Məhkəmə qərarları › İş №2(102)-301/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-301/2019

14.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-301/2019 14.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ 14 fevral2019-cuil İş№ 2(102)-301/2019 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının nümayəndəsi x7 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1729/2018 saylı 17 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdehlər x4 və x5 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 01 ma y 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş № 2(019)-357/2018) iddia qismən təmin edilmiş, cavabdehlər x2, x3, x4ndan, x5ndan və x6 müştərək qaydada 3039.66 manat əsas, 56.21 manat faiz, 50 manat məbləğində cərimə olmaqla cəmi 3145.87 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı x1 xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyev, iş № 2(107)1729/2018) cavabdeh x4nun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi cavabdeh x4na münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh lər x4 və x5 birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3, x4na, x5na və x6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3039.66 manat əsas, 56.21 manat faiz, 240.73 manat məbləğində cərimə olmaqla cəmi 3336.60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlərlə iddiaçı arasında bağlanmış 03.05.2013cü il tarixli, ŞƏK-394/5 nömrəli kredit müqaviləsinə əsasən borclulara birgə borclular kimi Ümumdünya bankının və Azərbaycan hökumətinin birgə vəsaiti hesabına 7000 (yeddi min) manat məbləğində qısa müddətli kredit verilmişdir. Həmin müqavilənin 4.1.5-ci maddəsinə əsasən Birgə borclulardan biri (b ir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə x1 qalan digər birgə borclulardan həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Borclularla bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən birgə borclular götürülmüş kredtə görə birgə və ayrıayrılıqda (fərdi) məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən borclular tərəfindən hazırki vaxta 3039.66 manat əsas, 56.21 manat faiz, 240.73 manat məbləğində cərimə olmaqla cəmi 3336.60 manat məbləğində borcları yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər x4, x5 və onların vəkili Emçiyeva Məlahət Maisovna kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 739, 385.1, 386.1, 442, 445, 448.1, 465.2, 373.2, 373.3, 377.1, 377.2-ci, MPM-nin 4.1, 14.1, 217-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə görə cavabdeh x5 11 mart 2015-ci ildə iddiaçı təşkilata hər hansı pul ödəməmiş, onun adından ödənilən çekə imza etməmiş, bunu iddia vermək hüququnun keçməməsi məqsədi ilə iddiaçı təşkilatın kredit mütəxəssisləri etmişdir, cavabdeh x5 hər iki məhkəmə instansiyasında işə baxılarkən bu barədə bildirsə də məhkəmələr bu hallara heç bir qiymət verməmişlər. Prosessual məsələlər: İddiaçının nümayəndəsi x7 Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların işt irakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kass asiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhk əmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, x1 ilə cavabdehlər x2, x3, x4, x5 və x6 arasında 03.05.2013-cü il tarixli, ŞƏK-394/5 nömrəli kredit müqaviləsi bağlanmış və kredit verən tərəfindən birgə borclulara 12 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İddia tələbinə görə birgə borclular olan cavabdehlərin iddiaçıya 3039.66 manat əsas, 56.21 manat faiz borcu qalmış, dəbbə pulu birinci instansiyası məhkəməsi tərəfindən tənasübsüz hesab edilib azaldılaraq 50 manat həcmində müəyyən edilmiş, borcun məbləği ümumiyyətlə mübahisələndirilməmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsi nə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçı ları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonr a kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icran ı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 500.1, 500.2, 501-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni cavabdeh x4na münasibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh tərəf kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmişlər. Cavabdeh tərəf iddiaçı təşkilata olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də onlar, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz borcu ilə birlikdə iddiaçıya ödəməlidirlər. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilinə qiymət verib müəyyən etmişdir ki, birgə borclulardan x5 03 noyabr 2015-ci ildə, x6 isə 30 sentyabr 2015-ci ildə məlum kredit borcu ilə bağlı ödənişlər etmişlər. Ona görə də apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 380.1-ci maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddia müddətinin axımı qanunvericiliyin tələbinə görə cavabdehin iddia etdyi kimi kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan deyil, uyğun olaraq 03 noyabr 2015-ci ildən hesablanmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilənlərlə əlaqədar q eyd etməyi zəruri hesab edir ki, kassatorlar cavabdeh x5nın 11 mart 2015-ci ildə iddiaçı təşkilata hər hansı pul ödəmədiyini, onun adından ödənilən çekə imza etmədiyini, həmin ödənişin iddiaçı təşkilatın kredit mütəxəssisləri tərəfindən edildiyini, bu barədə işə baxılarkən hər iki məhkəməyə bildirildiyini yalnız sözlə ifadə edirlər, məhkəmə iclasları barədə məlumatlı olsalar da (məlumatsız olmaları mübahisələndirilməmişdir) bu dəlillərini sübut etmək üçün məhkəmə baxışlarında iştirak edib hər hansı tədbir görməmişlər və beləliklə qeyd edilən bu dəlillər hər hansı bir sübutla, o cümlədən iş materialları ilə təsdiq olunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarını n pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə mübahisələndirilən hissədə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər x4 və x5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1729/2018 saylı 17 avqust 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar