Məhkəmə qərarları › İş №2(102)-299/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-299/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-299/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-299/22 (Açar sözlər: borc tələbi, ekspert rəyləri ) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC (Nikoyl” İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7606/2021 nömrəli, 28 iyul 2021ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İKB ASC ilə X3 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 27 faizlə 24 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 Guliddin oğlu və Cavabdeh3 ilə 11 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır

3. İddiaçı İKB ASC ilə X3 arasında bağlanmış 11 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 11 mart 2019-cu il tarixədək uzadılmış, faiz 24 dərəcə ilə müəyyən edilmişdir.

4. Həmçinin zamin Cavabdeh3 ilə də 11 mart 2016-cı il tarixli əlavə razılaşma imzalanıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İKB ASC iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 5072,63 ABŞ dolları əsas, 5516,24 ABŞ dolları faiz, 84,56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11 mart 2019-cu il tarixdən 18 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 67,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 10741,38 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (borclu) Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən yayınır. 11 avqust 2015-ci il tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 445.7, 449.1, 448.1, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh1 iddiaya etiraz edib göstərib ki, hazırda əsas məbləğdən 860 manat ödəyib, lakin iddiaçının faiz və cərimə borcunu qəbul etmir, ekspertiza keçirilməsini istəyir.

9. Birinci instansiya məhkəməsi 02 sentyabr 2019-cu il tarixli qərardadla iş üzr ə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında 18.06.2019-cu il tarixinə cavabdehin borcunun məbləği barədə suallar qoymuşdur.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2019-cu il tarixli, 23530 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə 18.06.2019-cu il tarixə 10,447,39 ABŞ dolları əsas, 182,83 ABŞ dolları faiz borcu, 26.08.2019-cu il tarixinə 9,930,64 ABŞ dolları əsas borcu vardır, faiz borcu yoxdur.

11. Cavabdeh1 etiraz edərək göstərib ki, 14300 ABŞ dolları borcun qarşılığında banka 27000 ABŞ dolları pul ödəyib. Cəmi isə 18000 AB dolları ödəməli idi. Ödənişlərlə bağlı son 9 ayda gecikmələri olub.

12. Birinci instansiya məhkəməsi 28 y anvar 2020-ci il tarixli qərardadla iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında cavabdehin ödədiyi məbləğlər nəzərə alınmaqla borcun məbləği barədə suallar qoymuşdur.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2020-ci il tarixli, 3702 saylı eksper rəyinə əsasən Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə borcalanın ekspertizanını keşirildiyi 12 mart 2020-ci il tarixinə İddiaçı İKB ASC-yə 9930,64 ABŞ dolları əsas, 270,33 ABŞ dolları faiz borcu vardır. 11 mart 2016-cı il tarixdə 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə əlavə imzalanmışdır. Bu əlavənin şərtlərinə görə kredit müqaviləsinin bitdiyi tarix 11.03.2019-cu il tarixi, kredit müqaviləsi üzrə faiz dərəcəsi 24 faiz müəyyən edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş sualda kredit müqaviləsinin bitdiyi tarix 11.08.2017-ci il tarix qeyd edildiyindən, əlavənin şərtləri nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumun qərarına əsasən, kredit müqaviləsinin bitdiyi tarixdən etibarən əsas kredit borc üzrə öhdəliyin yerinə yetirilmədiyinə görə faiz borcu 5 % dərəcəsi ilə hesablanmışdır.

14. Cavabdeh1 bir daha iddiaya etiraz edərək, banka 4273 ABŞ dolları borcunun olmasını, restrukturizasiya yolu ilə borcunun hissə-hissə ödəməyə razı olmasını bildirmişdir.

15. İddiaçı bank 23 iyul 2020-ci il tarixli yeni maliyyə arayışı təqdim etmiş, birinci instansiya məhkəməsi 29 sentyabr 2020-ci il tarixli qə rardadla iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin etmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 17.11.2020-ci il tarixli, 9/4511 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 №-li kredit müqaviləsi və 11 mart 2016-cı il tarixli “Əlavənin” şərtlərinə müvafiq olaraq X2 banka 11 mart 2019-cu il tarixinə (müqavilə müddətinin sonuna) 10,514,98 ABŞ dolları borcu vardır. Ondan 4.540,75 ABŞ dolları əsas, 5,974,23 ABŞ dolları faiz borcudur. 23.07.2020-ci i il tarixinə (maliyyə arayışının tarixinə) 9988,89 ABŞ dolları borcu vardır: 3741,45 ABŞ dolları əsas, 5974,23 ABŞ dolları faiz, 5 % dərəcəsi ilə 273,31 ABŞ dolları faiz borcu.

17. İddiaçı tələbini dəqiqləşdirərək, cavabdehlə r Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4540,75 ABŞ dolları əsas, 5974,23 ABŞ dolları faiz, 113,06 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11 mart 2019-cu il tarixdən 23 iyul 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 % dərəcəsi ilə hesablanan 309,94 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10937,94 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 11 avqust 2015-ci il tarixli, 21-M-10-287-15 saylı kredit müqaviləsi üzrə 3741,45 ABŞ dolları əsas borc, 5974,23 ABŞ dolları faiz borcu, 50 ABŞ dolla rı cərimə borcu, 273,31 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 10038,99 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, iş üzrə təkrar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim İlkin Əliyev)

19. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymə t verərək müəyyən etmişdir ki, Borc verən bank "xxxx" İKB ASC ilə borc alan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında 11 avqust 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən bank borc alana 24 ay müddətinə, illik 27 faizlə 14300 ABŞ dolları məbləğində borc verib. Daha sonra bank və borcalan Cavabdeh1 arasında 11 mart 2016-cı il tarixində 21-M-1-0-287-15 saylı, 11.08.2015-ci il tarixli kredit müqaviləsinə əlavə saziş imzalanmış kreditin müddəti 11.03.2019-cu il, illik faiz dərəcəsi 24 faiz hesab edilmişdir. Saziş zamin X4 ilə razılaşdırılsa da, digər zamin Cavabdeh2 ilə razılaşdırılmamışdır.

20. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra et məmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 10937,94 ABŞ dolları borc hesablanmışdır. Sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsir dairəsinə düşməmişdir.

21. Birinci instansiya məhkəməsi tələb edilən əsas borca münasibətdə qeyd edib ki, iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək, sonuncu ekspert rəyini əsas götürərək iddia tələbinin həcmini artırmış və cavabdehdən 4540,75 ABŞ dolları əsas, 5974,23 ABŞ dolları faiz borcunun tutulmasını tələb etmişdir. Sonuncu, yəni 17.11.2020-ci il tarixli ekspert rəyinə əsasən 23 iyul 2020-ci il tarixinə, yəni maliyyə arayışının verildi yi tarixə 3741,45 dollar əsas, 5974,23 dollar faiz borcu yaranmışdır.

22. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehdən tələb edilən əsas və faiz borcunun məbləği 17.11.2020-ci il tarixli ekspert rəyinə uyğun hesablanmalı və 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə əsas borc 3741,45 ABŞ dolları, faiz borcu 5974,23 ABŞ dolları həddində müəyyən edilməlidir. Çünki əsas və faiz borcunun müəyyən edilmiş məbləği təqdim edilmiş ekspert rəyi ilə sübut olunur.

23. Cərimə borcu ilə bağlı isə birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, 113.06 dolları məbləğində dəbbə pulu yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən bu məbləğ azaldılarq 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

24. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan f aiz borcu ilə bağlı birinci instansiya məhkəməsi məhkəmə hesab edib ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Çünki nun hesablanmasını Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ekspertiza tədqiqatı nəticəsində əldən çıxmış faydaya görə illik 5 faizlə hesablanmış borc 273.31 ABŞ dolları təşkil edir. Bu baxımdan həmin məbləğ ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir.

25. Birinci instansiya məhkəməsi müəyyən edilmiş borcun eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində iddianı qismən X1 münasibətdə əsaslı hesab etsə də, digər zamin Cavabdeh2 münasibətdə əsaslı he sab etməmişdir. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bağlanmış 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı müqaviləyə əsasən zaminlər borclunun həmin müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin 11 avqust 2015-ci il tarixli müqavilədən sonra 11 mart 2016-cı il tarixində kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında 1 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin saziş (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən Cavabdeh2 razılığı alınmamışdır. Bu isə ona münasibətdə zaminliyə xita m verilməsi üçün əsasdır.

26. Birinci instansiya məhkəməsi vurğulayıb ki, zaminlik kredit müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit müqaviləsinə əlavə olaraq bağlanmış saziş isə kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin saziş bağlanarkən Cavabdeh2 razılığı alınmalı olduğu halda onun razılığı alınmamışdır.

27. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd edib ki, kredit müqaviləsinə əlavə olan 11 mart 2016-cı il tarixli saziş bir tərəfdən bank, digər tərəfdən borcalan Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmışdır. Yəni zamin Cavabdeh3 kredit müqaviləsinin müddətinin uzadılmasından və faiz dərəcəsinin dəyişməsindən məlumatı olmuşdur. Odur ki, Cavabdeh3 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.

28. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.7, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 477.0.1, 739-cu Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2- ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı İKB ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam edilməsini xahiş etmişdir.

30. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - əsas və faiz borclarının məbləğləri düzgün hesablanmamış, cərimə borcu əsassız olaraq azaldılmışdır; - eyni zamanda bank tərəfindən 11.03.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% lə hesablanmış borc məbləği tələb edilsə də, məhkəmə özü tərəfindən hesabladığı 273,31 manat borcu tutmuşdur; - həmçinin, məhkəmə əsassız olaraq zaminə münasibətdə iddia tələbini təmin etməmişdir.

31. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəylərində ziddiyyətlər olduğunu nəzərə almamış, faiz borcunun əsas borcdan daha çox olmasına qiymət verməmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7606/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Binəqədi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)

34. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd edib ki, tərəflər ara sında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

35. Apellyasiya instansiyası qeyd edib ki, hər iki apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığı irəli sürülsə də, tərəflər həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. Apellyasiya instansiyası xüsusilə vurğulayıb ki, s özügedən borc məbləğləri birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmiş və borc məbləğlərinin hesablanması xüsusi bilik tələb etdiyindən onunla razılaşmamaq üçün əsaslar mövcud deyildir.

37. Apellyasiya instansiyası iddiaçı bankın cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması ilə bağlı dəlillərinə münasibətdə göstərib ki, işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir.

38. İddiaçının apellyasiya şikayəti üzrə apellyasiya instansiyası hesab edib ki, birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürürək əldən çıxmış faydaya görə illik 5 faizlə hesanlanmalı olan borcun məbləğini 273.31 ABŞ dolları müəyyən edərkən də haqlı olmuşdur.

39. Apellyasiya instansiyasının mövqeyinə görə birinci instansiya məhkəməsin Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında Məhkəmənin hüququi mövqeyi belə olub ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə a ydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən həmin zaminlik müqaviləsi etibarlı müqavilə olmamaqla Cavabdeh2 bu müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı "xxxx" ASC (Vəkil oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

42. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyi üçün MPMnin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

44. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməm iş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bi lər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş halla r və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

46. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərindən və iddianın tam təmin edilməsi barədə xahişindən görünür ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Bu baxımdan, kollegiya apellyasiya məhkəməsinin aktını iddianın təmin edilməyən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. İddiaçı apellyasiya şikayətində borcun məbləğini və tələbin digər zaminə qarşı rədd edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir.

49. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermiş və həmin dəlillərlə razılaşmamışdır.

50. İşdən görünür ki, əsas borcun məbləği ekspert rəyi nə əsasən müəyyən edilmiş, cərimə məbləği isə Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq azaldımışdır. Ekspert rəyi ilə bağlı apellyasiya məhkəməsi qeyd edib ki, borc məbləğlərinin hesablanması xüsusi bilik tələb etdiyindən onunla razılaşmamaq üçün əsaslar mövcud deyildir.

51. Digər zaminə Cavabdeh2 münasibətdə müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddətinin uzadılması barədə əlavə razılaşma bağlanarkən, həmin zaminin razılığı alınmamış, nəticədə onun məsuliyyəti artmışdır.

52. Mülki Məcəllənin 477.0.1-ci maddəsi və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2- ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrini n “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında şərh edilənlər nəzərə alınarsa, məhkəmələrin zamin Cavabdeh2 münasibətdə iddianı təmin etməmələri işin hallarına uyğun omuşdur.

53. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçının apellyasiya şikayəti üzrə gəldiyi bu nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7606/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar