Məhkəmə qərarları › İş №2(102)-3016/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3016/2019

30.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3016/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov, iş № 2(008)-xx/16) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahə sinə istifadə hüququnun tanınması, birgə nikah dövründə tikilmiş evin dəyərinin bölünməsi və onun payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə Bakı şəhəri, ev1 ərazisində inşa etdikləri 4 otaqdan ibarət olan özbaşına tikilinin dəyəri olan (çəkilən xərc) 42000 manatın bərabər şəkildə bölünməsi və Cavabdeh1 21000 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdehlər X1, Cavabdeh2 və maraqlı tərəf X3 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)xx/17) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə Bakı şəhəri, ev1 ərazisində inşa etdikləri 4 otaqdan ibarət olan özbaşına tikilinin dəyəri olan (çəkilən xərc) 22.558 manatın bərabər şəkildə bölünməsi və Cavabdeh1 11.279 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev-sədrlik edən və məruzəçi, G.Quliyev və T.Qoldman, iş № 2(102)-xx/18) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxx 2017-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və X.Sarıyev, iş № 2(103)-xx/18) Cavabdeh1, maraqlı tərəflər Cavabdeh2 və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsinə dair istifadə hüququnun tanınması, birgə nikah dövründə inşa edilmiş evin dəyərinin bölünməsi və onun payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi” barədə iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəxanı qəsəbəsində tikdikləri 4 otaqlı özbaşına tikiliyə dair istifadə hüququnun tanınması, həmin tikilinin dəyəri olan 42000 manat məbləğində pulun Cavabdeh1 ilə arasında bölünməsi və ona çatası 21.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavab deh1 ilə 03.10.2014-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 18.10.2015-ci ildə X1 adlı uşaqları doğulmuşdur. Birgə nikahları dövründə Bakı şəhəri Kürdəxanı qəsəbəsində fərdi yaşayış evi tikdirmişlər. Həmin ev hazır olmadığından müvəqqəti kirayədə yaşamışlar. Mübahisə predmeti olan 4 otaqdan ibarət olan evin döşəməsi artıq vurulmuş, qaz, su, işıq çəkilmişdir. Evi atası x2 öz vəsaiti hesabına inşa etmişdir. Evin yerləşdiyi torpağı əri 3000 manat verərək almış və usta pulunu da vermişdir. Ev artıq hazır vəziyyətə gətirilmiş, təkcə bəzək işləri qalmışdı. Bunu görən əri Cavabdeh1 2015-ci ilin iyun ayında ona atasının evinə çıxıb getməyi bildirmişdir. Cavabdehə evi onların tikdiklərini, azyaşlı uşağı ilə orada birgə yaşadığını bildirəndə, cavabdeh onun evinin olmadığını, ondan boşanacağ ını, uşağını da tanımadığını və evi bacısı Könülə verəcəyini demişdir. Bütün bunlardan sonra cavabdeh onu hamilə vəziyyətdə evdən qovmuşdur. 18.10.2015-ci ildə uşaq doğulanda cavabdeh onunla gəlib maraqlanmamış və indiyə kimi də uşağından xəbəri olmamışdır. Hal-hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur və körpə uşağı ilə birlikdə onun-bunun evində yaşamaq məcburiyyətində qalmışdır. Birgə nikah dövründə həmin evin tikilişində hər ikisinin əməyi və xərci vardır. Hesab edir ki, birgə nikah dövründə tikilmiş həmin evin ümumi dəyəri 42000 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblə rinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən aşağıdakıları nəzərə almışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 xx xxx 2014-cü ildə rəsmi nikaha girməklə ailə qurmuş, 2015-ci ilin iyun ayına kimi birgə yaşamış və sonra ayrılmışlar. Həmin nikahdan xx xxx 2015-ci il təvəllüdlü bir uşaqları var. İddiaçının tələbləri aşağıdakılardan ibarətdir: -Kürdəxanı qəsəbəsində tikdikləri 4 o taqlı özbaşına tikiliyə dair istifadə hüququnun tanınması; -həmin tikilinin dəyəri olan 42000 manat məbləğində pulun Cavabdeh1 ilə arasında bölünməsi və ona çatası 21.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona verilməsi. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq özbaşına tikilinin dəyəri olan (çəkilən xərc) 42000 manatın bərabər şəkildə bölünməsini və Cavabdeh1 21000 manatın alınaraq İddiaçı verilməsini qət etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh1 tərəfindən məhkəmətikinti ekspertizasının keçirilməsinə şərait yaradılmaması ekspertiza təyin edilən faktın, yəni “özbaşına tikilinin dəyərinin bölünməsi” tələbinə dair iddianın qəbulu kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi aşağıdakılara görə birinci instansiya məhkəməsini n gəldiyi nəticə ilə razılaşmamışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı qanunla üzərinə qoyulmuş sübut etmə vəzifəsini yerinə yetirməmiş, özbaşına tikinitinin ər-arvad kimi onların birgə vəsaiti hesabına inşa olunması barədə sübutlar təqdim etməmişdir. Eləcə də, tikinti işləri aparılan torpaq sahəsinin kimin mülkiyyətində olmasını, hansı əsaslarla tikinti işləri aparmaq üçün əldə etmələrini, eləcə də kimdən əldə etmələrini göstərə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək hesab etmişdir ki, mübahisə predmeti olan evə dair iddiaçı müvafiq hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən və bununla bağlı iş materiallarında sənədlər olmadığından, həmin ev hazırki vəziyyətdə özbaşına tikinti kimi qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Apellyasiya baxışı zamanı bir daha müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində mübahisəli evin Cavabdeh1 ilə birgə nigah dövrün də birgə vəsaitləri hesabına tikdirdiklərini və həmin evə iddiaçının istifadə hüququ tanınmaqla evin tikilməsinə çəkilmiş vəsaitin yarısını cavabdehdən tutmağı xahiş etsə də, əvvəla həmin evin keçmiş ər-arvad kimi birgə vəsaitləri hesabına inşa etdirmələri və evin onlara məxsus olması barədə təsdiq edici sənədlər və ya başqa mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh mübahisəli evin ona məxsus olmadığını, bacısının əri (iş üzrə maraqlı tərəf) X2 məxsus olduğunu bildirmış, Rasim Hüseynov isə bu halı təsdiqləmişdir. Digər tərəfdən, iddiaçının iddia etdiyi kimi mübahisəli evin Cavabdeh1 məxsus olduğu qəbul olunsa belə, həmin evin İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə tikilməsi barədə də sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin və izahatının hansı sübutlarla təsdiq olunmasını göstərməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddənin tələblərinə uyğun əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi yekun olaraq belə bir hüquqi nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyini nəzərə almayaraq, iş üzrə toplanmış sübutlara tətbiq edilməli olan yuxarıda qeyd edilən prosessual hüquq normalarına müvafiq qaydada düzgün hüquqi qiymət verməmiş, işə baxarkən hüququn tətbiqində səhv buraxmış, qanunu səhv təfsir etmiş, nəticədə iş üzrə düzgün nəticəyə gəlməyərək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidi r. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyin in, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2 ) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsd iqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar