Məhkəmə qərarları › İş №2(102)-3014/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3014/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3014/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-473/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 tərəfindən Cavabdeh1 Qazax rayonunun Cəfərli kəndində 29.75 m2 olan yaşayış evi verilmişdir.

2. Cavabdeh1 həmin evi və evin həyətyanı sahəsini İddiaçı ******* manata satması barədə sadə yazılı qəbz vermişdir.

3. Qazax rayon Dövlət Arxivinin 21 fevral 2022-ci il tarixli arxiv arayışında Qazax rayonunun Cəfərli kənd İcra Nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid təsərrüfat başı kitabında Cavabdeh1 təsərrüfatında Cavabdeh2 ailə üzvü kimi, təsərrüfatda 0.15 ha torpaq sahəsi və 26 m2 yaşayış sahəsi olan evin mövcud olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin alınması üçün onlara ödədiyi 1.300.000 manatın əvəzi olaraq 260,0 manat məbləğində pulun, əsassız varlanma nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 5180,0 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 1318,0 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 88,0 manat dövlət rüsumunun, ümumilikdə 6846,0 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Cavabdeh1 ilə əldə etdikləri razılaşmaya əsasən Cavabdeh1 özünə məxsus, Qazax rayonu, Cəfərli kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yaşayış evini həmin vaxt dövriyyədə olan pulla 1.300.000 (bir milyon üç yüz min) manata ona satmışdır. Cavabdeh bu barədə qəbz yazaraq gö stərilən halları təsdiq etmişdir. Həmin qəbz tərəflərin və iki nəfər kənd sakinlərinin imzası ilə təsdiq edilmişdir.

6. İddiaçı həmin vaxtdan qeyd olunan torpaq sahəsindən öz əmlakı kimi istifadə və sahiblik etmişdir. 2007-ci ildən başlayaraq orada şəxsi vəsaiti hesabına ümumilikdə 91 ədəd – 28 ədəd gilənar, 9 ədəd alma, 5 ədəd armud, 8 ədəd fındıq, 4 ədəd qoz, 5 ədəd göyəm, 3 ədəd ərik, 3 ədəd əncir, 9 ədəd tut, 3 ədəd heyva, 2 ədəd nar, 1 ədəd əzgil, 1 ədəd zoğal, 10 ədəd üzüm ağacları olmaqla ağaclar əkərək becərmişdir. İndiyədək həmin ağacların əkilib-becərilməsinə, o cümlədən onlara qulluq olunmasına, torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunmasına, bərpa edilməsinə və s. bu kimi tədbirlərin görülməsinə, ümumilikdə 4570,0 (dörd min beş yüz yetmiş) manat məbləğində xər c çəkmişdir.

7. İddiaçı qeyd olunan torpaq sahəsinin suvarılması məqsədi ilə həmin əraziyə su borusunun, habelə içməli suyun çəkilməsinə, ərazinin çəpərə alınması üçün 90 metr ölçüdə dəmir torun alınıb çəkdirilməsinə, ümumilikdə 610 (altı yüz on) manat xərc çəkmişdir. Torpaq sahəsində salınmış bağa 30 ilə yaxın müddət ərzində kifayət qədər əmək sərf etmişdir. Ərazidə olan ağacların hər biri yüksək məhsuldarlığa qadirdir. Həmin ağacların bəhər verdiyi məhsulların satışından ildə təxminən 1318.0 manat məbləğində gəlir əldə edir.

8. Hazırda isə Cavabdeh2 sözügedən torpaq sahəsinə daxil olaraq, iddiaçının həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Cavabdeh1 torpaq sahəsini iddiaçıya satması barədə qəbz yazmış olsa da belə, hazırkı vəziyyətdə satmadığını bildirir.

9. İddiaçı tələbi nin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1091.1, 1092.1, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh2 da qarşılıqlı iddia verərək, İddiaçı evlərinin sökülməsinə görə 14500 (on dörd min beş yüz) manatın və 15 ədəd meyvə ağacının kəsilib məhv edilməsinə görə 500 manatın və ödənilmiş manat dövlət rüsumunun əvəzi olaraq 135 manatın, ümumilikdə 15135 (on beş min bir yüz otuz beş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adıgedən 15 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini müvəqqəti olaraq baxılmasının və qorunmasının əvəzinə İddiaçı bir müddətlik istifadə etməyə vermişdir. Təxminən noyabr-dekabr aylarında Qazax rayonu, Cəfərli kəndinə gəldikdə ev və bağda ağacların olmadığını görmüşlər. Ev sökülərək materialları aparılmış və bağda olan 15 ədəd meyvə ağacları kəsilərək məhv edilmişdir. Bununla da İddiaçı onlara ziyan vurmuşdur.

12. Qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 560.1, 560.2 və 1092-ci maddələrinə istinad edilmişdir.

13. İddiaçı qarşılıqlı iddiaya etiraz vermişdir. Etirazın dəlilləri belə olub ki, qarşılıqlı iddia ərizəsinə görə guya Cavabdeh1 mübahisəli 0.15 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini müvəqqəti olaraq baxılmasının və qorunmasının əvəzinə iddiaçıya müvəqqəti istifadə etməyə vermişdir. Eyni zamanda qarşılıqlı iddiada göstərilir ki, iddiaçı tərəfindən qanunsuz olaraq mübahisəli torpaq sahəsində yerləşən yaşayış evləri sö külmüş və həmin torpaq sahəsindəki 15 ədəd meyvə ağacları kəsilmişdir. Bütün bunlar tamamilə əsassızdır və heç bir mötəbər sübuta söykənmir. Həmçinin iddiaçının 1993-cü ildə torpaq sahəsinə görə verdiyi 1.300.000 (bir milyon üç yüz min) manat pul indeksasiya yolu ilə hesablansa, hazırkı dövrdə olan pulla 260,0 manata bərabər tutulur. Həmin torpaq sahəsinin hazırkı bazar qiyməti iddiaçı tərəfindən torpaq sahəsinə yatırılan investisiya və üzərində salınan meyvə bağı səbəbindən cavabdehin istifadəsində olan illərə münasibətdə xeyli miqdarda artaraq yüksəlmişdir.

14. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən torpaq sahəsində nə qədər sayda və növdə ağaclar əkilməsi və ağacların becərilməsi üçün çəkilən xərcin məbləğini müəyyən etmək məqsədilə ekspertiza təyin etmişdir.

15. Məhkəmə Eksp ertiza Mərkəzinin 12 avqust 2022-ci il tarixli 7/745-9/4904 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X2 Bitkiçilik sektorunun baş məsləhətçisi Şahin Mustafayevin rəyinə əsasən 0.15 ha həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və həmin ərazidə 2007-ci ildə əkilmiş cəmi 91 ədəd müxtəlif növ meyvə ağacının olması müəyyən edilmişdir. Həmin ağaclar 28 ədəd gilənar ağacı hər birinin məhsuldarlığı təxminən 10 kq olmaqla 28x10 kq=280 kq məhsul, 9 ədəd alma ağacı hər birnin məhsuldarlığı təxminən 12 kq olmaqla 9x12kq=108 kq məhsul, 5 ədəd armud ağacı hər birinin məhsuldarlığı təxminən 8 kq olmaqla 5x8 kq=40 kq məhsul, 8 ədəd fındıq ağacı hər birinin məhsuldarlığı təxminən 7 kq olmaqla 8x7 kq=56 kq məhsul, 4 ədəd qoz ağacı hər birinin məhsuldarlığı təx minən 15 kq olmaqla 4x15 kq=60 kq məhsul, 5 ədəd göyəm ağacı hər birinin məhsuldarlığı təxminən 5 kq olmaqla 5x5 kq=25 kq məhsul, 3 ədəd ərik ağacı hər birinin məhsuldarlığı təxminən 10 kq olmaqla 5x10 kq=30 kq məhsul, 3 ədəd əncir ağacı hər birinin məhsuldarlığı təxminən 12 kq olmaqla 3x12 kq=36 kq məhsul, 9 ədəd tut ağacı hər birinin məhsuldarlığı təxminən 15 kq olmaqla 9x15 kq=135 kq məhsul, 3 ədəd heyva ağacı hər birinin məhsuldarlığı təxminən 8 kq olmaqla 3x8 kq=24 kq məhsul, 2 ədəd nar ağacı hər birinin məhsuldarlığı təxminən 8 kq olmaqla 2x8 kq=16 kq məhsul, 1 ədəd əzgil ağacı hər birinin məhsuldarlığı təxminən 2 kq olmaqla 1x2 kq=2 kq məhsul, 1 ədəd zoğal ağacı hər birinin məhsuldarlığı təxminən 3 kq olmaqla 1x3 kq=3 kq məhsul, 10 ədəd üzüm kolunun hər birinin məhsuldarlığı təxminə n 4 kq olmaqla 10x4 kq=40 kq məhsul olmaqla cəmi 91 ədəd ağac və kolun olması müəyyən edilmiş və rəyin biloji tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X2 Bitkiçilik sektorunun baş məsləhətçisi Şahin Mustafayev tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 0.15 ha həyətyanı torpaq sahəsinə 2007-ci ildə əkilmiş 91 ədəd meyvə ağaclarına çəkilmiş xərc5180 manat, bir ildə əldə edilən gəlir 1326.10 manat təşkil edir.

16. Məhkəmə baxışı zamanı Cavabdeh1 vəfat etmiş, Cavabdeh2 həm də Cavabdeh1 prosessual hüquq varisi kimi tanınmışdır.

17. Qazax Rayon Məhkəməsinin 2(023)-784/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin olunmuş, Cavabdeh2 (eyni zamanda Cavabdeh1 hüquqi varisi) 1.300.000 manatın əvəzi olaraq 260,0 manat məbləğində pul, əsassız varlanma nəticəsində ona vurduğu zərərin əvəzi olaraq 5180,0 manat məbləğində pul, əldən çıxmış faydaya görə 1318,0 manat məbləğində pul və ödənilmiş 88,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6846,0 manat pulun tutularaq, ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmiş, ekspertiza xərci iddiaçıya aid edilmişdir. (hakim Nemət Musayev)

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mərhum Cavabdeh1 X5 tərəfindən Qazax rayonunun Cəfərli kəndində 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən 29.75 m2 olan yaşayış evi verilmişdir. Cavabdeh1 sözügedən torpaq sahəsini 1993-cü sadə yazılı formada yazılmış əqd əsasında İddiaçı həmin vaxt dövriyyədə olan pulla 1.300.000 manata satmışdır. Bundan sonra İddiaçı sözügedən torpaq sahəsinin suvarılması məqsədi ilə həmin əraziyə su borusunun çəkilməsini, habelə içməli suyun çəkilməsini, ərazinin çəpərə alınması üçün 90 metr ölçüdə dəmir torun alınıb çəkilməsini şəxsi vəsaiti hesabına təmin etmişdir. İddiaçı həmin torpaq sahəsində salınmış bağa 30 ilə yaxın müddət ərzində kifayət qədər əmək sərf etmişdir. Ərazidə olan ağacların hər birinin yüksək məhsuldarlığa gətirilib çıxarılmasına nail olmuşdur. Həmin torpaq sahəsinin hazırkı bazar qiyməti iddiaçı tərəfindən torpaq sahəsinə yatırılan investisiya və üzərində salınan meyvə bağı səbəbindən cavabdehin istifadəsində olan illərə münasibətdə xeyli miqdarda artaraq yüksəlmişdir. Hazırda mübahisəli torpaq sahəsi mərhum Cavabdeh1 arvadı Cavabdeh2 sahibliyindədir. Cavabdeh2 iddiaçının h əmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir və maneə yaradır. İddiaçı tərəfindən 1993-cü ildə almış 1.300.000 manatın xx.xx.2006-cı ildən sonrakı müddətdə denominasiyasını nəzərə alaq həmin məbləğ 260 manat təşkil edir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia tələbi Cavabdeh1 ilə bərabər həm də Cavabdeh2 qarşı yönəldiyindən, eyni zamanda Cavabdeh1 27 avqust 2022-ci il tarixdə vəfat etdiyi üçün iş üzrə digər cavabdeh M.Kərimov Cavabdeh1 hüquqi varisi hesab edildiyindən sonuncunun bütün öhdəlikləri üzrə məsuliyyət daşıyır.

20. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı evlərinin sökülməsi nə görə 14500 manat və 15 ədəd meyvə ağacının kəsilib məhv edilməsinə görə 500 manatın ödənilməsinə görə 15135 manatın alınıb ona verilməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər etibarsız əqd üzrə aldıqlarını geri qaytarmalıdır.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.5, 1091, 1306-cı, Torpaq Məcəlləsinin 9, 109-cu, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2022-ci il tarixli rəyində ekspertin göstərdi yi qiymətlər iki ay əvvəlcə iddia ərizəsində qeyd edilən qiymətlərlə eynidir; - bundan əlavə, ekspertiza onun iştirakı olmadan keçirilib. Ekspert adıgedən torpaqda onların da əkdikləri ağaclarla birlikdə 83 ağac olduğu halda, 91 ağacın olduğunu haradan qeyd edib, ağacların kim tərəfindən əkildiyini necə müəyyən edib məlum deyil; - məhkəmədən torpaq sahəsində yerləşən 29,75 kv.metr evin söküldüyü yerə baxış keçirilməsini xahiş etmiş, lakin baxış keçirilməmişdir; - məhkəmə sübut kimi təqdim etdiyi video görüntülərə baxmadan qətnamə qəbul etmişdir; - evin fundamenti sübut kimi bu gün də durur. Həmin ev dövlət tərəfindən inşa edilmiş ev idi, hazırda həmin kənddə qonşuların da eni formalı evləri vardır; - qeyd edilən İddiaçı tərəfindən sökülmüşdür. Bununla da onlara 145000 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmin torpaq sahəsində 15 ağacın kəsilərək məhv edilməsinə görə isə 500 manat məbləğində zərər dəymişdir. Məhkəmə isə qətnamə qəbul edərkən göstərilən halları araşdırmamışdır; - iddiaçını yazdığı qəbzlə də sübut edilir ki, o, 0,15 ha torpaq sahəsində yaşayış evi də olmuşdur; - bundan başqa, iddia ərizəsində göstərilən 91 ədəd ağacın İddiaçı tərəfindən əkilməsinə dair heç bir sübut olmamasına baxmayaraq, məhkəmə həmin hissədə iddianı təmin edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qeyd edilən torpaq sahəsində 70 ədəd ağacı bir neçə ay əvvəl cavabdeh özü əkmişdir.

25. Apellyasiya baxışında İddiaçı nümayəndəsi və vəkil apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, qeyd edilən torpağı və evi Cavabdeh1 1993-cü ildə İddiaçı almış və həmin vaxt orada köhnə tikili mövcud olmuşdur. İddiaçı həmin tikilini sökməmişdir, tikili ya öz-özünə uçmuş, yaxud da ki, onu qarşı tərəf özü uçurmuşdur. 1993-cü ildən 2021ci ilin sonunadək olan dövr ərzində qeyd edilən torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur.

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-473/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-784/2022 saylı iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev)

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalar ı düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh2 izahatı və onun irəli sürdüyü dəlillər işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilən deyildir.

29. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış dig ər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı tərəfindən 2007-ci ildə əkilmiş cəmi 91 ədəd bar verən müxtəlif növ meyvə ağacının olması, həmin ağaclara çəkilmiş xərcin 5180 manat, həmin ağaclardan bir ildə əldə edilən gəlirin 1326.10 manat olması barədə iddiaçının məhkəməyə bildirdikləri işə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 12 avqust 2022-ci il tarixli 7/745-9/4904 saylı rəyi ilə də öz təsdiqini tapmışdır. Həmin rəyin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.

31. Təxminən 28 il ərzində mübahisəli torpaq sahəsi ilə heç bir əlaqəsi olma yan Cavabdeh2 həmin torpaq sahəsi üzərində olan meyvə ağaclarının bir hissəsinin onlar tərəfindən əkilmiş ağaclar olduğu barədə dəlilləri isə əsaslı dəlillər kimi qəbul edilən deyildir. Hətta, Cavabdeh2 tərəfindən 2022-ci ildə həmin torpaq sahəsi üzərində 70 ədəd meyvə ağaclarının əkilməsi fakt kimi təsdiq olunsa belə, həmin ağaclar bar verən ağaclar ola bilməz.

32. Qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində 1993-cü ildə mövcud olmuş evin məhz İddiaçı tərəfindən söküldüyünü təsdiq edə bilən mötəbər sübut növünü məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu halla bağli yalnız Cavabdeh2 özünün izahatı mövcuddur. Cavabdeh2 özünün izahatında göstərdiyi xüsusatlar başqa, əlaqəli m ötəbər sübutlarla təsdiq olunmadığından onun bu izahatı mübahisəli torpaq sahəsi üzərində 1993-cü ildə mövcud olmuş evin məhz İddiaçı tərəfindən söküldüyünün işin faktiki halı kimi müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilən deyildir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 157.6, 1091, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093, 1094, 1095-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İlk iddia üzrə Cavabdeh2 (vəkil X3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətində qeyd edilmişdir ki, İ ddiaçı 28 ilə yaxındır ki, həmin torpağa faktiki sahiblik edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 1993-cü il tarixdə Cavabdeh1 ilə əldə etdikləri razılaşmaya əsasən Cavabdeh1 özünə məxsus Qazax rayonu, Cəfərli kəndində yerləşən 0.15 ha həyat yanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evini o vaxt dövriyyədə olan pul ilə 1.300.000 manata ona satmışdır və bu barədə həmin fakt yazılı qəbzlə təsdiq olunmuşdur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi İddiaçı Cavabdeh1 məxsus evi 1993-cü ildə almasını və 28 ilə yaxın onun istifadəsində olduğunu nəzərə almayaraq hal-hazırda həmin evin sökülməsinə görə dəymiş zərərlə bağlı qarşılıqlı iddia tələbini təmin etməməklə haqlı olmamışır. Nə birinci instansiya məhkəməsi nə də ki, apellyasiya instansiyası məhkə məsi həmin fərdi yaşayış evinin kim tərəfindən söküldüyünü müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.6. İstə r vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddə sinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənil ən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın rədd edilməsi ilə bağlıdır. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın rədd edilən hissəsində yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edi lməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillər inə tam qiymət verib.

42. Qarşılıqlı iddia tələbi torpaq sahəsində tikilmiş evin iddiaçı (qarşılıqlı cavabdeh) tərəfindən sökülməsi nəticəsində dəymiş zərərin tutulması barədə olmuşdur.

43. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə Cavabdeh2 mübahisəli torpaq sahəsi ilə təxminən 28 il ərzində heç bir əlaqəsi olmayıb. Qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində 1993-cü ildə mövcud olmuş evin məhz İddiaçı tərəfindən söküldüyünü hər hansı mötəbər sübutla sübuta yetirə bilməyib. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etmək vəzifəsi qoyur, belə olan halda, qarşılıqlı iddiaçı iddiasını əsası kimi istinad etdiyi halları sübut etməli idi.

45. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələrdə qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir.

46. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni tətbiq edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 157.5-ci maddəsinin son cümləsinə görə vicdanlı sahib əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassız hesab e dir.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-473/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar