Məhkəmə qərarları › İş №2(102)-2992/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2992/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2992/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2992/21 (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyi) Bakı şəhəri, 02 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotek a predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-803/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı BOKT ASC 25.02.2016-cı il tarixli 2016/00283-01 istehlak kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 28%-lə, 17000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus xxxx 25.02.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə tərəflər mənzilin qiymətini 60000 (altmış min) manat müəyyən etmişlər. a) Birinci instansiya məhkəməsində icra at

3. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəflər arasında bağlanmış 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 iddiaçının xeyrinə 29.05.2018-ci il tarixə yaranmış 14156,2 ABŞ dolları əsas, 840,13 ABŞ dolları faiz borcu və 2635 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 17631,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus xxx ə yerləşən 9 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 bankın xeyrinə tutulmalı olan 17631,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ödənilməsi; ipoteka predmeti açıq hərracdan s atıldıqdan sonra Cavabdeh2 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istfiadə hüquqları itirilməklə əşyaları ilə birlikdə əmlakdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2016-cı il tarixli 2016\00283-01 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 28 faizlə 60 ay müddətinə 17000 ABŞ dolları mbələğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan xxx 9 saylı evin 13 saylı mənzilini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 25.02.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanılmışdır.

5. Cavabdeh (borclu) tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçür üldüyü vaxtdan bəri kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir.

6. İddiaçı cavabdehlərə borcun ödənilməsi və tutmanın ipoetka predmetinə yönəldilməsi barədə poçt vasitəsi ilə bildiriş məktubları göndərmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxartmışdır.

7. Borc məbləği iddiaçı tərəfindən 29.05.2018-ci il tarixə hesablanmışdır.

8. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 317.1, 319.1, 385.1, 427.3, 442, 443.1, 445.2.1, 462.1, 472.1, 472.2-ci, “İpoteka haqqında” Qanunun 33, 39.1 və 53.3-cü maddələrinə istinad etmişdir.

9. Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 nömrəli, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə müqaviləyə əsasən 29.05.2018-cı il tarixə yaranmış 14.156,20 ABŞ dolları əsas, 840,13 ABŞ dolları faiz və 53,67 ABŞ dolları cərimə olmaqla, cəmi 15.050 (on beş min əlli) ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, Cavabdeh1 tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60000 (altmış min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılması, mənzilin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və Cavabdeh2 əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edlmişdir. (hakim Şahin Abdullayev)

10. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağ lanılmış 25.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 28 faizlə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 25.02.2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir.

11. Həmçinin məhkəmə müəyyən edilib ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş, yəni hər ay ödəməli olduğu pul məbləğini ödəməmiş və nəticədə onun banka kredit müqaviləsi üzrə 29.05.2018-ci il tarixə 14156,20 ABŞ dolları əsas, 840,13 ABŞ dolları faiz və 2635 ABŞ dolları cərimə borcu yaranmışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit üqaviləsinin ləğv edilməsi, kredit müqavilə üzrə 29.05.2018-ci il tarixə yaranmış 14156,20 ABŞ dolları əsas və 840,13 ABŞ dolları faiz borcunun tutulması hissəsində təmin edilməlidir.

13. Məhkəmə iddianın 2635 ABŞ dolları dəbbə puluna aid hissəsi ilə bağlı qeyd edib ki, bu məbləğ tənasübsüz surətdə çox dur və azaldılmalıdır. Bu səbəbdən məhkəmə dəbbə borcunun miqdarını azaldaraq 53,67 ABŞ dolları məbləğində müəyyən edib.

14. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin hərracda satış qiymətini ipoteka müqaviləsində tərəflərin razılaşdırdığı qiymətlə, yəni 60000 manat müəyyən etmişdir.

15. İddia tələbi ipoteka predmeti olan fərid yaşayış evinə tutma yönəldildikdə və satıldıqda həmin əmlakın bir ay ərzində boşaldılması və Cavabdeh2 evdən çıxarılması hissəsi üzrə də birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.

16. Bununla belə, məhkəmə ipoteka mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissədə tələbi təmin etməmiş, bunu da onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan mənzil ca vabdeh M.Əliyevin mülkiyyətində olduğundan və həmin əmlakdan istifadə etmək hüququ mülkiyyət hüququnun tərkib hissəsinə daxil olduğundan, cavabdehin həmin əmlakdan istifadə hüquqlarına xitam verilməsi yolverilməzdir. Digər tərəfdən ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra cavabdehin həmin əmlak üzərində mülkiyyət hüquqlarına xitam veriləcək ki, bu da öz nöbbəsində həmin əmlakdan istifadə hüquqlarına xitam verilməsinə səbəb olacaqdır.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 317.1, 319.1, 385.1, 386.1, 421.2, 424.2, 442, 462.1, 467-ci, “İpoteka haqqında” Qanunun 6.1, 33, 34.1.1, 36.1, 36.2, 36.3, 39.3.3, 59.3 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat

18. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib, qətna mənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Borcun olması barədə isə iddiaçı tərəfindən arayış istisna olmaqla məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

20. Cavabdehin nümayəndəsi məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, eləcə də ipoteka predmeti olan mənzilin dəyərinin 180 min manat olmasını göstərmişdir.

21. İşə apellyasiya qaydasında baxılarkən 11 mart 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında xxx mənzil 13 ünvanında yerləşən mənzilin hazırda mövcud satış (bazar) qiymətinin nə qədər olması barədə sual qoyulmuşdur. 22. "xxxx" MMC-nin 04 aprel 2019-cu il tarixl i 088/FB/19 saylı ekspert rəyinə əsasən ipoteka predmeti olan mənzil 150000 manat qiymətləndirilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3471/2019 nömrəli iş üzrə 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmış, aparılmış tədqiqatın dəyəri olan 500 (beş yüz) manat İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bölünmüşdür. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Azad İmanov)

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilən və tərəflər arasında razılışdarılmış məbləğ kimi müəyyən edilən 60000 manat dəyərləndirilməsi ilə razılaşmamış və qiymətləndirmə rəyinə əsasən mənzilin hərracda ilkin satış qiymətini 150000 manat olduğu müəyyən etmişdir.

25. Qalan hissələrdə apellyaisya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

26. İddiaçının borc məbləğinin düzgün hesablamaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münaisbətdə apellyasiya məhkəməsi qeyd edib ki, Cavabdeh1 nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdır. Mülki Prosessual Məcəllənin 14.2-ci ma ddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən isə işdə olan hesabdan çıxarışdan müəyyən olunur ki, əsas və faiz borcu düzgün hesablanmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Cavabdeh1 kassasiya şikayəti vermişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş, həmin normalar düzgün tətbiq olunmamış, kredit müqaviləsində göstərilən 17000 ABŞ dolları Bank tərəfindən xxx şəkildə ödənilməmiş, ona cəmi 11000 ABŞ dolları kredit verilmiş və bu məbləğ də Ban ka tam qaytarılmışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6793/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və qətnamə çıxararkən apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmamış və dəlillərə münasibət bildirməmişdir.

31. Apellyasiya baxışında cavabdeh yazılı vəsatət verərək, borcun məbləğinin dəqiqləşməsi üçün ekspertiza təyin edilməsini xahiş etsə də, işə baxan məhkəmə heç bir əsaslandırma aparmadan hə min vəsatəti rədd etmişdir.

32. İş materiallarında 17000 ABŞ dollarının Cavabdeh1 ödənilməsinə dair kassa məxaric orderi aşkar edilmədiyindən müqavilədə göstərilən məbləğin həqiqətən də Cavabdeh1 verilib-verilməməsi müəyyən edilməyib. Buna görə də işə apellyasiya qaydasında yenidən baxılarkən 17 000 ABŞ dollarının Cavabdeh1 ödənilməsini təsdiq edən sübutun təqdim olunması iddiaçı Banka təklif edilməlidir.

33. Kassasiya instansiyası vurğulayıb ki, işə apellyasiya qaydasında yenidən baxılarkən apellyasiya baxışının hədləri gözlənilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılması və həmin dəlillərə müfəssəl hüquqi qiymət verilməsi təmin olunmalı, kredit borcunun (əsas, faiz və cəri mə) məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması məsələsi müzakirə olunmalı, həmin məbləğlər dəqiq müəyyən olunmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. İşə təkraran apellyasiya qaydasında baxılarkən 13 dekabr 2019-cu il tarixli qərardadla iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında 17000 ABŞ dollarının Cavabdeh1 ödənilməsi və 29 may 2018-ci il tarixinə cavabdehin borcunun nə qədər olması barədə suallar qoyulmuşdur.

35. Məhkəmə Ekspertizası Mərkəzinin 20.02.2020-ci il tarixli 724 nömrəli ekspert rəyinə əsasən 25 fevral 2016-cı il tarixli köçürmə sifari şi vərəqəsində 17000 ABŞ dollarının Cavabdeh1 hesabına köçürülməsi əksini tapıb. Cavabdeh1 29 may 2018-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 15.084,45 ABŞ dolları, o cümlədən: əsas borc üzrə 14.297,03 ABŞ dolları, faiz borcu üzrə 787,42 ABŞ dolları təşkil edir.

36. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-803/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 787,42 (yeddi yüz səksən yeddi ABŞ dolları, qırx iki sent) ABŞ dolları, əsas, faiz borcun və cərimənin cəmi isə 14.997,29 (on dörd min doqquz yüz doxsan yeddi ABŞ dollar ı iyirmi doqquz sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilmiş, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və İlham Kərimli)

37. Apellyasiya məhkəməsi faiz borcu məbləği hissəsində apellyasiya şikayətini qismən əsaslı hesab edərək, iddia tələbini faiz borcu məbləği hissəsində azaldaraq, ekspert rəyinə uyğun olaraq azaldıb 787,42 ABŞ dolları müəyyən etmişdir.

38. Apellyasiya məhkəməsi ekspert rəyinin əsaslılığının hər hansı bir şübhə doğurmamasını da qeyd etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh1 (vəkil Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri: - cavabdehin heç bir borcu yoxdur, iddiaçı tərəfindən cavabdehə 11 min ABŞ dolları verilib, qalan 6 min ABŞ dolları hələ də verilməyib; - Ali Məhkəmənin göstərişlərinə əməl edilməyib, ekspertiza təyin edilsə də, ekspert qarşısında suallar düzgün qoyulmayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

41. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlil ləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

44. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, apellyasiya baxışının predmeti cavabdehdən tutulan borc məbləği olmuş, apellyasiyanın hazırda mübahisələdirilən qətnaməsi də məhz borcun məbləği ilə bağlıdır. Həmçinin kassasiya şikayətinin dəlilləri də borcla əlaqəli dəlillərdir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni borcun məbləği hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

47. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların açıq hərracda satılması hesabına ödənilməsi barədədir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri üzrə üzrə ətraflı hüquqi dəyərləndirmə apa rmış, Ali Məhkəmənin hazırki iş üzrə Qərarında şərh edilən göstərişlərə əməl edərək, cavabdehin vəsatətinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, kredit müqaviləsi üzrə 17 min ABŞ dollarının cavabdehə ödənilməsini müəyyən etmişdir.

49. Borcun məbləğinə gəldikdə, apellyasiya məhkəməsi borcun məbləğini də həmin ekspert rəyinə əsasən müəyyən etmişdir.

50. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi ekspert rəyinə qiymət verərək, rəyin hər hansı şübhə doğurmamasına istinad etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilmiş rəy kimi qəbul edir.

51. Məhkəmə kollegiyası cavabdehin heç bir borcunun olmaması, iddiaçı tərəfindən ona 11 min ABŞ dolları verilməsi, qalan 6 min ABŞ dollarının hələ də verilm əməsi barədə dəlilərini əsasız sayır. Əvvəla, qeyd edildiyi kimi, Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh olunan göstərişlərə əsasən apellyasiya məhkəməsi 17 min ABŞ dollarının cavabdehə verilməsini və cavabdehin borcunun qalmasını ekspert rəyi ilə müəyyən edib. Başqa sözlə, cavabdehin dəlilləri ekspert rəyi ilə təkzib edilib.

52. Ekspert qarşısında düzgün suallar qoyulmaması barədə dəlilə gəldikdə, qeyd edilməlidir ki, cavabdeh özü də birinci apellyasiya baxışında ekspertiza təyin edilməsi barədə verdiyi vəsatətində kredit müqaviləsi üzrə borcunun nə qədər olması barədə sual qoyulmasını xahiş etmiş, apellyasiya məhkəməsi də məhkəməsi borc məbləğinin müəyyən edilməsi üçün ekspert qarşısında eyni məzmunlu sual qoymuş və həmin suala da cavab almışdır.

53. Məhkəmə kollegiyası qe yd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-803/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar