Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3012/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Nurməmməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Məhərrəmov Əbdül Azər oğlunun və Cavabdeh Allahqulu oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(004)-xxxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh (və qeyrilərinin) Bakı şəhəri, ünvan1-də yerləşən mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh (ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, ünvan1-də yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, X.Sarıyev) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-xxxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, cavabdeh Səfərov Asif Raf iq oğlu və ailə üzvlərinin (X3, X4, X5) Bakı şəhəri, ünvan1-də yerləşən mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan1-də yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “qeydiyyatdan və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ailə üzvlərinin və digərlərinin onun mülkiyyətində olan ünvan əünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzil üzərində qanunsuz sahibliyinə son verilərək mənzildən çıxarılması, Cavabdeh, ailə üzvlərinin və digərlərinin yaşayış yeri üzrə qeydiyyatlarının ünvan1 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Nərimanov Yusif Allahqulu oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işin faktiki hallarını araşdırmadan Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 228.1-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərini pozaraq iddia tələbini təmin etmiş, cavabdehin mülkiyyət hüququnun pozulması ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx/2019 nömrəli qətnaməsinin dəyişdirilməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-xxxx/2017 saylı qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri,ünvan1-də yerləşən mənzildə cavabdehin ailə üzvləri X3, X4, X5 ilə yaşamaq hüquqlarının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, evin qiymətləndirilməsinə dair yenidən ekspertiza təyin edilməsini, təkrar qiymətləndirməyə dair qərar çıxarılmasını və işin yeni baxış üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh vəkili Nərimanov Yusif Allahqulu oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X4 və X5 məhkəmə i clasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 və vəkili Məhərrəmov Əbdül Azər oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməsi qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-xxxx/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 90.000 manat pul və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 90030 manat pul Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, tələbin ödənilməsinin xx xxxx 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi,həmin mənzil açıq hərracda satılması, satışdan əldə edilmiş pul hesabına Cavabdeh İddiaçı olan borcunun ödənilməsi və borcun ödənilməsindən artıq məbləğ qalarsa, həmin məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-xxxx/2017 saylı, xx xxxxxx 2017ci il tarixli icra vərəqəsi üzrə icra tədbirlərinin nəticəsi olaraq, Bakı şəhəri, ünvan1 -də yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan1-də yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx xxxxx 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 928 nömrəli reyestr kitabının 86204 nömrəli vərəqində qeydiyyata alınmışıdır. Buna baxmayaraq, mübahisəli mənzil bu günədək iddiaçıya təhvil verilməmişdir. Halbuki, cavabdehin (ailəsi ilə birlikdə) həmin mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayət inin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, hazırki mülki iş üzrə iddia tələbi cavabdeh və ailə üzvlərinin mənzildən çıxarılması olduğu halda, cavabdeh kasasiya şikayətində yaşamaq hüquqlarının pozulmasından bəhs etmiş, sonradan məhkəməyə ünvanlandığı ərizədə isə təkrar qiymətləndirmə həyata keçirilməsini xahiş etmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüq uqu vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməl i, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3012/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3012/2020
21.05.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver