Məhkəmə qərarları › İş №2(102)-3000/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3000/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3000/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X12” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi və tələbin girov əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsindən irəli gələn əlavə tələblərin girov (ipoteka) predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı “X12” Bakı filial ının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13576/2019 nömrəli qətnaməsindən iddiaçı “X12” Bakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X12” Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 29366,67 manat əsas kredit borcuna xx xxxxx 2012-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək olan (81 aylıq) dövr ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının 5% uçot dərəcəsi ilə hesablanmış 9911,25 manat faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsu munun tutulması və Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması, əldə olunan vəsait hesabına banka olan borcunun bağlanması, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)2248/2019 nömrəli qətnaməsi ilə (hakim A.A.Qasımov) iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13576/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov – sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9911,25 manat məbləğində pul tutularaq, iddiaçı “X12” Bakı Filialına verilməsini qət edilmişdir. İddiaçı “X12” Bakı Filialı və vəkili xxx qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13576/2019 nömrəli xx xxxxxx 2019cu il tarixli qətnaməsini ləğv edib, Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tutmanın yönədilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış İpoteka müqaviləsi kredit müqaviləsi üzrə əsas öhdəliyi və öhdəliyin icrasının gecikdirilməsinə görə yaranmı ş borcu da təmin etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında iştirak etmiş iddiaçı “X12” Bakı filialının nümayəndəsi X2 və vəkil xxx qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasın ı mümkün hesab etmişdir. Bununla belə Cavabdeh2 kassasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçının tələbi mülki maddi hüquq normalarına ziddir. Bakı Apellyasiya Məhkəməsində onun iştirakı təmin edilmədiyi üçün, işin halları obyektiv araşdırılmamış və iddia qismən təmin olunmuşdur. Göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “X12” Bakı Filialı və X3 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 22% hesablanmaqla 24 ay müddətində 40600 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx xxxxxx 2009-cu il tarixli ip oteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin müddəti xx xxxxxx 2011-ci il tarixdə bitmiş, borclu həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı iş üzrə kredit verən iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxxx 2012-ci il tarixə olan kredit borcu üzrə 55246,09 manat və ödənilmiş dövlət rüsumu üzrə 20 manat olmaqla 55226,09 manat tutularaq “X12” Bakı Filialına verilməsi, tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh2 məxsus fərdi yaşayış evinə yönəldilməsi və s. qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən e tmişdir ki, qeyd olunan qətnamə əsasında yeni tələbkar-borclu münasibətləri yaranmışdır ki, borclu həmin yekun məhkəmə aktı ilə də üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. İşin faktiki halları cavabdeh tərəfindən iddiaçının pulunu gecikdirilməsini təsdiq edir. Belə ki, xx xxxx 2012-ci il tarixli qətnamədən irəli gələn məsələlərlə bağlı yenidən tərəflər arasında uzun sürən mübahisələr yaranmış, borclu ipoteka predmetinin ilkin satış qiymətinin 200000 manat müəyyənləşdirilməsi ilə razılaşmamış və əmlakın qiymətləndirilməsi haqqında hesabatı, hərracın nəticələrini məhkəmədə mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə qiymətləndirmə haqqında hesabat, hərracın nəticələri ləğv olunmuş, həmin qətnamə ilə ipoteka predmetinin ilkin satış qiy məti 600000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmlakın qiyməti ilə bağlı sonrakı mübahisələr borcun ödənilməsinin gecikdirilməsinə görə borclunu məsuliyyətdən azad etmir. Çünki əvvəla, gecikmə xx xxxx 2012-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunduğu tarixdən əvvəl baş vermişdir (buna baxmayaraq, hazırda tələbkar qətnamə qəbul olunduğu tarixdən gecikməyə görə faiz tələb edir). Həmin vaxtı borclunun ipoteka predmetini daha yüksək məbləğdə sataraq, borcu ödəmək imkanı olmuşdur. Bundan başqa, borclu məsuliyyətdən yalnız o halda azad oluna bilər ki, gecikmə qabaqcadan görülə bilməyən, ondan asılı olmayan hallarla bağlı olsun. Beləliklə, borcun ödənilməsinin gecikməsində borclunun təqsirinin olmadığı təsdiq olunmur. Əslində, borclu tərəf 2009-cu ildə krediti götürdükdən az müddət sonra öhdəliyi pozmağa başlamışdır. Bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək hesab etmişdir ki, gecikdirilmiş vaxt üçün 5% pulun – cəmi 9911,25 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəhayət apellyasiya məhkəməsi ödəmənin ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Belə ki, ipoteka müqaviləsi xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi tərəflər arasında bağlanmış, hazırkı tələb isə öhdəliklərin icrasının gecikdirilməsinə görə yaranmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunaraq, cavabdehlərdən öhdəliyin icrasının gecikməsinə görə pul tutulsa da, cavabdehlər kassasiya şikayəti verməmişlər. Cavabdeh2 kassasiya şikayətinə etirazda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razı olmadığını bildirsə də, qeyd olunmalıdır ki, həmin sənəd Azərbaycan Respublikası MPM-in 405-406cı maddələrinin tələblərinə uyğun deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya baxışının predmetini yalnız apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olmamış, yəni tutulan məbləğin ipoteka predmetinə yönəldilməsinə imtinanın yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən pu l məbləğinin ödənilməsini gecikdirməsinə görə faiz tutulduğu halda, həmin tutmanın ipoteka predmetinə yönəltməkdən imtina tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə və maddi hüquq normalarına uyğunluğu apellyasiya qaydasında bir daha yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin birinci cümləsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarına əsasən... “MM-in 449.1-ci maddəsinə əsasən faydalanma ğa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səb əb olmur.” Həmçinin, İpoteka saxlayan “X12” Bakı filialı, ipoteka qoyan Cavabdeh2 və borcalanlar X4 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 15 nömrəli İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən mövcud müqavilə ilə “İpoteka predmeti” olan “İpoteka qoyanın” əmlakı, ”İpoteka saxlayanın” ödəniş anına tələblərini tam şəkildə əhatə edir; buna borcun əsas hissəsi, hesablanmış faizlər və cərimə faizləri, ”İpoteka qoyan” tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən “İpoteka saxlayana” dəyən zərərlər və həmçinin “İpoteka saxlayan” tərəfindən “İpoteka predmetinə” ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclər daxil edilir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixl i qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübut, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifə si məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qi smən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni tutmanın ipoteka predmetinə yönədilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X12” Bakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13576/2019 nömrəli qətnaməsi qismən, yəni tutmanın ipoteka predmetinə yönədilməsinin rədd edilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar