Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2985/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, mülkiyyət hüququ, maddi hüquq normasının düzgün tətbiq edilməməsi və ekspertiza məsələləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, Nüma yəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı “vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-11/2024 nömrəli 02 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı1 (ev 1/5, torpaq 6/2 5), X6 (ev 1/5. Torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 Feruz qızı (torpaq 5/25) və Cavabdeh1 (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, X6, Nümayəndə2 və İddiaçı3 Feruz qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli, 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən iddiaçıların 3/5 hissədə paylarının ayrılması üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 m2 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0, 07 ha 23/25 payları ayırmaq üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhəddinə bitişik ikinci sərhəd hasarının çəkilməsi, bölgü nəticəsində mübahisəli evin 3/5 və torpaq sahəsinin 23/25 hissəsinin mülkiyyətçilərinə düşən sahələrin onların payına yaxın olmaq şərti ilə müəyyən edildiyinin nəzərə alınması və tərəflərə onların ayrılma nəticəsində yarana biləcək mübahisəni sülh yolu ilə həll edə bilməsələr, bununla bağlı (fiziki bölgü nəticəsində bərabər olmayan payların əvəzinin pulla ödənilməsi və s.) məhkəmədə müs təqil iddia qaldıra bilmələrinin izah edilməsi qət edilmişdir.
2. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(107)2302/2017 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2(102)-6365/2018 saylı qərarı ilə təmin edilməmişdir.
3. Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)103/17 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinə xitam verilmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadı ilə Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmurunun 27 senty abr 2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikl əri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulması, Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxx 1941-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində doğulmuş, 23 mart 1972-ci ildə Qəbələ şəhər sakini X5 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan iki uşaqları doğulmuş, onlar da artıq böyüyüb boyabaşa çatmışdır. X5 09 iyun 2003-cü ildə vəfat etmişdir. Əmirin əvvəlki ailəsindən də üç övladı olmuş, Eynulla adlı övladı 2013-cü ildə vəfat etmişdir. Mərhum Ə.Mustafayev hələ sağlığında övladları arasında heç bir vəsiyyətnam ə olmadan əmlak bölgüsü aparmış, öz ata yurdundan qalan hissəni Eynulla adlı övladına vermiş, özü isə həmin həyətdən və evdən köçərək həyətyanı torpaq sahəsi alıb ev tikmişdir. Ə.Mustafayevin birinci nikahından olan digər oğlu - cavabdeh X5 isə hazırda yaşadıqları damın altında olan evlərdən birində ailəsi ilə yaşamağa başlamışdır. Həyatyanı torpaq sahəsindən ona həmçinin kifayət qədər ölçüdə torpaq sahəsi də verilmişdir. Bu minvalla yaşayışları davam etmişdir. Sonradan övladlıq və ailə münasibətlərinin olmasını nəzərə alaraq, Dəmirə yaşadıqları evdən müəyyən kvadratda sahənin verilməsinə etiraz etməmişdir. Bütün bunların müqabilində isə Dəmir ona ana münasibəti göstərməmiş, əksinə ona və övladlarına soyuq münasibət bəsləmişdir. Dəfələrlə miras əmlaka dair qarşılıqlı razılıq əldə olunmasın ı təklif etməyi isə tam faydasız olmuşdur. Aralarında heç bir razılıq əldə olunmadığı üçün evin dam örtüyünü və dam hissəsini təmir edə bilməmişlər. Dəmirin isə həmin həyətdən alt hissədə yerləşən və mərhum əri tərəfindən bölgüsü aparılmış torpaq sahəsində təzə tikilmiş fərdi yaşayış evi vardır. Buna baxmayaraq, sonuncunu həmin evə köçməyə heç cür razı sala bilməmişlər. Buna görə də, yaranmış vəziyyəti nəzərə alaraq, əri X1 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin işlənib hazırlanması üçün notariat orqanına müraciət etmiş, müraciətləri əsasında vərəsəlik işi açılmış və vərəsəlikdən sonra paylarına düşən hissəyə dair Azərbaycan Respublikası Əmək Məcəllələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli Çıxarış almışlar. Çıxarış 1 8 fevral 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışa görə onun, X4, Nümayəndə2 hər birinin fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən 6/25 hissədə, İddiaçı3 isə torpaq sahəsindən 5/25 hissədə payları müəyyən edilərək mülkiyyətlərinə verilmişdir. Cavabdehə isə fərdi yaşayış evindən 2/5, torpaq sahəsindən isə 2/25 hissədə pay müəyyənləşdirilmişdir. Odur ki, yaşayış evindən və torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərindən həmin əmlaklardan paylarının naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışlar. Qəbələ Rayon Məhkəməsinnin 28 iyul 2017-ci il tarixli, 2(025)103/2017 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Adı çəkilən qətnamə ilə R X seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onlar, iddiaçılar - İddiaçı1 (ev 5/1, torpaq 6/25), X4 (ev 1/5, torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 (torpaq 5/25) və Cavabdeh1 ( ev 2/5, torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən onların (İddiaçı1,X4, Nümayəndə2 və İddiaçı3) birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən 3/5 hissədə paylarının ayrılması üçün “A” literli yaşayış evinin texniki paspo rtu üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 m2 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha 23/25 payları ayırmaq üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhəddinə bitişik ikinci sərhəd hasarının çəkilməsi qət edilmişdir. Qətnamə icra olunan zaman Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 qətnamənin icrasına maneçilik törətmək və hər vəchlə qətnamənin icrasından yayınmaq, məqsədlərinə nail olmamaqları üçün müxtəlif məhkəmələrdə (Qəbələ Rayon Məhkəməsində, Şəki İnzibati Məh kəməsində) onlara qarşı müxtəlif iddialar qaldıraraq vaxt əldə etmişdir. Nəhayət qətnamə icra edilmişdir. Qətnamə icra edilən zaman icra məmurları əsassız olaraq bölüşdürülən, yəni naturada payları müəyyən olunması nəzərdə tutan, adı çəkilən qətnamədə cavabdehə payından istifadə olunması ilə bağlı qaydalar müəyyən olunmadığını bəhanə edərək onun payına düşən ev və torpaq sahəsinə giriş çıxışlar, qapı qoymamış və yol yeri müəyyən etməmişlər. Cavabdehlər isə bundan istifadə etməyə başlamışlar. Onlar evin, yəni paylarına düşən ev sahəsinin içindən istənilən kimi keçməklə istifadə etməyə başlamışılar. Bir sözlə, mülkiyyətlərindəki miras payından lazımi qaydada istifadə etməklərinə açıq-aşkar maneələr yaratmağa başlamışlar. Bununla da qətnamə üzrə qanunla qorunan hüquqları məhdudlaşdırılmışdır. Dəfələrlə bu barədə icra məmurlarının qəbullarında olmaqla etiraz etməklərinin isə heç bir faydası olmamışdır. İcra məmurları cavabdehlərin vəkilləri funksiyalarını yerinə yetirməklə onlara hüquqlarını izah etməklə kifayətlənmiş, cavabdehlərin maneçilik hərəkətlərinə göz yummuş, bu maneələrin aradan qaldırılması üçün yenidən məhkəməyə iddia qaldırmalı olduqlarını bildirmişlər. Cavabdehlərin isə belə hərəkətləri hazırda da davam olunur. Buna görə də məhkəməyə belə bir iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədirlər.
7. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 28 aprel 2022-ci il tarixli, 2(025)463/2022 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkə mə aktları ilə müəyyən olunur ki, iddiaçıların istifadə qaydalarının müəyyən edilməsini tələb etdikləri fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü müəyyən edilmiş, icra məmuru tərəfindən icra sənədi icra edilərək icraata xitam verilmişdir.
9. Daha sonra isə iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər və Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 2(025)-748/2021 nömrəli mülki işdən əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3451 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2017-ci il tarixli 2508 nömrəli ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin p ayına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür, lakin xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, hazırki iş üzrə qapı açılması nəzərdə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydlarını müəyyən edilməsini xahiş etsə də, ekspert rəyləri ilə qapı açılması nəzərədə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağının yaşayış üçün yararsız və təhlükəli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia tələbi Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və məhkəmə zamanı iş materiallarına əlavə edilmiş ekspert rəyini nəzərə alır. İddiaçılar isə iddia tələblərinin əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər.
11. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tələblərində Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin y erləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulmasını tələb etmişlər.
12. İddiaçılar cavabdehlərə qarşı hazırki iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 n ömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulmasını xahiş etsələr də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Həmçinin iddiaçılar cavabdehlər tərəfindən törədilən maneələrin konkret nədən ibarət olmasını göstərməmiş, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.5-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1, 82.3, 233.3, 14.2, 77.1, 78.1, 80, 81, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı Nümayəndə2 qətnamədən apellyasiya şikayəti vermişdir.
15. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olun muşdur ki, məhkəmənin istinad etdiyi ekspert rəyi onlara yaradılmayan şəraitə və hüquqlarını məqsədli olaraq məhdudlaşdırdığına görə mübahisələndirə bilməmişlər. Qanunvericiliyin tələblərinə görə tərəflər ekspert rəyi ilə tanış edilməli, bundan sonra narazı qaldıqları halda əlavə ekspertizanın keçirilməsi məsələsini tələb edə bilərlər. İşə baxan məhkəmə əlavə ekspertizanın keçirilməsinə, bir sözlə ekspert rəyinin mübahisələndirilməsinə dair münasibətlərini öyrənmədən və ya soruşmadan tələsik surətdə işi tam, hərtərəfli və obyektiv araşdırmadan iddianın təmin edilməməsinə dair əsassız qətnamə çıxartmışdır.
16. Məhkəmə kollegiyasının 5 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperti zası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/6900 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 2508 №-li ekspert rəyində iş üzrə iddiaçıların ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59 kv.m olan fərdi yaşayış evindən 3/5 hissənin (hazırki iş üzrəiddiaçı tərəf), həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissənin naturada ayrılması üçün tədqiq olunan əmlakın «A» literli yaşayış evinin 'Texniki Pasport” sənədi üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağı və sahəsi 15,6 m2 olan 1 saylı eyvan 3/5 payın mülkiyyətçilərinə (hazırki iş üzrə iddiaçı tərəf) verilməsi və evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən 23/25 payın mülkiyyətçilə rinə düşən sahənin ayrılması üçün, «A» literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda «S» hərifi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhədinə bitişik ikinci sərhəd hasarı çəkilməli olduğu qeyd olumuşdur. Lakin, tədqiq olunan ünvanda baxış zamanı yuxarıda qeyd olunan, sahəsi 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqların faktiki olaraq iş üzrə cavabdeh tərəfin istifadəsində olduğu müşahidə olunmuşdur. 18 aprel 2017-ci il tarixli 2508 №-li ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış sahələrə giriş yalnız faktiki istifadə etdikləri (Texniki Pasport sənədində 1 nömrəsi ilə işarələnmiş eyvanın giriş-çıxış qapısı) giriş-çıxış qapısından istifadə etməklə mümkündür. 18 aprel 2017-ci il tarixli 2508 №-li ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür. Lakin xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Son nəticədə bu məsələyə məhkəmə tərəfindən qiymət verilə billər.
17. Şəki Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(107)-11/2024 nömrəli 02 may 2024-cü il tarixli qətnaməsi ilə (M.Əsədli (sədrliyi və məruzəsi ilə), hakimlər E.Mehdiyev və Ə.Məcidov) iddiaçı Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsi iddianın təmin edilməyən vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulmasına aid hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi həmin hissədə təmin edilmiş, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqlarına dair iddiaçıların istifadə edilməsinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmuş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/6900 nömrəli rəyi ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 istifadəsində olan 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqların faktiki olaraq iş üzrə cavabdeh tərəfin istifadəsində olduğu müşahidə olunmuşdur.
19. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən ed ilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqların cavabdeh tərəfindən istifadəsinə törədilən manelərin aradan qaldırılması hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissədə iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
20. Ona g örə də qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir.
21. Kollegiya şikayətin əmlakdan istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edib ki, şikayət həmin hissədə əsassızdır. İddia tələbinin bu hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edib ki, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçıların istifadə qaydalarının müəyyən edilməsini tələb etdikləri fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü müəyyən edilmiş, icra məmuru tərəfindən isə icra sənədi icra edilərək icraata xitam verilmişdir.
22. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar Cavabdeh1 payına düşən sahəyə (evə və torpağ a) uyğun yerdən giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsini xahiş etsə də, ekspert rəyləri ilə qapı açılması nəzərədə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağının yaşayış üçün yararsız və təhlükəli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.
23. Digər tərəfdən qanuni qüvvədə olan qətnamə ilə paylar naturada ayrılmış və şəxsin öz mülkiyyət payından istədiyi kimi şəxsi mülahizəsinə uyğun istədiyi kimi istifadə imkanları olduğu halda, buna əlavə olaraq məhkəmə yolu ilə istifadə qaydasının müəyyən edilməsi zərurəti mövcud deyildir.
24. Bundan başqa iddiadan görünür ki, iddiaçılar iddia tələbində (evə və torpağa) uyğun yerdən cavabdehə giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
25. Kollegiya bildirib ki, həmin tələbi cavabdeh tərəf irəli sürə bilərdi. İddiaçıların isə cavabdehin adından belə bir tələblə çıxış etmək səlahiyyəti yoxdur.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 6.2, 152, 153.4, 157.2, 157.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəmə sinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı, MPM-nin 77.1, 88, 101.7, 82.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh Nümayəndə1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunması, həmin hisədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin verdiyi xx.xx.2021-ci il tarixli xx/xx-03784 saylı rəydən göründüyü kimi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında (3-cü otaq 19.4 kv.m) arxa tərəfdə sol küncdə olan hissəs i qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları ətrafında keçici çatlar mövcuddur. Döşəmə və tavanın divarla birləşmə yerlərində aralanmalar müşahidə olunur. Kürsü divarlarında çiy kərpiclər aşınmaya məruz qalmışdır. Fərdi yaşayış evinin uzun illər təmirsiz istismar olunması, atmosfer sularının təsiri ilə fiziki köhnəlmə səbəbindən həmin hissə qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin həmin hissəsi (3-cü otaq 19.4 kv.m) yaşayış üçün yararsızdır və təhlükəlidir. Həmin otağa giriş məhdudlaşdırılmalıdır. Həmin yaşayış otağı iddiaçılar tərəfindən yararsız vəziyyətə salınaraq paylar müəyyənləşdirildikdə cavabdehlərə verilmişdir. Rəydən də göründüyü kimi iş üzrə cavabdehlərin mülkiyyətinə verilmiş yaşayış otağı yaşayış üçün tamamilə yararsızdır. Qeyd olunan otaqda yaşamaq cavabdehlərin həyatı üçün təhlükəli olduğundan cavabdehlər mülkiyyətlərində olan, sərbəst şəkildə istifadə etməyə haqları çatan həmin otağı boşaldaraq digər otaqda yaşamağa məcbur olmuşlar. Məhkəmə iddiaçıların mülkiyyətlərində olan yaşayış otaqlarından istifadə hüquqlarına cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair irəli sürdükləri iddianı təmin etməklə cavabdehlərin mülkiyyət hüquqlarını reallaşdırmaq imkanını mümkünsüz etmişdir. Belə ki, cavabdehin hər bir halda ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi üzərində mülkiyyət hüququ təsbit olunmuşdur. İddianın təmin olunması və gələcəkdə bu məzmunda qətnamənin qanuni qüvvəyə minməsi ilə cavabdehlər nəinki onlara verilən paydan istifadə hüququndan, həmçinin bütövlükdə yaşayış sahəsinin 2/5 hissəsi üzərində mövcud mülkiyyət hüququnun reallaşdırılmasından məhrum ediləcəkdir. Bu qətnamənin qəbulu ilə məhkəmə mülki hüquq subyektlərinin bərabərliyi və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipini pozmuşdur. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin hissədə qətnamənin qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun ol araq əldə edir və həyata keçirirlər.
33. Maddə
152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququəmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər.
34. Maddə 153.4. Bütü n mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını y etərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
48. Kassasiya şikayətinin dəlilləri əsasən işin hallarının tam araşdırılmaması, sübutlara düzgün qimət verilməməsi ilə bağlıdır.
49. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-11/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.