Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2994/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lazımı keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 oğulunun iştiraktları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3195/2024 nömrəli mülki iş üzrə 29 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 6 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid1, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
3. AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavi ləsinə əsasən İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5.000 manata Şahid2 satmışdır. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45.000 manat pulun və tərəfindən ödənilmiş 225 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə ünvan 1 ünvanda yerləşən həyət evini satmış və “instagram” sosial şəbəkəsində almaq üçün evlərə baxmağa başlamışdır. Orada “Zabrat əmlak” internet səhifəsində olan evlərdən birini bəyənərək həmin səhifədə qeyd olunan nömrə ilə əlaqə sa xlamışdır. Zəngə cavab verən şəxs onların vaxtının olmadığını və həmin əraziyə baxan “makler” Rəşid adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Rəşid adlı şəxslə danışıb Maştağa qəsəbəsi ərazisində yerləşən həyət evinə baxmağa razılaşmış və sonuncu ilə Maştağa qəsəbəsində görüşərək, evə baxmış və bəyənmişdir. Rəşid adlı şəxs evin sahibinin adını sonradan bildiyi cavabdehlə danışdıqdan sonra evi 50.000 manata almağa razılaşmışlar. Cavabdehlə evi almağı razılaşdıqdan sonra Rəşidə 200 manat beh vermişdir. Sənədləşmə aparılaraq alqı-satqı müqaviləsi tərtib olunmuş və ona təqdim olunan bütün sənədlərə imza edib 50.000 manatı cavabdehə verib sağollaşmışlar. Bundan sonra alqı-satqı müqaviləsini və digər sənədləri aparıb reyestr xidmətinə təqdim etmiş və torpağa Çıxarış almışdır. 2021-ci ilin a prel ayının əvvəllərində evə əşyaları daşımağa başlamış və bir gün evdə təmizlik işləri aparan zaman görmüşdür ki, yataq otağının giriş qapısının üstündə divar aralanmışdır. Bunu görüb əsəbiləşmiş və cavabdehin onu aldadıb yararsız evi satdığını başa düşmüşdür. Evin heç bir sənədinin olmadığını anlayaraq, cavabdehə zəng vurmuş və məlum olmuşdur ki, aldığı evin fundamenti yoxdur. Bundan sonra cavabdehdən pulunu tələb etmiş, lakin sonuncu ona heç yerə şikayət etməməyi, özünün hər şeyi həll edəcəyini demişdir. Cavabdeh onu aldadaraq tək qadın olmağından istifadə edib yaşayış üçün yararsız olan evi ona satmışdır. Cavabdeh hazırda evin pulunu verməkdən imtina edir və hətta cavabdehə ona başqa ev verməsini təklif etdikdə, ona evi satacağını və pulunu verəcəyini demiş, lakin bu vaxta kimi müxtə lif bəhanələr gətirməklə, onun 45.000 manat pulunu verməkdən boyun qaçırmışdır.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində həyət evlərinin tikintisi ilə məşğul olur. 2021-ci ilin mart ayında Rəşid adlı makler ona zəng vuraraq Maştağa qəsəbəsi ərazisində tikintisini apardığı 665 saylı bağ evini müştərinin bəyəndiyini və almaq istədiyini bildirmişdir. O, həmin müştərinin əlaqə nömrəsini vermiş və həmin vaxt iddiaçı ilə əlaqə saxlamış, tanışlıqları həmin vaxtdan etibarən yaranmışdır. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən evi almazdan əvvəl iddiaçının qaynı və usta evə gələrək baxış keçirmiş və baxış zamanı evdə heç bir problem aşkar edilməmişdir. Onlar həmin evin alqı-satqısını öz aralarında 50.000 manata razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixdə həmin evin alqı-satqısı baş tutmuşdur. Belə ki, torpağın sahibi Şahid1la iddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunda müqavilə imzalanmışdır. Həmin məbləğin 5.000 manatı Şahid1, qalan 45.000 manatı isə ona çatmışdır. 2021-ci ilin aprel ayında iddiaçı ona zəng vuraraq evdə problemlərin olmasını və evin divarlarının çatlamasını ona bildirdikdə, bununla bağlı olaraq həmin evə gəlmiş və həqiqətən də evdə problemlərin yarandığını görmüş, iddiaçının və qaynının razılığı ilə evi təmir etmişdir. Həmin evin təmiri üçün 8.000 manat xərc çəkmişdir. İddiaçı evə dair sənədlərin olmamasını və çıxarışın olmadığını bildirdikdə bununla bağlı əmlak məsələləri üzrə komitəyə müraciət etməsini və çəkilən bütün xərclərin onun tərəfindən qarşılanacağını bildirsə də, iddiaçı onunla razılaşmamışdır. O, bildirmişdir ki, həmin evin tikintisi ilə məşğul olsa da, evdə yaranan problemlər onun iradəsindən asılı olmayan səbəblərdən yaranmış və hal-hazırda heç bir problemi yoxdur. Bundan əlavə, iddiaçı dəfələrlə evi satıb onun pulunu geri qaytarmasını bildirmiş, o, bununla razılaşmamış və dəfələrlə ev üçün 50.000 manat dəyərində müştəri tapmasına və yaxud da evi 50.000 manatdan aşağı satılacağı təqdirdə həmin qalan pulun onun tərəfindən ödəniləcəyini bildirsə də, iddiaçı ona mənzilin 2 il əvvəl dəyərinin 50.000 manat olmasını, hal-hazırda isə həmin evin dəyərinin 65.000 manat olmasını bildirərək ona qarşı qərəzli mövqedə olmuşdu r.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7 mart 2024-cü il tarixli, 2(008)-822/2024 saylı qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyətçi Şahid1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş və hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evini hüquqi əsas olmadan 50.000 manata iddiaçıya satmaqla əsassız varlanmışdır.
9. Belə ki, iddiaçı sosial şəbəkə vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini bəyənmiş və Rəşid adlı makler həmin evə baxmaq üçün onu cavabdehlə tanış etmişdir. İddi açı evə baxaraq bəyənmiş və cavabdehlə alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmişlər. Danışıqlar zamanı cavabdeh iddiaçıya özünü fərdi yaşayış evinin mülkiyyətçisi kimi tanıtmış, sonuncu da ona inanmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman notariat ofisinə iddiaçı, cavabdeh və iddiaçının tanımadığı, sonradan ona məlum olan Şahid1 getmişdir. Notariat ofisində iddiaçı cavabdehə 50.000 manat məbləğində pul vermiş, sonuncu isə həmin pulu iddiaçıdan aldığını etiraf etmiş və nəticədə cavabdeh hüquqi və müqavilə əsası olmadan iddiaçının xeyrinə varlanmışdır. Bu səbəbdən də cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmağa borcludur. 10.Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 439.4, 1091, 1092,1-ci maddələrinə, habelə Mülki Prosessual Məc əllənin 52.2, 106.3, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hər iki müqavilə bağlanarkən evin hüquqmüəyyənedici sənədi olmamışdır. Hər iki müqavilədə satış qiyməti 5000 manat göstərilmişdir. İddiaçı hər hansı əmlakından məhrum olmayıb, ona görə də hazırkı mübahisədə əsassız varlanmadan söhbət gedə bilməz. 13.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3195/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəml i və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmuşdur. 14.Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5.000 manata iddiaçıya satmışdır. Torpaq sahəsi ilə birlikdə onun üzərində olan və cavabdeh tərəfindən inşa olunmuş tikili (ev) də iddiaçıya satılmışdır. Həmin tikiliyə görə cavabdehə 45.000 manat ödənilmişdir. İddiaçı xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini və üzəri ndəki tiklini (evi) Şahid2 satmışdır. Ağəli Məmmədov torpaq sahəsinə və evə görə iddiaçıya cəmi 50 000 manat ödədiyini bildirmişdir. Hazırda iddiaçı, iddia edir ki, cavabdeh onu aldadaraq yararsız halda olan tikilini ona satmış, nəticədə onun hesabına əsassız varlanmışdır. Ona görə də həmin tikiliyə görə ödədiyi 45.000 manat ona geri qaytarılmalıdır. Cavabdeh isə izahatında göstərib ki, tikilinin yerləşdiyi torpaq sahəsi Şahid1 məxsus olsa da, qarşılıqlı razılığa əsasən o, həmin torpaq sahəsində ev tikmişdir. Razılığa görə ev tikiləndən sonra satılmalı və torpağın pulu Şahid1, evin pulu isə ona verilməli idi. Torpaq sahəsi üzərindəki evlə birlikdə iddiaçıya satılmış və razılığa uyğun olaraq Şahid1 torpağın dəyərini təşkil edən 5.000 manat, ona isə tikilinin (evin) dəyərini təşkil edən 45 0 00 manat çatmışdır. Bununla bağlı onunla Şahid1 arasında hər hansı narazılıq, mübahisə yoxdur və olmamışdır. İddiaçı evi aldıqdan sonra bəzi qüsurlar olduğunu bildirmiş və bu qüsurlar onun tərəfindən aradan qaldırılmışdır. 15.Məhkəmə kodlegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə əsassız varlanma ilə bağlı normaları tətbiq edərək belə nəticəyə gəlmişdir ki, Şahid1 məxsus Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş və hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evini hüquqi əsas olmadan 50.000 manata iddiaçıya satmaqla əsassız varlanmışdır. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən sübutları düzgün qiymətlənd irməmiş, iddiaçının hansı əmlakdan məhrum olmasını araşdırmamış, mübahisəyə əsassız varlanma ilə bağlı normaları tətbiq edərkən mövqeyini əsaslandırmamışdır. 16.Məhkəmə kollegiyası işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, iddiaçı 50.000 manat ödəməklə mübahisəli torpaq sahəsini tikili ilə birlikdə alıb, həmin qiymətə də başqa şəxsə satıb. Mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən Ağəli Məmmədova satılmasında vasitəçilik etmiş Əkbər Soltanov məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı evi satırdı, Ağəli Məmmədov isə alırdı, o, sadəcə vasitəçi olmuşdur. X2 iddiaçı evi satan ərəfədə xəstə idi, ona dedi ki, bu işlə məşğul ol. Bəzən vasitəçilik edir. Ağəli Məmmədovu başqa vasitəçi ilə tanımışdır. Ağəli Məmmədov başqa maklerə müraciət e dib, o makler də ona. İddiaçıya müraciət etmişlər, onlar da öz aralarında razılaşmışlar, sonra onlar notariusa gedəndə o da getmişdir. Onun orada iştirakının səbəbi alacağının olması idi. alqı-satqı olmuş, Şahid2 50.000 manat pulu saydı verdi ona, o da sonra maşında həmin pulu sayıb verib iddiaçıya. 17.Məhkəmə kollegiyası işdə olan yazılı sübutları, habelə şahid ifadələrini araşdıraraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin ilkin mülkiyyətçisi Şahid1la cavabdeh arasında torpaq sahəsinin və üzərindəki tikilinin (evin) satışı ilə bağlı hər hansı mübahisə yoxdur. İddiaçının torpaq sahəsinə və tikiliyə görə 50.000 manat ödəməsi və sonradan bu məbləğdən 5.000 manat geri alması işin mübahisələndirməyən hallarıdır. Belə ki, cavabdeh alqı-satqı vaxtı 50.000 manat aldıqlarını etiraf etmiş, i ddiaçı isə 5.000 manat pulun ona geri qaytarıldığını iddia ərizəsində göstərmişdir. İddiaçı aldığı tikilidə qüsurlar olduğunu əsas gətirərək hazırda cavabdehdən qalan 45.000 manat pulun ona qaytarılmasını tələb edir. İddiaçı həmin pulu tələb etsə də, bu pulun müqabilində aldığı torpaq sahəsinin və tikilinin (evin) qaytarılmasına iddia ərizəsində toxunmamış və buna münasibət bildirməmişdir. 18.Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, lazımi keyfiyyətdə olmayan əşyanın verilməsinin nəticələrinə dair Mülki Məcəllədə xüsusi norma nəzərdə tutulmuşdur (Maddə 587). 19.İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı aldığı tikilinin keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan vəziyyətdə iddiaçının cavab dehə qarşı 587.1-ci maddədə nəzərdə tutulan tələblərlə müraciət etmək hüququ yaranmışdır. İşdən göründüyü kimi iddiaçı, bu hüququndan istifadə etmişdir. Belə ki, iddiaçının müraciətinə əsasən tikilidə olan qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmış və hətta alınmış məbləğdən 5.000 manat ona geri qaytarılmışdır. 20.Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 587.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla iddiaçının cavabdehə qarşı müqavilənin ləğvi və ya qüsurlu əşyanın əvəz edilməsi ilə bağlı tələb hüququ yaranmış olsaydı belə, o, belə olan vəziyyətdə qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Lakin, işdən göründüyü kimi, iddiaçı “qüsurlu” olduğunu qeyd etdiyi tikilini (evi) xx.xx.2023-cü ildə bağladığı torpaq alqı-satqı müqaviləsinə əsasən Ağəli Məm mədova satmışdıır və bu səbəbdən də tikilinin cavabdehə qaytarılması mümkün deyil.
21. Digər tərəfdən, Mülki Məcəllənin 589-cu maddəsində qüsurlarla bağlı tələb irəli sürülməsinə dair müəyyən vaxt məhdudiyyəti müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı xx.xx.2021-ci ildə əldə etdiyi tikilidə olan qüsurları 2021-ci ilin aprel ayında aşkar etmiş olsa da, hazırkı iddianı xx.xx.2023-cü ildə, yəni qanunla müəyyən edilmiş iki illik müddət keçdikdən sonra qaldırmışdır. 22.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci ildə aldığı 0,02 ha mübahisəli torpaq sahəsini və üzərindəki tikilini xx.xx.2023-cü ildə 50 000 manata Ağəli Məmmədova satmışdır. Yəni iddiaçı torpaq sahəsini və üzərindəki tikilini aldığı qiymətə satmış, zərərə uğramamış, hər hans ı əmlakından məhrum olmamış, əksinə ödədiyi məbləğin 5000 manatının geri qaytarılmasına nail olmuşdur. Yəni iddiaçı hazırkı iddianı qaldırmaqla faktiki olaraq özü cavabdehin hesabına varlanmaq istəmişdir. 23.Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587, 589, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri 24.İddiaçı kassasiya şikayəti (Vəkil2) verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir. 25.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı işə Mülki Məcəllənin 589.2-ci maddəsini tətbiq edərək iddiaçının evi xx.xx.2021-ci ildə aldığını, hazırkı iddianı isə iki ilik iddia müddəti keçdikdən sonra xx.xx.2023-cü ildə qaldırdığına qeyd edərək iddiaçının iddia müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, alqı-satqı predmeti alqı-satqı-müqavləsinə görə yalnız torpaq sahəsi ilə bağlıdır. Torpaq sahəsinin isə heç bir qüsuru yoxdur. Torpaq sahəsi qüsura görə satılmır, yaxud qaytarılmır. Fərdi yaşayış evi isə özbaşına tikili olduğundan alqı-satqı predmetini təşkil etmir. Fərdi yaşayış evi ilə bağlı münasibətlər, yəni alqı-satqı münasibətləri qeyri-rəsmi aparılır, müqavilə predmeti olmur. Belə olan halda, həmin özbaşına tikili olan e və dair ödənilmiş 45.000 manat pul etibarsız əqddən irəli gəldiyindən tərəflər biri-birindən aldıqlarını özlərinə qaytarmalıdırlar. Bu zaman Mülki Məcəllənin 589cu maddəsi tətbiq edilmir. Məhkəmə kollegiyası həmin normanı düzgün tətbiq etməmiş və tərəflər arasındakı hazırkı münasibətlərə Mülki Məcəllənin 587-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, işin halları ilə tam sübuta yetmişdir ki, iddiaçı cavabdehdən fərdi yaşayış evi almışdır. Cavabdehin iddiaçıya satdığı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, iddiaçının tələb etdiyi 45.000 pul məbləği də həmin özbaşına tikiliyə ödənilmiş vəsait olduğundan məhkəmə kollegiyası Mülki Məcəllənin 587-ci maddəsini tətbiq edə bilməzdi. Bu halda Mülki Məcəllənin 337-ci maddəsi tətbiq olunmalıdır. Tərəflər arasında fərdi yaşayış evi ilə bağlı bağlanmış şifahi əqd etibarsızdır. Yəni tərəflər biri-birindən aldıqlarını qaytarmalıdırlar. Cavabdeh evə görə aldığı 45.000 manatı iddiaçıya qaytarmaq üçün onunla razılaşır ki, sən torpaq sahəsini və evi mənim təqdim etdiyim şəxsə sat, mən sənin pulunu ödəyəcəm. İddiaçı torpaq sahəsini rəsmi olaraq 5.000 manata alqı-satqı etmiş, yerdə qalan özbaşına tikili olan evlə bağlı 45.000 manatı isə cavabdehdən gözləmişdir. Cavabdeh özünün Azərbaycan Respublikasında olmamasını əsas gətirərək pulu 2 gün ərzində gətirib verəcəyini bildirmişdir. Beləliklə, cavabdeh onu aldatmış, ev üçün xx.xx.2021-ci ildə ödənilmiş 45.000 manat pulu iddiaçıya verməməklə onu həmin puldan məhrum etmişdir. Bu münasibətə məhkəmə kollegiyası Mülki Məcəllənin 587-ci maddəsini səhv tətbiq etmişdir. İşin mübahisəsiz halı odur ki, torpağa görə rəsmi alqı-satqı müqaviləsi üzrə həm xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə 5.000 manat ödənilmişdir. Hazırkı işdə qanuni alqı-satqı münasibəti torpaqla bağlıdır. Lakin, işdən görünür ki, iddiaçı torpaq üzərində olan özbaşına tikiliyə xx.xx.2021-ci ildə 45.000 manat pulu cavabdehə verib. Həmin pul məbləği torpaq üzərində olan özbaşına tikilinin alqı-satqısı üçün verildiyindən etibarsız əqddiir. Belə olan halda, iddiaçı həmin evi cavabdehin təqdim etdiyi şəxslərə təhvil verdiyi üçün sonuncu da 45.000 manat pulu ona qaytarmalı idi. Lakin cavabdeh həmin pulu iddiaçıya qaytarmamaqla iddiaçını həmin vəsaiti almaq haqqından məhrum etmişdir. Məhkəmə işə baxarkən Mülki Məcəllənin 337-ci maddəsini t ərəflərin münasibətinə tətbiq etməməklə işə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası iddianı rədd edərkən həm də məhkəmə iclasında şahid qismində dindirilmiş Əkbər Soltanovun izahatına istinad etmişdir. Həmin izahata görə guya iddiaçıya 50.000 manat pul verilib. X3 izahatı 50.000 manat pul vəsaitinin iddiaçıya verilməsini sübuta yetirmir, çünki onun izahatı bir başqa sübutlarla öz təsdiqini tapmır. İddiaçının 5.000 manat torpağın dəyərindən başqa heç bir vəsait almadığı işin şübhə doğurmayan halıdır. İşmaterialları ilə tam sübuta yetirilir ki, iddiaçının 45.000 manat pulunu qaytarmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etirazı daxil olmuşdur və etiraz ərizəsi iddia ərizəsi ilə eyni dəlillərlə əs aslandırılmış və etiraz ərizəsində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları 27.Məhkəmə kollegiyasının iclasında iddiaçı və nümayəndəsi, vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. 28.Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 29.Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın v erildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 30.Maddə 587.1.1. Alış qiymətinin mütənasib azaldılması; 31.Maddə 587.1.2. Əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 32.Maddə 587.1.3. Əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 33.Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 34.Maddə 587.2.1. Alqı-satqı müqaviləs inin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 35.Maddə 587.2.2. Lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 36.Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 37.Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.
38. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə ə vəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 39.Maddə 589.1. Əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
40. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 41.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 42.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 43.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış ə sasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 44.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 48.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 49.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 50.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 51.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 52.İddiaçı kassasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlunıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 53.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 54.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və cavabdehin hüquqi əsas olmadan onun hesabına 45.000 manat pul əldə etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 55.Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşmayaraq müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 665 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5.000 manata iddiaçıya satmışdır. Torpaq sahəsi ilə birlikdə onun üzərində olan və cavabdeh tərəfindən inşa olunmuş tikili (ev) də iddiaçıya satılmışdır. Həmin tikiliyə görə cavabdehə 45.000 manat ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini və üzərindəki tiklini (evi) Şahid2 satmışdır. Ağəli Məmmədov torpaq sahəsinə və evə görə iddiaçıya cəmi 50 000 manat ödədiyini bildirmişdir. Hazırda iddiaçı, iddia edir ki, cavabdeh onu aldadaraq yararsız halda olan tikilini ona satmış, nəticədə onun hesabına əsassız varl anmışdır. Ona görə də həmin tikiliyə görə ödədiyi 45.000 manat ona geri qaytarılmalıdır. Cavabdeh isə izahatında göstərib ki, tikilinin yerləşdiyi torpaq sahəsi Şahid1 məxsus olsa da, qarşılıqlı razılığa əsasən o, həmin torpaq sahəsində ev tikmişdir. Razılığa görə ev tikiləndən sonra satılmalı və torpağın pulu Şahid1, evin pulu isə ona verilməli idi. Torpaq sahəsi üzərindəki evlə birlikdə iddiaçıya satılmış və razılığa uyğun olaraq Şahid1 torpağın dəyərini təşkil edən 5.000 manat, ona isə tikilinin (evin) dəyərini təşkil edən 45 000 manat çatmışdır. Bununla bağlı onunla Şahid1 arasında hər hansı narazılıq, mübahisə yoxdur və olmamışdır. İddiaçı evi aldıqdan sonra bəzi qüsurlar olduğunu bildirmiş və bu qüsurlar onun tərəfindən aradan qaldırılmışdır. 56.Apellyasiya instansiyası məhkəməsi, id diaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı 50.000 manat ödəməklə mübahisəli torpaq sahəsini tikili ilə birlikdə alıb, həmin qiymətə də Şahid2 satıb. Mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən Şahid2 satılmasında vasitəçilik etmiş Əkbər Soltanov da ifadəsində göstərmişdir ki, iddiaçı evi satırdı, Şahid2 isə alırdı, sonuncu 50.000 manat pulu ona verib, o da maşında həmin pulu iddiaçıya verib. 57.Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, iddiaçının torpaq sahəsinə və tikiliyə görə 50.000 manat pul ödəməsi və sonradan bu məbləğdən 5.000 manat pulu geri alması işin mübahisələndirməyən hallarıdır. Belə ki, cavabdeh alqı-satqı vaxtı 50.000 manat aldıqlarını etiraf etmiş, iddiaçı isə 5.000 manat pulun ona geri qaytarıldığını iddia ərizəsində göstərmişdir. İddiaçı aldığı tikilidə qüsurlar olduğunu əsas gətirərək hazırda cavabdehdən qalan 45.000 manat pulun ona qaytarılmasını tələb edir. İddiaçı həmin pulu tələb etsə də, bu pulun müqabilində aldığı torpaq sahəsinin və tikilinin (evin) qaytarılmasına iddia ərizəsində toxunmamış və buna münasibət bildirməmişdir. 58.Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarına əsaslanaraq qeyd etmişdir ki, iddiaçı aldığı tikilinin keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan vəziyyətdə iddiaçının cavabdehə qarşı 587.1-ci maddədə nəzərdə tutulan tələblərlə müraciət etmək hüququ yaranmışd ır. 59.İşdən göründüyü kimi iddiaçı, bu hüququndan istifadə etmişdir. Belə ki, iddiaçının müraciətinə əsasən tikilidə olan qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmış və hətta alınmış məbləğdən 5.000 manat ona geri qaytarılmışdır. 60.Eyni zamanda, işdən görünür ki, iddiaçı “qüsurlu” olduğunu qeyd etdiyi tikilini (evi) xx.xx.2023-cü il tarixdə bağladığı torpaq alqı-satqı müqaviləsinə əsasən 50.000 manata Şahid2 satmışdır. 61.Mülki Məcəllənin 589-cu maddəsində qüsurlarla bağlı tələb irəli sürülməsinə dair müəyyən vaxt məhdudiyyəti müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə əldə etdiyi tikilidə olan qüsurları 2021-ci ilin aprel ayında aşkar etmiş olsa da, hazırkı iddianı xx.xx.2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş iki illik müddət keçdikdən sonra qaldırmışdır. 62.Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, iddiaçının iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, o torpaq sahəsini və onun üzərindəki tikilini aldığı qiymətə satmış, zərərə uğramamış, hər hansı əmlakından məhrum olmamış, əksinə ödədiyi məbləğin 5.000 manatının geri qaytarılmasına nail olmuşdur. Yəni iddiaçı hazırkı iddianı qaldırmaqla faktiki olaraq özü cavabdehin hesabına varlanmaq istəmişdir. Bu isə yolverilməzdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmalıdır. 63.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı, kassasiya şikayətində cavabdehin mübahisəli evə görə aldığı 45.000 manat pulu ona qaytaracağını vəd etməklə onu aldatdığını, torpaq sahəsini məhz cavabdehin təqdim etdiyi şəxsə, yəni Şahid2 satdığını, həmin torpaq sahəsini rəsmi olaraq 5.000 manata alqı-satqı etdiyini, torpaq sahəsinin üzərində olan özbaşına tikili ilə bağlı 45.000 manat pulu isə cavabdehdən gözlədiyini, cavabdehin isə Azərbaycan Respublikasında olmamasını əsas gətirərək pulu 2 gün ərzində gətirib verəcəyini bildirdiyini, beləliklə də cavabdehin hüquqi əsas olmadan onun hesabına 45.000 manat əldə etdiyini göstərsə də, işdə bu barədə heç bir yazılı sübut və ya cavabdehin hər hansı etirafedici hərəkətləri yoxdur. 64.Əksinə, işdən görünür ki, mübahisəli torpaq sahəsinə dair Şahid1la iddiaçı arasında 18 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı, cavabdehin hərəkətləri barədə 27 fevral 2023 -cü il tarixdə Polisə şikayət vermiş və bundan iki ay sonra, yəni 16 may 2023-cü il tarixdə bilavasitə onun özü tərəfindən torpaq sahəsi və onun üzərində yerləşən özbaşına tikili 50.000 manata Şahid2 satılmışdır. 65.İşin bu halları birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2, Əkbər Soltanovun izahatları və işə əlavə edilmiş digər sübutlarla da təsdiq olunmuşdur. 66.Belə olan halda iddiaçının əqd bağlanması məqsədi ilə müqavilənin tərəfi olmayan cavabdeh tərəfindən aldadılması inandırıcı, ağlabatan görünmür. Yəni, iddiaçının alqısatqı müqaviləsi üzrə bilavasitə Şahid2 satdığı torpaq sahəsinin və üzərində olan özbaşına tikilinin dəyərini alıcı Şahid2 və ya vasitəçi Əkbər Soltanovdan deyil, cavabdehdən tələb etməsi başa düşülən deyil. 67.Digər tərəfdən, iddiaçının 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından altı ay sonra, yəni 01 noyabr 2023-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etməsi də, onun əqd bağlanması məqsədilə məhz cavabdeh tərəfindən aldalılması nəticəsinə gəlməyə əsas vermir. Çünki işin mübahisə olunmayan hallarından görünür ki, 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra iddiaçı əşyalarını da götürərək könüllü şəkildə evi və torpaq sahəsini alıcı Şahid2 təhvil vermiş və hətta 17 may 2023-cü il tarixdə evdə istifadə etdiyi qaza görə yaranmış 804 manat borcunu da ödəmişdir. 68.Beləliklə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən digər dəlilləri də araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 69.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2024-cü il tarixli, 2(103)-3195/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.