Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3003/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 01 may 2019-cu il iş № 2(102)-3003/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili AMnun, Cavabdeh və vəkili YKnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şə həri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.H.Qasımov, iş 2(001)–1114/2018) ləğv prosesində olan İddiaçı ASC-nin iddiasının rədd edilməsi, Cavabdeh iddiasının isə təmin edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli, 09/13 nömrəli və 11.02.2013-cü il tarixli, 16/13 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, məhkəmə -mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 412 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli, 2(103)11171/2018 saylı qətnamə si ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), hakimlər E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1114/2018 saylı mülki iş üzrə qəbul etdiyi 12 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 11.01.2013-cü il tarixli, 09/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış ******* manat əsas, 745450,2 manat faiz, 368125 manat cərimə borcu olmaqla, ümumilikdə 2613575,2 manat məbləğində borcun, 11.02.2013-cü il tarixli 16/13 nömrəli müqavilə üzrə yaranmış ******* manat əsas, 543314,13 manat faiz və 254578,87 manat cərimə borcu olmaqla ümumilikdə, ******* manat məbləğində borcun Cavabdeh tutularaq banka ö dənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı ASC ilə bağlanmış 11.01.2013-cü il tarixli, 09/13 nömrəli və 11.02.2013-cü il, tarixli 16/13 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili AM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili YK kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etm işdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün 11 yanvar 2013-cü il tarixli, 09/13 nömrəli və 11 fevral 2013-cü il tarixli, 16/13 nömrəli kredit xətti müqavilələrini, həmin müqavilələrə aid maliyyə arayışlarını və hesabdan çıxarışları məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 mart 2018-ci il tarixli, 3861 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən kredit müqavilələrindəki “Borc alan” qrafasındakı imzalar birbaşa əl ilə icra olunmadığından (ehtimal ki, faksmile klişe ilə icra olunmuşlar) imzaların Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi kredit xətti müqavilələri Cavabdeh tərəfindən imzalanmamışdır. Eyni zamanda iddiaçının istinad etdiyi kredit xətti müqavilələrində göstərilən ******* manat və ******* manat məbləğində borcun cavabdehə faktiki verildiyini təsdiq edən sübutlar təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 331.1, 331.2, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə 11 yanvar 2013-cü il tarixli, 09/13 nömrəli kredit xətti müqaviləsi üzrə ******* manat və 11 fevral 2013-cü il tarixli, 16/13 nömrəli kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində borcun verilməsi sübut olunmadığına və bununla da, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətləri yaranmadığına görə iddiaçının tələbləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia tələbləri əsaslıdır. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İş materiallarından məlum olur ki, Cavabdeh əqdin subyekt və iradə ifadəsinə aid edilən şərtlərin pozulduğunu iddia etmiş və bildirmişdir ki, mübahisələndirilən müqavilələr saxta olma qla, onun tərəfindən imzalanmamış və onun iradə ifadəsinə uyğun olmamışdır.Bu əsaslarla əqdin mübahisələndirilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 337-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisələndirilən 11 yanvar 2013-cü il tarixli, 09/13 nömrəli və 11 fevral 2013-cü il tarixli, 16/13 nömrəli kredit xətti müqavilələrindəki imzalar Cavabdeh tərəfindən icra olunmamış və eyni zamanda həmin müqavilələrin cavabdehin iradə ifadəsinə uyğun olması hər hansı sübutla təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin müqavilələr özüözlüyündə əhəmiyyətsiz əqdlər olmaqla etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmə
Məhkəmə qərarları › İş №2(102)-3003/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3003/2019
01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver