Məhkəmə qərarları › İş №2(102)-2987/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2987/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2987/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 21 saylı Notariat ofisinə (Bakı şəhəri 9 saylı notariat ofisi və X22 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi və X22 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli 2(103)-2063/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AD N0 429504 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X32” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X12r. 2. xx.xx.2019-cu il tarixli ƏN Vİ 744139 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X22 “X32” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışla maq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnaməni mülkiyyətçi X22 şəxsən özü imzalamışdır. Etibarnamə 1 il müddətinə verilib və xx.xx.2020-ci tarixədək qüvvədədir. 3. xx.xx.2019-cu il tarixli ƏN Vİ 594018 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X22 “X32” markalı, 99SR886 nömrəli nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnaməni mül kiyyətçi X8 adından onun etibarnamə üzrə verdiyi səlahiyyətlər əsasında hərəkət edən Cavabdeh1 imzalamışdır. Etibarnamə 11 ay 25 gün müddətinə verilib və xx.xx.2020-ci tarixədək qüvvədədir. 4. xx.xx.2019-cu il tarixli ƏN Vİ 767578 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X22 “X32” markalı, 99SR886 nömrəli nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnaməni mülkiyyətçi X8 adından onun etibarnamə üzrə verdiyi səlahiyyətlər əsasında hərəkət edən Cavabdeh2 imzalamışdır. Etibarnamə 11 ay 24 gün müddətinə verilib və xx.xx.2020-ci tarixədək qüvvədədir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsi tərəfindən verilmiş “X32” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından və əlavə olunmuş sənədlərdən aydın olur ki, “X32” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gömrük vəsiqəsi əsasında xx.xx.2019-cu il tarixli AD429504 nömrəli şəhadətnamə ilə X8 mülkiyyəti kimi qeydə alınmış, Nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair xx.xx.2019-ci il tarixdən il müddətinə Cavabdeh1 adına etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə X8 adından qeydiyyatdan çıxarılaraq həmin tarixdə alqı-satqı müqaviləsi əsasında X6 adına AD511226 nömrəli şəhadətnamə verilmişdir. Nəqliyyat vasitəsinə sərən cam hüququna dair xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixədək etibarnamə, xx.xx.2019-cu il tarixdə isə İddiaçı adına nəqliyyat vasitəsinə sərəncam hüququna dair xx.xx.2020-ci il tarixədək etibarnamə verilmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda qeyd olunur ki, X13 məxsus olan “X32” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AD 429504 seriyalı qeydiyyat şəhadətnaməsinin naməlum şəraitdə itirilməsi barədə DYP-nin şəxsi heyəti təlimatlandırılmışdır. Arayış göstərilən avtomobil sahibinə yeni dublikat qeydiyyat şəhadətnaməsinin verilməsi məqsədilə AR DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinə təqdim etmək üçün verilib.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)1990/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilin cavabdeh X14 alınaraq iddiaçı X9 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X14 tutularaq iddiaçı X9 verilməsi qət olunmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4816/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil X8 mülkiyyətində olmuş, sonradan alğısatqı müqaviləsi əsasında həmin avtomobilə dair X9 xx.xx.2019-cu il tarixli şəhadətnamə verilmişdir. Hazırda avtomobilin mülkiyyətçisi X10r. Həmin avtomobilə görə X16, Cavabdeh2 Cəlil oğlunun, İddiaçı adlar ına etibarnamələr verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən X9 xx.xx.2019-cu il tarixli, 113 saylı məktubun görünür ki, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan X23 verdiyi etibarnamə E.Şərifovun xx.xx.2019-cu il tarixli, 8İ-6558 reyestrli ərizəsinə əsasən həmin tarixdə ləğv edilmişdir, bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilmişdir. Qətnaməyə əsasən cavabdeh X17 və iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-1990/2020 sayl ı qətnaməsi - iddianın cavabdeh X23 aid qismən təmin edilən və cavabdeh X11 aid rədd edilən hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın tələbi həmin hissələrdə qismən təmin edilməsi **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilin cavabdeh X3 alınaraq iddiaçı X9 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X3 tutularaq iddiaçı X9 verilsin. X3 100 manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq X9 verilməsi, iddianın cavabdeh X23 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət olunmuşdur.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)6794/2021 saylı qərarı ilə iddia çı X18 və cavabdeh X17 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4816/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 21 notariat ofisinin notariusundan müştərək qaydada əsassız varlanma kimi əldə edilmiş, ümumilikdə zərər olaraq İddiaçı vurulmuş 16.600 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və qardaşı Aqil Sumqayıt şəhərində avtomobil salonu işlədirlər. İşlətdikləri salon nəqliyyat vasitələrinin alqısatqısı da daxil olmaqla digər xidmətlər həyata kecirir. xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 16.600 manata “Kia” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşını alıb, salonda yerləşdirdi. xx.xx.2019-cu il tarixdə həmin avtomaşının alqı-satqı ilə əlaqədar BDYPİ-in Sumqayıt şəhərində yerləşən regional şöbəsinə getdikdə avtomaşının xx.xx.2019-cu il tarixdə X18 adına rəsmləşdirilməsi məlum olmuşdur. İşin faktiki hallarının araşdırılması Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X4, icraatında olan 399-C-19 №-li materialı üzrə 27.02 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilmasi barədə qərarla aşağıdakıları müəyyən etmişdir. x.xx.x5.20-cu il tarixdə ünvan 3 ünvanında qeydi yyatda olan vətəndaş Seymur Muradov özünə məxsus “Kia Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili “Seyid” adı ilə tanınan Ağcabədi rayon sakini Əhməd Əzimovun vasitəsi ilə DİN BDYPİ-də alqı-satqı müqaviləsi əsasında Yasamal RPİ-nin Növbətçi hissəsinin polis nəfəri, sürücüsü Elman Şərifova satmışdır. Həmin vaxt avtomobilə aid AD serialı 429504 nömrəli qeydiyyat şəhadətnaməsi BDYPİ-nin aidiyyəti əməkdaşları tərəfindən təhvil alınmadan vətəndaş Elman Şərifovun adına yeni AD seriali 511226 nömrəli qeydiyyat şəhadətnaməsi verildikdən sonra sonuncu mülkiyyətində olan həmin avtomobilin Əhməd Əzimov tərəfindən satılması barədə razılığa gələrək onu həmin şəxsin işlədiyi, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “057 CARS” avtosalonuna qoymuşdur. 2.Əhməd Əzimov qeyd olu nan avtomobili əvvəlki AD serialı 492524 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında sərəncam vermə hüququ da daxil olan etibarnamə ilə Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə sabiq əməliyyat müvəkkili Cavabdeh1 satmış, sonuncu isə onu xx.xx.2019-cu il tarixdə eyni hüquqlu etibarnamə ilə Nizami rayonu, Q.Qarayev prospekti ev 86, mənzil 31-də qeydiyyatda olan Cavabdeh2, o isə öz növbəsində xx.xx.2019-cu il tarixdə sərəncam vermək hüququ daxil olan etibarnamə ilə vətəndaş Aqil Hüseynovun qardaşı İddiaçı satmışdır. Aqil Hüseynov qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar BDYPİ nın Qİİ-də olarkən avtomaşına aid iki qeydiyyat şəhadətnaməsinin olmasını aşkar etmiş, bununla əlaqədar Cavabdeh2la əlaqə saxlayarkən sonuncu avtomaşının Cavabdeh1 məxsus olduğunu bildirmişdir. X21 RPİ 18-ci PŞ-ni n CA üzrə sabiq əməliyyat müvəkkili Cavabdeh1la görüşərək həmin avtomobilə aid iki qeydiyyat şəhadətnaməsinin olması və müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmasını bildirmişdir.

3. X31 İdarəsindən təqdim edilmiş “Kia” markalı **-SR-*** dövlət qeydiyyat nişanli avtomaşının xx.xx.2019-cu il tarixdə alqısatqı əsasında X6 adına rəsmiləşdirilməsi təsdiqini tapmışdır. 4. 9 saylı notariat ifisinə verilmiş sorğu əsasında alınmış cavabdan da göründüyü kimi xx.xx.2019-ci il tarixdə qeyd edilən ofisdə nəqliyyat vasitəsinin mülkiyyətcisi elektron məlumat sistemində yoxlanılmadan Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Cavabdeh1 tərəfindən ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına etibarnamə verimiş, axırınca isə bir gün sonra 21 saylı notariatofisinin xüsusi notariusu X19 tərəfindən xx.xx.2019 tarixdə 16.600 manata “Kia”; markalı **-SR-*** dövlət qeydiyyat nişanli avtomaşını İddiaçı etibarnamə əsasında satmışdır. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi 9 saylı və 21 saylı notariat ofisinin notariusları tərəfindən üzərlərinə düşən vəzifəni yerinə yetirməmiş “Notariat haqqında” Qanunun 40 maddəsinin Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi əsaslarının ( Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda) Tələblərini pozmuş bununla da İddiaçı 16600 manat maddi və mənəvi zərər dəymişdir. “Notariat haqqında qanunun 11-ci maddəsinin tələbi Notariusun maddi məsuliyyətini müəyyən edərək qeyd edir ki, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrıayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Bununla əlaqədar olaraq inzibati orqana Baş Notariat İdarəsinə və Bakı Şəhər 21 notariat ofisinin notariusuna edilmiş müraciətlə xx.xx.2023 tarixli, 05\E-12-13 saylı cavab məktubunda məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

12. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia ərizəsini ona aid hissədə əsassız hesab etdiyini qeyd edərək bildirmişdir ki, X22 və Seyid adlı şəxs nəqliyyat vasitəsinə dair şəhadətnaməni almaq üçün müvafiq dövlət orqanına yaxınlaşdıqda onlarla olan Ruslan adlı şəxs o olmamış, Hüseynov Ruslan olmuşdur, X15 yalnız sonradan avtomobillə bağlı hazırki mübahisələr ortaya çıxdıqdan sonra əlaqə saxlamışdır və ilk dəfə onda tanımışdır. İzahatının sonunda iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X22 izahatında bildirmişdir ki, nəqliyyat vasitəsini 2009-cu ilin oktyabr ayında Bakı şəhərinin Bakıxanov qəsəbəsindən almışdır. Bir neçə ay istifadə etdikdən sonra dəyişmək qərarına gəlmiş və Bakı şəhərində olan “057” adlı avtomobil salona getmiş orda “Seyid” kimi tanıdığı şəxs (X25) avtombilə baxış keçirmiş, X2 olan “Hyundai Azera” markalı avtomobili bəyəndikdən sonra barter etmişlər. Lakin sənədləşməni bir müddət sonra etmiş lər. Bu müddət ərzində Seyid adlı şəxs öz köməkçisi vasitəsi ilə X8 adına olan avtomobili etibarnamə əsasında başqa şəxsin adına keçirdi. Daha sonra Kia Optima markalı avtomobilin onun adına keçirilməsini tələb etmiş bu məqsədlə müvafiq idarəyə yaxınlaşdıqda salon sahibində olmalı olan qeydiyyat şəhadətnaməsinin itirildiyi məlum olmuş və X22 məcbur qalaraq yenisinin təqdim edilməsi üçün müraciət etmişdir. Bütün bu müddət ərzində onlarla birlikdə olan şəxs Cavabdeh1 deyil, “X1 kimi tanıdığı Hüseynov Ruslan adlı başqa şəxs olmuşdur. Yeni qeydiyyat şəhadətnaməsi Elman Şərifovun adına verildikdən sonra Ə.Əzimovla bir daha münasibətdə olmamış, aldığı Hyundai Azera markalı avtomobili də sonradan satmışdır.

14. Məhkəmə baxış iclasında ifadə vermiş şahid X5 bildirmişdir ki, İddiaçı 10 ildir tanı yır. Onun ailə sürücüsü olmuşdur. Nemətlə avtomobil alqı-satqısı edən zaman yanlarında olub. Avtomobili 17 minə danışıblar. 400 manat rüsuma çıxıldıqdan sonra 600 manatı Elgiz Nemətə verdikdən sonra Cavabdeh2 dedi ki mənim notarius tanışım var bizi tez yola salacaq. Onlar da həmin notariusa getdilər. Çıxdıqdan sonra Elgiz 16 mini yanında sayaraq Nemətə verib.

15. Məhkəmə baxış iclasında ifadə vermiş X17 bildirmişdir ki, iddiaçının qardaşıdır. 07 may 2019-cu il tarixdə etibarnamə ilə ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili 21 saylı notariat ofisində 16600 manat pulu verdikdən sonra sərəncam vermək hüququ da daxil olan etibarnamə ilə İddiaçı adına almışlar. Qeydiyyat hərəkətlərinin həyta keçirilməsi üçün BDYPİ-nin Qİİ-də olarkən avtomaşına aid 2 qeydiyyat şəhadətnaməsinin olmasını aşka r etmişdir.

16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyul 2023-cü il tarixli, e-2(005)- 1345/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 16200 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və mülki iş üzrə ödənilmiş 140 manat dövlət rüsumunun Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Bakı şəhəri 21 saylı Notariat Ofisinin əməllərində göstərilən, əsassız varlanmaya xas olan əlamətlər müəyyən edilmir. Belə ki, iddiaçının pul vəsaitini Cavabdeh2 təhvil verdiyi, bunun müqabilində avtonəqliyyat vasitəsini sərəncam hüququnu da ehtiva edən etibarnamə verdiyi həm tərəflərin izahatı, həm də müki işin materialları ilə təsdiq edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi yalnız Cavabdeh2 münasibətdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən 16600 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhz həmin məbləğdə pulun ödənilməsi barədə konkret və mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbi Cavabdeh2 mülki işin materiallarında olan, izahatında etiraf edilmiş 16200 manat məbləğ həddində təmin edilməlidir. Məhkəmə baxışı zamanı eyni zamanda cavabdehlərin hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 və Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu barədə xüsusi qərar çıxarılması ilə bağlı vəsatət də təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi mövq eyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2, 139.2, 166.1, 362.1, 362.5, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq pulun sadəcə Cavabdeh2 ödənilməsini nəzərə almış, həmin pulun həm də Cavabdeh1 ödənilməsini araşdırmamışdır. Belə olan halda digər cavabdeh faktiki pul almış olsa da, məsuliyyətdən kənar qalmışdır. Halbuki, həmin avt omobilin Ruslana məxsus olmasını iddiaçı da məhkəməyə bildirmişdir. Eyni zamanda məhkəmə cavabdehdən 16600 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhz həmin məbləğdə pulun ödənilməsi barədə konkret və mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbi Cavabdeh2 mülki işin materiallarında olan, izahatında etiraf edilmiş 16200 manat məbləğ həddində təmin edilməlidir. Lakin Cavabdeh2 prosesdə iştirakı təmin edilməmiş, onun izahatı alınmamışdır. Göründüyü kimi məhkəmə cavabdehin iştirakını təmin etməməklə onun sübutlar təqdim etməsi imkanını məhdudlaşdırmış və yalnız iddiaçının dəlillərinə əsaslanan əsassız qətnamə qəbul etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 7 may 2024-cü il tarixli 2(103)-2063/2024 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və K.H.Əkbərov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd olunan nəqliyyat vasitəsinin Cavabdeh1 məxsus olmasını, eyni zamanda birinci instansiya məhkəməsinin avtomobilə görə verilmiş pulun məhz Cavabdeh1 ödənilməsini araşdırmamasına dair apellyasiya şikayətinin dəlillərə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, 99SR886 qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil ayrı-ayrı vaxtlarda həmin nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair Cavabdeh1, Cavabdeh2 adına sərəncam hüququna d air etibarnamə verilmiş, hazırda X9 məxsus olmaqla avtomobilin ona iddiaçının qardaşı X17 tərəfindən qaytarılmalı olmasına dair qətnamə qüvvədədir. Hətta qeyd edilən qətnamə üzrə 2(103)4816/2021 saylı mülki işin materialları apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilərkən qətnamənin icra olunması və mübahisə predmeti olmuş avtomaşının X7 X9 qaytarılması müəyyən olunmuşdur (2(103)-4816/2021 saylı mülki iş, cild 2, səhifə 52).

23. Həmçinin müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb edilən və tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X4, icraatında olan 399-C-19 №-li materialı üzrə Cavabdeh2 izahatından görünür ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Atası avtomaşın alveri ilə məşğul olduğu üçün o da bu sahə i lə maraqlanmış və 18 yaşından etibarən atasının işlədiyi “Dədəmin” avtosalonunda işləyir. Cavabdeh1 da təxminən 2019-cu ilin aprel ayında avtomaşın alqı-satqısı zamanı tanıyıb. Həmin vaxt o özünə məxsus “Niva” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınını satmaq istəyirdi. Həmin ərəfədə bacanağı Səddamın dostu olan Ruslanla birlikdə onların məhləsində idilər. Ondan avtomaşını ilə bağlı şoruşdular, o da satmaq istədiyini dedi. Ruslan kənara çəkilib kiminləsə telefonda danışdı və daha sonra onun yanına gəlib avtomaşını verməyini istəyib. Bunun qarşılığında Ruslan ona 11800 manat pulu ən geci 10 gün müddətində qaytaracağını bildirdi. O, Ruslandan ilkin ödəniş istədikdən sonra Ruslan 2-3 günə 3-5 min gətirib verəcəyini dedi. O da Ruslanla razılaşıb və səhəri gün avtomaşını Ruslana ve rib. Ruslan ondan etibarnamə verməyini istəyib, qohumuna satacağını bildirib. O da bildirib ki, kimə satmaq istəsə ona birdəfəlik etibarnamə verər. Ruslanda da “narahat olma özüm həll edəcəm” deyib. O da Ruslana inanıb etibarnamə verib və Ruslan onun avtomaşınını götürüb gedir. Bunun üzərindən 2-3 gün keçir, avtomaşın alverçilərinin səhifəsində “Niva” markalı maşınının satışa qoyulduğunu görüb, dərhal Ruslanla əlaqə saxlayıb. Ruslan deyib ki, “narahat olma uşaqlar çəkib qoyub, 2-3 günə gətirib pulunu verəcəm”. 15-20 gün keçir, lakin Ruslandan heç bir xəbər çıxmır, ondan qaçmağa başlayır. 2019-cu ilin may ayının əvvəlində Ruslan qırmızı rəngli, “KİA Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xəzər Universitetinin yanında onunla görüşməyə gəlir. O, ya maşını qaytarmağını, ya da pul verməyini istəyib. Ruslan da “KİA Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşını göstərib bildirdi ki, bu maşını satıb pul çıxarda və pulunu versin. Səhəri gün o Ruslana dedi ki, lizinqə salaq, lakin Ruslan razı olmayıb bildirdi ki, maşının sahibi gəlməlidi, amma qoca kişi olduğu üçün gələ bilməyəcək. Daha sonra dedi ki, “götür maşını sat öz pulunu götür, qalan pulu isə mənə verərsən.” O da razılaşıb. xx.xx.2019-cu il tarixdə Ruslanla birlikdə 9 saylı notariusa gedib, orada Ruslan ona etibarnamə verib. Həmin gün o, avtomaşının şəkillərini paylaşıb. xx.xx.2019-cu il tarixdə “calaqçı” dediyikləri Cavid adlı şəxs ona zəng edib və avtomaşına müştəri olduğunu deyib. Həmin gün İddiaçı və X17 ilə görüşüb, razılaşaraq 21 saylı notariat ofisinə gediblər. Orada o, İddiaçı e tibarnamə verib. Aqil Hüseynov da 16200 manat pulu sayıb ona verib. Onlar ayrıldıqdan sonra Ruslana zəng vurub özünə düşən 12800 manat pulu götürdüyünü və “calaqçılar” da çıxdıqdan sonra ona 2500 manat pul qaldığını deyib. Həmin pulu da Ruslan Hüseynov gəlib ondan götürüb. Sonradan Cavid ona zəng edib ki, avtomaşının iki qeydiyyat şəhadətnaməsi olub. Ardınca da Aqil də zəng edib eyni şeyi dedi. O isə bundan xəbəri olmadığını bildirib. Bundan 4-5 gün sonra Ruslan onu Nərimanov 18-ci PŞ-nin qarşısına çağırdı. Ora getdikdə Aqil, Elgiz, Ruslan və “Seyid” adlı şəxslərin orada olduqlarını görüb. Orada olan söhbətləri tam olaraq anlamayıb. Lakin sonunda orada Ruslan, “Seyid” və Aqil arasında razılaşma oldu və oradan ayrıldılar. Göründüyü kimi Cavabdeh2 iddiaçının qardaşı X3 qardaşı İddiaçı etib arnamə verildikdən sonra 16200 manat pulu almasını konkret olaraq göstərmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin son iclasında iddiaçı onun adına Cavabdeh2 tərəfindən etibarnamə verildikdən sonra sonuncuya qardaşı X7 verdiyi pulun onun özünə məxsus olmasını göstərmiş, lakin həmin məbləğin 16200 manat deyil, 16600 manat olmasını təsdiq edən sübut təqdim etməmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 tərəfindən avtomobilə görə ödənilmiş pul vəsaitindən onun tərəfindən məhz Cavabdeh1 prokurorluqda verdiyi izahatında göstərdiyi kimi 12800 manat verilməsi barədə apellyasiya şikayətinə heç bir sübut növü təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 onun tərəfindən avtomobilə görə ödənilmiş pul vəsaitindən prokurorluqda verdiyi iz ahatında göstərdiyi kimi 12800 manat verilməsi barədə mötəbər və tutarlı sübutları olduğu təqdirdə iddia qaldırmaq hüququndan istifadə edə bilər.

26. Məhkəmə gəldiyi nəticəni 6.2, 14.1, 14.2, 139.2, 166.1, 362.1, 362.5, 1091.1, 1091.2, 1092.1.1, 1092.3-cü madələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

28. Kassasiya şikayəti işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxil edilmişdir.

33. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qan unvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

34. Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

35. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

36. Maddə 362.5. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir..

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhr um olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Madəə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya.

40. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

41. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, ha nsının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli 2(103)-2063/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar