Məhkəmə qərarları › İş №2(102)-2985/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2985/2019

03.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2985/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 avqust 2018 -ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) İddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1745.01 ABŞ dolları əsas borc, 13.51 ABŞ dolları faiz borcu, 275.19 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2033.71 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin İddiaçı X xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün İddiaçı X tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 72 %, yəni 21 manatının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 18 %, yəni 09 manatının iddiaçıya aid edilməsi, eyni zamanda iddia qismən təmin edildiyindən, 145 manat ekspertiza xərcinin 72%, yəni 104 manatının cava bdehlər Cavabdeh1 və Cavabdeh2, 18 faizi, yəni 41 manatının İddiaçı X tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Xətai rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona gö rə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı 26 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 26.05.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı iddia edir ki, Cavabdeh1 26 may 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə 06.06.2017-ci il tarixə 1745.01 ABŞ dolları əsas, 798.22 ABŞ dolları faiz borcu və 275.19 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2818.42 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müq aviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu Cavabdeh1 verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 aldığı krediti m üqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısın da birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyini əsas tutmaqla faiz borcu hissəsində iddianı qismən təmin etmişdir. Qətnamə qanuni və əsaslı olduğu üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının 26 iyul 2018-ci il tarixli rəyinə əsasən Cavabdeh1 ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sual üzrə, 06 dekabr 2017-ci il tarixinə İddiaçı X olan borcu 2265.68 ABŞ dolları müəyyən edilir, o cümlədən əsas borc üzrə 2252.17 ABŞ dolları, faiz borcu üzrə 13.51 ABŞ dolları. Bundan başqa, qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 26 may 2016-cı il tarixdən sonr a 1298.31 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 26 may 2016-cı il tarixə göstərildiyindən 1298.31 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın tam təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, iddiaçı əsas borcun və dəbbə pulunun əsassız olaraq ekspert rəyi əsasında azaldıldığını bildirsə də bu dəlillərin özü əsassızdır. Çünki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti tərtib edərkən birinci instansiya məhkəməsinin qətnaməsindən xəbərsiz olması yaxud başqa qətnamə ilə qarışdırması şikayətdən açıq-aşkar görünür. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən əsas borcun və cərimənin məbləği hər hansı bir miqdarda azaldılmamışdır. Tələb edilən formada da məhkəmə tərəfindən təmin edilmişdir. İkincisi, apellyasiya instansiyası məhkəməsi iddianın faiz borcu hissəsini tələb edilən həcmdə deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğdə təmin edərkən də faiz borcu hissəsində düzgün nəticəyə gəlmişdir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı-faiz tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə faiz deyil, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə ekspertiza rəyi ilə 06 dekabr 2017-ci il tarixə müəyyən edilmiş faiz borcunun məbləğini əsas götürərək iddianı həmin hissədə qismən təmin etmişdir. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyil, nəzərə alınmaya bilər. Lakin ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması üçün də əsaslar olmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar