Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3002/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)-9282/2018 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8.480,51 ABŞ dolları məbləğində əsas borcun, 282,67 ABŞ dolları məbləğində faiz borcunun, 13,59 ABŞ dolları məbləğində cərimə borcunun və məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 2(010)-182/2018 saylı 05 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.461 (səkkiz min dörd yüz altmış bir) ABŞ dolları 39 (otuz doqquz) ABŞ senti məbləğində əsas borc, 68 (altmış səkkiz) ABŞ dolları 82 (səksən iki) ABŞ məbləğində faiz borcu, 13 (on üç) ABŞ dolları 59 (əlli doqquz) ABŞ sent məbləğində cərimə borcu ödəniş g ünü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 25 sentyabr 2018-ci iltarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-182/2018 saylı 05 mart 2018-ci il tarixli qətnaməsi cavabdeh X3 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxl anılmışdır. Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddianın təmin edilmiş hissəsində Cavabdeh3 münasibətdə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "İddiaçı" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq, borc alan X3 verilən 10000 (on min) ABŞ dolları məbləğinin 18 ay müddətində hissə-hissə hər ayın 12-dən gec olmayaraq, ilkin 3 ay müddətində yalnız kredit məbləğinin faiz hissəsini yəni 191.97 ABŞ dolları məbləğində pul ödəməyi, 3 aydan sonrakı qalan 15 ay müddətində isə hər ay 773.41 ABŞ dolları məbləğində borcu ödəməyi Cavabdeh3 öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsi ilə Cavabdeh3 üzərinə düşən öhdəlik mahiyyəti hər ayın 12-də borc alan aylıq borcu ödəmədikdə onun borcunu ödəməkdən ibarətdir. Həmin aylıq ödəniş 773.41 ABŞ dolları olması Cavabdeh3 üçün əlverişli olduğundan həmin məbləğin ödənilməsini üzərinə gütürmüşdür. Həmin aylıq məbləğdən artıq məbləğ ödəmək Cavabdeh3 imkanı xaricində olmuşdur. İddiaçı ASC ilə cavabdeh X5 arasında kredit müqaviləsinə19.01.2016-cı il tarixli 2 saylı əlavə müqavilə bağlanmış və aylıq öhdəliyin ödənilməsi dəyişdirilmiş və həmin əlavəyə görə 12.05.2017ci il tarixdə bir dəfəyə 4541.88 ABŞ dolları aylıq ödəniş edilməsi razılaşdırılmışdır. Bundan sonra kredit müqaviləsinə 12.08.2016-cı il tarixdə 3 saylı əlavə olunaraq 12.05.2018-ci il tarixinə bir dəfəyə 7500.73 ABŞ dolları aylıq ödəniş e dilməsi razılaşdırılmışdır. Cavabdeh3 hər iki əlavə müqavilələrlə olan öhdəliklərin dəyişdirilməsində iştirak etməmişdir. Borc alan şəxsin zamindən xəbərsiz razılaşdırılmış 7500.73 ABŞ dollarını 12.05.2017-ci il tarixdə ödəmədiyi halda, həmin gün zamindən həmin məbləğin tələb olunması zamini əlverişsiz vəziyyətə salınmasına səbəb olmuşdur. Bu hal isə müqavilənin zamindən asılı olmayaraq şərtlərinin pozulmasına şərait yaradaraq, zamindən borc məbləğinin tam tələb olunmasına gətirib çıxartmışdır. Halbuki zamin 12.05.2017-ci il tarixdə 773.15 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür. Bu hal Cavabdeh3 tam əlverişsiz vəziyyətə salmışdır. Qanunvericiliyin tələbində zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və y a onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilməsi nəzərdə tutulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçıları məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslər iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları ndan göründüyü kimi, İddiaçı ASC ilə cavabdeh X5 arasında 12 noyabr 2015-ci ildə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə 23 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 12 noyabr 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ASC ilə cavabdeh X5 arasında 19 yanvar 2016-cı ildə əlavə razılıq müqaviləsi bağlanmış, sonuncunun iddiaçıya olan qalıq borcu kapitallaşdırılmış və müqavilənin müddəti 12 may 2017-ci ilədək uzadılmışdır (əlavə razılıq müqaviləsinin 1.3 -cü bəndi). İddiaçı ASC ilə cavabdeh X5 arasında 19 yanvar 2016-cı ildə əlavə razılıq müqaviləsi bağlanmış, sonuncunun iddiaçıya olan qalıq borcu kapitallaşdırılmış və m üqavilənin müddəti 12 may 2017-ci ilədək müəyyən edilmişdir. İddiaçı ASCnin 01 may 2017-ci il tarixli arayışında göstərilir ki, cavabdeh X2 01 may 2017-ci il tarixinə banka olan borcu əsas borc üzrə 8.480,51 ABŞ dolları, faiz borcu üzrə 282,67 ABŞ dolları, cərimə borcu (artırılmış faiz borcu) üzrə 13,59 ABŞ dolları təşkil edir. İddiaçı cavabdehlərdən 01 may 2017-ci il tarixinə hesablanmış borc məbləğini tələb edir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 30 yanvar 2018-ci il tarixli rəyinə əsasən 12 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə X2 01 may 2017-ci il tarixinə olan borcu 8.530,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir (əsas borc üzrə - 8.461,39 ABŞ dolları, faiz borcu üzrə 68,82 ABŞ dolları). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birin ci instansiya məhkəməsi haqlı olaraq iddia tələbində göstərilən məbləği deyil, ekspert rəyini daha mötəbər sübut olaraq qəbul etmiş və əsas borcun 8.461,39 ABŞ dolları, faiz borcu isə 68,82 ABŞ dolları miqdarında olmasını müəyyən etmişdir. Bundan daha az miqdarda borcun mövcudluğu işin araşdırılmış halları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, zamin Cavabdeh3 kredit müqaviləsi çərçivəsində bağlanılacaq kredit razılaşmaları üzrə zamin qismində əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyündən, apellyasiya instansiya məhkəməsi 19.01.2016-cı il və 12.08.2016cı il tarixli razılaşmalar üzrə yaranmış kredit borcunun əsas borclu ilə yanaşı zamin Cavabdeh3 da tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmuşdur. B elə ki, zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəl lənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə x itam verilir. Kassasiya şikayətinin 19.01.2016-cı il və 12.08.2016-cı il tarixli kredit razılaşmaları bağlanılan zaman Cavabdeh3 razılığının alınmamasının Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə xitam verilməsinə əsas verən hal olduğu barədə dəlilləri əsassızdır. Belə ki, hər iki əlavədə kreditin qaytarılma müddəti dəyişdirilməmiş, hətta faiz məbləği 23 faizdən 15,41%-ə endirilmiş, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan heç bir dəyişikliyə yol verilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 aid hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, m ahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cav abdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)9282/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3002/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3002/2019
20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver