Məhkəmə qərarları › İş №2(102)-2999/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2999/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2999/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXoğlunun Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğvi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh və vəkili X1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(103)6808/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiq edilmiş 29 may 2013-cü il tarixli kredit müqaviləsi ilə İddiaçı XXXoğlu tərəfindən Cavabdeh ******* manat məbləğində borc vermiş, borclu göstərilən məbləği 15 iyun 2013-cü il tarixədək qaytarılması barədə öhdəlik götürmüşdür. Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən verilmiş 11 sentyabr 2015-ci il tarixli icra qeydi ilə Cavabdeh İddiaçı XXX oğlunun xeyrinə ******* manat tutulmalıdır. İcra qeydi üzrə icraat Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsində həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı XXXoğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında 29 may 2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən cavabdehdən iddiaçının xeyrinə ******* manat əsas borcun və 450000 manat faiz borcunun, cəmi ******* manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunda Cavabdeh ******* manat pul vəsaitinin İddiaçı XXXoğlunun xeyrinə tutulmasına dair icra qeydinin ləğv edilməsi, Cavabdeh arasında 29 may 2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə ******* manat əsas borcun və 450000 manat faiz borcunun, cəmi ******* manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 29 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə olan öhdəliklərini yerinə yetirməmiş və müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış, 11 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoru tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ******* manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair “İcra qeydi” ap arılsa və icra qeydi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilsə də, borclu icranı təmin etməmiş, lakin sərbəst şəkildə ölkəni tərk etmişdir. İcra qeydi üzrə borcun ödənilməsi ilə bağlı “İcra haqqında” Qanunda bir sıra məcburiyyət tədbirlərinin görülməsi nəzərdə tutulmadığından, hazırda cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)1922/2019 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia qismən tələbi təmin edilmiş, Bakı şəhəri 49 saylı dövlət notariat kontorunun dövlət notariusu Hüseynov H.S. tərəfindən 11 sentyabr 2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi, Cavabdeh ******* manat məbləğində pulun tutularaq İddiaçı XXXoğluna ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4, 8.2-ci, “Notariat haqqında” Qanunun 76-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə və Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na, habelə Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 427.3, 442, 445.2, 445.2.1, 448.1, 739.1 və 740-cı maddələrinə istinad edərək hesab etmişdir ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilməməsi iddiaçının hüquqlarını pozduğuna görə ləğv edilməlidir. Cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçının ödənilməmiş məbləğə gecikdirmə müddəti nəzərə alınmaqla hər gecikdirilmiş il üçün borc məbləğinin 5 faizi hesablamaqla, borc müqaviləsi üzrə 450000 manat faiz məbləği tələbi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddi açı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamış, tərəflər arasında bağlanmış müqavilələrdə cavabdehin iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamış və cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı XXXoğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-1922/2019 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-13471/2019 nömrəli qətnamə si ilə (hakimlər F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovdan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)1922/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-1922/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(103)-6808/2020 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-1922/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi olsa da, cavabdeh bunu imzalamadığını bildirmişdir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, 29 may 2013-cü ildə notariat qaydasında təsdiqlənmiş kredit müqaviləsi üzrə 11 sentyabr 2015-ci ildə verilmiş icra qeydinə əsasən 05 may 2017-ci il tarixdə icra məmuruna verdiyi izahatda və iltizamda tərəflə razılığa gəlməsi üçün ona 20 gün möhlət verilməsini, 29 may 2017-ci ilədək Nərimanov rayon İcra Şöbəsində olaca ğına, əks təqdirdə məsuliyyət daşıyacağına hazır olduğunu bildirmişdir. Yəni, əgər cavabdeh həqiqətən də qeyd olunan kredit müqaviləsini imzalamamışdırsa 3 ildən artıq bir müddətdə bu müqaviləni hansısa formada mübahisələndirmədiyini yaxud mübahisələndirmək istəmədiyinin səbəblərini kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəməmişdir. Yalnız, müqaviləni imzalamadığını qeyd etsə də, dəfələrlə təxirə salınmış apellyasiya baxışının son üç iclasına gələrək şikayətinin bu dəlilini müdafiə edərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini israr etməmiş və ondan bununla əlaqədar imza və xətt nümunələrinin götürülməsini istəməmişdir. Eyni zamanda apellyasiya baxışında iştirak edən vəkilinə də onu təmsil etmək üçün etibar namə də vermək istəməmişdir. Başqa sözlə şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bunu etmək istəməmişdir. Bu hal da ona dəlalət edir ki, cavabdeh şikayətində göstərdiyi dəlillər, yalnız şikayət xatirinə və öhdəliklərini yerinə yetirməkdən yayınmaq məqsədilə söylənilmişdir. Bundan əlavə, cavabdeh vəkili vasitəsilə sonuncu məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək 3 illik iddia müddəti keçdiyindən qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Əsas kimi məhkəmə bildirişlərinin ona çatdırılmadığına görə birinci instansiya məhkəməsində iştirak edib ərizə vermək imkanının olmadığını göstərmişdir. Lakin, məhkəmə tərəfindən onun yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş və onun məhkəmə iclas ında iştirak etməməsi hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin tələbkarın ərizəsi əsasında notarius tərəfindən icra qeydinin kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilmədiyi və icra edilməsi üçün müvafiq tədbirlər görülməsi ilə əlaqədar icra qurumuna göndərilməsi “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə” müddəasını özündə ehtiva edir. İcra qeydinin Nərimanov Rayon İcra Şöbəsinə göndərilməsi və 14 sentyabr 2015-ci il tarixdən məhkəmə qətnaməsi ilə ləğv edilənə qədər Nərimanov Rayon İcra Şöbəsinin icraatında olması, bir sıra məcburi icra tədbirləri görülməsi, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, sonradan isə cavabdehin şikayəti əsasında 11 dekabr 2015-ci ildə bu məhdudlaşdırılmanın ləğv edilməsi, eləcə də cavab dehin 05 may 2017-ci il tarixdə icra məmuruna verdiyi iltizamda 29 may 2017-ci ilədək Nərimanov rayon İcra Şöbəsində olacağına, əks təqdirdə məsuliyyət daşıyacağına hazır olduğunu bildirməsi və s. iş materialları ilə tam təsdiq olunur. Göründüyü kimi, qeyd olunan müddətdə, yəni icra qeydi verilərkən iddia müddətinin axımı kəsilmiş, çünki, icra qeydi icra sənədi kimi icra şöbəsində icraatda olmuşdur. Cavabdehin bu ərizəsi də açıq-aşkar hüquqdan pis niyyətlə, yəni başqasına zərər vurmaq məqsədilə yazıldığına dəlalət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(103)-6808/2020 nömrəli qə tnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı barədə məulmatlandırılmamışdır. O, iddiaçıdan borc almamış, iddiaçı ilə heç bir müqavilə bağlamamış və müqavilədə olan imza ona məxsus olmamışdır. Lakin məhkəmə həmin sənədin əslini almamış və iş üzrə müvafiq ekspertiza təyin etməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, icra qeydi qanunsuz verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı XXXoğlu kassasiya şikayətinə etiraz verərək, həmin şikayətin dəlillərinin əsassız olduğunu, cavabdehin borcu ödəməkdən yayınmaq məqsədini daşıdığını göstərməklə, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya i nstansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən iddianın təmin olunmuş hissəsi üzrə qəbul edilmi şdir. Kassasiya şikayəti də cavabdeh tərəfindən eyni dəlillərlə bağlı verildiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkə n tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən (mübahisələndirilən hüquq münasibətləri yarandığı dövrdə, yəni 31 may 2016-cı il tarixədək qüvvədə olan redaksiyada) borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab olunur. “Notariat haqqında” Azərbaycan R espublikası Qanununun: 76-cı maddəsinin 1-ci bəndinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. 76-cı maddəsinin 3-cü bəndinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. 76-cı maddəsinin 8-ci bəndinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfin dən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar la əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkə məsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nət icəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən ol unur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə notariusun icra qeydinin, yəni icra sənədinin mövcudluğunun olması nəzərə alınmaqla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qərardadı ləğv edilməklə, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılsa da, apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı ilk növbədə icra qeydinin ləğv olunmasını xahiş etmiş, həmin tələbin təmin olunması kredit müqaviləsi üzrə pulun tutulması tələbinə də baxılmasını mümkün edir. Bu baxımdan notariusun icra qeydinin ləğvi tələbinə mahiyyəti üzrə qiymət vermədən mülki işin icraatına xitam verilməsi qanuni və əsaslı hesab oluna bilməz. Digər tərəfdən baxılan iş üzrə iddiaçı kredit müqaviləsində və həmin müqavilə əsasında verilmiş icra qeydində nəzərdə tutulan ******* manat borcla yanaşı, əlavə olaraq 450000 manat faiz tələbi irəli sürmüşdür. Tələb olunan faiz məbləği kredit müqaviləsində və icra qeydində əks olunmamışdır. Ona görə də, icra qeydinin mövcud olması əsası ilə faiz tələbinə aid hissədə mülki işin icraatına xitam verilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ilk olaraq iddia tələbinin icra qeydinin ləğvi hissəsinə hüquqi qiymət verilməli olmasına dair göstəriş vermiş və birinci instansiya məhkəməsi həmin tələbə hüquqi qiymət verərkən belə nəticəyə gəlmişdir ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilməmiş və iddiaçının hüquqlarını pozmuşdur. Lakin birinci instansiya məhkəməsi həmin mövqeyini maddi hüquq normaları və işin faktiki halları ilə əsaslandırmamış, o cümlədən iddiaçının özünün müraciəti əsasında verilmiş icra qeydinin onun hansı hüquqlarını pozduğunu, habelə iddiaçının (icra qeydi üzrə tələbkarın) icra qeydini mübahisələndirməyə subyektiv hüquqa malik olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddianın digər tələbi – kredit müqaviləsi üzrə borcun tutulması məhz icra qeydinin ləğvindən asılı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə maddi hüquq normalarına uyğunluğu yoxlanılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsini n 372.1 və 372.7-ci maddələrinin tələblərini pozaraq, yalnız şikayətin dəlillərinə hüquqi qiymət vermiş, tam hüquqlu məhkəmə kimi, birinci instansiya məhkəməsi tərəfindən iddianın qeyd olunan hissəsi üzrə maddi hüquq normalarının düzgün tətbiqini yoxlamamışdır Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(103)-6808/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar