Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2995/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 vəkili Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakim T.İsmayılov) xx.xx.2019-cu il tarixli, 2(016)-xxxx nömrəli qə tnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh1 qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx nömrəli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-xxxx nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 29030 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin hall arı: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 30230 manatın və 30 manat dövlət rüsumunun, cəmi 30260 manat məbləğinin tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30260 manat məbləğinin Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Əliyev Mehman Qardaşxan oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi məhkəmə iclasının vaxtı və yer i barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verməmiş, məhkəmə iclasından bir neçə gün sonra cavabdehə bildiriş gəlmişdir. Həmin vaxt artıq işə baxılmış və qərar qəbul edilmişdir. Bundan əlavə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Göstərilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini, əks təqdirdə mülki işin yenidən baxılması, qanuni və əsaslı qətnamə qəbul olunması üçün apelyasiya instansiyası məh kəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Əliyev Mehman Qardaşxan oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, tərəflər arasında yaranmış hüquq münasibətinə düzgün qiymət verməmiş, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfin sübutlarını hansı əsaslara görə mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Nəticədə maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apelyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Apelyasiya kollegiyası he sab etmişdir ki, mübahisənin apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbə əsasən aşağıdakı qaydada araşdırılaraq hüquqi qiymətləndirilməsi məqsədəmüvafiqdir.
1. Tərəflər arasında etibarlı subfrançayzinq müqaviləsi bağlanmışdırmı?;
2. Subfrançayzinq müqaviləsi üzrə borcun yaranması baş vermişdirmi?
3. Borcun etirafı barədə mücərrəd müqavilə üzrə borcun qaytarılması vaxtı çatmışdırmı? Birinci və ikinci halla bağlı apelyasiya kollegiyası hesab edir ki, birinci və ikinci hal birbiri ilə sıx bağlı və əlaqədə olduğundan həmin hallar birgə araşdırılmalı və birgə hüquqi qiymət verilməlidir. İddiaçı ilə Cavabdeh1la aralarında xx xxxxxx 2013-cü il tarixdə sadə yazılı formada Subfrançayzinq müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə tərəf hissəsi ndə Cavabdeh1 atası Cavabdeh2 adı qeyd edilsə də tərəflərin imza hissəsində imzanı Cavabdeh1 atmışdır. Cavabdeh1 İddiaçı MMC ilə etdiyi əməkdaşlıqla (malları qəbul etmək, satışını həyata keçirmək və s) bağlanılmış subfrançayzinq müqaviləsinin məzmunu və şərtləri üstüstə düşür, yəni həmin müqavilənin məzmunu birbaşa onun sonradan etdiyi davranışları və rəftarı ilə təsdiq edilmişdir.Çünki Cavabdeh1 İddiaçı MMC ilə əməkadşlıq etməkdə maraqlı olmuş, subfrançayzinq müqaviləsi üzrə üzərinə götürdüyü qarşılıqlı öhdəliklərdən məlumatlı olmuş, subfrançayzinq müqaviləsinə özü imza atmış, bütün əməliyyatları faktiki olaraq özü həyata keçirmiş və malları özü qəbul etmişdir. Bu o, anlama gəlir ki, subfrançayzinq müqaviləsi onun atası ilə deyil, məhz Cavabdeh1 özü ilə bağlanılmışdır. Birinci instansiy a məhkəməsi iddia tələbini təmin etməməsi qənaətinə gələrkən yalnız İddiaçı MMC ilə cavabdehin atası Cavabdeh2 ilə xx.xx.2013-cü ildə Subfrançayzinq müqaviləsi bağlanmasını, lakin iddiaçı müqavilənin şərtlərini pozaraq İddiaçı əmtəə nişanlı malları müqavilə tərəfi olan Cavabdeh2 müqavilədə nəzərdə tutulan qaydada təhvil verməməsini, malları müqavilə tərəfi olmayan Cavabdeh1 təhvil-təslim aktı olmadan təhvil verməsini və bütün əməliyyatlar onun vasitəsi ilə icra olunmasını əsas götürmüşdür. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, iddiaçı və cavabdehin məhkəməyə təqdim etdikləri sübutlara əsasən ayrı-ayrılıqda aşağıdakı suallar əsasında hüquqi dəyərləndirmə ap arılmalı olduğu halda aparılmamışdır. Apelyasiya kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 2014-cü ildə 54724.00 manat dəyərində cavabdehə mal verilmişdir. Həmin əmlaklar cavabdeh1 təhvil verilmiş və aralarında təhvil-təslim aktı olmuşdur. Həmin akta da Cavabdeh1 imza etmişdir. İddiaçı bütün əməliyyatları Cavabdeh1 ilə etmişdilər. Biznesi də Cavabdeh1 idarə etmişdir. Borc ilkin mal verəndə ümumi hesablanmışdır. Hər həftə mal verilmiş, satılan əmlakın pulu verilmişdir. Bu barədə təhvil-təslim aktı tərtib etməmişdilər. Cavabdeh daim iddiaçının əməkdaşları ilə əlaqədə olmuşdur. İlkin olaraq malı verdikdə 30 faiz ilkin ödəniş etməli idi. 1 il ərzində qalan malın dəyəri ödənməli idi. Birinci instansiya məhkəmsinin iclasında Cavabdeh1 İddiaçıla 2013-cü ilin noyab r ayından başlayaraq 2015-ci ilin fevral ayındək əməkdaşlıq etdiyini, həmin vaxtı iddiaçının ona mal təhvil verdiyini, lakin həmin əməliyyatların sənədsiz etdiklərini, köhnə malları 40000 manat hesablamaqla onu aldatdıqlarını bildirmişdir. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, hansısa ziyanın vurulmasından söhbət getsə belə, iddiaçı bu ziyanın ödənilməsini ondan tələb etmək hüququna malik deyildir. Çünki, MMC ilə onun arasında heç bir müqavilə bağlanmamış və onlar qarşısında heç bir öhdəlik götürməmişdir. Onlar arasında müqavilə olmadığından həmin müqavilənin icrasını tələb edə bilməz.“Borcun etirafı” haqqında müqavilənin bağlanmasının əsasını isə tamamilə başqa münasibətlər təşkil etmişdir. İş materiallarına əlavə olunmuş tərəflər arasında sadə yazılı formada bağlanmış xx.xx.2016-cı il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMCyə 31230 manat məbləğində (müqavilənin 1-ci bəndi) borcu olmasını etiraf etmiş və xx.xx.2016-cı ilə kimi qaytarmasını öhdəsinə gotürmüşdür. Birinci instansiya məhkəməsində cavabdeh həmin müqaviləyə imza atmadığını bildirsə də, iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 adından bağlanmış olan xx xxxxxx 2016-cı il tarixli “Mövcud borcun etirafı haqqında” müqavilənin aşağı hissəsindəki “Cavabdeh1” yazılarından aşağıda yerləşən imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, cavab dehin iddiaçıya ödəməli olduğu məbləğ sırf borc müqaviləsindən yaranmasa da, başqa öhdəlik münasibətlərinin (subfrançayzinq müqavilə) tam icra edilməməsindən yaranmışdır. İş materialları ilə o da müəyyən olunmuşdur ki, cavabdeh etiraf etdiyi borcdan 3 dəfə müvafiq olaraq 200 manat, 200 manat və 600 manat olmaqla cəmi 1000 manat iddiaçıya ödəmiş və 1200 manat dəyərində mebeli də naturada iddiaçıya qaytarmışdır. Bu faktin özü də cavabdehin iddiaçıya borcunun olduğuğunu təsdiq edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəl iyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçündə belə forma tələb edilir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etmiş olduğu həmin müqavilədən ibarət sübuta ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4№-li qərarınn 6.3-cü bəndinə əsasən məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Eyni tələblər Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində də öz əksini tapmışd ır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutların nəzərə almaması və həmin sübuta hüquqi qiymət verməməsi Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən Qərarının 6.3-cü bəndinin və MPM-in 220-ci maddəsinin pozuntusudur. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh1 İddiaçıla 2013-cü ilin noyabr ayından başlayaraq 2015-ci ilin fevral ayındək əməkdaşlıq etdiyini, iddiaçı tərəfindən satış üçün ona müxtəlif çeşidli mallar verildiyini etiraf etmişdir. Göstərilənlərə əsasən, apelyasiya kollegiyası iddianı əsaslı saymış və cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 2200 manatı (1000 manat + 1200 manat dəyərində mebel) nəzərə alaraq belə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə ra zılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığını göstərsə də, iş materialları ilə də müəyyən edilir ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı barədə bildiriş xx.xx.2019-cu il tarixdə göndərilmiş, xx.xx.2019-cu il tarixdə məhkəmə bildiriş şəxsən cavabdehə təqdim edilmişdir. Məhkəmə iclası isə xx.xx.2019-cu il tarixə təyin edilmiş və keçirilmişdir. (İİ cild, səh 15 və 16). Bununla da apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi müəyyən edilmir. Maddi hüquq normalarının pozulması ilə bağlı dəlilə gəldikdə isə, iş materiallarına əsasən müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında münasibətlərə hüquqi cəhətdən düzgün yanaşmış və maddi hüquq n ormalarının tətbiqində yanlışlığa və ya pozuntuya yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci mаddəsinə görə, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsasən, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvil ə оlmаlıdır. Həmin Məcəllənin 442-ci mаddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 448.1-ci mаddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-xxxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.