Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3004/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Üçüncü şəxs Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-739/2019 nömrəli iş üzrə 10 yanvar 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(001)-13300/2015 nömrəli, 01 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmi n edilmiş, cavabdehlər “xxxx” Şirkətindən və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı-yə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı-yə olan borclarının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 2(103)-1822 /2018 nömrəli, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” Şirkəti və X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13300/2015saylı iş üzrə 01 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, cavabdehlər “xxxx” Şirkətindən və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı-yə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ cvabdeh Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən 18 A sayl ı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300 000 (üç yüz min) manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı-yə olan borcları ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitin, 75 manatı müştərək qaydada cavabdehlər “xxxx” Şirkətindən və X2, 75 manatı isə İddiaçı-dən tutularaq “xxxx” MMC-nin hesabına (H/h № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar bank: “xxxx” ASC, kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum məbləği onu ödəmiş şəxslərin özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər T.S.Səmə dov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-739/2019 nömrəli, 10 yanvar 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli qətnaməsindən 3-cü şəxs Cavabdeh3 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilib, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər “xxxx” Şirkətinə və Cavabdeh1 qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı" ASC-nin “Qərb” filialı ilə “xxxx” Şirkəti arasında 16.07.2013-cü il tarixində KX-003/13 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinə əsasən, “xxxx” Şirkətinə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 300.000 manat məbləğində 16.07.2015-ci il tarixinədək bərpa olunan kredit xətti açılmışdır. KX-003/13 saylı kredit xətti müqaviləsinin təminatı kimi KX003/13 saylı 16.07.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX N90214555, reyestr kitabı 1862, vərəq 171611, reyestr nömrəsi **********31-05301-093046, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19.07.2013-cü il). Lakin “xxxx” Şirkəti tərəfindən KX-003/13 saylı kredit xətti müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər icra edilmir. 08.10.2015-ci il tarixli arayışa əsasən KX-003/13 saylı kredit xətti müqaviləsi üzrə “xxxx” Şirkətinin İddiaçı-nin “Qərb” filialına əsas borcu 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 32.937.77 manat, ümumilikdə 445.560.34 manat təşkil edir. Göstərilənlərə əsasən, cavabdeh “xxxx” Şirkətindən KX-003/13 saylı Kredit Xətti müqaviləsi üzrə əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 32.937.77 manat, ümumilikdə 445.560.34 manat tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı-yə 445.560.34 manat və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)739/2019 nömrəli iş üzrə 10 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilib, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13300/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli qətnaməsində verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında İddiaçı-nin nümayəndəsi X3 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kass asiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)739/2019 nömrəli iş üzrə 10 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxs Cavabdeh3 kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq üçüncü şəxs Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı ş əxslər apellyasiya şikayəti verə bilər. İşdən görünür ki, apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2018-ci il tarixli qərarını təqdim edərək bildirmişdir ki, iddiaçılar X8, X4 və X1 cavabdehlər Zakir Həsənov və Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reysterindən çıxarışın etibarsız hesab edilməsinə dair iddiası Binəqədi Rayon Məhkəməsinin 10.04.2017ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.09.2017-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməyərək, Binəqədi Rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2018-ci il tarixli qərarı ilə isə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.09.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs Cavabdeh3 qeyd olunan iş üzrə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-739/2019 nömrəli iş üzrə 10 yanvar 2019-cu il tarixli qərar dadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Üçüncü şəxs Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-739/2019 nömrəli iş üzrə 10 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3004/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3004/2019
03.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver