Məhkəmə qərarları › İş №2(102)-3004/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3004/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3004/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv Prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehlər: “xxxx” MMC və Cavabdeh1 İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: ipoteka predmetinə yönəlmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə dair işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 25 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əsasən, QSC “xxxx” KB tərəfindən “xxxx” MMC-yə 36 ay müddətinə illik 18 % ödəmək şərti ilə, ******* ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə həmin şərtləşdirilmiş müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə MMC-nin öhdəiklərinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami Babək prospektinə yerləşən 1,09676 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 09 iyul 2013-cü il tarixli barışıq razılaş masına əsasən, “xxxx” MMC 25 iyul 2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun - 966625 ABŞ dolları məbləğində pulu hissə-hissə banka qaytarılmasını, bank isə ödəniş tam başa çatdığı təqdirdə borcalana qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 01 dekabr 2015-ci il tarixdə «xxxx» KB QSC “xxxx” MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB QSC ilə “xxxx” MMC ilə bağlanmış 25 iyul 2007-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” MMC 841827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu, 42000 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 938566,14 ABŞ dolları məbləğində pulun “xxxx” QSC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin s atış qiyməti ******* manat məbləğində müəyyən edilməklə «xxxx» MMCdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospektində istifadədə olan 1.09676 ha torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4698/2017 nömrəli iş üzrə 27 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 841827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə, cəmi 898.566,14 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borcun "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəh əri, Nizami rayonu, Babək prospekti,1.09676 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiymətinin 1.893.530 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan -Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43a qeyri yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 269, 319, 385.1, 386.1, 442, 445, 445, 448, 462, 467, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunin 33, 34, 39, 59-cü maddələr inə, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, tərəflər kredit müqavilə bağlamaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdeh iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Dəbbə pulu tənasübsüz surətdə yüksəkdir, 42000 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir, odur ki, azaldılaraq 2000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Həmin qətnamədən “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1022/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski, R.Ə.Eyvazov, Z.Ə.Əliyev) «xxxx» MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə hissəvi dəyişdirilmiş - əsas borcun 830383,49 ABŞ dolları müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3, 59; MM-nin 269.1, 2694, 269.5, 270.1, 309.1, 324.4, 324.5, 372, 373, 3 74, 375, 377, 385.1, 386.1, 399, 404, 420, 421.3, 425, 427.3, 439.3, 442, 443.4, 445.7, 446.3, 448.1, 449.1, 458.1, 462, 465, 467, 527.1, 560.1-560.3, 739-744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 390-cı maddələrinə müvafiq, kredit və ipoteka müqavilələri (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 17.08.2017-ci il tarixli qərardadı əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfinən verilmiş 19.11.2018-ci il tarixli 23634 saylı ekspert rəyinə uyğun əsas borcu 830383,49 ABŞ dolları müəyyən edildiyindən bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq olaraq dəyişdirilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3926/2019 saylı iş üzrə 10 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov) Ləğv Prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və “xxxx” MMC-nin verdikləri kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya qaydasında işə baxmış məhkəmə tərəfindən qanunvericilik normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində müvafiq dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. 07 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi icraya yönəldilmişdir. Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)-1022/2019 nömrəli iş üzrə 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər – F.Ş.Talışinski, R.Ə.Eyvazov, Z.Ə.Əliyev) Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnamələrinin dəyişdirilmədən qalan hissəsi üzrə qətnaməsinin icra üsulunun və qaydasını dəyişdirilməsi barədə tələbkar «xxxx» KB QSC-nin ləğvedicisi X1 ərizəsi rədd edilmişdir. ç) Cavabdeh1 şikayəti üzrə apellyasiya instansiyası məhkəməsində icraat 12 mart 2020-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, o, iş üzrə məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmamış dır. Eyni zamanda, o, 05.08.2015-ci il tarixdən X2 yaşayır. Qətnamə qəbul edilərkən iş üzrə hərtərəfli araşdırma aparılmamış, çəkişmə prinsipinə də əməl olunmamışdır. Belə ki, iddiaçı ilə onun arasında həqiqətən 25.07.2007-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Bundan sonra isə 19.10.2010-cu il tarixdə iddiaçı ilə “xxxx” MMC arasında 25.07.2007-ci il tarixli kredit müqaviləsinə əlavə saziş imzalanmış, bir sıra mühüm bəndlərə əlavə və dəyişikliklər edilmişdir. Daha sonra 09.07.2013-cü il tarixdə də iddiaçı və cavabdeh “xxxx” MMC arasında barışıq sazişi imzalanmış, sazişlə qalıq borc məbləğinin ödənilməsi şərtlərinə bir daha dəyişiklik edilmiş, faiz məbləği artırılmışdır. Əsas məqam ondan ibarətdir ki, kredit müqaviləsinə əlavə saziş imzalanan zaman və ya onun əlavə sazişinin şərtl əri dəyişdirilərkən onunla, yəni “ipoteka qoyan”la iddiaçı bank arasında 25.07.2007-ci il tarixli ipoteka müqaviləsinə dair nə 19.10.2010-cu il tarixdə, nə də 09.07.2013-cü il tarixdə əlavə bir saziş bağlanmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7842/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov, T.S.Səmədov, A.V.Tanrıverdiyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsi əsas borclu, yəni cavabdeh MMC tərəfindən qətnamənin əsas borc və faiz hissəsində mübahisələndirilmiş və qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən həmin hissədə yoxlanılmış, rayon məhkəməsinin qətnaməsi tələbin ipoteka predmetinə yöndəldilməsinə dair hissədə əvvəllər mübahisələndirilməmiş, apellyasiya və kassasiya qaydasında həmin hissədə yoxlanılmamışdır. Belə olan halda, Binəqədi Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinə aid hissədə mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmadığından Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadına uyğun ola raq Məhkəmə Kollegiyası rayon məhkəməsinin qətnaməsini tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə Cavabdeh1 şikayəti əsasında tam yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 25.07.2007-ci il tarixli kredit müqaviləsinin şərtləri dəyişmiş, yeni öhdəliklər yaratmış, 19.10.2010-cu il tarixli əlavə saziş, 09.07.2013cü il tarixli barışıq sazişi zamanı ipoteka qoyanın iradəsi ifadə olunmamış, ipoteka qoyanın razılığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki,...Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarda belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bununla da, öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarda həmçinin hesab etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kred it müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı alınmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, 25 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı bank tərəfindən «xxxx» MMC-yə 36 ay müddətinə, yəni 25 iyul 2007-ci il tarixə qədər illik 18% ödəmək şərti ilə, ******* ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı bank 01 dekabr 2015-ci il tarixdə kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cəri mənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 841827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə, cəmi 898.566,14 ABŞ dolları məbləğində borcun iddiaçının xeyrinə tutulması və tutmanın Cavabdeh1 məxsus qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, qətnamə əsas borc hissəsində dəyişdirilmiş - əsas borc 830383,49 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən idd iaçı və cavabdeh MMC kassasiya şikayətləri vermiş, kassasiya instansiyası məhkəməsinin qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almaqla, icraya yönəldilmişdir. Bundan sonra, iş üzrə digər cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmədiyinə, bununla da, çəkişmə prinsipinin pozulduğuna istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağl ı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Bir daha vurğulanmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya məhkəməsi tərəfindən hissəvi dəyişdirilməklə qalan hissədə bütövlükdə qüvvədə saxlanılmışdır. Eyni zamanda kassasiya instansiyası məhkəməsi tərəfindən də apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu halda, birinci instansiya məhkəməsinin qətnaməsindən yenidən şikayət verilməsi istinad edilən qərardada əsasən yolverilməzdir, əks yanaşma “hüquqi müəyyənlik” prinsipininin pozulmasına səbəb olur. «Hüquqi müəyyənlik» prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini və icra edilənliyini ehtiva edir. Beləliklə, apellyasiya məhkəməsi tərə findən hüquqi müəyyənliyin pozulmasına səbəb olan qətnamə qəbul edilmiş, bununla bərabər, mübahisəyə ipotekanın əsaslarını müəyyən edən qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında ümumiyyətlə kredit xətti müqaviləsi bağlanmamış, 25 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı bank tərəfindən «xxxx» MMC-yə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə, ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixdə həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində də kreditin məbləği, müddəti, faiz dərəcəsi, ifadə edildiyi valyutanın növü kimi zəruri şərtlər öz əksini tapmışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında bununla bağlı hüquqi mövqe müəyyən edilərək qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin s onradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Bu halda, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarına istinad edərək, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar