Məhkəmə qərarları › İş №2(102)-2996/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2996/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2996/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-1965/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-646/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 29.000 manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)-2088/2018) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev, iş № 2(102)1715/2019) Cavabdeh1 kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, A.A.Mahmudov və V.İ.Məlikov) cavabdeh L.Q.Orucovanın apelyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilib Cavabdeh1 16.711,47 manat və 4000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İşin halları: 2018-ci ilin aprel ayında İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2016-cı ilin iyun ayında cavabdehlərin onu da biznes fəaliyyətinə cəlb etmək şərti ilə biznes fəaliyyətinin təmin edilməsi üçün ondan ayrıayrı vaxtlarda 59000 manat məbləğində borc almaların ı, biznes fəaliyyətinin qurulmasında məqsədlərinə nail ola bilmədikləri üçün verdiyi borcu geri tələb etməsini, lakin həmin borca görə cavabdehlərin ona cəmi 28.000 manat qaytarıb, qalan 31.000 manatı qaytarmamalarını əsas göstərməklə cavabdehlərdən onun xeyrinə 31.000 manat məbləğində olan borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməməsini, onun tərəfindən borcun qaytarılmasını təsdiq edən sübutlara düzgün qiymət verilməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçıya olan borcun qaytarılması ilə əlaqədar dəlillər cavabdehin apelyasiya şikayətində də irəli sürülmüş və bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin olunmaqla həmin dəlillər yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, 2016-cı ildən başlayaraq İddiaçı tərəfindən Cavabdeh1 müxtəlif vaxtlarda bank vasitəsi ilə 37.505 manat və 4000 ABŞ dolları məbləğində pul göndərilmiş, cavabdeh tərəfindən isə iddiaçıya bank vasitəsi ilə 20.793,53 manat məbləğində pul qaytarılmışdır. Tərəflər arasında yaranmış borc münasibəti yazılı surətdə rəsmiləşdirilmədiyindən, kollegiya tərəflərin bank vasitəsi ilə biri-birilərinə göndərdikləri pul məbləğləri əsasında həm verilmiş və həm də qaytarılmış borcun məbləğlərini müəyyən etməklə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış borcun məbləği 16.711,47 manat və 4000 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, mə sələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehin borc müqaviləsi üzrə öhdəliyinin icrasını tam təmin etməməsi apelyasiya instansiyası məhkəməsində işə baxılarkən öz təsdiqini tapdığından məhkəmə kollegiyası iddianın qismən əsaslı olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə iş üzrə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə əməl edilməklə həll olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddəl ərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar