atılmışdı. Guya ki, Rəhim deyib ki, yoldaşı evi yandırıb. Daha sonra Rəhim izahatını dəyişdi. Heç orada kirayəçi qalmasından xəbəri belə olmayıb. İş materiallarında bütün hallar öz əksini tapıb. İkinci dəfədir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunur. 5 dəfədir ki, cinayət işinin başlanması üçün müraciət olunub. Bu neçənci dəfədir ki, qərarı ləğv elətdirirlər, əsas məqsədləri isə ona vurulan zərərin ödənilməməsidir. Artıq 4 ildir ki, bu işlə məşğul olur. Nərimanov Rayon Məhkəməsi vicdanlı olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı qanunsuz hesab edir. Lakin qarşı tərəf zərərin ödənilməsindən yayınmaq üçün rayon məhkəməsinin qərarlarını ləğv elətdirirlər. M əqsədləri də açıq-aşkar ortadadır. Bu etdiklərinin ayıb olduğunu, 3 ay bundan qabaq vəfat etmiş qadının üzərinə belə günah atılması etik olmadığını demişdir.

31. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, yanğın baş verən zaman o və həyat yoldaşı evdə olmuşlar. Yanğın yataq otağında televizor ilə çarpayı arasında olub. O, evi internetdəki elan vasitəsi ilə maklerdən təhvil almışdır. Ona bildirilmişdi ki, ev təzə təmirdən çıxıb. Heç bir problemi yoxdur. O, yanğın baş verən zaman otaqda deyildi. Otaqdan tüstü gəldiyini gördü. Yoldaşının xəstəliyi ilə əlaqədar olaraq hərə kətləri məhdud idi. Onun xəstəliyi əqli ilə bağlı deyildi. Əlil arabasından istifadə edirdi. Yanğın baş verdiyini gördüyü kimi, yoldaşını mənzildən çıxartmışdır. Hətta evdə yoldaşının istifadə etməsi üçün oksigen balonu var idi. Alovun şiddətlənməsinin qarşısını almaq üçün oksigen balonunu da mənzildən çıxartmışdır.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1186/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Bəhramzadə (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir.

33. Məhkəmə kollegiyası kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşaraq hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mövqeyində hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia qismən təmin edilərkən Mülki Məcəllənin 1111.2-ci maddəsinə istinad etsə də, qeyd edilən norma təhrif edilməklə həmin maddənin mənasına görə suyun axıdılmasına görə baş verdiyi zaman məsuliyyəti mülkiyyətçinin daşıması göstərilməlidir. Halbuki, həmin maddənin tələblərinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin n ormanın tələbinə əsasən məsuliyyətdən azad edilmək üçün otağı tutun şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. İddiaçı tələbinin əsasını ona məxsus mənzilə dəymiş zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi təşkil edir. Məhkəmə də məhz bu formada normanın düzgün tətbiq etməməklə iddianı təmin etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu əsaslandırma ilə razılaşmır.

35. Belə ki, məhkəmə iclasında da müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 da izahatında bildirmişdir ki, yanğın baş verən zaman otaqda olmamış, otaqdan gələn tustüdən fərqinə varmış və dərhal arvadını otaqdan çıxarmışdır. Yanğın televizorla çarpayı arasında baş verdiyini qeyd etmiş, yanğın z amanı çıxan tüstüdən baş vermənin nədən olmasını göstərə bilməmişdir. Nəticədə yanğının söndürülməsi zamanı FH əməkdaşları tərəfindən istifadə edilən suyun sızması səbəbindən aşağı mərtəbədə yaşayan iddiaçıya məxsus mənzilə ziyan dəymişdir. Həmçinin, sonradan yanğın baş verən mənzildə təmir bərpa işləri aparıldığından onun yaranma səbəbinin müəyyən edilməsi üçün əlavə ekspertiza təyin edilməsinə də zərurət qalmamışdır.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yanğın cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş, suyun axıdılması isə məhz həmin yanğının söndürülməsinin nəticəsidir. Mübahisə mülki qanunvericiliyin son zərurətlə bağlı münasibətləri tənzimləyən normaları baxımından qiymətləndirildikdə belə, məsuliyyət yenə müvafiq otağı tutan şəxsin üzərinə düşür. Belə ki, müdafi ə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməlidir. O cümlədən, otağı tutun şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi daşıyır işin bu halı da sübuta yetirilə bilməmişdir. İşdə olan yanğının baş vermə səbəblərinin araşdırılması zamanı verilən rəydə yanğının baş verməsinin məhz mənzilin mülkiyyətçisinin hər hansı təqsirindən olması öz təsdiqini tapmamaqla əksinə yanğının kənardan gətirilmiş alışma mənbəyinin təsiri ilə otağın daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması nəticəsində baş verməsi müəyyən edilmişdir. Bu halda mülkiyyətçinin deyil, otağı tutun şəxs qismində orada kirayə yaşayan şəxslərin məsuliyy ətinin yaranmasını özündə ehtiva edir.

37. Bundan başqa, iddiaçının iddia tələbinin digər əsası kimi istinad etdiyi dəlil, cavabdehin özünə məxsus mənzili Rəhim Məhərrəmovun kirayəyə vermiş və onunla mənzilin kirayəyə verilməsi barədə hər hansı kirayə müqaviləsi imzalanmamışdır. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırılması zamanı da müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 mərhum həyat yoldaşı ilə həmin mənzildə kirayədə qaldığı üçüncü şəxsin özü tərəfindən də təsdiq edilmiş, həmin hal işin mübahisələndirilməyən halıdır. Belə olduğu təqdirdə isə cavabdehin onlarla kirayə müqaviləsi bağlamaması, həmin müqavilənin qeydiyyatdan keçirməməsi nəticəsində yaranmış münasibətlərin hazırkı iş üzrə mövcud münasibətlərə hər hansı bir aidiyyatı y oxdur. Həmin münasibətlər Cavabdeh ilə müvafiq dövlət orqanı arasında yaranmış münasibətlər üzrə aydınlaşdırılmalı haldır. Yəni, işin faktiki halları ilə üçüncü şəxsin arvadı ilə orada kirayədə qalması təsdiqini tapdığından məhz qanunla müəyyən edilmiş qaydada kirayə müqaviləsinin rəsmiləşdirilməməsi əsası ilə iddianın təmin edilməməsinə əsas ola bilməz.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, 1111.2-ci maddəsinə əsasən, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş yanğın nəticəsində, yanğının qarşısının alınması üçün suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən və məsuliyyəti müvafiq otağı tutan şəxs daşıdığından, qeyd edilən hallara əsasən cavabdeh olan mənzilin mülkiyyətçisindən zərərin tutulması üçün əsaslar olmadığndan hazırkı mübahisə üzrə Cavabdeh mülki məsuliyyəti istisna edilir.

39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı onun mənzilinə dəyən zərərin məbləğinin müvafiq məsuliyyət daşıyan şəxsdən tələb edilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

40. Qətnamədən iddiaçı (vəkili X8) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 29.2-29.4-cü maddələrinə əsasən, yanğın cavabdehin mülkiyyətind ə olan mənzildə baş vermişdir, suyun axıdılması isə məhz həmin yanğının söndürülməsinin nəticəsidir. Mübahisə mülki qanunvericiliyin son zərurətlə bağlı münasibətləri tənzimləyən normaları baxımından qiymətləndirilsə belə, məsuliyyət yenə də mülkiyyətçinin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmadan Cavabdeh lehinə olan mövqeyi başa düşülən deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

42. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilm əklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ po zulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

46. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

49. Maddə 564.1. Müdafiə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməməlidir, bu şərtlə ki, ziyan son zərurət vəziyyətinin baş verməsinə səbəb olmuş təhlükəni yaradan şəxsə və ya əşyaya vurulsun.

50. Maddə 564.3. Son zərurət vəziyyətində z iyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər.

51. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

52. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

53. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zə rəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

54. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

55. Maddə 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.

56. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

57. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəm ə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

58. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

59. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

60. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

61. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı.

62. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

65. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdırin. Kassasiya baxışının hədləri:

76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ta m mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, g əlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

80. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

81. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372. 7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1186/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar