Məhkəmə qərarları › İş №2(102)-300/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-300/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-300/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş behin iki qat qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh Cavabdeh3 və onun vəkili X7 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-942/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin RX1423718 nömrəli çıxarışının surətindən görünür ki, Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzil X2 və Fətəliyev Hakim Həsib oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 678413 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Fətəliyev Hakim Nəsib oğlu xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 706711 nömrəli ölüm haqqında şəha dətnamələrin surətindən görünür ki, X4 xx.xx.2015-ci ildəölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015cü il tarixdə 168 nömrə ilə qeyd edilmişdir. Ağdam rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ-JQ 279476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Fətəliyev Hakim Həsib oğlu X1 oğludur. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/70-106/69 saylı nikah haqqında arayışdan görünür ki, X3 Hakim Nəsib oğlu ilə xx.xx.1999-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Fətəliyeva soyadı verilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş XX-JQ 481168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Fətəliyeva Səbinə Hakim qızının atası Fətəliyev Hakim Nəsib oğlu, anası Cavabdeh 3dır. xx.xx.2019-cu il tarixdə xxxx MMC-də Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış alqı-satqı və beh müqaviləsindən görünür ki, Bəşirov X8 şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzili İddiaçı 7500 manata satılmasına razılıq vermiş və sonuncu beh kimi 3000 manat, əlavə 500 manat, cəmi 3500 məbləğində pulu Cavabdeh2 vermişdir. Müqavilənin 9-cu bəndində göstərilmişdir ki, müqavilənin şərtləri alıcı tərəfindən pozularsa verilən beh geri qaytarılmır, satıcı tərəfindən pozularsa verilən beh 2 qat qaytarılır. xx.xx.2019-cu il tarixli qəbz iltizamdan görünür ki, Bəşirov X8 şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzilin satışından qalmış 4000 manat pulu almış və alıcıda pulu qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehl ər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx xxx 2019cu il tarixli beh müqaviləsi əsasında ödədiyi 3500 manat pulun 2 qat- 7000 manat, Cavabdeh2 və Cavabdeh1 4000 manat və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin təmirinə çəkilmiş 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində mənzil olmuş, bacısı xəstə olduğundan, onun müalicəsinə təcili pul tələb olunmuş və o, mənzilini satıb, daha ucuz qiymətə mənzil almaq qərarına gəlmişdir. Bu niyyətlə o, ünvan 1 ünvanda fəaliyyət göstərən «xxxx» MMC-nin rəisi Cavabdeh1 müraciət etmiş, sonuncu ucuz qiymətə tam təmirsiz, lakin sənədləri qaydasında olan bir mənzil satıldığını və beh müqaviləsi bağlandıqdan sonra alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir. xx xxx 2019-cu il tarixdə 7500 manata almağa razılaşdıqları Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzili almaq üçün mənzilin sahibi Cavabdeh3 nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh2 və xxxx MMCnin rəisi Cavabdeh1lə beh müqaviləsi bağlayıb 3700 manat pulu sonuncuya vermiş, o da həmin pulun 3500 manatını Cavabdeh2, 200 manatını isə özünə xidmət haqqı kimi götürmüş və 3 (üç) gündən sonra mənzili təhvil almışdır. Mənzilin sənədlərinin hazırlanmasıüçün 1-2 ay vaxt tələb olunduğundan, habelə mənzildə yaşayış qeyri mümkün olduğundan Cavabdeh2 və Cavabdeh1 təkidi və onu inandırmaları səbəbindən mənzildə təmir işlərinə başlamış, təmir üçün materialları isə Cavabdeh1 işt irakı ilə birgə almışdır. Bu müddət ərzində Cavabdeh1 Cavabdeh2 sənəd üçün pulun qalanını da verməli olduğunu bildirdiyindən qalan 4000 manat pulu da hissə-hissə xxxxə vermiş və bu barədə xx xxx 2019-cu il tarixdə Cavabdeh2 və «xxxx» MMCnin rəisi Cavabdeh1 də imzası və möhürü ilə Cavabdeh2 pul vəsaitinin hamısının ödənildiyi barədə qəbz almışdır. Hazırki müddətə qədər mənzilə 4000 manatdan artıq təmir üçün vəsait xərcləmiş, lakin mənzilin alqı-satqısını rəsmiləşdirmək istədikdə, Cavabdeh2 qalan 4000 manat pulu almadığını bildirərək müqavilənin rəsmiləşdirilməsindən imtina etmişdir. Bundan sonra o, Mingəçevir şəhər prokurorluğuna şikayət etmiş, orada ona mübahisənin məhkəməyə aid olduğunu bildirmişlər. Ona görə də məhkəmədən Cavabdeh2 xx xxx 2019-cu il tarixli beh müqaviləsi əsasında ödədiy i 3500 manat pulun 2 qat- 7000 manat vəsaitin, Cavabdeh2 və Cavabdeh1 4000 manat və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin təmirinə çəkilmiş 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim U.Osmanov, iş № 2(051)-1778/2019) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 3500 və 4000 manat məbləğində, cəmi 7500 manat, Cavabdeh3 mənzilin təmirinə çəkilmiş 4000 manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşə n 9 saylı mənzil X2 ilə Fətəliyev Hakim Həsib oğlunun ümumi birgə mülkiyyətində olmuş, Hakim Fətəliyev xx.xx.2014-cü ildə, Kifayət Fətəliyeva isə xx.xx.2015-ci il tarixdəölmüşdür. Bundan sonra sözügedən miras mənzili vərəsə Cavabdeh3 faktiki qəbul etmişdir. Cavabdeh3 qızı Səbinə Fətəliyevanın nişanlısı olan Cavabdeh2 mənzili «xxxx» MMC-nin rəisi Cavabdeh1 vasitəsi ilə 7500 manata iddiaçıya satmağa razı olmuşdur. İddiaçı Cavabdeh2 ilkin olaraq 3500 manat vermiş, qalan 4000 manatı isə Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 vermişdir. Bundan sonra iddiaçı cavabdehlərin razılığı ilə sözügedən mənzilə köçərək orada təmir işləri aparmış və mənzilin təmirinə 4000 manat xərc çəkmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı tərəfindən mənziləçəkilən 4000 manat xərci mübahisələndirməsələr də, lakin C avabdeh2 mənzilin satışından iddiaçıda qalan 4000 manat pulu almadığını bildirmişdir. İddiaçı cavabdehlərin təqsirli hərəkəti nəticəsində bağlanmayan müqaviləyə görə mənzilə çəkdiyi xərclərin əvəzinin ödəniləmisini tələb edir. Cavabdeh2 mənzilin satışından iddiaçıda qalan 4000 manat pulu almadığını bildirsə də, işdə olan xx.xx.2019-cu il tarixli qəbz iltizamdan görünür ki, o, Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzilin satışından qalmış 4000 manat pulu aldığını və həmin mənzilin alıcısında pulunun qalmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, satış qiymət 7500 manat olan mənzilə görə ilkin olaraq 3500 manatın beh kimi ödənilməsi də ağlabatan deyildir. Ona görə də, məhkəmə həmin ödənişi avans kimi ödənilmiş sayır. Məhkəmə göstərilənlərə əsa sən bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 3500 manat və 4000 manat məbləğində pul, cəmi 7500 manat alınıb iddiaçıya verilməlidir. İddianın mənzilin təmirinə çəkilmiş xərc hissəsinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, işin faktiki halları ilə də müəyyən olunduğu kimi miras qalan mənzili Cavabdeh3 faktiki qəbul etmiş, məhkəmə iclasında verdiyi izahatından da məlum olur ki, iddiaçıya mənzildə təmir işlərinin aparılmasına razılıq vermiş, iddiaçı tərəfindən mənzilin təmiri üçün çəkilən 4000 manat xərci etiraf etmiş və həmin mənzilin yaxşılaşdırılmasından yalnız o bəhərlənmişdir. Məhkəmə mənzilin təmirinə çəkilən xərclə bağlı proses iştirakçılarının göstərdiklərini qəbul etdiyindən iddianın təmir xərclərinə aid hissəsinin araşdırılmasına lüzum görmür və hesab edir ki, Cavabdeh3 mənzilin təmirinə çəkilmiş 4000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3500 manat və 4000 məbləğində, cəmi 7500 manat, Cavabdeh3 Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzilin təmirinə çəkilmiş 4000 manat məbləğində pul alınıb iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun kürəkəni, Cavabdeh2 onun etibarnaməsi olmadan, onun mərhum qaynanasının adına olan mənzili satmaq üçün İddiaçı ilə "xxxx" MMC-də beh müqaviləsi bağlamışdır. Onun xəbəri olmadan İdd iaçı 7.500 manat pul almışdır. "xxxx" MMC-nin rəhbəri Cavabdeh1 heç bir səlahiyyəti olmadan qanunsuz olaraq notarius funksiyasını yerinə yetirərək Cavabdeh2 ilə əvvəlcədən əlbir olaraq iddia predmeti olan mənzilin satılması üçün cinayət əlaqəsinə girmiş, dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək üçün qanunsuz olaraq tərtib edilmiş beh müqaviləsini təsdiq etmişdir. Ona görə də Cavabdeh2 İddiaçı 7.500 manat pul almağa nail olmuşdur. O, İddiaçı mənzilin açarını verməmiş, həmin mənzildə təmir işlərinin aparılması üçün ona hər hansı icazə və zəmanət də verməmişdir. Ona görə də o, 7.500 manat pulun və təmirə çəkilmiş 4.000 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh2 və X5 tutulmalı olduğunu və xüsusi qərardad qəbul edərək prokurora xəbər verilməsini xahiş edir. Şəki Apelyasiya Məh kəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-942/2020) Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-1778/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya şikayətinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəsi gedən mənzildə təmir işlərinin aparılması özbaşına baş verməmiş, cavabdeh tərəfin, o cümlədən Cavabdeh3 iradəsinə uyğun olmuşdur. İddiaçı cavabdehlərlə öz aralarındakı danışığı etimad kimi qiymətləndirərək, mənzili artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən təmir işləri görmüş və sonda həmin mənzili yaşamaq üçün mövcud yararlı vəziyyətə gətirib çıxara bilmişdir. Cavabdeh iddiaçıya mənzildə təmir işlərinin aparılmasına razılıq vermiş, iddiaçı tərəfindən mənzilin təmiri üçün çəkilən 4000 manat xərci etiraf etmiş və həmin mənzilin yaxşılaşdırılmasından yalnız o bəhərlənmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh3 (vəkil X11) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-942/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmə sini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X11 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-942/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılması nı mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyas iya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh3 kassasiya şikayəti vermişdir. Onun tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilmiş, yalnız dəlilləri özünə münasibətdə iddianın təmin olunmuş hissəsinə yönəlmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 münasibətdə mübahisələndirilən hissəsinin qanuniliyinin yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərə r dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 407.2. kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayə ti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-942/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar