Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2985/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)3107/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Babək Qasımov) 2(007)-1413/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddi a tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 77 saylı evin 46-cı mənzilindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 77 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyana görə Cavabdeh1 qeyri-yaşayış sahəsinə dəymiş zərərin aradan qaldırılması və bərpası üçün 1295,40 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxxxx 2020-ci il tarixli qərardadı iləBakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1413/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfin dən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 77 saylı evin 46-cı mənzilindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 77 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyana görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada obyektə dəymiş zərərin aradan qaldırılması və bərpası üçün 5000 manat, əldən çıxmış faydaya görə isə 3300 manat, ümumilikdə 8300 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarından göründüyü kimi Nizami rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixdə, Cavabdeh3 isə məhkəmə qəbzinə imza etdirilməklə xx xxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Deməli bu maddəyə görə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsinin axımı xx xxxxxx 2019-cu il tarixdən başlanır və apellyasiya şikayəti verilməsinin sonucu günü isə iş günü olmayan şənbə gününə, yəni xx xxxxxx 2019-cu il tarixə təsadüf etdiyindən və həmin gündən sonrakı günlərin də iş günü olmayan bazar gününə, yəni xx xxxxxx 2019-cu il tarixə və xx xxxxxx 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkiləri gününə düşür və bundan sonrakı xx xxxxxx 2019-cu il tarix apellyasiya şikayəti verilməsinin sonunc u günü hesablanır ki, həmin gün də cavabdehlər müddəti ötürməmişlər. Məhkəmə bunlara diqdət verməyərək səhv nəticəyə gəlmiş, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir k i, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan cavabdehlərdən yalnız Cavabdeh1 kassasiya şikayəti vermişdir. Ona görə də, qərardad yalnız həmin cavabdehə münasibətdə kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, İddiaçı və onun vəkili X2 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı Cavabdeh1 münasibətdə ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanına, yəni ünvan 2lmişdir. Qətnamə Cavabdeh1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsidən cavabdehlərin qətnamənin surətini əldə etdikləri gündən 1 ay ərzində apellyasiya şikayətini vermək hüququ olmuşdur. Lakin, cavabdehlər qeyd olunan müddəti ötürərək xx xxxxxx 2019-cu il tarixdə apellyasiya şikayətini Nizami rayon məhkəməsinə təqdim etmişlər. Ona görə də, cavabdehlərin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, prosessual qanunvericilik prosessual müddətin axımını iki qaydada, müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən b aşlandığını qeyd etmişdir. Hazırki işdə müddətin axımı hadisənin baş verməsindən sonrakı gündən, yəni cavabdeh tərəfindən qətnamənin alınmasından sonrakı gündən hesablanmalıdır. Belə olan halda müddətin axımı cavabdeh tərəfindən qətnamənin alınması tairixindən sonrakı gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsinin axımı xx xxxxxx 2019-cu il tarixdən başlanır. Apellyasiya şikayəti verilməsinin sonucu günü isə iş günü olmayan şənbə gününə, yəni xx xxxxxx 2019-cu il tarixə təsadüf edir. Həmin gündən sonrakı günlər də iş günü olmayan bazar gününə, yəni xx xxxxxx 2019-cu il tarixə və xx xxxxxx 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkiləri gününə düşür və bundan sonrakı xx xxxxxx 2019-cu il tarix apellyasiya şikayəti verilməsinin sonuncu günüdür və apellyasiya şikayəti həmin gün təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə görə, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qeyd edilənlər əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı Cavabdeh1 kassasiya şikayətinə əsasən ona münasibətdələğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin aparılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3107/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı Cavabdeh1 kassasiya şikayətinə əsasən ona münasibətdə ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin aparılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2985/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2985/2020
21.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver