Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3007/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş ziyana və əldən çıxmış faydaya görə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ona vurulmuş ziyana və əldən çıxmış faydaya görə 30.000 (otuz min) manat məbləğində pulun ona verilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)648/ 2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)- 433/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Qədimov Vaqif İbad oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası təmin edilmiş, Seriya RX № ******* saylı 01 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə (əslində istifadəsinə) verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 19,50 ha k ənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX ******* saylı 10 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0,1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Qədimov Vaqif İbad oğlu, Cavabdeh2 və Cavabdeh3 zəbtindən azad edilməsi, həmin torpaq sahələrinin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. 25 avqust 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və digər şəxslərin, o cümlədən borcluların iştirakları ilə tərtib edilmiş icra sənədinin icrasına dair Aktın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi tamamilə icra edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(076)-406/2023 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 25 avqust 2021-ci il tarixli qərarını ləğv edilmiş, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)433/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciə t edərək, ona vurulmuş ziyana və əldən çıxmış faydaya görə 30000 (otuz min) manat məbləğində pulun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.Qəniyev) iddia təmin edilməmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, dəymiş zərərin hazırki iş üzrə cavabdehlərin hüquqazidd davranışı və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə, həmçinin cavabdehlərin təqsirliliyi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1 096.2, 1097.1, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
6. İddiaçı apelyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi ilə onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi, həmin torpaq sahəsinin onun faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Buna baxmayaraq cavabdehlər əvvəlki kimi torpaq sahəsindən istifadə edib, onu ora buraxmırlar. O, torpaq sahəsindən təyinatına uyğun istifadə edib, məhsul götürə bilmir.Torpaq sa həsində yonca əkmək istəyir, bununla da qazancını itirərək, zərərə düşür. Onun mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlər istifadə edərək mənfəət götürürlər. O, əldən çıxmış faydanı təxmini hesablayaraq vurulan zərəri 30000 manat qiymətləndirərək, məhkəmədə iddia qaldırmışdır. Əslində isə cavabdehlər uzun müddətdir ki, ona məxsus torpaqdan istifadə edirlər. Onların ona vurduqları ziyan barədə "xxxx" MMC-dən verilən 10 yanvar 2024-cü il tarixli rəydə ziyan 445 350.75 manat qiymətləndirilmişdir. Lakin məhkəmənin 20 iyul 2018-ci il tarixli qətnaməsi icra olunmamışdır. O, dəfələrlə İcra və probasiya şöbəsinə və yuxarı təşkilatlara müraciət edəndən sonra 25 avqust 2021-ci il tarixdə icra məmurları icra sənədinin icrasına dair Akt tərtib edib ona imza etdirmişlər. Dedilər ki, bundan son ra özün torpaqdan istifadə edərsən. Lakin cavabdehlər akta imza etməkdən imtina etmişlər. Bu barədə icra məmuru aktda qeydiyyat aparmışdır. Onlar ona söz vermişdirlər ki, cavabdehlərlə danışıb onları başa salacaqlar. O, bir müddət gözləmiş, daha sonra İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qərarın ləğv edilməsi, icra sənədinin yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq qətnamədə göstərmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdehlər tərəfindən hazırkı mübahisə ilə iddiaçıya hər hansı məbləğdə zərər yetirildiyi sübutlarla təsdiq edilmə mişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-648/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (L.Süleymanov (sədrliyi və məruzəsi ilə), hakimlər M.Mustafayev və İ.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 21937,50 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
10. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)433/2018 saylı qətnaməsi ilə cavabdeh lərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş RX № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə (əslində istifadəsinə) verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarına baxmayaraq, hələ də, həmin qətnamə icra edilməmiş və həmin torpaq sahəsi əsassız zəbtdən azad edilməmişdir.
11. İddiaçı öz iddiasında həmin torpaq sahəsini əkib-becərməsi mümkün olmaması ilə gəlirdən məhrum edilməsi əsası ilə 30.000 manat məbləğində ziyan və əldən çıxmış fayda tələb etsə də, məhkəmə kollegiyası qeyd edir ki, heç şübhəsiz həmin gəliri əldə etmək üçün, müəyyən işlək hərəkətlər tələb olunur, yəni şumlama, əkin-becərmə i şləri, nəzarət etmə və s. digər tərəfdən, tərəflərin də izahatları ilə təsdiq edilir ki, cavabdehlər həmin topraq sahəsində otlaq sahəsi kimi istifadə etmişlər. Ona görə də, məhkəmə kollegiyası tərəfindən Şəmkir rayon Qaracəmirli Bələdiyyəsinin ərazisində 2018-2023-cü illər üçün (hər ili ayrıca göstərməklə) 1 ha əkin torpaq sahəsinin icarə haqqının dəyərinin müəyyən edilməsi barədə Şəmkir rayon Qaracəmirli Bələdiyyəsinə sorğu göndərilmişdir.
12. Sorğuya cavab olaraq Şəmkir Rayon Qaracəmirli bələdiyyəsinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinin ərazisində 20182022-ci illərdə icarə müqaviləsi bağlanmamışdır. Əkin sahəsinə dair icarə müqaviləsi 2023-cü ildə bir hektara 225 (iki yüz iyirmi beş) manat dəyərində bağlanmışdır.
13. Məhkəmə ko llegiyası hesab edir ki, həmin arayış nəzərə alınmaqla, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən iddiaçının hazırki tələb üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək ( 02 avqust 2023-cü il) olan 5 il ərzində (2018-2022-ci illər) iddiaçıya dəymiş maddi ziyannın hesablanması daha ədalətli və mütanasib olar.
14. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş Şəmkir Rayon Qaracəmirli bələdiyyəsinin 19 aprel 2024-cü il tarixli məktubu nəzərə alınmaqla, dəymiş ziyan hesabına 19,50 ha x225=4387,50x5 il =21937,5 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1, MPM-nin 14.2, 77.1, 8 8, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının mənafeyini nəzərə almışdır, onların məcburi köçkün olduğunu, məhkəmə qətnaməsi ilə təyin edilən məbləğin onlar üçün son dərəcə ağır yük olacağını nəzərə almamışdır.
18. Mübahisəli 19,50 ha torpaq sahəsinin 5 ha hissəsi Qaracəmirli Bələdiyyəsi ilə mərhum atası Qədimov Vaqif İbad oğlu arasında bağlanmış 28 mart 2003-cü il tarixli müqaviləyə əsasən 1 il müddətinə atası Vaqif Qədimova icarəyə verilmişdir. Torpaqdan 1 il istifadə etdikdən sonra Qaracəmirli Bələdiyyəsi torpağı geri tələb etmədiyi üçün atası bir neçə il daha torpaqdan istifadə etməyə davam etmişdir. Ataları Vaqif Qədimov xx.xx.2020-ci il tarixdə xroniki böyrək çatışmazlığından vəfat etdi. Xəstə olduğu üçün vəfat etməmişdən 23 il əvvəldən həmin torpaq sahəsindən istifadəni dayandırmışdı. 2018-ci ildə, yəni iddiaçı torpaq sahəsinin zəbtdən azad edilməsinə dair iddia ilə məhkəməyə müraciət etdikdə onlara məlum olmuşdur ki, 2004-cü ildə Bələdiyyə torpaq sahəsini iddiaçının mərhum əri Qara Şirəliyevə icarəyə veribmiş. İddiaçının onlara qarşı həmin iddiası da əsassız iddia idi, hazırki iddiası da əsassızdır. Belə ki, onlar torpaq sahəsindən istifadə etməyiblər. Qətnamədən də göründüyü kimi torpaq sahəsindən otl aq sahəsi kimi istifadə edilib. Lakin onların heç birinin nə iri nə də xırda buynuzlu mal-qaraları yoxdur. Bundan başqa, onlar torpağı hasarlamamış, orada hər hansı tikili inşa etməmişlər. Belə olan halda onlar torpağı necə zəbt ediblər, hansı hərəkətləri ilə iddiaçıya zərər vurublar? Apellyasiya məhkəməsi işə baxarkən bunları araşdırmamış, nəticədə yanlış nəticəyə gəlmiş və onların hüquqlarının pozulması ilə nəticələn qətnamə çıxarmışdır.
19. Məhkəmə iddiaçıya dəymiş zərəri icarə haqqı ilə müəyyən etsə də, iddiaçının həmin torpaq sahəsi üçün icarə haqqı ödəyib-ödəməməsini, yaxud torpaq sahəsini başqa şəxsə icarəyə vermək üçün, yaxud özü əkib-becərmək üçün hansı hərəkətlər etməsi barədə hər hansı sübut tələb etməmişdir.
20. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir. İddiaçı tərəf ziyanın miqdarı ilə bağlı hər hansı sübut təqdim etmədiyi və sübutun əldə edilməsi ilə bağlı məhkəməyə vəsatət vermədiyi halda, apellyasiya məhkəməsi öz təşəbbüsü ilə 2018-2023-cü illər üçün 1 ha əkin torpaq sahəsinin icarə haqqının dəyərinin müəyyən edilməsinə dair Şəmkir rayon Qaracəmirli Bələdiyyəsinə sorğu göndərmiş və qətnamə çıxararkən həmin sorğuya Qaracəmirli Bələdiyyəsinin verdiyi cavaba istinad etmiş və ziyanın məbləğini həmin cavabda göstərilmiş qiymətə uyğun özü hesablamışdır. Bununla da razı deyillər. Belə ki, əvvəla, məhkəmə özü ziyanı hesablaya bilməzdi, bunun üçün ən azından mütəxəssis dəvət etməliydi. İkincisi, Qaracəmirli Bələdiyyəsi məhkəmənin sorğusuna cavabında məhkəmənin qeyd etdiyi 2018-2023-cü illərdən yalnız 2023-cü il də icarə müqaviləsinin bağlandığını və icarə müqaviləsinin bir hektara görə 225 (iki yüz iyirmi beş) manat dəyərində bağlandığını qeyd etmişdir. Lakin məhkəmə 2018-ci ildən etibarən 5 il üçün məbləği 225 manat olaraq hesablamışdır. Halbuki, inflyasiya ilə əlaqədar olaraq, əvvəlki illər üçün müəyyən edilən icarə haqqı 2023cü illə eyni ola bilməz. Həmin məbləğ indeksasiya edilməli, yaxud ən azından orta məbləğ çıxarılmalı idi. Üçüncüsü, qeyd edilən torpaq sahəsi iddiaçıya icarəyə verilmiş torpaq sahəsidir. Belə olan halda niyə ziyanın məbləği icarə müqaviləsi, yəni iddiaçının özünün torpaq sahəsinin icarəsi üçün ödədiyi (əgər ödəmişdirsə) məbləğlə deyil, başqa torpaq sahəsinin başqasına icarəyə verilmə qiyməti ilə müəyyənləşdirilir? İddiaçının mübahisəli torpaq sahəsini təkrardan icarəyə ver məsi kimi bir hal məhkəmədə müəyyən edilməmişdir. Dördüncüsü, torpaq sahəsindən otlaq sahəsi kimi istifadə edilibsə, niyə əkin sahəsi kimi qiyməti müəyyən edilməlidir? Həmin torpağın, ümumiyyətlə, əkinə yararlı olub-olmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Cavabdehlər kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (ə ldən cıxmış fayda) başa düşülür.
25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün ko mpensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
28. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
30. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093. 2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1 Tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)433/2018 saylı qətnaməsi ilə cavabdehlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş RX № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə (əslində istifadəsinə) verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarına baxmayaraq, hələ də, həmin qətnamə icra edil məmiş və həmin torpaq sahəsi əsassız zəbtdən azad edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən iddiaçının hazırki tələb üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək ( 02 avqust 2023-cü il) olan 5 il ərzində (2018-2022-ci illər) iddiaçıya dəymiş maddi ziyannın hesablanması daha ədalətli və mütanasib olar.
42. Belə olan halda məhkəmənin gəldiyi nəticəsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışd ır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya icraatında nəinki yeni faktların, ümumiyyətlə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-648/2024 nömrəli mülki iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.