Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3000/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2018-ci il tarixli, 2(103)-12491/2018 nömrəli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim F.Hüseynov) 07.09.2018-ci il tarixli, 2(002)3096/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı “ lizinq ödənişi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 07.12.2018-ci il tarixli, 2(103)-12491/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “lizinq ödənişi” tələbinə dair iddia ərizəsi ilə 23.12.2013-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh banka borclu olduğu 28972.5 manat lizinq ödənişinin, 34722.79 manat lizinq mükafatının, 237184.05 manat cərimə borcunun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 mnat dövlət rüsumunun xeyrinə t utulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki,işin əsas mübahisəli halı üç illik iddia müddətinin hazırki mübahisəyə tətbiqi ilə bağlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, lizinq alanla bank arasında kredit müqaviləsi deyil, lizinq müqaviləsi bağlanmışdır. Lizinqə verilən ekskavator bankın mülkiyyətində olmuşdur. Cavabdeh bankın mülkiyyətində olan ekskavatordan istifadə edib onun aylıq lizinq ödənişlərini ödəməməklə bankın əmlakına ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntula rının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2018-ci il tarixli, 2(103)-12491/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı-nin vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Az ərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.12.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayətini təmin etməməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2007-ci il tarixli “Daxili lizinq miiqavilə”sinə əsasən Bank ******** markalı ekskavatoru 36 ay müddətinə müqavilə ilə müəyyən edilən şərtlərlə lizinq alanın m üvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib müəyyənləşdirilmiş dövriliklə ödəniş cədvəlinə əsasən muzd ödəməyi qarşılıqlı surətdə öhdəsinə götürmüşdür. İşdə olan ********** saylı, 06 noyabr 2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus 1 ədəd ********** markalı (buraxılış ili: 2005, mühərrik: YaMZ-***********, zavod№23, şassi №11), dövlət qeydiyyat nömrəsi 10-F-720 olan narıncı rəngli ekskavatoru Cavabdeh Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi etibar etmiş, etibarnamənin 05 noyabr 2010-cu ilədək qüvvədə olması müəyyən edilmişdir. İşdə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə sonuncu dəfə ödəniş 26.01.2009-cu il tarixdə aparılmışdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, X1 Müqaviləsinin 2.3-cü bəndində də qeyd olunur ki, lizinq obyekti 36 ay müddətə lizinq alanın sahibliyinə və istifadəsinə verilir. Lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Göründüyü kimi, tərəflər özləri də lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddəti lizinq müddəti hesab etmişlər. Həmin bənddə lizinq obyektinin 36 (otuz altı) ay müddətə verilməsinin göstərilməsi isə lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna malik olması müddətinin məhz həmin dövrədək davam edə bilməsi imkanını nəzərdə tutur. Lakin, lizinq obyektinin 2009-cu ildə lizinq alanın sahiblik və istifadəsindən çıxaraq lizinq verənə təhvil verilməsi artıq onlar arasında bu münasibətlərin faktiki olaraq xitamına səbəb olmuşdur. Ona görə də, iddia müddətinin axımının başlanması müqavilə ilə başqa qaydada müəyyən edilə bilməz. Həmçinin Mülki Məcəllənin 751-ci maddəsində lizinq barəsində əmlak kirayə müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 697.4-cü maddəsinin ikinci cümləsində isə kirayə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlandığı barədə imperativ norma təsbit olunmuşdur. Göründüyü kimi, bu normanın tələbi də iddia müddətinin lizinq obyektinin faktiki olaraq geri alındığı vaxtdan başlanmasını tələb edir. Ona görə də, iddiaçı müqavilə şərtlərinin məzmununu öz mənafeyinə uyğun formada bəyan etməyə cəhd etsə də, müqavilənin dizpozitiv şərti belə qanunun imper ativ normalarına zidd olmamalı və uyğun gəlməlidir. (MM maddə 390.2.) Digər tərəfdən, lizinq alanla bank arasındakı münasibətlər kredit deyil, lizinq münasibətləri olsa da, bu münasibətlərə də müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllədə lizinq münasibətlərinə fərqli qaydada iddia müddətinin tətbiq edilməsi müəyyən edilməmişdir. İddiaçı tərəf də şikayətində bu barədə hər hansı bir dəlil göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 751-ci maddəsinə əsasən, lizinq barəsində əmlak kirayə müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı ger i aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsas lı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12491/2018 saylı, 07.12.2018 -ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3000/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3000/2019
29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver