Məhkəmə qərarları › İş №2(102)-3008/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3008/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3008/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma və mənzildən istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2253/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 22 saylı evin 10 saylı mənzili xx.xx.2006cı il tarixdə mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

2. X8 həmin mənzili xx.xx.2014-cü il tarixdə qızı Cavabdeh bağışlamış və həmin mənzil xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə sonuncunun adına qeydiyyata alınmışdır.

3. X8 ilə İddiaçı isə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mübahisəli mənzilin hal-hazırda mülkiyyətçisi Cavabdehdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X məxsus ünvan 1 evin 10 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 22 saylı evin 10 saylı mənzilində X9 ilə 14 mart 2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və yaşamışdırlar. Həyat yoldaşı xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Hazırda həyat yoldaşına çatası əmlak və daşınmaz əmlakla bağlı cavabdehlə aralarında mübahisə vardır. Həyat yoldaşının doğma olmayan övladı X6 iddiaçının yaşadığı ünvan üzrə mənzilin sahibidir. O həmin mənzili yoldaşının sağlığında cavabdehin adına sənədləşdirmişdir. İddiaçı həmin ünvanda artıq 10 il olar ki yaşayır. Halhazırda da iddiaçı həmin ünvanda yaşayır. Hazırda cavabdeh onun mənzildən istifadə hüququnu məhdudlaşdırır bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Cavabdeh isə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilərək, X2 ünvan 1 evin 10 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir. Mənzil X4 ilə X8 arasında nikah bağlanmazdan əvvəl Cavabdeh mülkiyyətinə keçmişdir. Həmçinin, mülkiyyətçi olaraq XX1 mübahisəli mənzildə istifadə hüququnun yaranmasına razılıq verməmiş, hətta onun razılığı olmadığından Hamayıl Şükürova həmin mənzilə qeydiyyata düşməmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2(004)427/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə da ir ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 22 saylı evin 10 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). KX məxsus mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu barədə onlar arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamışdır. Həmçinin, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tə ləblərinə nəzər saldıqda da görünür ki, İddiaçı Cavabdeh atasının arvadı olmaqla, Cavabdeh ailə üzvləri sırasına aid olmamışdır. Mübahisəli mənzil X7 məxsus olmuş və onun tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh bağışlanmış və sonuncunun adına mənzilə dair xx.xx.2014-cü il tarixdə Çıxarış almışdır. X8 ilə İddiaçı isə xx.xx.2015-ci il tarixində nikaha daxil olmuşdur. Göründüyü kimi, mübahisəli mənzil X8 ilə İddiaçı nikaha daxil olmamışdan əvvəl Cavabdeh bağışlanmışdır. Qeyd olunan mənzil hal-hazırda Cavabdeh mülkiyyətindədir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən və iş materiallarına əlavə edilmiş sənədlərə görə hesab edilmişdir ki, mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzildə sərbəst və maneəsiz yaşamaq hüququ təmin edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60-cı maddələrinə, Mülki Məcəllənin 152, 228.1, 228.2-ci maddələrinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, 2009cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2 və 217. 4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) 2(103)-2253/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2(004)-427/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil X8 ilə İddiaçı nikaha daxil olmamışdan əvvəl Cavab deh bağışlanmış və hazırki vaxta kimi sonuncunun mülkiyyətindədir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh məxsus mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, İddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh ilə aralarında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış, həmçinin İddiaçı Cavabdeh atasının arvadı olmaqla, Cavabdeh ailə üzvləri sırasına aid olmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin, eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ünvan 1 evin 10 saylı ünvanda yerləşən, cavabdehə məxsus mənzildə mərhum həyat yoldaşı X8 ilə 2010-cu ildən yaşasa da, y uxarıda istinad edilən normaların tələbləri baxımından İddiaçı mübahisəli mənzilə dair istifadə hüquqlarının yaranması üçün hər hansı əsas yaratmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə də düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir və İddiaçı qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Belə olan halda da qarşılıqlı iddia tələbi təmin edilməklə, mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzildə sərbəst və maneəsiz yaşamaq hüququ təmin edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60-cı maddələrinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, habelə Mənzil Məcəllənin 30.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2253/2024 saylı qətnaməsi əsassız, qanunsuz və ədalətsiz qəbul edilmiş, məhkəmə tərəfindən maddi və pro sessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı 2010-cu ildən etibarən mərhum həyat yoldaşı və mülkiyyətçi ilə mənzildə ailə münasibətlərində yaşamışdır və buna görə də iddiaçı Kazımova (Şükürova) Hamayıl Əlövsət qızının “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməlidir. Həmçinin tək qadın olan iddiaçı uzunmüddət ailəli olduğu və mərhum ərinin aldığı, lakin sonradan mülkiyyətçiyə bağışladığı mənzildən istifadəhüququ pozulur. Qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamışvədüzgün olmayan nəticəyəgəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 24. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətind ə qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, il k iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzil X8 ilə İddiaçı nikaha daxil olmamışdan əvvəl Cavabdeh bağışlanmış və hazırki vaxta kimi sonuncunun mülkiyyətindədir.

39. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh məxsus mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, İddiaçı mənz ilin mülkiyyətçisi Cavabdeh ilə aralarında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış, həmçinin İddiaçı Cavabdeh atasının arvadı olmaqla, Cavabdeh ailə üzvləri sırasına aid olmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin, eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, İddiaçı Cavabdeh məxsus mənzildə mərhum əri X8 ilə 2010-cu ildən yaşasa da, yuxarıda istinad edilən normaların tələbləri baxımından onun mübahisəli mənzilə dair istifadə hüquqlarının yaranması üçün hər hansı əsas yranmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə də düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli mənzil Ca vabdeh mülkiyyətindədir və İddiaçı Cavabdeh mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi, mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Belə olan halda qarşılıqlı iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə d üzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli, 2(103)-2253/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar