Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3/22 (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı şəhəri 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2336/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanaraq notarial qaydada təsdiq edilmiş, 02 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 20.000 manat məbləğində pul borc vermiş, borc alan krediti 02 noyabr 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
2. Cavabdeh 06 iyun 2018-ci il tarixli etibarnamə ilə özünə məxsus “Opel Zafira minik” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “Sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqə dar adından ərizə vermək, digər hərəkətlər” səlahiyyətlərini bir il müddətinə, 06 iyun 2019-cu ilədək İddiaçı vermişdir.
3. X1 və qeyriləri (onların adından etibarnamə əsasında hərəkət edən İddiaçı) (Satıcılar) ilə Cavabdeh (Alıcı) arasında notarial qaydada bağlanmış 06 iyun 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən satıcılar birgə mülkiyyətlərində olmaqla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.106 ha torpaq sahəsinin 0.06 ha hissəsini 10800 manata alıcıya satmışlar.
4. Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(012)-3061/2019 nömrəli qətnaməsi ilə İddiaçı 02 iyun 2018-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat kontorunda bağlanmış 3M-415 reyestr nömrəli kredit müqaviləsi üzrə 20.000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınaraq Cava bdeh ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun uzun müddət tanışlığı olduğu və iş əlaqələri qurduğu şəxsdir. Ona öz işləri ilə əlaqədar olaraq pul lazım olduğundan 2015-2018-ci illər ərzində cavabdehdən müxtəlif vaxtlarda borc pul almış aldığı borcun müəyyən hissəsini qaytardıqdan sonra cavabdehə ümumilikdə 12500 manat məbləğində borcu qalmışdır. Həmin borcun təminatı olaraq “Fo rd Tranzit” markalı **-BN*** dövlət qeydiyyat nişanlı mikroavtobusu və “Opel Zafira” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin adında keçirmişdir. Dolların qalxması ilə onun və ailəsinin maddi durumu pisləşdiyindən borcu ödəyə bilməmiş və cavabdehə avtomobilləri geri qaytararaq əvəzində etibarnamə ilə ona məxsus olan Saray qəsəbəsi, 3 saylı məktəbin yanında yerləşən torpaq sahəsindən 0.06 ha-nı onun adına keçirməyi təklif etmişdir. Cavabdeh bu təklifilə torpaq sahələrinin ayrı-ayrılıqda 0.03 ha olmaqla onun adına keçiriləcəyi təqdirdə razı olacağını bildirmişdir. Razılaşdıqdan sonra Sumqayıt ASAN xidmətinə müraciət etsələr də sənədləşmə bir az gecikmişdir. Cavabdeh isə sənədlər düzələnə qədər aralarında 20.000 manat məbləğində kredit müqaviləsi imzalamağı təklif etmi ş, o da razılaşmışdır. Belə ki, aralarında olan şifahi razılaşmaya əsasən torpaq sahələri iki ayrı çıxarışla cavabdehin adına keçdikdən sonra cavabdeh həmin kredit müqaviləsini ləğv edəcəyini bildirmişdir. “Ford Tranzit” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu kredit müqaviləsi bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə onun adına keçirmiş, daha sonra isə torpağın sənədləri düzələn gün “Opel Zafira” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili də adına keçirəcəyinə dair razılaşmışlar. xx.xx.2018-ci il tarixdə torpağın sənədləri hazır olduğuna görə iki ayrı 0.03 ha torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh elə həmin gün “Opel Zafira” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilə dair ona ümumi etibarnamə vermişdir. Öz adına keçirməməyinin səbəbi isə həmin maşını başqa şəxsə satmalı olmağı idi. Hətta həmin şəxsdən 500 manat məbləğində də beh almışdır. 2- 3 gün sonra alqı-satqı etmək istəyərkən ona məlum olmuşdur ki, cavabdeh onun adına verdiyi ümumi etibarnaməni ləğv edib. Cavabdehlə görüşüb etibarnaməni ləğv etməsinin səbəbini soruşduqda cavabdeh hələ ona borcu olduğunu, 20.000 manat məbləğində pulu da alacağını bildirmişdir. Orda cavabdehlə mübahisə etmişdir. Lakin avtomobili satmalı olduğundan cavabdehə 1000 manat verərək yenidən etibarnamə almış və avtomobili satmışdır. Bütün bunlardan sonra cavabdeh Abşeron Rayon Məhkəməsinə müraciət edərək 20000 manat pul məbləğini ondan tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hüquqi savadsızlığına görə qarşılıqlı ərizə ilə həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün müraciət etməmişdir. Belə ki, onun iddiaçıya heç bir borcu yoxdur. Kredit borcu tələb olunan kredit müqaviləsi üzrə ona heç bir pul ödənməmişdir. Bunu kassa məxaric orderində də onun imzasının olmaması sübuta yetirə bilər. Belə ki, o, cavabdehdən 20.000 manat məbləğində pul almamışdır. Həmin müqavilə formal xarakter daşıyır və etibarsızdır.
7. Cavabdeh izahat verərək bildirmişdir ki, 20.000 manat pulu maşın alınması üçün iddiaçıya vermiş, iddiaçıdan aldığı torpaqların isə pulunu ödəmişdir. Bundan başqa, iddiaçı maşınla ölkə xaricinə getməli olduğunu bildirmiş, ona görə ona “Opel Zafira” markalı maşın üçün ümumi etibarnamə vermişdir.
8. Cavabdeh həmçinin məhkəməyə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə ərizə ilə müraciət edərək 02 iyun 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın rədd olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında kredit müqaviləsi 02 iyun 2018- ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat kontorunda 3M-415 reyestr nömrəsi ilə bağlanmışdır. İddiaçı isə kredit müqaviləsinin etibarsızlığı ilə bağlı iddia ərizəsini müqavilənin bağlandığı tarixdən 1 il 5 ay sonra, yəni 18 noyabr 2019-cu il tarixdə məhkəməyə vermişdir. Beləliklə, iddiaçı iddia müddətini ötürmüşdür.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-467/2020 nömrəli, 20 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 02 iyun 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə görə, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti, iradə ifadəsidir, iradə ifadəsi isə həqiqi olmalıdır. Etibarlı əqddən bəhs oluna bilməsi üçün iradənin ifadə olunması; ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş (ünvanlanmış) olması və hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Əqddə iradə ifadəsi müəyyən hərəkətlərin yerinə yetirilməsində özünü göstərir. Mübahisələndirilən 02 iyun 2 018-ci il tarixli müqaviləyə münasibətdə hər üç hala qiymət verərək, məhkəmə qeyd etmişdir ki, ilk növbədə tərəflər arasında həqiqi iradə ifadəsi olmuşdur, müqavilə tərəflərin müraciəti əsasında notariat qaydada bağlanmışdır, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, borc verən borc alana 20.000 manat məbləğində pulu borc vermiş, borc alan krediti 02 noyabr 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, borc alan müqaviləni şəxsən imzalamış, habelə 20.000 manat məbləğində pulu borc aldığını əlyazması ilə yazaraq təsdiqləmişdir. Bu yolla da ikinci hal, yəni iradə ifadə olunmuşdur. Üçüncü halla bağlı da qeyd edilməlidir ki, ifadə olunan iradə hüquqi nəticəyə yönəlmişdir, borc alan tərəfin bor cun qaytarılması ilə bağlı müvafiq məsuliyyəti yaranmışdır, hansı ki, məsuliyyətin əsasları da mülki qanunvericiliklə tənzimlənir.
11. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı, tərəflər arasında bağlanmış müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin əsassız, müqavilənin isə məhz etibarsız olmasına dair sübutlarını təqdim etməmiş, tələbini belə sübutlara uyğun əsaslandırmamışdır. İddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər heç də müqavilənin etibarsız sayılması üçün əsas kimi qəbul edilə bilməz, mübahisənin predmetinə aid olmayan dəlillərdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğuna dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır. İddiaçının təqdim et diyi sübutlar əsasında, məhkəmə tədqiqinin nəticəsi olaraq kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olacaq hər hansı hal müəyyən edilməmişdir.
12. Hazırkı İddiaçı hazırkı Cavabdeh 02 iyun 2018-ci il tarixli müqavilə əsasında 20.000 manat məbləğində borc pul aldığı halda, İddiaçı Cavabdeh 06 iyun 2018-ci il tarixli 2 ədəd müqavilə əsasında cəmi 0.06 ha torpaq sahəsini ümumilikdə 10.800 manata satmasına, eləcə də Cavabdeh İddiaçı avtomobilə dair etibarnamə verməsinə gəldikdə, məhkəmə hesab etmişdir ki, həmin müqavilələrin və etibarnamənin bir-biri ilə hər hansı bağlılığı, asılılığı müəyyən edilmir, müqavilə şərtlərində buna dair hər hansı hal razılaşdırılmamışdır. 06 iyun 2018-ci il tarixli alqı-satqı müqavilələrinin predmeti olan torpaq sahələri başqa şəxslərin mülkiyyətində olm uş, İddiaçı mülkiyyətçilərin etibarnaməsi əsasında hərəkət edərək müqavilələri imzalamışdır. Ona görə məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməli olmaması ilə bağlı məhkəmənin gəldiyi hüquqi nəticəni təsir altına salmır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 02 iyun 2018-ci il tarixli kredit (borc) müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti 02 noyabr 2018-ci il tarixədək müəyyənləşdirilmiş və öhdəliklər üzrə icra müddəti həmin tarixdə bitmişdir. Lakin müqavilə tərəfi olan hazırkı İddiaçı kredit müqaviləsinin 02 noyabr 2018-ci il tarixə nəzərdə tutulan icra müddəti bitdikdən 01 il 17 gün sonra, 19 noyabr 2019-cu il tarixdə müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Xüsusən nəzərə alınmalıdır ki, müqavilə üzrə borc alan tə rəf, yəni hazırkı iddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi, bağlandığı andan müqavilənin onun maraqlarına toxunduğunu və hüquqlarını pozduğunu hesab etmiş, bu qənaətə gəlmiş, lakin özünə məlum olan müvafiq səbəblərdən (iddia ərizəsində bunlara izah verməyə çalışmışdır) iddiası üzrə cavabdeh olan borc verənlə razılaşmalı olmuşdur. Məhkəmə iddiaçının irəli sürdüyü bu dəlillərlə razılaşmayıb, hesab edir ki, iddia rədd edilərkən iddiaçının iddia müddətini ötürdüyü və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi də nəzərə alınmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 331.1, 337.1, 354.1, 354.2, 372.1, 377.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4 və 218.1-ci maddələ rinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Kredit borcu tələb olunan kredit müqaviləsi üzrə ona heç bir pul ödənilməyib. Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(012)-3061/2019 saylı qətnaməsi ilə iddia təmin edilib və ondan cavabdehin xeyrinə pul tutulmuşdur. Onun hüquqi savadsızlıgına görə qarşılıqlı ərizə ilə müraciət edib həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün müraciət etməmişdir. Məhkəmə işi araşdırmamışdır. Sözü gedə n müqavilə etibarsızdır, formal xarakter daşıyır. Cavabdeh bir dəfə məhkəmədə iştirak etmiş və onun vəkili tərəfindən ona suallar verilməsi qeyri-mümkün olmuşdur.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2336/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, birinci instansiya məhkməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları düzgün təbiq edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi- nəzərindən qanuni və əsaslıdır və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 331.1, 337.1, 354.1, 354.2, 372.1, 377.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normal arının tələblərini pozmuşdur.
22. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş bi rtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
26. Maddə 331.1 Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
27. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
29. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qa ydalar tətbiq edilir.
30. Maddə 354.1 Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2336/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova İsmayıl Xəlilov