Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2997/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, cavabdehin vəkili EYnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.R.Səlimova, iş 2(011)-5712/2018) İddiaçı Cavab deh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli, 2(011)-12023/2016 saylı qətnaməsi ilə 04.10.2013cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamənin qanunu qüvvəsinə mindiyi gündən hesablanmaqla 04.10.2013-cü il təvəllüdlü X1 üçün X3 hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov, 2(103)12802/2018 saylı mülki iş) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyul 2018-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan 04.10.2013-cü il təvəllüdlü X1 üçün müəyyən olunan alimentin miqdarının artırılaraq cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməm işdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili EY kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.10.2013-cü il tarixli, AZ-İİİ № 181821 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 04.10.2013-cü il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2965 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, anası İddiaçıdır (səh.8), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli, 2(011)-12023/2016 saylı qətnaməsinin surətinə əsasən 21.09.2016-cı il tarixdən hesablanmaqla Cavabdeh 04.10.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir (s əh. 10). Azərbaycan Koka-Kola Bottlers LTD MMC-nin vəsiqəsinin surətinə əsasən Cavabdeh Azərbaycan Koka-Kola Bottlers LTD MMC-də bölgə satış inkişafetdirmə şefi vəzifəsində işləyir Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsi, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1, 80.1, 80.2, 100.2; MPM 14.2, 76.1, 76.2, 77.1. 80- 82,106.2, 112.1, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağın mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlətinə uyğun əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi qəbul edilən zaman cavabdehin ailə vəziyyətində dəyişikliklərin baş verməsi barədə sübutlar təqdim edilmədiyindən qətnamənin əsaslılığı və apellyasiya icraatında sübutların mümkünlüyü baxımın dan yeni sübutlara qiymət verilməsi yolverilməzdir və qeyd edilən yeni sübutlara cavabdehin bütün maraqlı şəxslərə qarşı aliment məbləğinin azaldılması tələbi həddində qiymət verilməsinin mümkünlüyü istisna edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırk ı iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2997/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2997/2019
01.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver