Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2985/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xələfov İlqar Rəhim oğlu, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-550/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-508/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-550/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-508/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrində dəyişdirilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh4 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması qeyd olunaraq ləğv edilməsi tələb olunarkən bu pozuntuların nədən ibarət olması göstərilməmiş və şikayət MPM-nin 407-ci maddəsinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə görə kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mö vcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 407, 408-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-550/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2985/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2985/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver