Məhkəmə qərarları › İş №2(102)-2998/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2998/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2998/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-202/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.502,1 kv.m olan əmlak kompleksi kimi müəssisə və sahəsi 1 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İcarəyə verən Cavabdeh2 ilə icarəçi "xxxx" MMC arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən XX12 rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.502,1 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2027-ci il tarixədək "xxxx" MMC-yə icarəyə vermişdir. 3. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 133 saylı məktubuna əsasən, "xxxx" M MC-nin təsisçilərinin xx.xx.2021-ci tarixdə keçirilmiş Ümumi Yığıncağının protokol-qərarına əsasən onların cəmiyyətin inkişafı və idarəçiliyinə qoyduqları xərclər çıxıldıqdan sonra nizamnamə kapitallarındakı paylarına uyğun olaraq "xxxx" MMC-nin təsisçilərinə: X5 91.295,86 manat, X17 60.863,91 manat, Cavabdeh2 91.295,86 manat məbləğində dividend ödənişi olunmuşdur.

4. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı 2016-cı ilin iyun ayında Cavabdeh1 adından rəsmi işlər də adı qeyd olunan yaxın qohumu Cavabdeh2 ilə birlikdə "xxxx" MMC-ni təsis etdiklərini, cəmiyyətin fəaliyyət göstərəcəyi obyektin həmin vaxt Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinin və üzərində yerl əşən istehsalat obyektinin olmasının tərəflərindən razılaşdırıldığını, lakin həmin istehsalat obyektinin istifadəyə tam yararsız olduğundan (bu barədə müvafiq video çəkilişlər və fotoşəkillər vardır) obyektin tamamilə yenidən qurulmasının və genişləndirilməsinin hər iki təsisçi (eyni zamanda Cavabdeh1) tərəfindən razılaşdırılmaqla qərara alındığını, bu məqsədlə aralarında olan anlaşmaya əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün onun tərəfindən onlara 1.100.508 ABŞ dolları məbləğində pulun verildiyini, pulların ondan Cavabdeh1 şəxsən özü tərəfindən götürülməsini şəxsi imzaları da təsdiq etdiyini, qeyd olunan pulların Cavabdeh1 hissəhissə olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək təhvil verildiyini, lakin qeyd olunan pulların xərclən məsi ilə bağlı bu günədək dəfələrlə Cavabdeh1 müvafiq hesabat tələb etməyinə baxmayaraq, həmin hesabatın ona təqdim edilmədiyini, istehsalat obyektinin yenidən qurulması və genişləndirilməsi üçün xərclənmiş pulların hesabatının 3 gün ərzində ona təqdim edilməsini tələb etdiyini bildirmiş, əks halda müvafiq olaraq hüquq mühafizə orqanlarına müraciətlər edəcəyi barədə xəbərdarlıq etmişdir. 5. "xxxx" MMC-nin həmtəsisçisi X9 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış müraciətə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, yazdıqlarının heç bir əsası yoxdur. Belə ki, onunla birgə işə başladıqdan sonra dəfələrlə törətdiyi qanunsuz əməlləri inakar olunması üçün zavodda auditor yoxlaması keçirilməsini tələb etmiş, bu məqsədlə ayrı-a yrı vaxtlarda tərəfindən auditorlar göndərilmişdir. Lakin onun da daxil olduğu İlqar Əsədovun dəstəsi həmin auditorların zavoda daxil olmasına icazə verməmiş, onları qovmuşlar. Bu barədə video çəkilişlər də vardır. İddiaçı tərəfindən ona verilmiş 1.100.508 ABŞ dollarına (1.870.863 manat) gəldikdə isə bildirmişdir ki, həmin məbləğin 1.042.000 manatı (942.000 manat şəxsən ona, 100.000 manat isə mühasib Maisə təqdim olunmuşdur) ona məxsusdur. Eyni vaxtda İddiaçı tərəfindən qoyulmuş 850.000 manat pul və onun tərəfindən verilmiş 1.042 000 manat pul müvafiq sənədləşmə aparılmaqla "xxxx" MMC-yə mədaxil olunmuşdur. Bundan sonra o, həmin məbləğdə pulu ayrı-ayrı vaxtlarda ondan qəbul edərək, zavodda nəzərdə tutulmuş əlavə təmir-tikinti işlərinə xərcləmiş və bu barədə onu məlumatlandırmışdır. Aldığı pulların təyinatı üzrə xərclənməsi barədə hesabat tərəfindən əvvəllər mühasib işləmiş Mətləb Piriyev və hazırda mühasib işləyən Maisə təqdim olunmuş, o, bu barədə mühasibatlıqda müvafiq sənədləşmə aparmışdır. Bundan əlavə, qarşılıqlı razılaşmalarına əsasən xx.xx.2021-ci il tarixdə zavodda mütəxəssislər Əbülfət Ələkbərov və Şaiq Babaxanov tərəfindən daxili audit keçirilib xərclərin tərtib edilmiş rəydə əks olunmasına baxmayaraq, həmin rəy tərəfindən heç bir əsas olmadan qəbul olunmamışdır. Zavodun yararsız halda olması barədə fikirlər də tam əsassızdır və onunla təkzib olunur ki, zavod deyildiyi kimi yararsız olsaydı, onu girov qoymaqla bankdan 3.719.167,78 manat məbləğində kredit ala və həmin vəsaiti özünə məxsus digər istehsalat sahələrinə qoya bilməzdi. Onun hüquq mühafizə orqanlarına mü raciət etməyinə də hər hansı əsas yoxdur. Belə ki, qanunsuz əməlləri barədə müraciətləri hazırda hüquqmühafizə orqanlarından biri olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılır və araşdırma zamanı təyin olunac aqaudit yoxlaması ilə zavoda qoyulmuş vəsaitlərin təyinatı üzrə xərclənib xərclənməməsi dəqiq müəyyən olunacaqdır.

6. Bakı şəhəri, Nizami Rayon İcra hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 2022-ci il 05 yanvar tarixdə keçirilmiş iclasının 01 saylı protokolundan çıxarışa əsasən, həmin tarixdə qəbul edilmiş qərarla X10 fəaliyyət qabiliyyəti olmayan qardaşı Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və C avabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi 1.100.508 ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2.000 manat məbləğində pulun və 2.589 (1.726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin iyun ayında cavabdehlərdən biri olan Cavabdeh2 ilə birlikdə "xxxx" MMC-ni təsis etmişdir. Cəmiyyətin fəaliyyət göstərəcəyi obyekt həmin vaxt Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qə səbəsində yerləşən 1 ha torpaq sahəsi və üzərində yerləşən 1.502,1 kv.m olan istehsalat obyekti (zavod) olması tərəflərindən razılaşdırılmışdır. Lakin həmin istehsalat obyekti istifadəyə tam yararsız olduğundan obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi hər iki təsisçi tərəfdən razılaşdırılaraq qərara alınmışdır.

9. Bu məqsədlə cavabdehlərlə olan anlaşmalarına əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün onun tərəfindən cavabdehlərə 1.100.508 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh2 zavodun yenidən tikintisi üçün pulları onun yaxın qohumu olan Cavabdeh1 verilməsini bildirmişdir. Pulların ondan cavabdehlərin şəxsən özü tərəfindən götürülməsini şəxsi imzaları da təsdiq etmişdir. Yəni bu barədə cavabdehlərin imzaları ilə təsdiq olu nmuş siyahı əlyazmada vardır. Qeyd olunan pullar onlara hissə-hissə olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək təhvil verilmişdir. Lakin qeyd olunan pulların xərclənməsi ilə bağlı bu günədək dəfələrlə cavabdehlərdən müvafiq hesabat tələb etməyinə baxmayaraq onlar həmin hesabatı ona təqdim etməmişdir. Onda cavabdehlərin pulları öz şəxsi ehtiyaclarına ödənilməsinə dair əsaslı dəlillər var. Çünki istehsalat obyektinə xərclənən pullar oraya çəkilən real xərcdən qat-qat çox olmuşdur. Bu barədə cavabdehlərə müraciətlər olunmuş, lakin onlar öz etirazları ilə pulu ödəmək və bu barədə hesabat verməkdən imtina etmişlər. Azərbaycan Respublikası Mülki qanunvericiliynə əsasən cavabdehlərlə aralarında tapşırıq müqavilə münasibətləri olmuş və o, cavabdehlərə 1.100.508 ABŞ dolları məbləğ ində pulu vermişdir. Cavabdeh isə aralarında olan razılaşmanın və qanunvericiliyin tələblərini pozaraq nə görülmüş işlər barədə ona hesabat vermir, nə də artıq aldığı pulları ona qaytarmamışdır. Ona görə də, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Eləcə də hesab etmişdir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun məbləği və vəkilə ödənilmiş pul da tutulmalıdır.

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişlər ki, İddiaçı xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-nin təsisçisi olmuşdur. İddiaçı öz payını xx.xx.2017-ci il tarixində X1. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç biri həqiqəti əks etdirməmişdir. İddiaçı dedikləri doğru olsaydı, o, öz payını xx.xx.2017-ci il tarixdə X3 onlara qarşı məhkəmədə id dia qaldırardı. Əslində İddiaçı formal olaraq "xxxx" MMC-də təsisçi olmuşdur. İddia ərizəsində qeyd edilən pulunda ona heç bir aidiyyəti olmamışdır. Həmin pulun 1.042 000 manatı Cavabdeh1 tərəfindən (bufaktı "xxxx" MMC-nin direktoru Abdulla Hüseynovun səs yazısı və İddiaçı məhkəməyə təqdim etmiş olduğu sənəddə Ramiz verən pul qeydinin olması da təsdiq etmişdir), 850.000 manatı isə Əsədov İlqar tərəfindən "xxxx" MMC-nin kassasına mədaxil edilmişdir. İddiaçı Əsədov İlqarın yaxını olduğundan sənədləşmə formal olaraq onun adına aparılmışdır. xx.xx.2017-ci il tarixində isə İddiaçı "xxxx" MMC-dəki payını Əsədov İlqarın göstərişi əsasında X1. Əsədov İlqarın təşkilatçılığı ilə bir qrup şəxs onların küllü miqdarda əmlaklarını mənimsəmişdir. Əsədov İlqarın və digərlərinin qanunsuz əməlləri hazırda A zərbaycan Respublikasının Başprokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Bundan əlavə, iddia ərizəsində "xxxx" MMC-nin əmlaklarının ümumi dəyərinin 7.324.942,50 manat olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 1.100.508 ABŞ dolları məbləğində pul istehsalat obyektinin qurulmasına xərclənməsə idi, onda "xxxx" MMC-nin əmlaklarının ümumi dəyəri 7.324.942,50 manat təşkil etməzdi. Həmçinin, dividendin ödənilməsi üçün "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, 133 nömrəli məktubda iddia ərizəsində qeyd edilənlərin həqiqəti əks etdirmədiyini bir daha təsdiq etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmədiyindən, həmçinin iddia müddəti keçdiyindən, iddia tələbindən imtina olunmal ıdır. Hazırkı vəziyyətdə də iddiaçı qanun ilə müəyyən olunmuş iddia müddətini əldən vermişdir və bu səbəbdən də Mülki Məcəllənin 375-ci maddəsinin tələbləri tətbiq edilməlidir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-52/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi 1.100.508 ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2.000 manat məbləğində pulun və 2.589 (1.726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət ed ilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün cavabdehlərə verdiyi pul məbləğinin həcminə dair məhkəməyə mötəbər hesab olunacaq sübutlar təqdim etməsə də, cavabdeh tərəf müvafiq hissədə belə təyinatda pulun iddiaçı tərəfindən verildiyini qəbul və etiraf etmişdir. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri və hazırda irəli sürülən tələb üzrə müəyyən edilmiş işin faktiki halları tapşırıq müqaviləsinin təsiri altına düşməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara (üzərində “Abdulla və Ramizin danışığı” qeydli və zavodun video görüntüləri və foto şəkilləri olan iki ədəd disk, şahid ifadələri) münasibətdə qeyd etmişdir ki, onların əsaslı olub-olmama sı məhkəmənin aşağıda gəldiyi nəticəyə təsir etmir. Nəzərə alınmalıdır ki, İddiaçı ilə Cavabdeh2 cəmiyyət yaradılarkən onun təsisçiləri olmuşlar. İddiaçı sonradan, xx.xx.2017ci il tarixdə öz payını X2, cəmiyyətin hazırkı təsisçiləri X7, Cavabdeh2 və X21 ğludur. Bu qeyd olunanlar işin mübahisəsiz halıdır. Tərəflərözizahatlarıiləbunuinkaretməmişlər. İddiaçı tərəflər arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş iki tərəfli iradə ifadəsi olan alqı-satqı müqaviləsi bağlayaraq cəmiyyətdə ona məxsus olan pay hissəsini satmışdır. Alıcı şəxs həmin payın (əmlakın) dəyərini hazırki iddiaçıya ödəməklə satılan payı (əmlak hissəsini) qəbul etmiş və sonrakı hərəkətləri edərək əmlakı mülkiyyət hüququ üzrə adına qeydiyyata aldırmışdır. Bununla aydın olmuşdur ki, iddiaçı satdığı payın (əml ak hissəsinin) mövcud vəziyyətini, maliyyə risklərini, satışın ona hansı mənfəət gətirəcəyini, gəlirlərini qiymətləndirərək, müəyyən olunmuş və razılaşdırılmış məbləğə öz payını satmışdır. Hansıki, bu satış həyata keçirilərkən artıq iddiaçının iddia etdiyi kimi, obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün müvafiq vəsait ayırmış, işlər görülmüşdür. İddiaçı bunu bildiyi haldada alqı-satqı əməliyyatını həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, bu alqı-satqı məhz xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Həmin dövrdən ötən müddətdə iddiaçı həmin müqaviləni hər hansı əsasla mübahisələndirməmiş, yanıldığını ifadə etməmiş, eləcə də cavabdehlərə qarşı hazırda baxılan tələb üzrə məsələləri də mübahisələndirməmişdir. Nəticədə, iddiaçı öz payını razılaşdığı, onu qane etdiyi mə bləğə satdığından və cavabdehlər tərəfindən iddia tələbində göstərilən qaydada iddiaçıya maddi ziyan vurulması halı müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından, iddiaçı hazırkı iddia üzrə 3 illik iddia müddətini ötürməmişdir. Hazırki mübahisə üzrə on illik iddia müddəti əsas götürülməlidir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddia üzrə iddia müddətinin ötürülməsinə dair dəlilləri əsassızdır.

14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.2, 324.1, 373.1, 567-ci maddələrinə, habelə Mülki Prosessual M əcəllənin 14.2, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq işin faktiki hallarına istinad edərək qeyd etmişdir ki, onun tərəfindən cavabdehlərə pulun verilməsi ilə bağlı mötəbər sübutların təqdim edilməməsi ilə bağlı məhkəmənin mövqeyi əsassız olmuşdur. Belə ki, məhkəmənin özünün də qətnamədə qeyd etdiyi kimi həmin pulların cavabdehlər tərəfindən alınmasını cavabdehlər özü etiraf etmişdir. Bundan başqa isə məhkəməyə təqdim olunm uş yazılı sənədlərdə (xx.xx.2022-i il tarixli xəbərdarlıq məktubu və eyni tarixli müraciət) pulların həcminə dair kifayət qədər mötəbər sübutlardır. Bundan başqa isə pulların cavabdehə verilməsinə dair o, məhkəməyə qeydlər kitabçasını təqdim etmişdir. Həmin qeydlər kitabçasında cavabdeh 1.100.508 ABŞ dolları məbləğində pulları xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək dövrdə hissəhissə almasına dair imzalayaraq götürməsi tam təsdiq olunmuşdur. İşin faktiki hallarından və qanunvericiliyin qeyd olunan normalarının tədqiqindən göründüyü kimi tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsinin təsiri altına düşmüşdür. Lakin, məhkəmə nəinki bu halı nəzərə almamışdır, hətta tərəflər arasında olan münasibətlərin hansı müqavilənin təsiri altına düşməsini də qətnamədə əsaslandırmamışdır. Belə ki, məhkəmə qətnaməsini onunla əsaslandırmağa çalışmışdır ki, guya o, "xxxx" MMC-də olan payını həmin cəmiyyətin fəaliyyət göstərəcəyi istehsalat sahəsinin tam işlək vəziyyətdə olmadığı müəyyən olunmazsa sata bilməzdi. Bu fikir nə heç bir qanunvericilik normasına, nə də məhkəmə təcrübəsinə uyğun gəlməmişdir. Çünki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsində əks olunmuş “müqavilələr azadlığı” prinsipini də nəzərə almamışdır. Belə ki, o, cəmiyyətdə olan payını qanunvericiliyə zidd olmayan hallar nəzərə alınmaql aistədiyi şəxsə, istədiyi qiymətə, istədiyi şəkildə və sair hallarda sata bilər. Cəmiyyətə məxsus istehsalat obyektinin təmirindən, bərpasından, genişləndirilməsindən vəya əks hallardan asılı olmayaraq öz payını satmaq və ya barəsi ndə digər əqdlər bağlamaq hüququ vardır. Bu hüquq nizamnamə və ya qanunvericilikdə nəzərdə tutulmuş (qanunvericiliyin və ya Cəmiyyətin mənafeyi ziddinə) hallar istisna olmaqla məhdludlaşdırıla bilməz. Məhkəmənin qətnamədə “əsalandırdığı dəlillər” isə həmin hüquqları məhdudlaşdıran hal kimi qiymətldəndirilə bilməz. Cəmiyyətə məxsus istehsalat obyektinin tamamilə yararsız olması və orada sonralar görülmüş işlərin də effektiv olmaması və cavabdehlər tərəfindən quraşdırılmış avadanlıqların tamamilə dəyişdirilməsi məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid kimi dindirilmiş X11 ifadəsində əksini tapmışdır. Məhkəməyə təqdim olunmuş iki ədəd diskdəki video görüntülər və fotoşəkillər də bunu təsdiq etmişdir. Diskdəki görüntülər onun tərəfindən cavabdehə işlərin yerinə yetirilməsi və cəmiyyətd əki nizamnamə kapitalındakı payın satılması ərəfəsində çəkilmişdir. Lakin, məhkəmə bu halların heç birini düzgün qiymətləndirməmişdir. Bundan əlavə, o, hazırkı iddia tələbini ümumi iddia müddəti ərzində məhkəmə qaydasında mübahisələndirmək də sərbəsdir. Məhkəmənin özünündə qeyd etdiyi kimi hazırkı mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından göründüyü kimi, o, əvvəllər dəfələrlə cavabdehdən ona verilmiş pullara dair hesabat tələb etmiş və artıq ödənilmiş pulların geri ödənilməsi barədə tərəflər arasında mübahisələr olmuşdur. Bundan başqa o öz iddia tələbində müqavilə üzrə yanıldığına dair dəlil və əsas göstərməmişdir. Ona görə də məhkəmənin qətnamədə guya “iddiaçının müqavilə üzrə yanıldığına dair” əsas göstərməsi barədə qəna əti tam yanlışdır. Məhkəmə ona təqdim olunmuş sübutları və faktiki işin hallarını nəzərə almamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə təqdim edilmiş sübutları, fotoşəkilləri, sənədləri və fatiki halları nəzərə almadan iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Halbuki, həmin sübutlar iddianı tam sübut etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-202/2024 nömrəli mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, tş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dai r iddiasının rədd edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, cavabdehlər iddianı qəbul etməmiş, iddiaçı tərəfindən qeyd edilən məqsədlər üçün 850.000 manat, onun tərəfindən isə 1.042,979 manat məbləğində pul verildiyini və həmin məbləğlərin "xxxx" MMC-nin kassasına mədaxil edildiyini və Cəmiyyətin fəaliyyətinə sərf edildiyini, ümumiyyətlə iddia edilən pul vəsaitinin iddiaçıya deyil, onun qohumu və Cəmiyyətdə olan təsis payının real sahibi olan İlqar adlı şəxsə məxsus olduğunu və reallıqda məhz onun tərəfindən verildiyini, Cəmiyyətin əsas vəsaitlərinin bir neçə milyon olduğunu, bu məbləğin Cəmiyyətin hazırki digər iki təsisçisinin digər iş üzrə Cavabdeh2 qarşı irəli sürdükləri iddianın tələb ində əks olunduğunu, bununla da iddia edilən məbləğlərin cəmiyyətin fəaliyyətinə real olaraq yatırılmasının təsdiq olunduğunu bildirmişdir. Bununla belə, hər iki tərəf məbləğ fərqi ilə "xxxx" MMC-nin fəaliyyətinə (onun nəzdində olan istehsalat obyektinin (zavodun)) yenidən qurulması və genişlənməsinə) pul vəsaiti qoyduqlarını etiraf və təsdiq etmişdir. Lakin bunun nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı artmamışdır. Bu məqsədlə qoyulmuş vəsaitin Cəmiyyətə verilmiş borc məbləği kimi qiymətləndirilməsi üçün də hər hansı əsas yoxdur. Belə ki, onlarla Cəmiyyət arasında hər hansı borc münasibətlərinin yaranması, o cümlədən yazılı borc müqaviləsinin bağlanması, verilmiş məbləğlərin qaytarılması müddətlərinin müəyyən edilməsi, ümumiyyətlə tərəflərin hər hansı birinin məhz bu münasibətlər üzrə pretenziya irəli sürməsi müəyyən edilməmişdir. Tərəflər özləridə bu mövqedən çıxış etməmişdir.

19. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh1Qələndər oğlu arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər yaranmış və məhz bu münasibətlər çərçivəsində tərəflər gəlir əldə etmək, sonradan da qoyduqları vəsaitlərini götürmək şərtiilə Cəmiyyətin fəaliyyətinə (onun nəzdində olan istehsalat obyektinin (zavodun)) yenidən qurulması və genişlənməsinə) pul yatırmışdılar. Lakin iddiaçı 2017-ci ilin iyun ayında Cəmiyyətin nizamnamə kapitalındakı payını alqı-satqı yolu ilə digər şəxsin (hazırki təsisçi X8) xeyrinə özgəninkiləşdirmişdir. Alıcı şəxs həmin payı onun dəyərini iddiaçıya ödəməklə qəbul etmiş və qeyd edilən dövrdən də təsisçi olmaqla bu payın sahibidir, o cüml ədən payına uyğun Cəmiyyətdən mənfəət alır. İşə birinci instansiya məhkəməsində baxılan zaman xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili (İİ cild, i.v. səhifə 86) özüdə X müəllimin (iddiaçının) özünün pay hissəsini 2017-ci ildə satdığını, satdığı qiymətin onu qane etdiyini bildirmişdir. Bununla belə, payını alqı-satqı yolu ilə özgəninkiləşdirən vaxt iddiaçı iddia etdiyi vəsaiti məbləğ və müddət etibarı ilə tam şəkildə artıq Cavabdeh1 təhvil vermiş, həmin vaxt Cəmiyyətin fəaliyyəti, o cümlədən onun nəzdində olan istehsalat obyektinin (zavodun)) yenidən qurulması və genişlənməsi ilə bağlı görülmüş işlərin real vəziyyəti barədə tam məlumatlı olmuş və bu baxımdan məhz həmin vaxt mövcud olan vəziyyəti, maliyyə ri sklərini, cəmiyyətin verə biləcək və alqısatqıdan əldə edəcək mənfəəti qiymətləndirərək öz payının alqı-satqı dəyərini müəyyən etmiş və həmin qiymətə satmışdır (alqı-satqı barədə məlumat və zəruri sənədlərin təqdim edilməsi dəfələrlə iddiaçıya təklif edilsə də, iddiaçı bununla bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir). Həmin vaxt da tərəflər arasında iddiaçı tərəfindən verilmiş vəsaitin təyinatı üzrə xərclənməməsi və ya natamam xərclənməsi barədə cavabdehlərin hər hansı birinə qarşı hər hansı tələb, habelə pretenziya irəli sürülməmişdir.

20. Məhkəmə kollegiyası iddia edilən pul vəsaitlərinin 2016-cı ilin iyun– 2018-ci ilin iyun ayları ərzində verilməsi barədə iddiaçının izahatı və mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı bumövqedən çıxışetsə də, təsisçilikd ən çıxdıqdan sonra hər hansı məbləğdə pul vəsaiti verməsini sübuta yetirə bilməmiş, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən iddia ərizəsinin məzmununda, habelə iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda da iddia edilən məbləğin məhz xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, yəni təsisçi olduğu dövrdə verildiyi göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və onun tərəfindən pul vəsaitinin Cavabdeh1 verilməsini təsdiq edən sübut kimi təqdim edilən müvafiq kitabdan çıxarışlardan da pul vəsaitlərinin məhz 2016-cı ilin iyun2017-ci ilin iyun ayları üzrə verilməsi və alınması müəyyən edilimişdir. Bundan sonrakı dövrə aid həmin kitabdan digər çıxarışın üzərində isə “Ramiz verən pul” sözləri qey ed imişdir. Məhkəmə kollegiyası tərəfindən bu çıxarışların edildiyi kitabın özünün də məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də, onun sahibi olan iddiaçı tərəf nəticə etibarı ilə kitabın özünü məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə kollegiyası iddiaçının nizamnamə kapitalında olan payını satdıqdan sonra müəssisənin fəaliyyəti ilə bağlı hər hansı məbləğdə pulun Cavabdeh1 verilməsi ilə bağlı iddiaçı tərəfin mövqeyini əsassız hesab etmişdir. Qeyd edilənlər öz növbəsində iddiaçının iddiasının əsassız olduğunu təsdiq etmiş və onun iddiasının rədd edilməsini şərtləndirmişdir.

21. Məhkəmə kollegiyasının iddianın əsassızlığı ilə bağlı mövqeyi iddiaçı tərəfindən iddia edilən və cavabdeh tərəfindən etiraf edilən pul vəsaitinin məbləği ilə bağlı araşdırmanın aparılmasına olan zəru rəti aradan qaldırmış, eyni zamanda, iddiaya hüquqi nəticə etibarı ilə iddia müddətinin tətbiq edilməsini qeyri-mümkün etmişdir.

22. Məhkəmə kollegiyası iddia ərizəsi və apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı ümumiyyətlə qeyd etmişdir ki, iddiaçı cəmiyyətin fəaliyyətinə yatırmaq üçün pul vəsaitini Cavabdeh1 verdiyini iddia etmişdir, bu halın təsdiqi olaraq müvafiq kitabdan çıxarışlar da təqdim etmişdir. Lakin iddia etdiyi pul vəsaitini həmçinin, Cəmiyyətin təsisçisi olan Cavabdeh2 da tələb etmişdir. Halbuki, onun Cavabdeh2 hər hansı məbləğdə pul verdiyi həm müəyyən edilməmiş, həm də nəticə etibarı ilə iddiaçı özü də bu mövqedən çıxış etməmişdir. Digər tərəfdən onun tərəfindən verilməsi iddia edilən pul vəsaitinin tam olaraq Cəmiyyətin fəaliyyətinə qoyulmadığını bildirmiş və bu nunla da həmin vəsaitin hər hansı hissəsinin real olaraq qoyulduğunu dolayısı ilə etiraf etmişdir. Lakin buna baxmayaraq verildiyini iddia etdiyi bütün məbləği tələb etmişdir. Eyni zamanda, iddiaçı, Cəmiyyətin nəzdində olanistehsalat obyektinin (zavodun) bərbad vəziyyətdə olduğunu, onun yenidən qurulması və genişlənməsi ilə bağlı pul vəsaitinin qoyulması barədə cavabdehlərlə razılığa gəldiyini və bu məqsədlə Cavabdeh1 verdiyi vəsaitdən dəfələrlə az məbləğ xərcləndiyini bildirmişdir. Lakin onun bu mövqeyini təsdiq edən hər hansı sübut da mövcud olmamışdır. Digər mülki iş üzrə Cəmiyyətin digər iki təsisçisi olan X8 və X18 tərəfindən hazırki cavabdeh (təsisçisi) Cavabdeh2 qarşı qaldırılmış iddiada isə Cəmiyyətin əsas vəsaitlərinin 7.324.942,50 manat olduğu göstərilmiş və bu onun təsisçilər ar asında bölünməsi tələb edilmişdir. Cəmiyyətin 2019-2020-ci illərlə bağlı fəaliyyətinin yoxlanması da onun gəlir verən müəssisə olduğunu təsdiq etmişdir. Cəmiyyətin xx.xx.2021-ci il tarixli məktubunda isə 250.000 manata yaxın dividentin bölünməsi barədə məlumat öz əksini tapmışdır. Qeyd edilənlər, o cümlədən həmin iş üzrə iddia edilən ümumi dəyər iddiaçının hazırki iş üzrə mövqeyi ilə konkret olaraq ziddiyyət təşkil etmişdir. Belə ki, pul vəsaitinin Cəmiyyətin fəaliyyətinə qoyulmadığı bir halda, ümumi, o cümlədən maliyyə vəziyyəti bərbad kimi qiymətləndirilən bu Cəmiyyətin 2022-ci ildə (həmin iş üzrə iddia qaldırılan tarix) belə bir dəyərə malik olması təbii ki, sual doğurmuş və nəticə etibarı ilə iddiaçının mövqeyinin bu baxımdan da əsassız olmasını təsdiq etmişdir. Maraqlısı ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi vəsaitin cavabdehlər tərəfindən Cəmiyyətin fəaliyyətinə qoyulmadığını iddia etsə də, onun tərəfindən bu məsələnin aydınlaşdırılması üçün Cəmiyyətin özünə müraciət etməsi, bu müstəvidə onların arasında hər hansı mübahisənin yaranması müəyyən edilməmişdir. Halbuki, Cəmiyyətin mühasibat sənədlərində 2016-cı ilin iyun- 2017-ci ilin iyun ayları ərzində nəinki iddia edilən, hətta bütün digər məqsədlərlə Cəmiyyətin kassasına mədaxil edilmiş vəsaitlər barədə məlumatlar əks edilmişdir.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 87.1, 87.2, 90.4, 90.5, 93.1, 93.2, 324.1, 324.5, 372.1, 375.1, 390.1, 425.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya intansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ona təqdim olunmuş sübutlara heç bir hüquqi qiymət verməmiş, işin halları ilə bağlı yanlış nəticəyə gəlmiş və sonda əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, qeyd etmişlər ki, dividendin ödənilməsi üçün "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş 24 avqust 2021-ci il tarix li, 133 nömrəli məktubda kassasiya şikayətində qeyd edilənlərin həqiqəti əks etdirmədiyi bir daha təsdiq olunmuşdur. Onlar kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(103)202/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin işti rakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

29. Maddə 87.2. Cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.

30. Maddə 90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkild ə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

31. Maddə 90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fon du arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddə də müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.

32. Maddə 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.

33. Maddə 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.

34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş bir tərəfli, iki tərəfli və ya çox tərəfli iradə ifadəsidir.

35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zaman ı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

37. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərd ətutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərz də, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi ş əkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıq da isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zama n qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansi yası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi əsaslanlırması ilə razılaşmayaraq müəyyən etmişdir ki, iddiaçı qeyd edilən məqsədlər üçün 850.000 manat, Ramiz Qəhramanov isə 1.042,979 manat pul vəsaiti qoymuş və həmin məbləğlər "xxxx" MMC-nin kassasına mədaxil edilməklə Cəmiyyətin fəaliyyətinə sərf edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarına və işə əlavə edilmiş sübutlara əsaslanaraq qeyd etmişdir ki, həm iddiaçı, həm də Cavabdeh1 qeyd olunan məbləğdə "xxxx" MMC-nin fəaliyyətinə, yəni onun nəzdində olan istehsalat obyektininzavodun yenidən qurulmasına, genişlənməsinə pul vəsaiti qoyduqlarını etiraf və təsdiq etmişlər.

52. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, sözüedən məqsədlər üçün qoyulmuş vəsaitin Cəmiyyətə məhz borc olaraq verilməsini təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, iddiaçı ilə Cəmiyyət arasında hər hansı borc münasibətlərinin yar anması, o cümlədən yazılı borc müqaviləsinin bağlanması, verilmiş məbləğlərin qaytarılması müddətlərinin müəyyən edilməsi, ümumiyyətlə tərəflərin hər hansı birinin məhz bu münasibətlər üzrə pretenziya irəli sürməsi müəyyən edilməmişdir. Tərəflər özləridə bu mövqedən çıxış etməmişlər.

53. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər yaranmış və məhz bu münasibətlər çərçivəsində tərəflər gəlir əldə etmək, sonradan da qoyduqları vəsaitlərini götürmək şərti ilə Cəmiyyətin fəaliyyətinə, onun nəzdində olan istehsalat obyektinin- zavodun yenidən qurulmasına və genişlənməsinə pul yatırmışdılar. Lakin, iddiaçı 2017-ci ilin iyun ayında Cəmiyyətin nizamnamə kapitalındakı payını alqı-satqı yolu ilə digər şəxsin, yəni hazırkı təsisçi X4 xeyrinə özgəninkiləşdirmiş, sonuncu isə həmin payın dəyərini iddiaçıya ödəmişdir.

54. Göründüyü kimi Müşviy Mirzəyev qeyd olunan dövrdən Cəmiyyətin təsisçi olmaqla, sözügedən payın sahibidir və payına uyğun olaraq Cəmiyyətdən mənfəət alır. Belə olan olan halda iddia tələbini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı, Cəmiyyətin fəaliyyətinə yatırmaq üçün pul vəsaitini Cavabdeh1 verdiyini və bu halı təsdiq etmək üçün müvafiq kitabdan çıxarışları məhkəməyə təqdim etdiyi halda, iddia etdiyi məbləği həm də əsassız olaraq digər Cavabdeh2 da tələb etmişdir. Halbuki, onun digər Cavabdeh2 hər hansı məbləğdə pul verməsi mülki iş materialları ilə müəyyən olunmur.

56. Daha sonra, iddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində iddia etdiyi vəsaitin cavabdehlər tərəfindən Cəmiyyətin fəaliyyətinə qoyulmadığını iddia etsə də, onun tərəfindən bu məsələnin aydınlaşdırılması üçün Cəmiyyətin özünə müraciət etməsi, bu müstəvidə onların arasında hər hansı mübahisənin yaranması müəyyən edilməmişdir. Halbuki, Cəmiyyətin mühasibat sənədlərində 2016-cı ilin iyun- 2017-ci ilin iyun ayları ərzində nəinki iddia edilən, hətta bütün digər məqsədlərlə Cəmiyyətin kassasına mədaxil edilmiş vəsaitlər barədə məlumatlar əks edilmişdir.

57. Göstərilənlərə əsasən, kassasiya in stansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(103)-202/ 2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar