Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2993/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: notariusun icra qeydi, işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2023-cü il tarixli 2(103)-3672/2023 nömrəli qərardadından İddiaçı kassasiya şikayətinə 01 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan t ofisinin xüsusi notariusunun təsdiq etdiyi icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 8.200 manat 00 qəpik (səkkiz min iki yüz manat sıfır qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat 00 qəpik (iyimi beş manat sıfır qəpik), cəmi 8.225 manat 00 qəpik (səkkiz min iki yüz iyirmi beş manat sıfır qəpik) pul tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.200 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim: Əminə Abbasova) İddiaçı Cavabdeh qarşı Cavabdeh 8200 manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manatın tutularaq İddiaçı ödənilməsi barədə iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddianın icra vərəqəsinin icrası ilə bağlı olduğundan, iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də iddiaçının hazırkı iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262-ci maddələrinə istinadla əsaslandırmı şdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandıırlmışdır ki, tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi tərəflər arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc pulun cavabdehdən alınıb ona verilməsi ilə əlaqədar olmuşdur. Həmçinin, iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə, iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar və hallar başa düşülür. İddiaçının tələblərinin əsasını o hüquqi faktlar və hallar təşkil edir ki, iddiaçı öz tələblərini əsaslandırmaq üçün onlara istinad edir. Bu faktlar tərəflər arasındakı maddi hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı olur. İddianın hüquqi əsası dedikdə, iddiaçının öz tələblərini əsaslandırmaq üçün istinad etdiyi faktların və halların aid olduğu hüquq münasibətlərinə və həmin münasibətləri tənzim edən hüquq normalarına istinad edilməsi başa düşülür. İddia tələbinin predmeti cavabdehə verdiyi borc pulun qaytarılması barədədir, iddianın əsası isə cavabdehlə aralarında notariat qaydasında təsdiqlənmiş kredit müqaviləsinin mövcudluğu və cavabdehin borcunu qaytarmaması ilə əlaqədardır. Hazırkı mübahisəyə məhkəmədə baxılanda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc münasibətlərini tənzimləyən müvafiq normalarına istinad edilməlidir. İşə baxan hakim qərardadda iddia tələbinin predmetini yanlış olaraq, icra vərəqinin yəni, notariusun ic ra qeydinin icrası ilə bağlı olduğunu göstərmişdir. Ona görə də bu halda məhkəmənin qərardadı qanuni və əsaslı sayıla bilməz. Məlum olduğu kimi, məhkəməyə daxil olan iddia ərizəsi hökmən daxil olduğu gün qeydiyyata alındıqdan sonra baxılması üçün hakimə verilir və bu zaman həmin iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi həll edilməlidir. Qeyd edilməlidir ki, MPM-nə görə iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanmasının qeyri-mümkünlüyü anlaşılır. Mülki işdən göründüyü kimi, işə baxan hakim iddia ərizəsinin mümkün hesab edilməsi barədə qərardad qəbul etmişdir. Bundan başqa, mülki məhkəmə icraatının bundan sonrakı mərhələsində yəni, işin məhkəmə baxışına hazırlanması mərhələsində MPM-in 170.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəl lənin 254-cü maddəsində müəyyən edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin qeyd edilməlidir ki, işə baxan hakim məhkəmə baxışına hazırlanması mərhələsində də MPM-in 261.0.1-261.0.3-cü maddələrində göstərilən əsaslar olduqda, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilərdi. Göründüyü kimi, işin məhkəmə baxışına hazırlanması mərhələsində də iddia ərizəsı üzrə başlanmış icraata xitam verilməsi barədə qərardad qəbul edilməmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində isə məhkəmənin təşəbbüsü ilə MPM-in 261.0.1-ci maddəsinə əsaslanmaqla iş üzrə icraata xitam veril məsi halı nəzərdə tutulmamışdır.
18. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 may 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan t Kontorunun xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 25 manat, 8200 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsinə dair icra sənədi Xətai rayon İcra şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını könüllü qaydada təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsi üçün borclunun mülkiyyətində olan əmlakların müəyyən edilməsi üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Alınmış cavablara əsasən Ca vabdeh məxsus “Renault Megane” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı,“Renault Megane” minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Verna” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobillər barəsində axtarış elan olunduqdan sonra üzərinə həbs qoyulması üçün təqdimatla Xətai Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(011)-252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən “Hyundai Verna” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qərardad icra olunması üçün xx.xx.2023-cü il tarixdə AR DİN BDYPİ-nə göndərilmişdir. İcra sənədi nəzarətdə saxlanılır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Günay A xundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3672/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçının şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur və şikayətin dəlilləri əsassızdır. İddiaçının cavabdehdən pul tələbinin tutulması barədə iddia tələbinə məhkəmədə baxılması cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borcla bağlı daha bir icra sənədinin verilməsi ilə nəticələnəcəyindən, bu qanunvericiliyin tələbinə uyğun deyildir. İcra qeydinə əsasən icra sənədi icra məmurunun icraatında olduğundan eyni tələbə məhkəmədə baxıla bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(103)-3672/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edir.
23. İddiaçı şikayətinin hüquqi əsası kimi MPM-nin 85.1, 149.2, 149.2.3. 453, 170.1 və 262-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1, 6.1.4, 23.1, 23.1.1, 82.1, 84-1-ci m addələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu 78- ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanunu:
25. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. İşə baxan məhkəmələr tərəfindən müəyyən edimişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə ünvan t kontorunun xüsusi notariusu tərəfindən icra qeydi verilmişdir.
32. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). 33. “İcra haqq ında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. Əksinə apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, icra qeydi üzrə məcburi icra tədbirləri tətbiq edilmiş, borclunun əmlakı müəyyən olunmuş, onun üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilmiş və məhkəmə qaydasında müəyyən olu nmuş əmlakların üzərinə həbs qoyulması təmin olunmuşdur. Üzərinə həbs qoyulmuş əmlakların icra icraatı daxilində axtarışı elan olunmuşdur. İcra qeydi qüvvədədir və zəruri icra tədbirlərinin davam etməsi və bu icra tədbirlərinə nəzarət olunması müəyyən olunur.
35. Baxılan iş üzrə irəli sürülən iddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının qeyd olunmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməz olmuşdur.
36. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaya məhkəmə qaydasına baxılmasını yolverilməz hesab etmiş, apellyasiya instansyia məhkəməsi isə bu mövqe ilə razılaşmış və mülki işin icraatına xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
37. Kassasiya şikayətinin d əlilləri əsassızdır. Kassasiya baxışının hədləri məhkəmə aktının qəbul edildiyi dövrdə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyinin yoxlanılması məhdudlaşır.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3672/2023 nömrəli iş üzrə 25 may 2023-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.