Məhkəmə qərarları › İş №2(102)-299/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-299/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-299/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X5 iştirakı ilə, Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs X3) “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-4123/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “X6” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla cavabdeh arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 16 % (on altı) faiz hesablanmaqla 600 000 (altı yüz min) ABŞ dolları məbləğində kredit verildiyini, ötən müddət ərzində cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyini və nəticədə banka xx.xx.2017-ci il tarixinə 600 000 ABŞ dolları əsas, 9066,73 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% hesabı ilə 212 917 ABŞ dolları faiz borcunun, yəni cəmi 821 983,73 ABŞ dolları borcunun ya randığını, borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığını irəli sürmüş, buna görə də cavabdehdən həmin borc məbləğlərinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və İsmayıl Vəliyev) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-9147/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi iddiaçıya münas ibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) xx xxxxxx 2019-cu il tarixli, 2(102)-89/2019 saylı qərarı ilə iddiaçı Ləğv prosesində olan “X6” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-9147/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nə rimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(005)1594/2019 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə yeni apellyasiya qaydasında baxılan zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi nəz ərə alınmalı idi. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yeni baxan məhkəmə üçün məcburidir. Lakin hazırki işə baxan apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin sözügedən müddəasını kobud surətdə pozmaqla qanunsuz qərar qəbul etmişdir. Bundan əlavə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilələrin icra müddətinin bitdiyi xx.xx.2010-cu il tarixdən hesablanması və iddia tələbimizin rədd edilməsi düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Ple numunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. İddiaçının iştirakı ilə keçirilən iclaslarda cavabdehin nümayəndəsi həmin kreditin cavabdeh tərəfindən götürülmədiyini israr etmişdir. Bununla belə cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Cavabdeh bankdan kredit götürmədiyi barədə öz mövqeyində qalmışdır. Bu da o deməkdir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı subyektiv hüquqa malik deyil. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-p ozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tələbi iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə kifayət qədər böyük məbləğ olan 600.000 ABŞ dolları kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə sözügedən mübahisəni araşd ırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X5 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəm ə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 14.2.1, 385, 367, 377.2 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən işin materialları üzrə gəldiyi nəticələrə əsasən müqavilənin bağlanması mübahisəsiz fakt olduğu halda pul məbləğinin cavabdehə verilməsi təsdiq olunmur. Əgər pul məbləğinin cavabdehə verilməsini təsdiq edən sübutlar mövcud olmadığı halda onun tərəfindən öhdəliyin icrası ilə bağlı vəzifəsinin yaranmadığı aşkardır. Qəbul edilməsə təsdiq olunmayan pul məbləğinin geri qaytarılması ilə bağlı cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Həmçinin də apellyasiya instansiyası məhkəməsi bu nəticələrə də gəlmişdir ki, xx xxxx 2008ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülmüşdür. Kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarında olan xx xxxx 2008-ci il tarixli kredit müqaviləsindən görünür ki, “X6” ASC Bakı şəhəri, X5ci məhəllədə tikinti işlərinin aparılması üçün cavabdehə 600.000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürür Həmin müqavilənin 2-ci bəndinə görə, kredit vəsaitinin hərəkəti və nəzarəti üçün bank tərəfindən cavabdehə ssuda hesabı açılır və kredit vəsaitini bu müqavilə qüvvəyə mindiyi tarixdən 3 gündən gec olmayaraq cavabdehin ssuda hesabına köçürülməsini bank öz öhdəsinə götürür. Cavabdehin ssuda hesabına bank tərəfindən kredit vəsaitin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab edilir. Cavabdehə verilən kredit vəsaitindən istifadə müddəti 24 ay müəyyən edilir. Kredit vəsaitindən istifadə müddəti xx xxxx 2010-cu il tarixdə bitir. Həmin müqavilənin 3-cü bəndinə görə, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 16 faizlə hesablanır. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat sözügedən kredit müqaviləsinə əsaslanaraq cavabdehin xx xxxxxxx 2017-ci il tarixə banka ödənilməmiş 600.000 ABŞ dolları əsas, xx xxxx 2010-cu il tarixə hesablanmış 9.066,7 3 ABŞ dolları faiz, müqavilənin müddəti bitdiyi tarixdən hazırkı vaxtadək illik 5 faizdən hesablanmaqla 212.917 ABŞ dolları faiz, cəmi 821.983,73 ABŞ dolları kredit borcunun olduğunu iddia edir. Cavabdeh isə bankın idarə heyətinin sədri ilə işgüzar münasibətdə olduğunu, işgüzar fəaliyyətləri ilə bağlı X5 ona bir neçə sənədə imza etdirdiyini, lakin həmin sənədlərin mahiyyətinə fikir vermədiyini, faktiki olaraq bankdan pul almadığını, pulun ona verilməsinə dair heç bir sənəd olmadığını, sadəcə olaraq dəftərə imza etdiyini, X5 ayrılarkən heç bir borcunun, məsuliyyətinin olmamasına dair aralarında təhvil-təslim işləri aparıldığını göstərib iddia tələblərinə etiraz edir. Başqa sözlə cavabdeh tərəf müqavilənin bağlanmasını, onun tərəfindən imzalanmasını təsdiq etsə də müqavilənin iddiaçı tərəfin dən icra edilərək pul məbləğinin ona təhvil verilməməsini, onun tərəfindən hər hansı məbləğdə pulun müqavilənin icrası ilə bağlı ödənilməməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şəhr edilən göstərişləri qətnaməsində əks etdirsə də onlara tam əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassas iya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlə bank arasında bağlanmış sözügedən kredit müqaviləsinin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsir etmədən, kredit vəsaitinin hərəkəti və nəzarəti üçün bank tərəfindən cavabdehə ssuda hesabının açılıb-açılmamasını, kredit vəsaitinin bu müqavilə qüvvəyə mindiyi tarixdən 3 gündən gec olmayaraq cavabdehin ssuda hesabına köçürülüb köçürülməməsini, bilavasitə cavabdehlə ban k arasında kredit münasibətlərinin yaranıbyaranmamasını, sonuncu ilə bankın idarə heyətinin sədri X5 eləcə də X5 arasında hansı işgüzar münasibətlərin yaranmasını, kreditdən təyinatı üzrə istifadə olunub-olunmamasını, həmin vəsait hesabına X5ci məhəllədə hər hansı tikinti işlərinin aparılıb aparılmamasını aydınlaşdırmadan, zərurət yarandığı halda bankın idarə heyətinin sədri X5 həmçinin X5a məhkəmə iclasına cəlb edib dinləmədən, onların hazırkı mübahisəli məsələyə münasibətini öyrənmədən, eləcə də kredit müqaviləsi üzrə iddia olunan pul vəsaitinə dair istintaq orqanı tərəfindən hər hansı araşdırma aparılıb aparılmamasını aydınlaşdırmadan və faktiki olaraq mübahisənin mahiyyətinə varmadan, yalnız iddia müddətinin keçməsini əsas tutub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs kimi cəlb etdiyi X5 cavabdehə pul məbləğinin verilməsini, onun tərəfindən hər hansı məbləğin banka ödənilməsini xatırlamadığını, bankdan ayrılarkən cavabdehdən hər hansı məbləğdə pulun tələb olunmasına əsas olmadığını göstərməsi barədə izahatını qeyd etməklə kifayətlənmiş, onun bu izahatına iddia tələbinin və ona edilən etirazın əsası kimi istinad edilən hallar baxımından hüquqi qiymət verməmiş, istintaq orqanı tərəfindən “X6” ASC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanaraq müvafiq araşdırma aparılmasının birinci instansiya məhkəməsinin qəbul etdiyi xüsusi qərardadla bağlı olubolmamasını araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi sorğu verilməsinə baxmayaraq araşdırma ilə bağlı hər hansı məlumatın məhkəməyə daxi l olmamasını qeyd etsə də, məhkəmə kollegiyası hər bir halda xüsusi qərardadın icrası ilə bağlı hərəkətlərin icra vəziyyətinin müəyyən edilməsinin hazırkı işin halları baxımından əhəmiyyəti müəyyən olunmaması, məhkəmə aktı ilə eyni vaxtda qəbul olunmuş qərardadın icrası ilə bağlı icraat daxilində alına biləcək hər hansı izahat və ifadə cavabdehin üzərinə məsuliyyət qoyulmasına əsas verə bilməməsinə dair apellyasiya məhkəməsinin qənaəti ilə razılaşmır və hesab edir ki, kredit müqaviləsi üzrə iddia olunan pul vəsaitinə dair istintaq orqanı tərəfindən hər hansı araşdırma aparılıb –aparılmamasının zəruriliyi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərdən biri olduğu üçün bu halın aydınlaşdırılmasının işin həlli üçün mühüm əhəmiyyəti olmuşdur. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında istinad olunan müqavilənin bağlanmasının mübahisəsiz olmasını düzgün qeyd etsə də, müqavilənin bağlanmasının mübahisəsiz fakt olduğu halda pul məbləğinin cavabdehə verilməsinin təsdiq olunmaması kimi qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. İddiaçı tərəfin mövqeyinə görə müqavilə bağlanmış və həmin tarixdə müqavilədə göstərilən pul məbləği cavabdehə ödənilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi müqavilənin bağlanması və cavabdeh tərəfindən imzalamasını etiraf etdiyi halda hansı əsaslara görə onun pul almaması və müqavilənin icrası ilə bağlı ödəniş aparılmamasına dair dəlillərinin əsaslı olmasını mötəbər və tutarlı sübutlarla araşdırmamışdır. Halbuki, işdə olan sübutla rı təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hans ı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsin ə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri ya ranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmasını qeyd etsə də, kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutlarla əsaslandırmadığı üçün gəldiyi nəticələri qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddia müddəti ilə bağlı mövqeyi ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Bankın lisenziyasının alınması və ləğvedicinin xx xxxxxx 2016-cı ildə təyin olunması müddətin axımını kəsmir və yeni əsaslarla müddətin hesablanması əsasını müəyyən etmir. Çünki artıq müəyyən edildiyi kimi müddət artıq xx.xx.2013-cü ildə bitdiyindən, bundan sonra baş vermiş faktlar müddəti bərpa etmir və uzatmır. Belə olan halda ləğvedicinin təyin olunması vaxtından etibarən müddətinin axımının başlanmasına dair dəlil əsaslı hesab edilə bilməz İşin materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə X1 ərizəsi təmin edilərək, lisenziyaları ləğv olunmuş və müflis elan edilmiş “xxxx” ASC və “X6” ASC üzrə təyin edilmiş ləğvedicilərin fəaliyyətinə xitam verilərək, adları qeyd edilən banklara ləğvedeci qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. xx xxxxxx 2018-ci il tarixdə iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddəti dedikdə, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun d üzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsini əsas tutub iddia tələbindən imtina etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, iddiaçı təşkilatın sözügedən kredi t müqaviləsi üzrə tərəf olmamasına, həmin müqavilə üzrə tələb hüququnun həmin təşkilata yalnız xx xxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadına əsasən keçməsinə və iddiaçı təşkilatın hazırkı iddia tələbləri ilə xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etməsinə diqqət yetirmədən, iddiaçı təşkilatın öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmədən, habelə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər edib-etməməsini, sözügedən kredit müqaviləsi üzrə ödəniş edilib, edilməməsini, sonuncu ilə bank arasında digər kredit münasibətlərinin olub-olmamasını aydınlaşdırmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışından və işə əlavə edilmiş digər sübutlardan görünür ki, kredit müqaviləsi üzrə faiz borcundan xx xxxxxxxx 2008-ci ildə 10.666 ABŞ dolları, xx xxxxxxxx 2008-ci ildə 3.467 ABŞ dolları, cəmi 14.133 ABŞ dolları pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edildiyi kimi faktiki olaraq mübahisənin mahiyyətinə varmadan, yalnız iddia müddətinin keçməsini əsas tutub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin normalara görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə hər bir halda həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqatına lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iş tirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Kollegiya həmçinin qeyd edir ki, qeyd edilən maddələrin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıd a qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPMnin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının lə ğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamen tinin məhkəmələrlə iş şöbəsinin müdiri Fərid Əliyev və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)4123/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar