Məhkəmə qərarları › İş №2(102)-2990/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2990/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2990/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı ilkin, iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ (Açar sözlər: kredit müqavilələri üzrə borcun tutulması, kredit müqavilələrinin etibarsız hesab edilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicis i Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqavilələri üzrə borcunun tutulması” barədə ilk, Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-714/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin “Əməliyyat filialı” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

2. İddiaçı ASC-nin “Azadlıq filialı” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədilə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmas ı Fondu (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 28023,09 manat əsas, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat borcun və 196,20 manat dövlət rüsumunun, xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 7686,29 manat əsas, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat borcun və 121,08 manat dövl ət rüsumunun Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq, ləğv prosesində olan Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın “Əməliyyat filialı” ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faizlə 55123 manat məbləğində kredit verilmişdir.

5. Bankın “Azadlıq filialı” ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verilmişdir.

6. Kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.

7. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********261 və **********268 saylı, xx.xx.2022 tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.

8. Bank, bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarına əsasən cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, c avabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

9. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixində 1600 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 400 manat məbləğində ödənişlər etmişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2 və 739.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək Bankla bağlanılmış xx.xx.2018-ci il tarixli, ƏNK06- 151018/111473 saylı, xx.xx.2019-cü il tarixli ***-*******ƏNK271219-01 saylı və xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “Amrah Sığorta Şirkəti”ndə işləmişdir. Bankın rəhbərliyi bundan istifadə edərək, cavabdehin və yaxınlarının, işçilərinin adlarına bir necə dəfə kredit rəsmiləşdirərək götürmüşlər. Kreditlər rəsmiləşəndə cavabdehə narahat olmaması üçün zəmanət vermişlər. Həqiqətən də ilk zamanlar həmin kreditlər X2 tərəfindən götürüb bağlanmışdır. Belə ki, Azərbaycan Kredit Bürosundan cavabdehə aid çıxarışa əsasən 26 dəfə, cəmi 6 milyondan artıq təminatsız kredit götürmüşdür. Təbii ki, təminatsız krediti heç bir bank vermir. Elə bu kreditlərin təminatsız olması, əslində, kreditlərin cavabdehə aid olmamasının sübutudur.

13. Kreditlər cavabdehin və anasının və bir necə işçilərin adlarına rəsmiləşdirilmiş və sonradan da elə Bank tərəfindən də ödənilmişdir. Cavabdehin anası Nailə Ağasiyevanın adına 470000 manat təminatsız kredit, işçisi Təranə Abbasovanın adına iki kredit – ******* manat və 860000 manat təminatsız kredit rəsmiləşdirilmişdir. Bu kredit müqavilələrinin heç birinin də imzalar yoxdur. Bankın özündə problemlər yaranandan sonra bu cür kreditlərin ödənişində çətinliklər yaranmışdır. Nəticədə cavabdeh və yaxınları əziyyət çəkməyə başlamışdır.

14. Bankın sahiblərdən biri olan X3 ilə bağlı cavabdeh və yaxınları DTX-ya çağırılmış və elə orada izahat verilərək, bir daha bildirilmişdir ki, bu kreditlər Yunis İldırımzadəyə aiddir.

15. Bank ləğv olunandan sonra və kreditlər bağlanılmadıqda cavabdehin işçilərindən biri X6 ləğvedicisini məhkəməyə vermiş və məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, T.Abbasovanın adına rəsmiləşdirilmiş kredit müqaviləsindəki imza saxtadır. Nəsimi Rayon Məhkəməsi bununla bağlı xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul etmiş və Təranə Abbasovanın adına olan kredit müqavilələri etibarsız hesab edilmişdir. Elə o ərəfədə cavabdeh anasının krediti ilə bağlı maraqlanmış və məlum olmuşdur ki, həmin krediti özləri bağlamışlar. Lakin cavabdehin özünün adına olan, imzaları olmayan mü qavilələr üzrə kreditlər isə bağlanılmamışdır.

16. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin adına rəsmiləşdirilmiş xx.xx.2015ci il tarixli, 261115/111473 saylı kredit müqaviləsi üzrə 36200 manat borc vaxtında ödəmilmədiyindən üzərinə gələn faizlər kapitallaşdırılaraq adına yeni borc olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Ustəlik, Kredit Bürosundan çıxarışdan məlum olmuşdur ki, cavabdehin adına olmuş 2019-cu ildə götürülmüş ******* manat kreditin 65021,89 manat vəsaiti ödənilməmişdir, halbuki bu kredit də Bank tərəfindən götürüldüyündən, elə onlar da bağlamalı idilər.

17. Bundan əlavə, cavabdehin kredit tarixçəsində 510.400 ABŞ dollar var. Həmin borc öncədən Əmrah İldırımzadənin adına rəsmiləşdirilmiş, sonradan cavabdehin adına sənədləşdirilmişdir, yekunda isə həmin kredit üzrə borc "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu da bir daha cavabdehin adına açılmış kreditlərin reallıqda Bankın rəhbərliyinə aid olmasına dəlalət edir. Cavabdeh bütün bunlar barədə Əmanətlərin Sığortalanma Fonduna yazılı müraciət etmişdir. Adına olan həm bu iş üzrə kredit müqavilələri, həm də digər kredit müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilələr əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir.

18. Qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcllənin 337.1, 337.2, 337.4, 406.1, 406.3 və 407.2-ci maddələrinə istinad edilmişdir.

19. Cavabdehin vəsatətinə əsasən birinci instansiya məhkəməsi xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cü il tarixli kredit müqavilələrind əki borcalan sözünün qarşısında olan imzaların cavabdehə məxus olub-olmamasın müəyyən etmək məqsədilə xətşünaslıq ekspertizası təyin etmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan və xx.xx.2019-cu il tarixli № 012- 711147ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin 1-3-cü vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaların Cavabdeh imz a nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

21. Cavabdeh rəylə razı olmuş, iddaçının nümayəndəsi isə rəyin səthi olmasını əsas gətirməklə təkrar ekspertiza təyin edilməsi barədə vəsasət vermişdir. Birinci instansiya məhkəməsi iddiaçını nümayəndəsinin vəsatətini təmin etməmişdir.

22. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2685/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı il ə qarşılıqlı iddia ərizəsi xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində baxılmamış saxlanılmışdır.

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 08 (səkkiz) qəpik dövlət rüsumunun iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli ƏNK-06-151018/111473 nömrə li və 27 dekabr 2019-cü il tarixli 0127111473ƏNK271219-01 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 126 (iki yüz) manat ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. (hakim Toğrul Axundov)

24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində Bankla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə istinad edərək borc alana 36 ay müddət inə, illik 16 faizlə 55123 manat məbləğində, xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verildiyini göstərsə də, qeyd olunan məbləğdə kredit vəsaitlərinin cavabdeh tərəfindən qəbul edilməsinə dair ciddi hesabat blanklarını, yəni kassa məxaric orderlərini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən kredit müqavilələrinin imza edilməməsi və həmin müqavilələr üzrə hər hansı məbləğdə pul götürülməməsi ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin iddiaçı bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də, qrafik materialın azlığına görə, tədqiq olunan imzaların cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, iddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin cavabdeh tərəfindən bankdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdır.

25. Birinci instansiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, araşdırılmış sübutlarla Bankla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06151018/111473 saylı və xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqavilələrinin əhəmiyyətsiz əqd olması, həmin əqdlərin bağlanılmasında cavabdehin şəxsən iştirak etməməsi, Bankın vəzifəli şəxslərinin cavabdehin “Amrah Sığorta Şirkəti”ndə işləməsindən istifadə edərək, onun adından kredit rəsmiləşdirməklə götürmələri və müəyyən müddət ödənişlər etmələri müəyyən edilmişdir. Həmçinin, Bankın vəzifəli şəxs ləri tərəfindən bu növ qanunsuzluqların edilməsi təkcə cavabehlə yekunlaşmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsindən də görünür ki, iddiaçı Abbasova (Babayeva) Təranə Müzəffər qızının cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit müqavilələrinin və onlara ediİmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, eyni zamanda, Bankla Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında kredit müqavilələrinin bağlanması və həmin müqavilələr üzrə ona pul məbləğinin verilməsi öz təsdiqini tapmadığına görə, xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul edilərək, bankın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq, müvafiq araşdırma aparılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.5, 337.1, 339.1, 339.4, 339.6, 385.1, 406.1, 406.3, 407.2, 425.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı idd ianın rədd, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq aşağıdakılar göstərilmişdir: - mülki işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına, eləcə də iş materialları üzrə cavabdehin banka kredit borcunun istər mərkəzi kredit reyestrində, istərsə də bankın əməliyyat sistemində aktiv olmasına baxmayaraq, məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də, qrafik materialın azlığına görə, tədqiq olunan imzaların cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, iddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin cavabdeh tərəfindən ba nkdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdir. Halbuki, həm elektron məhkəmə sistemi vasitəsilə, həm də məhkəmə iclasları zamanı məhkəmənin şifahi müraciətinə əsasən, müşayiət məktubu ilə nümayəndə tərəfindən iş üzrə əlavə sübutlardan, xüsusilə iddia tələbinin predmetinə aid olmayan xx.xx.2019-cu il tarixli müqavilə və digər kredit razılaşmasına dair sənədlər təqdim edilmişdir; - bundan əlavə, Cavabdeh "xxxx" ASC-də İdarə Heyətinin sədri olmuş və bu faktın özü də kredit müqaviləsinin cavabdehin özü tərəfindən imzalanmasının mübahisəsiz hallarından biri hesab edilməldir; - məhkəmə tərəfindən iş materiallarında olan kifayətedici sübutlar tam araşdırılmamışdır. Belə ki, müqavilənin mahiyyət etibarilə kredit xətt müqaviləsi olması səbəbindən müvafiq köçürmələrin cava bdehin bank hesabına köçürülməsinə, eləcə də qrafik üzrə ödənişləri təsdiq edən hesabdan çıxarış məlumatlarına və iş üzrə digər xüsusatlara düzgün hüquqi qiymət verməmişdir; - məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixində 12.935 manat və xx.xx.2014-cü il tarixində 17.500 manat rəsmiləşdirilmiş kredit məbləğləri məxaric orderi əsasında kassadan nağd olaraq götürmüş və daha sonra xx.xx.2015-ci il tarixində isə cari hesabına köçürülməsi yolu ilə 36.200 manat kredit götürülməklə, yuxarıda qeyd edilən hər iki kredit bağlanmışdır. Bundan sonra, cavabdeh tərəfindən şəxsi məqsədləri üçün götürdüyü və hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli ƏNK-06151018/111473 saylı və xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələri də kredit x ətt müqaviləsi əsasında şəxsin cari hesablarına köçürülmüşdür; - cavabdehin qarşılıqlı iddia ərizəsində mübahisələndirdiyi və aidiyyatlı kredit hesab olunan 1 233 827 manat kredit isə Bankın rəhbərliyi tərəfindən onun adına rəsmiləşdirilərək nağd qaydada kassadan götürülmüş və Bankın ləğv edilmə prosesində kredit bağlanmışdır. Hazırda iddiaçı tərəf olaraq, həmin müqavilə mübahisələndirilmədiyi üçün məhkəmə tərəfindən baxılmamış saxlanmışdır; - Məhkəmə Ekspertizası Mərkəzinə müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya cavabdehin sərbəst imza nümunələri qismində mülki işin 23-cü vərəqində olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; 105-ci vərəqində olan AA01600818 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; şərti-sərbəst imza nümunəsi qismində mül ki işin 61-66-cı vərəqlərində olan 18 may 2022-ci qarşılıqlı iddia ərizəsindəki imzası; eksperimental imza nümunələri qismində mülki işin 108-110- cu vərəqlərində olan imzaları təqdim olunmuşdur. Qeyd olunan nümunələr imzanın cavabdeh tərəfindən icra olunmasını müəyyən etməkdə ekspert üçün çətinlik yaradırsa, əlavə sübutların təqdim edilməsi üçün məhkəmə qarşısında vəsatətlə çıxış etməli idi; - Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 saylı, xx.xx.2022- ci il tarixli rəyində qeyd olunmuşdur ki, tədqiq olunan imzaların cavabdehin imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Göründüyü kimi, ekspert rəyində olan qeyri-müəyyənliyin aradan qaldırılması üçün məhkəmə mütləq şəkildə təkrar və əlavə məhkəmə ekspertizası təyin etməli idi; - iddiaçı tərəfindən borclunun banka kredit xətti müqaviləsi ilə borcunun mövcudluğunu təsdiq edən sənədlərin təqdim edilməsinə, ödənişlərə dair hesabdan çıxarış sənədinin olmasına, eləcə də mərkəzi kredit reyestrində borc məbləği olduğu halda, məhkəmənin heç bir mötəbər əsas olmadan cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı və xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələrinin etibarsız olması qənaətinə gəlməsi tamamilə qanunsuzdur; - məhkəmə iş materiallarında olan natamam ekspert rəyinə, kred it müqavilələrinə və maliyyə sənədlərinə ciddi yanaşmamış və kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cü il tarixli kredit müqavilələrindəki borcalan sözünün qarşısında olan imzaların cavabdehə məxus olub-olmamasın müəyyən etmək məqsədilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

30. Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyinə əsasən mülki işin 173-176-cı vərəqələrində olan xx.xx.2019-cu il tarixli № ***-*******DQK211119-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imza – Cavabdeh AYDİN oğlu tərəfindən icra olunmuşdur. Mülki işin 121-124-cü vərəqələrində olan xx.xx.2018-ci il tarixli № ƏNK-06151018/111473 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın, mülki işin 125-128-ci vərəqələrində olan xx.xx.2019- cu il tarixli № ***-*******ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında ol an imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Yəni nə uyğunlaşdırıcı əlamətlər, nə də fərqləndirici əlamətlər ayrıayrılıqda müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan əlamətlər komplekslərini təşkil etmirlər. Tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların cavabdeh tərəfindən icra olunubolunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək müm kün olmadı.

31. Cavabdehin apellyasiya baxışında təqdim etdiyi “X4”nin xx.xx.2023-cü il tarixli, İEM-03/04/23 nömrəli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş ƏNK-06151018/111473 nömrəli, 15.102018-ci il tarixli, ***-*******DQK211119-01 nömrəli, xx.xx.2019-cu il tarixli və ***-*******ƏNK271219-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 1-4-cü vərəqinin “Borcalan” qrafalarında Cavabdeh adından olan imzalar öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur. ƏNK-06-151018/111473 nömrəli, xx.xx.2018-ci il tarixli, ***-*******DQK211119-01 nömrəli, xx.xx.2019-cu il tarixli və **********ƏNK271219-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 1-4-cü vərəqinin “Borcalan” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. **********ƏNK271219-01 nömrə li, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 1-ci və 4-cü vərəqində “Borcalan” qrafasının aşağısındakı “CavabdehA” əlyazmaları ilə İddiaçı ASC-nin Əməliyyat filialının rəhbərinin adına yazılmış Cavabdeh adından olan 14 mart 2019-cu il tarixli ərizədəki əlyazmalar öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-714/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatın dəyərini təşkil edən 125 (bir yüz iyirmi beş) manatın iddiaçıdan Məhkəmə Еkspеrtizаsı Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Fuad Talışinski)

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına görə, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində “Bankla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06151018/111473 saylı kredit müqaviləsinə istinad edərək borc alana 36 ay müddətinə, illik 16 faizlə 55123 manat, xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verildiyini göstərsə də, qeyd olunan məbləğdə kredit vəsaitlərinin cavabdeh tərəfindən qəbul edilməsinə dair ciddi hesabat blanklarını, yəni kassa məxaric orderlərini məhkəməyə təqdim edə bilməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş “X4”nin 11 aprel 2023-cü il tarixli, İEM-03/04/23 nömrəli mütəxəssis rəyi ilə bağlı göstərmişdir ki, qeyd edilən rəy hazırkı halda əsaslı sübut hesab edilə bilməz. Belə ki, MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin odan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Həmçinin təqdim edilən mütəxəssis rəyi qanunvericiliyin t ələbinə uyğun verilməmişdir. Belə ki, rəy iddiaçı ilə “X4” arasında bağlanmış müqavilə əsasında verilmiş olsa da, ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması, ümumiyyətlə, müəyyən olunmur. Bu isə təqdim edilən mütəxəssis rəyinin iş üzrə tədqiq edilən digər iki ekspert rəyləri ilə bərabər qüvvəyə malik olmasını istisna edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddianın rədd, ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə həmçinin aşağıdakılar göstərilib: - apellyasiya instansiyası məhkəməsi heç bir mötəbər sübuta əsaslanmadan, yalnız Məhkəmə Ekspertiza Mərkəzinin xətşünaslıq ekspertizasına dair qeyri-müəyyən 2 rəyini əsas tutaraq, “X4”nin mötəbər rəyini nəzərə almadan iş üçün əhəmiyyətli olan halları, həm iddiaçı bankın təqdim etdiyi maliyyə sənədlərini, həm kredit müqaviləsi üzrə mərkəzi kredit reyestrində borcun mövcud olması faktını, eləcə də borclunun bankın ləğv tarixinə kimi kredit ödənişi etməsi, eləcə də iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməməsi ilə nəticələnən qətnamə çıxarılmışdır; - apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin bir-birini təkrar edən natamam ekspert rəylərini mülki işin mahiyyətini həll edən əsas sübut növü kimi qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Baxmayaraq ki, iddiaçının təşəbbüsü ilə keçirilmiş “X4”nin təqdi m etdiyi nəzəri və elmi cəhətdən əsaslandırılmış mütəxəssis rəyi əvvəlki iki rəydə olan ziddiyyətli məqamlara və natamamlığa tam şəkildə aydınlıq gətirmişdir; - bundan başqa, cavabdehlə bağlanmış kredit müqavilələri üzrə borc öhdəliyinə, maliyyə sənədlərinə ciddi yanaşılmamış və ümumiyyətlə kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etirazda qarşılıqlı iddianın dəlilləri qeyd edilməklə, kassasiya şikayətinin əsassız olmasına istinad edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlə rlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası i lə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi y olu ilə bağlana bilər. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozm aqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunma yıb.

43. Belə ki, qarşılıqlı iddia tələbi kredit müqavilələrinin etibarsızlığı barədədir. Cavabdeh qarşılıqlı iddia tələbinin faktiki əsası kimi Bankın istinad etdiyi kredit müqavilələrinə imza atmamasına, müqavilə üzrə pulun onun tərəfindən götürülməməsinə istinad etmişdir.

44. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən kredit müqavilələri üzrə təyin etdiyi ekspertizanın rəyinə istinadən belə nəticəyə gəlmişdir ki, müqavilələri əhəmiyyətsiz əqddir, həmin əqdlərin bağlanılmasında cavabdeh şəxsən iştirak etməmişdir. Bankın vəzifəli şəxsləri cavabdehin “Amrah Sığorta Şirkəti”ndə işləməsindən istifadə edərək, onun adından kredit rəsmiləşdirməklə götürüblər və müəyyən müddət ödənişlər ediblər. Üstəlik, Bankın vəzifəli şəxsləri tərəfindən bu növ qanunsuzluqların edilməsi təkc ə cavabdehlə yekunlaşmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsi ilə iddiaçı Abbasova (Babayeva) Təranə Müzəffər qızının Banka qarşı “kredit müqavilələrinin və onlara ediİmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, eyni zamanda, Bankla Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında kredit müqavilələrinin bağlanması və həmin müqavilələr üzrə ona pul məbləğinin verilməsi öz təsdiqini tapmadığına görə xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul edilərək, bankın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq, müvafiq araşdırma aparılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məluma t verilməsi qərara alınmışdır.

45. Birinci instansiya məhkəməsi kredit müqavilələrinin etibarsız sayılması nəticəsinə gələrkən etbarsızlıqla bağlı Mülki Məcəllənin 337.1, 339.1 və 339.4-cü maddələrinə istinad etməklə kifayətlənmiş və işin halları baxımından baxımından etibarsızlığın həmin normaların dispoztiv şərtləri kontekstində nədə ifadə olmasını qətnamədə şərh etməmiş, üstəlik, ziddiyyətli nəticəyə gəlmişdir.

46. Mülki Məcəllənin 339.1-ci maddəsi hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir.

47. İstinad edilən normaların hər biri etibarsızlığın ayrı-ayrı əsaslarını müəyyə n edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırki işin halları baxımından Mülki Məcəllənin qeyd edilən 339.1 və 339.4-cü maddələri üzrə konkret hansı əsasın (əsasların) kredit müqavilələrinin etibarsızılığına səbəb olmasını qətnamədə göstərməmişdir. Nəticədə işin hallarına görə müqavilələrin etibarsız sayılmasının qanuni əsaslarının nədən ibarət olması qətnamədən görünmür. Müqavilələr Mülki Məcəllənin 339.1 və 339.4-cü maddələrinə əsasən etibarsız sayılıbsa, belə olan halda, həmin maddələrdə göstərilən şərtlər də müəyyən edilməli idi. Lakin işdən bu, görünmür.

48. Eyni zamanda cavabdeh də qarşılıqlı iddiasında tələbinin faktiki əsası kimi həmin normalarda qeyd edilən hallara (hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, şəx sin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu, zorakılıq və ya hədələmə halları) deyil, müqavilənin onun tərəfindən imzalanmamasına istinad etmişdir.

49. Bundan əlavə, birinci instansiya məhkəməsi bir tərəfdən müqavilələrin cavabdeh tərəfindən imzalanmamasına, bu səbəbdən həmin əqdlərin əhəmiyyətsiz olmasına istinad etmiş, başqa tərəfdən də həmin müqavilələri etibarsız saymaq üçün Mülki Məcəllənin 339.1 və 339.4-cü maddələrinə əsaslanmışdır. Halbuki bunlar biri-birini təkzib edən hallardır. Cavabdeh tərəfindən imzalanmadığına görə müqavilələr etibarsız (əhəmiyyətsiz) əqd hesab olunursa, belə olan halda, həmin əqdin hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəfl ə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd hesab edilməsi də istisna edilir. Eləcə də Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulan əsaslar da (əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) bu halda tətbiq edilə bilməzdi. Qeyd edilən maddələrin tətbiqi o halda mümkün idi ki, müqavilələrin cavabdeh tərəfindən imzalanması halı müəyyən edilərdi.

50. Həmçinin Abbasova (Babayeva) Təranə Müzəffər qızı adlı şəxsin Banka qarşı “kredit müqavilələrinin və onlara edilmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair” iddiasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsi ilə qismən təmin edilməsinin hazırki iddia tələbi ilə hansı əlaqəsinin olması da qətnamədə şərh edilməyib.

51. Apelly asiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə, qeyd edilməlidir ki, həmin məhkəmə də qarşılıqlı iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni əsasən həm rayon, həm də özünün aldığı xətşünaslıq ekspertizasının rəyləri üzərində qurmuş, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərlə kifayətlənərək eyni səhvi təkrarlamış, kredit müqavilələrinin etibarsızlığı ilə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

52. Bir halda ki, qarşılıqlı iddianın təmin edilməsində əsasən ekspertiza rəyləri əsas götürülüb, belə olan halda istinad edilən ekspert rəylərinin qiymətləndirilməsi də MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələbinə uyğun olmalı idi.

53. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar xətşünaslıq ekspertizası təyin edə rkən xx.xx.2018 və xx.xx.2019-cu il tarixli kredit müqavilələrindəki (Bankın iddia tələbindən istinad etdiyi müqavilələr) imza ilə yanaşı, hazırki işin predmetinə aid olmayan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindəki imzanın da cavabdehə məxsus olub-olmaması barədə sual qoymuşdur.

54. Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza cavabdeh tərəfindən icra olunsa da, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdə imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Bunun da səbəbi qrafik materialın azlığı, cizgilərin sadəliyidir.

55. Göründüyü kimi, ekspertizanın rəyində bir müqavilə üzrə (həmin müqavilə mübahisənin predmet i deyil) imzanın cavabdehə məxsus olması müəyyən edilsə də, hazırki mübahisə predmeti olan digər iki müqavilədəki imzanın cavabdehə məxsus olmasının müəyyən edilməsi qrafik materialın azlığı, cizgilərin sadəliyi səbəbi ilə mümkün olmamışdır.

56. Halbuki müsbət cavablandırılan xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza ilə, rəy verilə bilməyən digər iki müqavilədəki imzalar qrafik məlumatlar və cizgilərin sadəliyi baxımından eynidir. Eyni qrafik məlumatları əks etdirən bir müqavilədəki imza üzrə rəy verildiyi halda, digər iki müqavilədəki imzalar üzrə qrafik məlumatların azlığına və cizgilərin sadəliyinə görə rəy verilə bilinməsinin səbəblərini apellyasiya instansiyası məhkəməsi araşdırmamış, həmçinin ekspert rəylərindəki bu uyğunsuzluğu aradan qaldırmaq üçün MPM-in 20 5.1-ci maddəsində nəzərdə tutulan prosessual imkanlardan da istifadə etməmişdir. Bu da göstərir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir.

57. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş, eləcə də, kredit müqavilələrinin etibarsızlığını işin müəyyən edilmiş halları baxımından qiymətləndirməməklə hüququn tətbiqində də səhvə yol vermişdir.

58. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müqavilələrdəki imzanın cavabdehə məxsus olması halında qarşılıqlı iddianın hüquqi əsası kimi işin hallarından asılı olaraq Mülki Məcəllənin 340.1-ci maddəsi və ya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarında əks edilən hüquqi mövqeyə uyğun olaraq Mülki Məcəllənin 340.2-ci maddələri nəzərdən keçirilə bilərdi. Əks halda, (müqavilədəki imzaların cavabdehə məxsus olmaması halında) cavabdehin müqavilə öhdəliyi olmaması əsası ilə ilk iddia rədd edilə bilərdi.

59. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qarşılıqlı iddiası mahiyyət etibarilə ilə ilk iddianın tam aradan qaldırmağa yönəlmişdir. Qarşılıqlı iddia üzrə gəlinən nəticə əsassız və qanunsuz olduğu üçün həmin əsasla ilk iddianın rədd edilməsi də düzgün olmamışdır.

60. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı cavabdeh) LPO Amrahbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-714/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, i ş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar