Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2992/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2597/2019 saylı qətnaməsindən Cavabdeh oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-1329/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ə.M.Hüseynov) İddiaçı Cavabdeh oğluna qarşı “kredit borcunun ödənilməsi, əl dən çıxmış fayda və zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 7.400 manat, əldən çıxmış faydaya və zərərə görə 3.000 manat, mənzilin sığortalanması üçün 30 manat, kredit müqaviləsinin bağlanması üçün 92 manat, ipoteka müqaviləsinin bağlanması üçün 34,50 manat, bildirişin təsdiqlənməsi üçün 30 manat, vəkilin xidməti olaraq 30 manat, cəmi 10.616,50 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)2597/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi və İ.F.Quliyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məh kəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilib və cavabdehdən əsas borca görə 7.400 manat, mənzilin sığortalanması üçün 30 manat, kredit müqaviləsinin bağlanması üçün 92 manat, ipoteka müqaviləsinin bağlanması üçün 34,50 manat, bildirişin təstiqlənməsi üçün 30 manat, vəkilin xidməti olaraq 30 manat, cəmi 7.616,50 manat pulun tutulub iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “kredit borcunun ödənilməsi, əldən çıxmış fayda və zərərin əvəzinin ödənilməsi” barədə iddia qaldıraraq, cavabdehdən əsas borca görə 7.400 manat, əldən çıxmış fayda və zərərə görə 5.700 manat, mənzilin sı ğortalanması üçün 30 manat, kredit müqaviləsinin bağlanması üçün 92 manat, ipoteka müqaviləsinin bağlanması üçün 34,50 manat, bildirişin təstiqlənməsi üçün 30 manat, vəkilin xidməti olaraq 30 manat, cəmi 13.361 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsi nə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə, birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasına və iddianın qismən təmin edilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini A zərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739.1, 739.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş kre dit müqaviləsinə əsasən, iddiaçı, xx xxxxxxxx 2016-cı il tarixədək qaytarmaq şərti ilə cavabdehə 7.400 manat borc pul verib və sonuncu həmin borcu xx xxxxxxxx 2016-cı il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən, cavabdeh xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, M.S.Ordubadi küçəsində yerləşən, 13/62 saylı evin 3 otaqlı, ümumi sahəsi 72,19 kv.metr, yaşayış sahəsi 41,26 kv.metr, yardımçı sahəsi 30,93 kv.metr olan 14 mənzilini iddiaçının xeyrinə ipoteka qoyub. Hazırda iddiaçı, cavabdehdən əsas borca görə 7.400 manat, əldən çıxmış faydaya və zərərə görə 3.000 manat, mənzilin sığortalanması üçün 30 manat, kredit müqaviləsinin bağlanması üçün 92 manat, ipoteka müqaviləsinin bağlanması üçün 34,50 manat, bildirişin təsdiqlənməsi üçün 30 manat, vəkilin xidməti olaraq 30 manat, cəmi 10.616,50 manat pul iddia edir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia yuxarıda göstərilən hissədə qismən təmin edilməsinə baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, cavabdeh isə kasasiya şikayətində qətnaməni iddianın təmin edilməsi hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehin kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə ə sasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda,o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiy i bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən kredit müqaviləsi üzrə 7.400 manat pula hüququnu cavabdehə verməklə öz öhdəliklərini yetinə yetirmişdir, lakin sonuncu həmin pul vəsaitini qəbul edib onu xx xxxxxxxx 2016-cı il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürdüyü halda, öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Halbuki, sadalanan maddələrin mənasına görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmçinin öhdəliyin onun icrası üçün müəyyənləşdiril miş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıdığından, sonuncudan 7.400 manat pul tutulub iddiaçıya verilməklə iddia qismən təmin olunmalıdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh özü də kasasiya şikayətində iddiaçıdan notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən 7.400 manat borc p ul almasını inkar etmədiyindən, iddia tələbini qeyd olunan hissədə təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kasasiya şikayətində ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan evin ümumiyyətlə mövcüd olmadığını, evin müqavilə bağlanmamışdan əvvəl söküldüyünü və kredit müqaviləsinin bağlanmasından 4 ildən artıq müddət keçdiyindən kredit borcunun tələb edilməsinə dair iddianın əsassız olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla, kredit müqaviləsi üzrə tutmanın cavabdehin mülkiyyətində olan evə yönəldilməsi hazırki məhkəmə baxışının predmeti deyildir və iddiaçının hazırki iddia tələbi cav abdehə kredit müqaviləsi üzrə verdiyi pulun geri tələb edilməsindən ibarətdir. Digər tərəfdən, sözügedən kredit müqaviləsi üzrə kreditin son qaytarılma müddəti xx xxxxxxxx 2016-cı il tarixədək müəyyən edilib. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxxxxxx 2017-ci il tarixdə, yəni 1 ildən sonra qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmədən müraciət edib. Ona görə də kasasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq norma larının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2597/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2992/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2992/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver