Məhkəmə qərarları › İş №2(102)-3001/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3001/2019

29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3001/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3001/2019 29 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli, 2(103)12632/2018 nömrəli qətnaməsindən Cavabdeh1kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “***)” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.05.2015- ci il tarixli, 141874-1-15917 saylı nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 21 yanvar 2016-cı il tarixli 01 saylı razılaşma üzrə 18.01.2018-ci il tarixə banka borclu olduqları 15429,87 ABŞ dolları məbləğində əsas borcun, 1873,41 ABŞ dolları məbləğində faiz borcunun, 100,78 ABŞ dolları məbləğində cərimənin, cəmi 17404,06 ABŞ dolları pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, “***)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.A.Hüseynov) 23 iyul 2018-ci il tarixli, 2(006)-2019/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 15429,87 ABŞ dolları ə sas borc, 1873,41 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə, cəmi 17308,28 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "***)" ASC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 150 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseynov) 04.12.2018-ci il tarixli, 2(103)-12632/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək ücün məhkəmə mühasibatlıq ekspertizası keçirilsə də, ekspe rtiza düzgün keçirilməmiş, iddiaçının ərizədə göstərildiyi məbləğ təsdiq edilmişdir. Məhkəmə banka ödənilmiş məbləğləri nəzərə almamışdır. Cavabdehin ağır maddi vəziyyətimi nəzərə almadan əlavə vaxt vermədən iddianı rədd etmək əvəzinə iddianı təmin etmişdir. Faiz və cərimə borcunu da şişirdilmiş halda olmasına əhəmiyyət verməyərək əsassız olaraq həmin hissədə iddianı təmin etmişdir. Bank əsassız olaraq cavabdehdən artıq faiz və cərimə borcu tələb etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını m ümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "***)" ASC ilə Cavabdeh1 arasında 141874-1-15917 saylı, 20.05.2015-ci il tarixli nağd pul krediti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 17651 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tərəflər arasında 21 yanvar 2016-cı il tarixində 141874-1-15917 saylı, 20.05.2015-ci il tarixli nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma bağlanmış və razılaşmaya əsasən borclunun 21 yanvar 2016-cı il tarixə olan borcu kapitallaşdırılaraq, 16406 ABŞ dolları məbləğində müəyyənləşdirilmiş və Cavabdeh1 illik faiz dərəcəsi 22% olmaqla, 60 ay müddətinə, 21 yanvar 2021-ci il tarixədək qeyd edilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 141874-CNS-1554 saylı, 02.02.2015-ci il tarixli bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən cavabdehə is tehlak məqsədi üçün 18000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xətti 02.02.2018-ci il tarixinədək verilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi "***)" ASC ilə Cavabdeh2 arasında 167440-14587 saylı, 21.01.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2018-ci il tarixli 11701 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 08.01.2018-ci il tarixə "***)” ASC-yə olan borcu - əsas kredit borcu 15429,87 ABŞ dolları, faiz borcu 1873,41 ABŞ dolları təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiy a məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münas ibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstə rməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecik dirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılar dan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalanmüqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri “ödəniş cədvəlinə” əsasən “kredit alan”ın “Bank”dakı cari hesabına nağd məda xil etməklə və ya köçürməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tamamən qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, onun məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi borcun məbləğini iş üzrə keçirdiyi məhkəməmühasibatlıq ekspertizasının rəyinə uyğun müəyyən etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, kassator faiz borcunun ekspertiza rəyinə uyğun olaraq tutulmasını əsassız hesab etsə də, işə aşağı instansiya məhkəməsində baxılarkən buna dair hər hansı əsaslandırm a təqdim etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, təkrar ekspertizanın təyin edilməsi üçün prosessual qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir. Hazırki işdə isə həmin əsasların mövcudluğu müəyyən edilməmiş, habelə kassator hər hansı qanunla müəyyən edilmiş əsaslara istinad etmədən formal şəkildə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayəti əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli, 2(103)-12632/2018 nömrəli qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar