Məhkəmə qərarları › İş №2(102)-3013/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3013/2019

02.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3013/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili İbrahimov Sərxan Vahid oğlunun və nümayəndəsi x3, cavabdeh x2 və vəkili Cənnətov Qayıb Kamran oğlunun iştirakı ilə, iddiaçı x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(005)-3001/2018 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbinin təmin edilməsi, x2 52.62 5 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(103)12651/2018 saylı qətnaməsi ilə (hakimlər F.Babayev, X.Mərdanova və E.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3001/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, x1nin x2 qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İddiaçı x1kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(103)-12651/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı zərərin tələbinə dair iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, 52.625 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh x2 01 oktyabr 2012-ci il tarixdə x1ndə satış üzrə təmsilçi vəzifəsinə qəbul olunmuşdur. Vəzifə Təlimatına əsasən cavabdeh ona etibar edilmiş maddi dəyərləri qorumağı və Cəmiyyətə ziyan vurmamağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh əmək müqaviləsinin və tam maddi məsuliyyət haqqında müqavilələrin tələblərini pozaraq iddiaçıya külli miqdarda ziyan vurmuşdur. İddia ərizəsinə əlavə edilən borcun etirafı haqqında müqavilədən göründüyü kimi, cavabdeh 95.442 manat məbləğində borcu etiraf etmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş ca vabdehin adına açılmış kontragent hesabını cavabdeh öz yazısı və imzası ilə təsdiqləmişdir. Həmin borc məbləğindən qismən ödəniş edilsə də borc tam şəkildə bağlanmamış, nəticədə 52.625 manat məbləğində borc yaranmışdır. Şirkətin rəhbərliyi tərəfindən cavabdeh x2 dəfərlərlə edilən müraciətlərə baxmayaraq müxtəlif bəhanələrlə borcun ödənilməsini gecikdirmişdir. Cavabdeh Cəmiyyətlə arasında yaranan etibar və inam münasibətlərindən istifadə edərək öhdəliklərini faktik olaraq yerinə yetirməmiş, nəticədə iddiaçıya külli miqdarda ziyan vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmas ı ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(103)-12651/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili İbrahimov Sərxan Vahid oğlu və nümayəndəsi x3 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x2 və vəkili Cənnətov Qayıb Kamran oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşə əlavə olunmuş tərəflər arasında 01.10.32012-ci il tarixdə bağlanmış 2 saylı Əmək müqaviləsindən görünür ki, cavabdeh x2 satış müdirinin müavini vəzifəsinə qəbul edilmişdir. 23.09.2014-cü il tarixli Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi Bildirişindən görünür ki, həmin tarixdən cavabdeh satış üzrə menecer vəzifəsində işləmişdir. İşə əlavə olunmuş tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1-ci maddəsinin tələblərinə müvafiq olaraq etibar edilən maddi dəyərlərinin qorunması və ziyan gətirməmək öhdəliyini x2 üzərinə götürmüşdür. İşə əlavə olunmuş Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqavilə Bildirişindən görünür ki, x2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsası ilə işdən azad olunmuşdur. İşə əlavə olunmuş digər borcun etiraf edilməsinə dair müqavilələrdən görünür ki, iddiaçı təşkilatın müştəriləri(alıcıları) olan x4 - 38.395 manat, x5- 62 manat, x6 - 509,53 manat, x7 - 678 manat, x8 1573 manat, x9 – 2040.13 manat, x10 – 210,51 manat, x11 – 700,7 manat, x12 – 666,51 manat, x13 – 6000 manat, x14 – 1389,55 manat məbləğində x1-yə borcları vardır, müqavilələr alıcılar tərəfindən imzaları ilə təsdiq edilmişdir, ümumi borc -52791,69 manat təşkil edir. Azərbaycan Respublikası Ə mək Məcəlləsinin 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 191.2.-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İş materialları ilə müəyyən edilir ki, iddiaçı təşkilatda satış menecer vəzifəsində işləmiş cavabde h x2un əmək funksiyaları şirkətdən aldığı malları ona təhkim edilmiş satış nöqtələrinə çatdırıb, alıcılara imzaladıb təhvil verilməsindən və malların satışından əldə olunan pul vəsaitini alıcılardan alıb şirkətin mühasibatlığına təhvil verməsindən ibarət olmuşdur. Cavabdeh x2un təhvil aldığı malların müştərilərə (alıcılara) paylanması və alıcılar tərəfindən malların satışından əldə olunan pul vəsaitinin şirkətə təhvil verilməsi, həmin pul vəsaitlərinin mənimsənilməməsi halları birinci instansiya məhkəməsində dindirilmiş şahidlər x10, x13 izahatları və işə əlavə olunmuş bir sıra alıcılar tərəfindən imzalanmış borcun etiraf edilməsinə dair müqavilələrlə təsdiq olunur. Beləliklə, şirkətdə aşkar olunmuş mal çatışmazlığı müştərilərin iddiaçıya olan borcudur və cavabdehə aidiyyəti yoxdur. Məhkəm ə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyasının lazımınca yerinə yetirməməsi əmək qanunvericiliyinin tələblərinə uyğun həll olunmalıdır. Belə ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona Əmək Məcəlləsinin 186.2-cı maddəsində nəzərdə tutulan intizam tənbehlərindən birini verə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin öz vəzifə öhdəliklərini yerinə yetirməməsi onun tərəfindən iddiaçıya məxsus olan əmlakın mənimsənilməsi və iddiaçıya maddi ziyan vurulması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, cavabdehin yuxarıda qeyd olunan öhdəliyin yerinə yetirməməsinə da ir iş materiallarında sübut müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarından və yuxarıda qeyd olunanlardan görünür ki, cavabdehin imzaladığı borcun etirafı barədə müqavilə formal xarakterli həqiqəti əks etdirməyən əqddir. Belə ki, müqavilənin predmeti olan pul məbləği yuxarıda adları qeyd olunan alıcıların təsdiq etdikləri borcun etirafı barədə müqavilələrin predmetidir. Bu hal alıcılar tərəfindən təsdiq olunmuş müqavilələrlə yanaşı, iş mate riallarında olan və yuxarıda şərh olunan digər sübutlarla da müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar