Məhkəmə qərarları › İş №2(102)-3008/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3008/2019

10.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3008/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2(103)11140/2018 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(004)5808/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.B.Axundov) iddiaçı “xxxx” İKB ASC Cavabde h qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satıldması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 05 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4.027,18 ABŞ dolları, faiz borcuna görə 1.769,18 ABŞ dolları, dəbbə puluna görə 50 ABŞ dolları olmaqla, cəmi 5.846,36 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “Vaz21214” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, artıq qalmış pul vəsaitinin cavabdehə ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd e dilməsi qət olunub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2(103)11140/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satıldması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 05 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 6.200 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 05 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan “Vaz-21214” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulub. Tərəflərin razılaşmasına əsasən ipoteka müqaviləsində ipoteka predmeti 12.400 ABŞ dolları məbləğində qiymətləndirilib. Cavabdeh tərəfindən iddiaçı təşkilata sonuncu ödəniş 02 fevral 2018-ci il tarixdə aparılıb və bu məbləğ 58,78 ABŞ dolları məbləğində olub. Dəfələrlə tələb edilməsinə baxmayaqa cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. 05 iyun 2017-ci il tarixə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 4.027,18 ABŞ dolları əsas, 1.769,18 ABŞ dolları faiz, 933,66 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 6.730,02 ABŞ dolları kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏ RİN İZAHATLARİ İddiaçı İKB ASC, Cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə və sonuncunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 448-ci maddələrinin və digər m addi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 05 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 6.200 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 05 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan “Vaz-21214” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulub. Tərəflərin razılaşmasına əsasən ipoteka müqaviləsində ipoteka predmeti 12.400 ABŞ dolları məbləğində qiymətləndirilib. Cavabdeh tərəfindən iddiaçı təşkilata sonuncu ödəniş 02 fevral 2018-ci il tarixdə aparılıb və bu məbləğ 58,78 ABŞ dolları məbləğində olub. Dəfələrlə tələb edilməsinə baxmayaqa cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. İddia ərizəsindən görünür ki, 05 iyun 2017-ci il tarixə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 4.027,18 ABŞ dolları əsas, 1.769,18 ABŞ dolları faiz, 933,66 ABŞ dolları dəbbə pulu olmaqla, cə mi 6.730,02 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əl də etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda götərilən məbləğdə ödənilməmiş kredit borcunun olması və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün müəyyən edilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halı üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim e tməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kredit razılaşması üzrə ödənişin müddəti çatanadək ABŞ dollarının Azərbaycan manatına nisbətdə dəyərinin (məzənnəsinin) artmasına gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, ölkədə baş vermiş devalivasiya iddiaçı təşkilatın vəsaiti hesabına kompensasiya edilməklə aradan qaldırıla və kredit müqaviləsinin şərtləri iddiaçı təşkilatın ziyanına təfsir oluna bilməz. Çünki, Azərbaycan manatının devalivasiyası nəticəsində cavabdehlərlə yanaşı iddiaçı təşkilatın özünə də zərər dəyməsi mülki iş materialları ilə istisna olunmur. Ölkədə baş vermiş devalivasiyanın nəticələri isə yalnız dövlətin müdaxiləsi, maliyyə yardımı, eyni zama nda kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşması ilə aradan qaldırıla bilər. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci ma ddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2(103)-11140/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar